T-limfositlər. T-limfositlərin səl əfləri qırmı zı sümük iliyində yaranaraq qanla timusa gətirilir və T-limfositlərin diferensiasiyası timusda baş verir. B-limfositlərdən fərqli olaraq T-limfositlərin immun reaksiyalarda iştirakı antigeni bilavasitə tanımaqla yox, başqa hüceyrələrin membranındakı histouyğunluq molekullarını tanıması ilə bağlıdır. Yetkin T-limfositlər timusu tərk edir, periferik qanda, limfoid
orqanlarda təsadüf edirlər. Səthi diferensiasiya antigenlərinə görə T-limfositlərin iki tipi ayırd edilir: CD4+ və CD8+ limfositlər.
CD4+-limfositIər T-helper limfositlərdir. Bu hüceyrələr B-limfositlərin proliferasiyasını və Ig sintezini stimulə edirlər, IL-2, IL-3, IL-4, IL-5, IL-6 sintez edirlər.
CD8+-limfositIər isə sitotoksik T-limfositlər (və ya killerlər) və T-supressorlardır – (Tc və Ts). Sitotoksik T-limfositlər immun cavab zamanı antigeni Ag-histouyğunluq molekulları (MHC -I sinif) ilə tanıyır, bilavasitə Ag-ni məhv edirlər. T-supressorlar (onları T-requlyatorlar da adlandırırlar) isə immun sistemin digər hüceyrələrinin aktivliyini azaldırlar. Sitotoksik T-limfositlər və ya T -killerlər əsasən hüceyrə immunitetində iştirak edir, transplantantın hüceyrələrinin məhv edilməsi, Ag-un bilavasitə məhv edilməsi proseslərində iştirak edirlər. Sitotoksik T-limfositlər hədəf hüceyrəni (yadı) tanıyır, onunla birləşir və lizisə uğradırlar. Onların sitoplazmasında spesifik sitolitik qranullar aşkar edilmişdir. Bu qranullarda perforin zülalı vardır, onun köməyi ilə killerlər hədəf hüceyrəni məhv edirlər. Hədəf hüceyrə rolunu virusla infeksiyalaşmış hüceyrələr də oynaya bilərlər.