Ümumi ekologiya fənninin məqsəd və vəzifələri


İqlim və iqlim əmələ gətirən faktorlar



Yüklə 72,91 Kb.
səhifə17/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   ...   12   13   14   15   16   17   18   19   20
Ümumi ekologiya

18. İqlim və iqlim əmələ gətirən faktorlar

Müəyyən ərazidə hava elementlərinin çoxillik özünəməxsus rejimi ərazinin iqlimi adlanır.İqlim çoxillik proses olub geoloji proseslərin təsiri ilə dəyişir. İqlim (yunanca klima-meyllik) anlayışını ilk dəfə Yunan alimi Hipparx işlədərək iqlimin formalaşmasında günəş şüalarının düşmə bucağını mühüm hesab etmişdir.İqlimi öyrənən elmlərə Meteorologiya, İqlimşünaslıq aiddir.


İqlimin yer kürəsində paylanma qanunauyğunluqları ilə bağlı bir neçə təsnifat mövcuddur(Keppen,Alisov və s.).Alisovun iqlim təsnifatında iqlimi yaradan amillər əsas və ikinci dərəcəli olmaqla iki qrupa ayrılır.Həmin amillər aşağıdakı kimidir.
Əsas iqlim əmələ gətirən amillər aşağıdakılardır :
1)Ərazinin səth örtüyünün xarakteri-Su və quru səthinin istilik tutumlarının fərqli olması ilə izah olunur. Bunun nəticəsidir ki, eyni iqlimin dəniz yarımtipi daha rütubətli və mülayim,kontinental yarımtipi isə quru və temperatur amplitudası böyük olur.
2)Coğrafi enlik-Günəş şüalarının düşmə bucağı-Coğrafi enlikdən asılı olaraq dəyişir.Bunun nəticəsində də havanın temperaturu dəyişir.Ekvatora yaxın enliklərdə günəşin düşmə bucağı,günəşli saatların miqdarı,istilik ehtiyatı,aqroiqlim ehtiyatı daha çox,qütbə yaxın enliklərdə isə müvafiq göstəricilər daha az olur.
3)Ərazidəki hava kütləsinin xarakteri-Hava kütlələri daxilində havanın qalxan və ya enən hərəkəti,təzyiq qurşağı,günəş radiasiyasının müxtəlif olması öz təsirini iqlimə edir.Məsələn : Ekvatorial iqlimdə hakim olan ekvatorial hava kütləsi daxilində havanın qalxan hərəkəti,alçaq təzyiq qurşağı,yüksək buludluluq,səpələnən günəş radiasiyası hakimdir.Nəticə olaraq ekvatorial iqlimdən ilboyu bol və bərabəryağıntı müşahidə olunur.
Bu amillərdən əlavə ərazinin iqliminin formalaşmasında ikinci dərəcəli aşağıdakı amillərində öz rolu vardır :
1.Okean cərəyanları-Sahildən keçən isti okean cərəyanı əraziyə bol rütubət gətirir.Cənub yarımkürəsində tropik iqlimin dəniz yarımtipinin ilboyu sahildən keçən Braziliya,Şərqi Avstraliya,Mozambik isti cərəyanları ilə bağlıdır. Sahildən keçən soyuq okean cərəyanı-arid iqlim yaradır.Cənub yarımkürəsində tropik-kontinental iqlimin yaranması sahildən keçən Peru,Bengel,Qərbi Avstraliya soyuq cərəyanı ilə bağlıdır.
2.Hakim küləklər-Qərb küləkləri Qərbi Avropada rütubətli iqlim yaradır.
3.Okeanlardan uzaqlıq-Okeanlardan materiklərin daxilinə getdikcə iqlimin rütubətliliyi azalır.Tropik,Subtropik, Mülayim iqlim qurşaqlarının materik daxilində kontinental yarımtiplərinin yaranması bu amillə bağlıdır.
4.Relyef-Dağlıq relyefdə yüksəkliyə qalxdıqca yağıntı əvvəlcə ortadağlıqda artır.Daha sonra azalır.
5.Yamacların ekspozisiyası-Dağların yamaclarından dünya okeanına,rütubət axınlarına baxan hissəsi əks yamaca nisbətdə daha rütubətli iqlimə malik olur.Himalay dağlarının cənub yamacının,Böyük Suayrıcı dağlarının şərq yamacı,Əjdaha dağlarının şərq yamacının daha çox rütubət alması bu amillə bağlıdır.Ümumilikdə dağların əraziyə daxil olan rütubətin qarşısını kəsməsi dağların sədd effekti adlanır.


Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin