Ümumi histologiya


AQRANULOSİTLƏR (dənəsiz leykositlər)



Yüklə 1,33 Mb.
səhifə39/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   35   36   37   38   39   40   41   42   ...   128
2 5379791321034655986

AQRANULOSİTLƏR (dənəsiz leykositlər)
Limfositlər. Leykositlərin ümumi miqdarının 20-45%-ni təşkil edirlər. Virus və xroniki infeksiyalar zamanı, adət ən limfositlərin sayının artması – limfositoz müşahidə olunur. Limfositlər immunoloji reaksiyalarda əsas rol oynayırlar. Qanda sirkulyasiya edən limfositlər funksional və metabolik qeyri-aktiv vəziyyətdə olurlar. Qan – limfositlər üçün limfoid sistem orqanları və ba şqa toxumalar arasında sirkulyasiya etmək üçün mühit təşkil edir. Spesifik siqnallara cavab olaraq limfositlər qan damarı divarından birləşdirici toxumaya miqrasiya edirlər. Onlar, həmçinin epitel toxumasına da miqrasiya edə bilirlər (məs.: bağırsağın selikli qişasının epitelinə). Ölçülərinə görə kiçik (4,5-6 mkm), orta (7-10 mkm) və iri limfositlər (10-18 mkm) ayırd edilir. Funksional təsnifata görə limfositlərin əsas 3 tipi müəyyən edilmişdir: B-limfositlər, T-limfositlər və NK- hüceyrələr. Kiçik limfositlərin kondensləş miş xromatinə malik iri nüvəsi var. Sitoplazma nüvə ə trafında nazik həlqə şəklində görünür. Qanda cərəyan edən limfositlər ə sasən kiçik limfositlərdir. Onlar qanın limfositlərinin 85-90% -ni təşkil edirlər. İri limfositlər qanda sirkulyasiya edən limfositlərin 3%-ni təşkil edirlər. Nüvə iri və nisbətən sıxdır. Sitoplazmada az miqdarda lizosom, mitoxondri, rudimentləşmiş Holci kompleksi, endoplazmatik tor, çoxlu sə rbəst ribosomlar aşkar edilir. İri və orta limfositlər əsasən antigenlə aktivləşmiş B-limfositlər qrupunu təşkil edirlər. NK-hüceyrələr də iri limfositlərdir.
23

B-limfositlər qanın limfositlərinin 30%-ni təşkil edir. Bu hüceyrələr ilk dəfə quşlarda Fabrisius kisəsi (bursa of Fabricius) deyilən limfoid orqanda aşkar olunmu şdur. B-limfositlərdə n effektor hüceyrələr – immunoqlobulinlər – Ig(antitellər) sintez edən plazmositlər yaranırlar. Plazmatik hüceyrələr isə konkret antigenə qarşı antitel sintez edirlər.


B-limfositlər, plazmatik hüceyrələr humoral immunitetə cavabdehdirlər. Onları n sintez etdikləri antitellər qana və orqanizmin başqa maye mühitlərinə ifraz olunurlar. Hədəfin – antigenin məhvi antitellərin iştirakı ilə gedir. B-limfositlərin plazmolemması nda çoxlu sayda immunoqlobulin Ig reseptorları olur (ən çox IgM, IgD sinifləri). Hər bir B-limfosit 105 sayda belə reseptorlara malik olur. Antigeni B-limfosit bu reseptorlarm köməyi ilə tanıyır. Reseptor antigenlə birləşdikdə, yəni antigen stimulyasiyası nəticəsində B-limfosit aktivləşir və proliferasiya edir, plazmatik hüceyrəyə diferensiasiya edir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin