648) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Sanator-kurort
B) Dietik
C) Cərrahi
D) Medikamentoz
E) Mineral sularla müalicə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
649) Mexaniki sarılığın səbəbini hansı vasitələrlə müəyyənləşdirmək mümkün deyil?
A) Kompyüter tomoqrafiya
B) Birbaşa spleno-portoqrafiya
C) Retroqrad xolangioqrafiya
D) Venadaxili xolesisto-xolangioqrafiya
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
650) Xroniki hepatiti olan və sirrozun ilkin mərhələsində hansı tip əməliyyatı etmək olmaz?
A) Dalaq arteriyasının bağlanması
B) Portokaval anastomoz
C) Qaraciyər arteriyasının periarterial simpatektomiyası
D) Bütün sadalananları icra etmek mümkündür
E) Qaraciyərin arterializasiyası
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
651) Uşaqlarda bağırsaq invaginasiyasının başlanğıc mərhələsində rasional müalicə üsulu hansı sayılır?
A) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək
B) Operativ müalicə
C) Kolonoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək
D) Narkoz altında palpator olaraq invaginantı düzəltmək
E) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |