QRANULOSİTLƏR (dənəli leykositlər)
Neytrofil qranulositlər, yaxud neytrofillər, dairəvi olub, diametri 7-9 mkm-dur. Leykositlərin ümumi miqdarının 65-75 %-ni təşkil edirlər.
21
Neytrofillərin sitoplazması zəif oksifildir, orada kiçik də nəciklər aşkar edilir, Romanovski-Gimza metodu ilə boyama zamanı bu dənələr çəhrayı-bənövşəyi rəng alır. Sitoplazmanın səthi-periferik hissəsi qatı homogendir, dənələr yoxdur, burada nazik filamentlər yerləşirlər. Bu qat neytrofillərin amöbvari hərəkətində, psevdopadilərin yaranmasında əsas rol oynayır. Qeyd edildiyi kimi, leykositlər öz funksiyalarını yerinə yetrmək üçün iltihab ocağına və ya zədələnmiş toxumalara miqrasiya edirlər. Strukturuna və kimyəvi tərkibinə görə neytrofıl leykositlərin sitoplazmasındakı qranullar 2 tipə ayrılır: azurofil qranullar və neytrofil qranullar. Azurofil qranullar neytrofıllərin diferensiasiya prosesində daha əvvəl yaranır, onlara birincili qranullar da deyirlər. Onların tərkibində lizosomlar üçün xarakter hidrolitik fermentlərin aşkar olunması sübut edir ki, bu qranullar əslində birincili lizosomların bir formasıdır.
Spesifık neytrofı l dənələr isə neytrofıllərin inkişaf prosesində sonradan yaranırlar və onlar ikincili qranullar da adlanır. Onların miqdarı hüceyrənin diferensiasiya prosesində artır. Kimyə vi tərkibcə bu qranullarda antibakterial aktivliyə malik maddəl ər (lizosim, laktoferrin) aşkar olunmuşdur. Neytrofıllərin sitoplazmasında orqanellər zəif inkişaf etmişdir; az miqdarda mitoxondri, kiçik Holci kompleksi, hüceyrə mərkəzi, reduksiyaya uğramış endoplazmatik şəbəkə aşkar edilir, bunlardan başqa sitoplazmada qlikogen, lipid və s. əlavələrin olması xarakterikdir. Neytrofı l leykositlərin nüvə sində sıxlaşmış xromatin periferiyada yerləşir, nüvə cik zəif aşkar edilir. Nüvənin forması müxtəlifdir. Yetkin neytrofıllər 2-3 və daha cox paycıqdan ibarət seqmentləşmiş nüvə yə malikdirlər (seqmentnüvəli neytrofil leykositlər). Onlar neytrofıl leykositlərin əsas hissəsini (47-72%) təşkil edir. Çöpnüvəli neytrofıl qranulositlər 1-6% təşkil edir. Onlar ın nüvəsi nal və ya «S» hə rfi formasında olur. Paxlaformalı nüvəyə malik olan cavan neytrofillər isə 0,5-1% təşkil edir. Bu 3 növ neytrofillərin miqdar nisbəti klinikada böyük diaqnostik əhəmiyyətə malikdir. Məsələn, cavan və çöpnüvəli qranulositlərin miqdarının artması ya qanitirmə, yaxud iltihab ocağının olması üzündən qanyaranmanın sürətlənməsindən xəbər verir. Klinikada cavan və çöpnüvəli neytrofillərin miqdarının artması sola meylli neytrofilyoz, seqmentnüvəli neytrofillərin miqdarının artması isə sağa meylli neytrofilyoz adlanır. Neytrofillə r yüksək faqositoz qabiliyyətinə malikdirlər. İ.İ .Meçnikov onları mikrofaqlar adlandırmışdır. Bakteriya və digər hissəciklər udulduqdan sonra faqosom yaranır. Faqosom əvvəlcə spesifik qranullarla, sonra birincili qranullarla birləşir, beləliklə, faqolizosom yaranır, faqositə olunmuş mikroorqanizmlər hidrolitik fermentlərin köməyi ilə parçalanır.
Müəyyən edilmişdir ki, yetkin neytrofıllər keylonlar deyilən spesifık maddələr ifraz edirlər. Bu maddələr isə qranulositopoetik sıranın hemopoetik hüceyrələrində DNT sintezini ləngidərək leykositlərin proliferasiya və diferensiasiya proseslərinə tənzimləyici təsir göstərirlər.
Neytrofillərin həyat dövrü təxminən 8 sutkadır. Qan dövranı nda 8-12 saat dövr etdikdən sonra onlar birləşdirici toxumaya keçir və orada maksimal funksional aktivlik göstərirlər.
Vacib zülalların sintezinə lazım olan orqanellərin sayı çox az olduğu üçün neytrofıl leykositlə r uzun müddət fəaliyyət göstərə bilmirlər və bir dəfə funksional faqositar aktivlik göstərdikdən sonra məhv olurlar. İrin kütləsini belə ölmüş neytrofıllər təşkil edir. İrinin tərkibinə həmçinin makrofaq, bakteriyalar, toxuma mayesi daxildir.
Dostları ilə paylaş: |