Ümumi histologiya


hemositoblast→bazofil eritroblast, ya proeritroblast→polixromatofil eritroblast→ →oksixromatofil eritroblast→normoblast→retikulosit→eritrosit



Yüklə 1,33 Mb.
səhifə46/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   42   43   44   45   46   47   48   49   ...   128
2 5379791321034655986

hemositoblast→bazofil eritroblast, ya proeritroblast→polixromatofil eritroblast→ →oksixromatofil eritroblast→normoblast→retikulosit→eritrosit.
Proeritroblastlar, yaxud bazofil eritroblastlar hemositoblastların mitoz bölünməsi nə ticəsində əmələ gəlir. Bunların diametri 10-12 mikrona bərabərdir, hərəkətsiz olur, formaları girdədir. Nüvələri girdə şəkildə olur, güclü boyanır, nüvəcikləri aydın görünür, sitoplazmada bazofillik daha şiddə tli olur. Elektron mikroskopunun köməyilə proeritroblastların sitoplazmasında azca mitoxondrilər aşkara olunmuşdur, ribosomlar sərbəst şəkildə hər tərəfə yayılmışdır, endoplazmatik tor bir neçə qovuqcuqlardan
27

ibarətdir. Proeritroblastlar güclü bölünmək qabiliyyətinə malikdir. Onlar bölündükcə ölçüləri kiçilir və nisbətən xırda formalı, yeni hüceyr ə nəsli əmələ gə lir. Bu hüceyrələrin sitoplazmasında tədricən hemoqlobin meydana çıxır, buna görə onların bazofilliyi zəifləyir. İndi həmin hüceyrələr həm əsas, həm də turş boyaqlar ilə rənglənməyə başlayır. Bunu nəzər ə alaraq meydana çıxan yeni eritroblastlara polixromatofil eritroblastlar deyilir. Onların diametri 8- 10 mikrona yaxındır. Nüvələri interfaza mərhə ləsində müəyyən dəyişikliyə uğrayır, nüvəciklər adətən itir, xromatin böyük qaymacıqlar şəklində diffuz olaraq yayılır. Polixromatofil eritroblastlar bölündükcə onların sitoplazmasında oksifillik güclənir və dəfələrlə bölündükdən sonra nəhayət tam oksifil boyanan yeni formalar meydana çıxır. Bunlara oksixromatofil eritroblastlar deyilir.

Oksixromatofil eritroblastlar gələcəkdə iki istiqamətdə diferensasiya edir; onların bir qismi bölünərək artır və nəticədə daha kiçik hüceyrə forması ə mələ gə lir ki, bunlara da normoblastlar deyilir. Sonuncular ölçüləri c əhətdən definitiv eritrositlərdən bir o qədər fərqlənmir. Oksifil eritroblastların digər qismi isə bölünmür, ehtiyat halında sümük iliyinin retikulyar toxumasında qalır və müvafiq şəraitə düşdükdə yeni normoblastlar əmələ gətirir.

Normoblastlar ölçüləri cəhətdən eritrositlərə bənzəyirsə də, bir sıra xüsusiyyətləri ilə onlardan fərqlə nir. Əvvəla bunların hələ nüvələri vardır və onlar eksentrik yerləşir. Normoblastlar əvvəllər mitoz üsulu ilə bölünə bilir, lakin tezliklə bu xüsusiyyətlərini itirir və daha bölünmür, çünki nüvələri getdikcə degenerasiyaya uğrayır. Sitoplazmalarında tək-tək mitoxondrilərə təsadüf olunur, bunlar adətən reduksiya mərhələsində olur.

Normoblastlarda nüvələr dağılmağa baş ladıqda, onların xromatinlə ri nüvə zarına yaxınlaşır və iti ucları ilə mərkəzə yönəlir. Nə ticədə nüvə mili çarxa bənzəyir. Sonra nüvə sıxlaşır onun forması dəyişir və tədricən parçalanaraq kiçik hissəciklər şəklini alır. Daha sonra bu hissəciklər əriyir, bəzən isə sitoplazmadan kənar edilir. Nəhayət normoblast nüvəsini itirərək retikulositə çevrilir. Retikulosit adi eritrositdən fərqlənir, onun sitoplazmasında dənəli-saplı maddə olur, hemoqlobinin miqdar ı isə çatışmır. Dənə li-saplı maddə sitoplazmanın ribosomlu torunun, mitoxondrilərin və nüvənin qalığıdır. Retikulositlər qeyd olunan qalı qlarını tamamilə itirdikdən sonra yetişmiş eritrositlərə çevrilir. Onlarda hemoqlobinin miqdarı daha çox olur.
Normal halda eritrositlər və qismə n retikulositlər (cavan eritrositlər) sümük iliyindən qana keçir. Bu prosesdə sümük iliyinin genişl ənmiş kapillyarları (sinusoidl əri) əhə miyyətli rol oynayır. Burada eritrositlər sinusoid kapillyarların endotel hüceyrələri ilə təmasa gəl ərək, onların arasından kapillyarların içərisinə keçir. Prosesi asanlaşdırmaq üçün eritrositlər psevdopodilər buraxır.

Qeyd etmək lazımdır ki, yaşlı adamda sümük iliyində eritrositlərin əmələ gəlməsi adətən ehtiyat halında olan polixromatofil eritroblastlardan başlayır. Buna homoplastik eritropoez deyilir. Əgər orqanizmin eritrositlərə olan ehtiyacı artarsa (mə s.: qan itirdikdə) eritropoezə təlabat artır və bu işə hemositoblastlar da qoşulur. Sonuncular isə sütun hüceyrə lərinin bölünməsi nə ticəsində meydana çıxır. Eritrositlərin əmələ gəlməsində göstərilən hüceyrələrin də iştirak etməsi prosesinə homoplastik eritropoezdən fərqli olaraq, heteroplastik eritropoez deyilir.

Bəzi xəstəliklər zamanı qırmız ı sümük iliyində qanyaranma prosesi güclənir, hemositoblastların və proeritroblastların mitoz bölünməsi sürətl ənir, nəticədə nisbətən böyük ölçülü eritrositlər əmələ gəlir. Əgər sümük iliyi vəzifəsinin öhdəsində n gəlmirsə, qana keçən yetişmiş eritrositlərin miqdarı kifayət deyilsə, qana tamamilə cavan formalar, hətta iri yetiş məmiş eritroblastlar (meqaloblastlar) keçə bilər. Qranulositopoez, və ya də nəli leykositlərin inkişafı sümük iliyində gedir. Bunların da başlanğıc formalarını hemositoblastlar təşkil edir. Lakin hemositoblastlardan dənəli leykositlərə qədər bir sıra keçid mərhələlər müşahidə edilir:


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin