olunmuĢdur.
XurĢudbanu Natəvan Mehdiqulu xan qızı 1832-ci ildə
ġuĢada anadan olmuĢ və 1897-ci ildə orada dünyasını
dəyiĢmiĢdir. Məzarı Ağdam Ģəhərində Ġmarət adlanan
qəbiristanlıqdadır.
Natəvan «təxəllüsü» XurĢudbanuya 1864-cü ildə
«Məclisi-ünsün» qərarı ilə verilmiĢdir. Natəvan fars mənĢəli
söz olub mənası qüvvətsiz, gücsüz, iqtidarsız, zəif və aciz
deməkdir. Lakin bu sözləri Natəvan kimi məğrur, cəsarətli,
geniş dünyagörüşünə malik olan ziyalı-şair qadına aid etmək
olmaz. Bu sadəcə olaraq təxəllüs kimi qəbul edilə bilər.
X.B.Natəvan 65 illik həyatı dövründə bir çox
haqsızlıqlarla qarşılaşmasına baxmayaraq, ədəbi yaradıcılıqla
məşğul olmuşdur. Bu sahədə Şuşanın ədəbi mühiti də Natəvana
böyük təsir göstərmişdir. Natəvan qəlblərə hakim kəsilən şeir və
qəzəllər yazmışdır.
Fransız yazıçısı Aleksandr Düma (Ata) 1858-ci ildə
Bakıda olarkən Natəvanla görüşmüş və bu görüşün təəssüratla-
rını Düma «Qafqaz» əsərində qələmə almışdır. A.Düma yazırdı:
«Mənim dəvət olunduğum evdəki məclisdə iki tatar
(Azərbaycanlı) knyaz qadını və kiçiyinin əri iĢtirak
edirdilər… Onlar gəliĢimizi səbirsizliklə gözlədiklərindən
bizi sevinclə qarĢıladılar. Knyaz qadınlarından biri
Qarabağın son hakimi Mehdiqulu xanın arvadı və o biri
onun qızı idi…. A.Düma Natəvanın yadigar olaraq ona
bağıĢladığı əl iĢini yüksək qiymətləndirərək göstərir ki,
56
baĢqa yerə getməyimlə əlaqədar olaraq bu gözəl hədiyyələri
götürdüm».
Natəvan şerlərini mili ruhda, olduqca sadə və səmimi
tərzdə yazmışdı. Onun qəzəllərində Şərq musiqi alətlərinin –
kamançanın, setarın, udun, tənurun, tarın səsi eĢidilir və
nəfəsi gəlir. Natəvanın yaradıcılığında həyatın özünü, gücünü
görürük. Natəvan yaradıcılığı öz dövrünün və özündən sonrakı
bədii yaradıcılığa gələn şairlərin yetişməsinə böyük təsir
göstərmişdir.
Xan qızı Natəvan öz xalqını dərin məhəbbətlə sevirdi. O,
Şuşaya şirin su xətti çəkdirmiş, körpülər tikdirmiş və
xeyriyyəçiliklə məşğul olmuşdur. Natəvan 1873-cü ildə ġuĢaya
saxsı borularda «Xan qızı» bulağı ilə məĢhur olan bulaq
çəkdirmiĢdir [26].
Mir Möhsün Nəvvab Hacı Məhəmməd oğlu 1833-cü
ildə ġuĢada anadan olmuĢ, 1918-ci ildə ġuĢada dünyasını
dəyiĢmiĢdir. M.M.Nəvvab geniĢ dünyagörüĢünə malik
Ģəxsiyyət idi. Yaxşı təhsil almış, ərəb və fars dillərini dərindən
bilirdi. M.M.Nəvvab şair, ədəbiyyatçı, rəssam, xəttat və
musiqişünas idi. O, 1872-ci ildə yaradılan «Məclisi-
fəramuĢan» ədəbi məclisinə rəhbərlik etmişdir. M.M.Nəvvab
Şuşada qiraətxana, «üsuli-cədid» məktəbi, mətbəə və
cildxana açmıĢdır. Eyni zamanda o, Qarabağ şairlərinin
yaradıcılıqlarından bəhs edən «Təzkireyi-Nəvvab» əsərinin
müəllifidir. Nucumdan bəhs edən «Kifayətüt-ətfal» əsəri onun
dəqiq elmlərə bələd olduğunu sübut edir. M.M.Nəvvabın çoxlu
rəsm əsərləri var.
M.M.Nəvvabın klassik musiqi haqqındakı «Dər elmi
musiqi vüzuh-ül-ərqam» («Musiqi elmində rəqəmlərin
aydınlaĢdırılması») əsəri Azərbaycanda musiqiyə həsr olunmuş
ilk əsərdir. Müəllif bu əsərdə orta əsrlər müsəlman şərqinin
(Fərabi, Ġbn Sina, Səfiəddin Urməvi, Əbdülqadir Maraği) və
antik dövrünün (Platon, Aristotel) görkəmli filosof
musiqişünaslarının ideyalarını əsas tutaraq, musiqinin mənĢəyi,
musiqi
estetikası,
ifaçılıq
problemlərini,
musiqinin
57
dinləyicilərə emosional təsiri, onun Ģəfaverici xüsusiyyətləri
haqqında ətraflı məlumat vermiĢdir [29, 217-218].
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu 1870-ci
ildə ġuĢada anadan olmuĢ, 1933-cü ildə Bakıda dünyasını
dəyiĢdirmiĢdir. O, yazıçı, dramaturq və ictimai xadim idi.
Ə.B.Haqverdiyev bədii yaradıcılıqda əldə etdiyi yüksək
nailiyyətlərə görə, 1928-ci ildə Azərbaycan SSR Əməkdar
Ġncəsənət xadimi adına layiq görülmüĢdür. İlk təhsilini
Şuşada almışdır. Bundan sonra Ə.B.Haqverdiyev Tiflisdə realnı
məktəbində oxumuş, 1891-ci ildə Peterburq Yol Mühəndisləri
Ġnstitutunun ġərq fakültəsində oxumuĢdur. Peterburqda
təhsilini baĢa çatdıran Ə.B.Haqverdiyev doğma ġuĢaya
qayıtmıĢ və yaradıcılıqla məĢğul olmuĢdur. 1905-ci ildə
Rusiyanın I Dövlət Dumasına deputat seçilmiĢdir. Ə.B.Haq-
verdiyev yazdığı əsərlərdə tarixi hadisələrə üstünlük vermişdir.
Ə.B.Haqverdiyevin yazdığı dram əsərləri, mili dramaturgiya-
mızın inkişafında böyük yer tutur [27, 124-125].
Axundov Süleyman Rzaqulu bəy oğlu (təxəllüsü
Süleyman Sani) 1875-ci ildə ġuĢada anadan olmuĢ, 1939-cu
ildə Bakıda dünyasını dəyiĢmiĢdir. O, 1894-cü ildə Zaqaf-
qaziya Qori Müəllimlər Seminariyasını bitirmiĢ və pedaqoji
iĢlə məĢğul olmuĢdur.
S.S.Axundov 1906-cı ildə çağırılmış Azərbaycan
müəllimlərinin birinci qurultayına nümayəndə seçilmişdir. O,
1920-1921-ci illərdə Qarabağ Vilayəti Maarif ġöbəsinin
müdiri vəzifəsində iĢləmiĢ və 1922-ci ildə Azərbaycan Ədib
və ġairlər Ġttifaqının ilk sədri seçilmiĢdir. Ədəbi-pedaqoji
sahələrdə səmərəli fəaliyyətinə görə S.S.Axundov, 1932-ci ildə
Əmək Qəhrəmanı adına layiq görülmüĢdür. Ədibin çoxlu
komediyaları, pyesləri və hekayələri var [28, 500].
Vəzirov Yusif Mirbaba oğlu (təxəllüsü Çəminzəminli)
1887-ci ildə ġuĢada anadan olmuĢ, 1943-cü ildə Qorki
vilayətinin Suxobezvodnoye kəndində dünyasını dəyiĢmiĢdir.
Y.B.Çəminzəminli Şuşada və Bakıda təhsil almışdır. O, 1910-cu
ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuĢ və
58
1915-ci ildə oranı yüksək qiymətlərlə bitirmiĢdir. «Molla
Nəsrəddin» jurnalı ilə əməkdaĢlıq edən Y.V.Çəmənzəminli,
jurnalın səhifələrində müxtəlif mövzularda məqalələrlə çıxış
etmişdir. Azərbaycan ədəbiyyatı tarixində tənqidi-realizmin
nümayəndələrindən biri kimi də fəaliyyəti çox qiymətlidir.
Y.V.Çəmənzəminli milli ədəbiyyatımızın roman janrında tarixi-
fəlsəfi romanın ilk nümunəsi olan, 1934-cü ildə yazdığı «Qızlar
bulağı» romanında müəllif Azərbaycan tarixi, filologiyası və
folklor materialları əsasında ulu babalarımızın həyat təcrübəsini
mənəvi-əxlaqi, fəlsəfi görüşlərini, yaşayış tərzini, xalq
ənənələrini real boyalarla təsvir etmişdir. Ədib «Ġki od
arasında» romanında Qarabağ xanlığını Azərbaycanın
rəmzi kimi göstərmiĢdir. Bu roman milli tarixi roman
janrımızın klassik nümunəsidir.
Y.B.Çəmənzəminlinin
ədəbi
yaradıcılığı
olduqca
rəngarəngdir. [27, 339].
Vəzirov Nəcəf bəy Fərhad bəy oğlu 1854-cü ildə
ġuĢada anadan olmuĢ, 1926-cı ildə Bakıda dünyasını
dəyiĢmiĢdir. İlk təhsilini Şuşada alan N.B.Vəzirov, Bakıya
getmiş və orada realnı gimnaziyasında oxumuşdur. «Əkinçi»
qəzeti ilə əməkdaşlıq etmiş, 1874-cü ildə Moskva şəhərindəki
Əkinçilik Akademiyasına daxil olub, oranı bitirmiĢdir. O,
rejissor kimi də fəaliyyət göstərmiĢdir.
N.B.Vəzirov milli pyeslər, komediyalar və dram
əsərlərinin müəllifidir. Onun meşə təsərrüfatı sahəsində
böyük təcrübəsi var idi [30, 495].
Köçərli Firudin bəy Əhməd bəy oğlu 1963-cü ildə
ġuĢada anadan olmuĢ, 1920-ci ildə Gəncədə dünyasını
dəyiĢmiĢdir. O, ilk təhsilini Şuşada Mirzə Kərim Münşüzadənin
məktəbində almışdır. F.B.Köçərli sonra təhsilini Şuşa şəhər
məktəbində davam etdirmiş, 1879-cu ildə Zaqafqaziya Qori
Müəllimlər Seminariyasına daxil olaraq oranı 1885-ci ildə
qurtarmıĢdır. Seminariyanı qurtardıqdan sonra o, Qərbi
Azərbaycanın,
yəni
İrəvan gimnaziyasında, sonra isə
Zaqafqaziya Qori Müəllimlər Seminariyasında dərs demişdir.
59
F.B.Köçərli 1908-ci ildə «Azərbaycan türk ədəbiyyatı»
əsərini yazıb baĢa çatdırmıĢdır. Daha sonra bu tədqiqat
«Azərbaycan ədəbiyyatı tarixi materialları» adı ilə nəşr
olunmuşdur. Kitabda Azərbaycan dilinin, ədəbiyyatının mənşəyi
haqqında məlumat verilir. F.B.Köçərli Azərbaycan dilinin saflığı
uğrunda fəal mübarizə aparmışdır. Azərbaycan uşaq
ədəbiyyatının inkişafında da F.B.Köçərlinin xidmətləri
diqqətəlayiqdir.
1918-1920-ci illərdə F.B.Köçərlinin şəxsi təşəbbüsü ilə,
Zaqafqaziya Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsi əsasında açılmış Qazax Müəllimlər Seminariyasının
müdiri işləmişdir [31, 554].
F.B.Köçərli ədəbiyyatşünas, pedaqoq və publisist kimi
Azərbaycan tarixində özünəməxsus layiqli yer tutur.
XIX əsrdə ġuĢada anadan olmuĢ və orada təhsil alan
xeyli şairlər vardı. Onlar qəzəl janrında çoxlu qəzəllər
yazmıĢlar.
Şuşa XVIII əsrin ikinci yarısından başlayaraq müsiqi
mərkəzinə çevrilmiş və Azərbaycan milli musiqisinin mərkəzi
olmuşdur. Bu inkişaf Qarabağ xanlığının xanı Ġbrahim xanın
hakimiyyəti (1759-1806-cı illər) dövründə özünün inkişaf
mərhələsinə çatmışdır. İbrahim xan musiqi, muğam həvəskarı
idi. Onun sarayında mahir musiqiçilər və xanəndələr
toplaşmışdı. Onlar mili bayram olan - Novruz bayramında,
dini mərasimlərdə, əlamətdar günlərdə və qonaqlıqlarda
çalıb-oxuyurdular.
Səttar bəy, Həsənçə, Yusif, Turkverdi Həsən, Mirzə
Hüseyn, Əli ġirazi, Qaraçı Əsəd, Pərinaz oğlu Məhəmməd,
Mirzə Ġsmayıl, Qaraçı Hacı bəy, Kosa Məhəmməd kimi
xanəndə və çalğıçılar ġuĢanın musiqi Ģöhrətini yüksəklərə
qaldırırdılar [36].
Bu ənənə sonrakı illərdə də davam etdirilmişdir. Yaxın
və Orta Şərqdə məlahətli səsləri və sənətləri ilə məşhur olan –
Hacı Hüsü, MəĢədi Ġsi, MəĢədi Məhəmməd, Fərzəliyev,
Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Seyid
60
ġuĢinski, Xan ġuĢinski, Zülfü Adıgözəlov, Mütəllim
Mütəllimov Şuşada doğulub sənət zirvəsinə yüksəlmişlər.
“ġuĢalı musiqiçilər Azərbaycanın musiqi tarixini
yaratmıĢ, onu yalnız öz vətənlərində deyil, eyni zamanda da
ġərqin baĢqa ölkələrində də təmsil etmiĢlər” [32, 9].
Azərbaycanın demək olar ki, bütün məĢhur musiqiçi
və müğənniləri ġuĢanın yetirmələridir. Təsadüfi deyildir ki,
ġuĢanı musiqi və poeziyanın beĢiyi adlandırırlar [33].
Hacı Hüsü Niftalı oğlu Şuşanın Çölqala məhəlləsində
papaqçı ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini
Xarrat Qulunun musiqi məktəbində almıĢdır [34, 257].
Yusif Vəzir Çəmənzəminli «Bir gəncin dəftəri»
əsərində yazırdı ki, «Hacı Hüsünün müəllimlərindən biri də
mənim atam, ġərq muğamlarını dərindən bilən Mirbaba
Mirabdulla oğlu olmuĢdur» [35, 84].
Hacı Hüsü özünün muğam sənəti ilə müasirlərinin dərin
hörmətini qazanmışdır. Hacı Hüsü Yaxın və Orta Şərqdə
Rusiyada da məşhur idi. O, bu ölkələrdə təşkil olunan toy
mərasimlərində iştirak edirdi.
1880-cı ildə Ġran Ģahı Nəsrəddin Ģah Hacı Hüsünü
oğlu Ģahzadə Müzəfərəddinin toy məclisinə dəvət etmiĢ və
toydan sonra, birinci mükafat Hacı Hüsüyə verilmiĢdir. Toy
məclisində xanəndəni məĢhur tarzən Sadıqcan müĢahidə
etmiĢdir. Xarrat Qulunun sənətini uğurla davam etdirən Hacı
Hüsü, M.M.Nəvvabla birlikdə, 1883-cü ildə onun vəfatından
sonra, Qarabağ xanəndələrindən ibarət «MusiqiĢünaslar
məclisi» yaratdılar [34, 119].
MəĢədi Ġsi də Xarrat Qulunun məktəbinin yetirməsi
idi. O, muğam sənətini mükəmməl mənimsəmişdi. Məşədi İsi
Sadıqcanla birlikdə Orta Asiyanın AĢqabad, DaĢkənd, Səmər-
qənd Ģəhərlərində, respublikamızın bir çox Ģəhərlərində,
Ġranda musiqi məclislərində iĢtirak etmiĢdir.
O, Ġranın mərkəzi Tehran Ģəhərində keçirilən muğam
müsabiqəsində əldə etdiyi qələbəyə görə «ġiri XurĢid»
ordeni ilə təltif olunmuĢdur [34, 261].
61
MəĢədi Məhəmməd Fərzəliyev də ġuĢanın yetiĢdirdiyi
mahir muğam ustası idi. O, özünəməxsus xanəndəlik yolu
getmiş, məlahətli səsi ilə dinləyicilərin dərin hörmətini
qazanmışdır. Məşədi Məhəmməd 60 il Azərbaycanın milli
muğam sənətində fəaliyyət göstərmişdir.
1864-cü ildə ġuĢada anadan olan Keçəçi oğlu
Məhəmməd, muğam sənətini Xarat Quludan və Məşədi İsidən
öyrənmişdir. O, atasının sənətini özü üçün təxəllüs götürmüşdür.
Keçəçi oğlu Məhəmmədin bir xanəndə kimi, musiqi
mədəniyyətimizin inkişafı tarixində böyük xidməti vardır.
Cabbar Qaryağdı oğlu (1861-1944-cü illər) muğam
ifaçılığı sahəsində şöhrət qazanan xanəndə idi. O, mürəkkəb
muğamları məharətlə ifa edirdi. C.Qaryağdı oğlu yüksək səhnə
mədəniyyətinə malik idi. Sənət dostları onun ifaçılıq sənətinə
birmənalı olaraq yüksək qiymət verirdilər.
Cabbar Qaryağdı oğlunun orijinal sənət yolu -
məktəbi olmuĢdur… O, xanəndəlikdən baĢqa mahir
musiqiĢünas və tədqiqatçı idi [34, 283].
Şuşanın muğam ifaçıları içərisində xüsusi yeri olan, Mir
Möhsün Ağa Seyid Ġbrahim oğlu ġuĢinskinin adı milli
muğamlarımızın çoxsaylı dinləyicilərinə yaxşı məlumdur.
Deyirlər ki, Cabbar Qaryağdı oğlu, Azərbaycan xalq musiqisinin
düşünən beyni idisə, Seyid Şuşinski bu musiqinin çırpınan ürəyi
idi.
Seyid Şuşinski bütün ömrü boyu (1889-1965-ci illər)
vətəninə, xalqına sədaqətlə xidmət etmişdir.
Şuşa şəhərinin muğam dünyasına bəxş etdiyi nadir
incilərdən biri də, əvəzolunmaz muğam ustası Xan ġuĢinski
(1901-1979-cu illər) idi. O, sözün əsl mənasında el məclis-
lərinin, səhnəmizin yaraşığı və bəzəyi idi. Xan Şuşinski həyatın
bütün sahələrində – xanəndəlikdə, mədəniyyətdə, davranıĢ və
danıĢıqda da xan idi. Biz şuşalılar onu görəndə, dərin mənalı
söhbətlərini eşitdikdə valeh olurduq. Şəxsiyyət kimi, onda bütün
gözəlliklər var idi. Oxuduğu muğamlar, xüsusilə də «Qarabağ
Ģikəstəsi» dinləyicilərə xüsusi əhval-ruhiyyə bəxş edərdi.
62
Xan Şuşinski 40 il öz xalqına mənəvi xidmət göstər-
mişdir. O, İlahinin yaratdığı qiymətli varlıq idi.
Zülfü Adıgözəlov (1898-1963-cü illər) Qarabağ muğam
məktəbinin yetirmələrindən biri idi. O, 1936-cı ildən ömrünün
sonuna kimi Azərbaycan Dövlət Filarmoniyasının solisti
olmuşdur. O, klassik muğamlarımızı özünəməxsus tərzdə ifa
edirdi. Azərbaycanın muğam xadimləri onun sənətinə yüksək
qiymət vermişlər.
Milli muğam ifaçılarımızdan biri də Mütəllim
Mütəllimovdur (1908-1980-cı illər). Onun məlahətli səsi insan
qəlbini riqqətə gətirirdi. M.Mütəllimov muğamlarla yanaşı,
təsnifləri də böyük məharətlə ifa edirdi. Seyid Şuşinski onun
haqqında demişdir:
«Mütəllim musiqini yaxĢı qavrayır. Oxuduğu
muğamlarda mürəkkəb gəziĢmələr edir, çətin zəngulələr
vurur, onun səsində insan qəlbinə təsir edən xoĢ ahənglər
daha çoxdur» [34, 371].
Murtuza MəĢədi Rza oğlu (təxəllüsü Bülbül) 1897-ci
ildə ġuĢada Çuxur məhəllədə anadan olmuĢ, 1961-ci ildə
Bakıda dünyasını dəyiĢmiĢdir. Bülbül yüksək dövlət
mükafatlarına layiq görülmüĢdür. O, Azərbaycan xalq
mahnıları və təsniflərini yüksək səviyyədə ifa edirdi. Şuşa
musiqi məktəbinin yetirməsi olan Bülbül, Şuşada təşkil olunan
xalq məclislərində iştirak etməklə, özünə hörmət qazandırırdı.
1927-1931-ci illərdə Bülbül Ġtaliyanın Milan Ģəhərində
musiqi təhsili almıĢdır. O, Azərbaycan Konservatoriyasını
da qurtarmıĢdır. Bülbülün yaradıcılığının ən yüksək zirvəsi,
dahi Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operasında
Koroğlu surətidir. Bu surət indi də yaddaĢlarda qalır. O,
musiqimizin, səhnəmizin əsl Koroğlusu idi, əvəzolunmaz
Koroğlusu.
Azərbaycan vokal sənətinin inkişafında Bülbülün
xidmətləri tükənməzdir [30, 376].
Behdudov RəĢid Məcid oğlu 1915-ci ildə Tiflisdə
anadan olmuĢ, 1989-cu ildə Moskvada xəstəxanada
63
dünyasını dəyiĢmiĢdir. Rəşid Behbudov da yüksək dövlət
mükafatlarına layiq görülmüş, Azərbaycan Dövlət Filarmoni-
yasının solisti olmuş, Azərbaycan milli kinofilmlərində baş
rollarda çəkilmişdir. O, Azərbaycan xalq mahnılarının və
Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərlərini məharətlə
ifa etmişdir. Rəşid Behbudovun musiqi yaradıcılığı olduqca
zəngin və yadda qalandır [30, 129].
Fikrət Əmirov, Zülfuqar Hacıbəyli, Niyazi, Əfrasiyab
Bədəlbəyli, Soltan Hacıbəyov, ƏĢrəf Abbasov, Süleyman
Ələsgərov, Zakir Bağırov və baĢqaları ġuĢa musiqi
məktəbinin yetirmələri idilər.
Dünyanın musiqi tarixində elə şəhərlər mövcuddur ki,
musiqi onun hər bir daşına, dumanına, çiskininə, dağına,
dərəsinə, meşəsinə, ormanlarına, buz bulaqlarına, nəğməkar
quşlarına sirayət etmişdir.
Bu Ģəhərlərin sayı çox deyil. Biri Avstriyanın paytaxtı
VYANA, ikincisi Ġtaliyanın NEAPOL və üçüncüsü isə
GünəĢli Azərbaycanımızın qeyrət qalası olan ġUġA
Ģəhəridir.
Şəkililər öz şəhərlərini – ġəkini qayalardan asılan şəhər
adlandırırlar. Biz şuşalılar isə ġuĢanı səmadan asılan şəhər
adlandırırıq. Bunların hər ikisi həqiqətən də belədir.
ġuĢa iĢğal olunanda rayonda 7 məktəbəqədər tərbiyə,
22 ümumtəhsil (onlardan biri ibtidai) müəssisəsi, orta
texniki peĢə məktəbi, 2 (orta və yeddi illik) musiqi məktəbi,
mədəni –maarif məktəbi, kənd təsərrüfatı texnikumu, 6
mədəniyyət evi, 12 klub, 20 kitabxana, 20 kino qurğusu var
idi.
Əlverişli iqlimə malik olan Şuşada 2 xəstəxana
müəssisəsi, 11 feldĢer –mama məntəqəsi, sanatoriya,
istirahət evləri fəaliyyət göstərirdi.
Şuşa rayonunun iqtisadiyyatında heyvandarlıq əsas yer
tutur. Şəhərin özündə musiqi alətləri fabriki, istehsal kombi-
natı, çörəkbiĢirmə müəssisəsi, Bakı radioqayırma müəssisəsi
birliyinin filialı da şəhərin iqtisadi həyatında əhəmiyyətli yer
64
tuturdu.
XX əsrin 70 və 80-ci illərində ġuĢa təhsilinin yüksəliĢ
illəri idi. Mirzə Xosrov Axundovun, Ağa Kazımovun,
Keymah Bəhmənovun, Keykavuz Bəhmənovun, Mərdan
Əliyevin, Tofiq Əliyevin, Rüstəm Zeynalovun, Həbib
Allahverdiyevin, Tovuz Abbasovanın, DiliĢ Mehdiyevanın,
Zəhra Məmmədovanın, Yaqub Quliyevin və baĢqalarının
pedaqoji
ənənələrini layiqincə davam etdirən gənc
müəllimlər ordusu formalaĢmıĢdır.
Öz üzərində daim çalışan, elmi, siyasi, pedaqoji bilik
səviyyələrini təkmilləşdirən, valideynlərin və dərs dedikləri
şagirdlərin dərin hörmətini qazanan - filologiya üzrə fəlsəfə
doktoru Namiq Babayev, Tariyel Kazımov, Saleh Heydərov,
Rəfayıl
Məmmədov,
Fərazəndə
ƏĢrəfova,
Tamella
Kazımova, Maya Əliyeva, Tamella Hüseynova, Məlahət
Babayeva, Aidə Zeynalova, Ġslam Əhmədov, Zahid Cəfərov
və baĢqaları təlim-tərbiyə sahəsində olduqca böyük dəyərlər
qazanmıĢdılar.
1991-1992-ci tədris illərinə qədər ġuĢa məktəblərini
xeyli saylı Ģagird qızıl və gümüĢ medallarla qurtarırdılar.
Onlar respublikamızın ali məktəblərinin istənilən fakültə-
lərinə qəbul olunurdular. Onu da deyim ki, orta məktəblərin
X siniflərini qızıl və gümüĢ medallarla qurtaran Ģagirdlərin
böyük əksəriyyəti, Ģəhər 4 saylı məktəbin payına düĢürdü.
Bu məktəbdə zəngin fənn kabinetləri də var idi.
Erməni faşistləri Şuşanı işğal etdikdən sonra, şəhərdə
olan idarə və müəssisələr kimi, şəhərdə və kəndlərdə olan bütün
təhsil müəssisələrini də vəhşicəsinə qarət və talan etmişlər. Bu
vəhşilik, onların vəhşi təbiətindədir. Bunun bir sıra səbəbləri
var.
Birinci səbəb. Xarici ölkələrdə güclü erməni
diasporunun olmasıdır. Mən ona görə erməni diasporunu
güclü adlandırıram ki, erməni ünsürlərinin tarixən torpağı
olmamıĢdır. Ona görə də bu ünsür başqa xalqların hesabına
sərvət toplamağa məcbur olmuşdur. Onlar torpağı və vətəni
65
oğurluq yolu ilə topladığı sərvətdə görürlər.
Ġkinci səbəb. Erməni ünsürünün folkloru yoxdur.
Saylar, bayatılar, dastanlar, çoxsaylı bahar, məiĢət və
zəhmətlə əlaqədar olan mərasimlər və əfsanələr erməni üçün
olduqca yad və qəbuledilməzdir. Bütün bunlar sübut edir ki,
erməni tarix boyu başqa xalqların yaratdığı mənəvi sərvətləri
oğurlamaq yolunu tutmuş və onları özününküləşdirmək
istəmişdir. Lakin buna nail ola bilməmişlər. Əgər erməni
ünsürünün folkloru olsaydı uydurma və tarixdə heç bir iz
qoymayan «Dənizdən-dənizə Böyük Ermənistan» barədə
orada, heç olmazsa bir fikir söylənərdi.
Dostları ilə paylaş: |