Ümumi histologiya


LEYKOSİTAR FORMULANIN UŞAQLARDA DƏYİŞİKLİYİ (%)



Yüklə 1,33 Mb.
səhifə45/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   41   42   43   44   45   46   47   48   ...   128
2 5379791321034655986

LEYKOSİTAR FORMULANIN UŞAQLARDA DƏYİŞİKLİYİ (%)




Leykositlər







YAŞ










1 gün

5 gün

1 yaş

5yaş

14yaş

Neytrofillər

64

45

25

45

60

Limfositlər

24

45

65

45

28




LİMFA (LYMPHA)
Limfa (latınca lympha nəm, təmiz su deməkdir) mezenxim mənşəli toxumaların bir növüdür, hüceyr əarası maddəsi qanda olduğu kimi maye şəklindədir. Limfa toxuma kimi hüceyrəli elementlərdən və ara maddədən, və ya limfoplazmadan ibarətdir. Limfanın hüceyrəli elementlərinə başlıca olaraq dənəsiz leykositlər, daha doğrusu limfositlər və monositlər aiddir. Bunlardan əlavə limfada çox az miqdarda qanın digər formalı elementləri də (dənəli leykositlər və hətta eritrositlər) təsadüf olunur. Hüceyrəli elementlər limfa mayesi içərisində sərbəst asılmışdır.
Limfoplazma tərkibcə qan plazmasına çox yaxındır, lakin zülal hissəciklərinin miqdarı burada xeyli azdır. Mineral duzların, habelə mübadilə nəticəsində əmələ gələn azotlu və azotsuz birləşmələrin miqdarı
26

təxminə n qan plazmasında olduğu kimidir. Zülal fraksiyaları içərisində albuminlər qlobulinlərə nisbətən çoxdur. Limfa zülalları na habelə bir sıra fermentlər – diastaza, lipaza və qlikolitik fermentlə r aiddir. Limfaplazmada, habelə fibrinogen və protrombin vardır, lakin bunların miqdarı azdır və ona görə də limfanın laxtalanmaq qabiliyyəti qana nisbətən zəifdir. Limfa laxtası qan laxtasından kövşək olur. Zülalların az olması (2,9-7,3%) ilə əlaqədar olaraq limfanın yapışqanlıq dərəcəsi də zəif olur. Limfaplazmada neytral yağlar və sadə şəkərlər də vardır. Burada olan mineral duzlara NaCl, Na2CO3 və bir sıra digər birləşmələr aiddir. Sonuncuların tərkibinə kalsium, maqnezium, dəmir və s. daxildir. Mineral duzların miqdar ından asılı olaraq limfa qələvi reaksiyaya malikdir, onda pH 9-a bərabərdir. Osmotik təzyiq isə qanda olduğundan yüksəkdir.

Limfa mayesinin bədənimizdə əmələ gəlməsi qan kapilyarlarından qanın sulu hissəsinin toxumaların hüceyrəarası sahələrinə keçməsi ilə bilavasitə əlaqədardır. Meydana çıxan toxuma mayesi damarlarda olan limfa mayesinin başlanğıcını təşkil edir. Lakin orqanizmin ayrı-ayrı yerlərində və orqanlarda əməl ə gələn limfa mayesinin tərkibi eyni deyildir. Məs.: bağırsaqların divarından axan limfa mayesi yağlarla (3-4%), zülallarla (5%) və şəkərlə zəngin olur. Bu limfa südə bənzəyir ki, buradan başlanan limfa damarları da süd damarları adlanır.

Məlum olduğu kimi, toxumalardan limfa mayesi əvvəlcə limfa kapilyarlarına, sonra limfa damarlarına axır, bunlar isə limfa düyünlərindən keçərə k daha böyük limfa damarları ilə axır və nə hayət limfa axacaqları vasitəsi ilə qan damarlarına (venalara) tökülür. Limfa mayesi periferik damarları n ayrı-ayrı hiss ələrinə axdıqca onun tərkibi də yişir və bunlara müvafiq olaraq 3 növ limfa mayesi ayırd edilir: periferik limfa (limfa sistemində limfa düyünlərinə qədər olan maye), ara limfa (limfa düyünlərindən sonra) və mərkəzi limfa (başlıca olaraq döş axacağında olan limfa mayesi).

Qanyaranma prosesi (hemopoez) haqqında ətraflı məlumatlar "Xüsusi histolgiya" dərs vəsaitində verilmişdir. Burada ancaq mielopoezə aid materiallar verilmişdir [3].
MİELOPOEZ
Mielopoez eritrositopoez, qranulositopoez və trombositopoezdən ibarətdir. Sütun hüceyrələrinin morfoloji xüsusiyyətləri tam dəqiqləşdirilmədiyindən, burada mielopoezin bütün formaları hemositoblast mərhələsindən başlayaraq təsvir edilir.

Hemositoblastlar insanda və onurğalı heyvanlarda qanı n müxtəlif formalı elementlərini əmələ gətirən hüceyr ə formasıdır. Doğulduqdan sonra bu hüceyrələrə yalnız qanyaradıcı orqanlarda və başlıca olaraq sümük iliyində təsadüf olunur. Bunlar qanın adi formalı elementlərinə nisbətən böyük olur, diametrləri bəzən 15 mikrona çatır. Onların nüvələri iri, girdə, və ya oval formada olur. Xromatin burada incə dənələr şəklində olub nüvədə yayılmışdır, buna gör ə nüvəciklər aydın görünür. Hemositoblastların sitoplazması halqa kimi nüvəni ə hatə edir, zəif bazofillik xassəsinə malikdir. Hemositoblastlar tək-tək və kiçik qruplar şəklində yerləşir. Onlar mitoz bölünmə qabiliyyətinə malikdir və bölünmədən sonra meydana çıxan qız hemositoblastlar nisbətən kiçik olur. Yetişmiş hemositoblastlar fəal amöbvari hərəkət qabiliyyətinə malik olduğu halda, qı z hemositoblastlar belə fəal hər əkətə qadir deyildir. Sonuncuların sitoplazmasında bazofillik güclü olur, çünki RNT-nin miqdarı artıqdır.



Eritrositopoez. Sümük iliyində eritrositlərin inkişafı hemositoblastlardan başlayır. Hemositoblastlar birdən-birə eritrositlərə çevrilmir, bu proses uzun çəkir və onlar bir neçə mərhələlər keçirir. Nəticədə hemositoblastların ölçüləri kiçilir, nüvələri kiçilib sıxlaşır və nəhayət aradan çıxır, sitoplazmada bazofillik tədricən zəifləyir, çünki RNT-nin miqdar ı azalır və orada hemoqlobin toplanmağa başlayır. Hemoqlobinin miqdar ı artdıqca sitoplazmada oksifillik güclə nir. Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq eritrositin inkişaf prosesində aşağıdakı hüceyrə formaları müəyyən edilir:

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin