Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə55/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   51   52   53   54   55   56   57   58   ...   128
2 5379791321034655986

Tosqun hüceyrələr (labrocyti)
Tosqun hüceyrələr kövşək birləşdirici toxumanın daimi hüceyrə lərindəndir, xarici görünüşc ə qanın bazofillərini xatırlatdıqları ücün toxuma bazofilləri də adlandırılırlar. Bunlar müxtəlif formalarda – oval, uzun, çıxıntılı və s. olur. Tosqun hüceyrələr amöbvarı hərəkət edə bilir, bu zaman onların forması və ölçüsü dəyişir. İnsanda bu hüceyrələrin uzunluğu 22 mikrona, eni isə 14 mikrona çatır.
Tosqun hüceyrələrin sitoplazmasında spesifik bazofil dənələ rin olması səciyyəvidir [1, s. 108, şək.12.9]. Dənələr istər böyüklük və istərsə də miqdar cəhətdən dəyişkəndir. Bunlar metaxromatik boyanmaq qabiliyyətinə malikdir. Həmin dənələrdə histokimyəvi cəhətdən heparin, histamin, turş mukopolisaxaridlər (hialuron turşusu, A və C tipli xondroitin sulfat turşuları), bəzən isə serotonin aş kar edilmiş dir. Heparinin burada çox olduğunu nəzərə alaraq tosqun hüceyrələrə bəzən heparinositlər də deyilir. Orqanellər zəif nəzərə çarpır. Sitoplazmanın ə sas maddəsində fermentlərdən turş və qələvi fosfatazalar, lipaza, histidindekarboksilaza, peroksidaza, sitoxromoksidaza, adenozin-tri-fosfataza və s. habelə mukopolisaxaridlər, lipoidlər və qlikoproteidlər vardır. Tosqun hüceyrələrin nüvəsi kiçik, girdə, ya oval şəklində, xromatinlə zəngin olur. Nadir hallarda hüceyrənin iki nüvəsi olur. Elektron mikroskopu vasitəsilə dənələrin 0,3-1 mikron böyüklükdə sıx cisimcik olduğunu müəyyənləşdirilmişdir [1, s. 108, şək.12.9], bunların maddəsi tor, və ya lövhəli quruluş a malik olur. Ehtimal edirlə r ki, tosqun hüceyrələr heparin ifraz edərkən dənələrini itirib deqranulyasiya edir, digər maddələr, məs.: histamin ifrazı zamanı isə hüceyrənin dənəli quruluşu dəyişmir.

Heparin, histamin xaric edə n bu hüceyrələr yerli homeostazın t əmin olunmasında iştirak edirlər. Müəyyən olunmuşdur ki, tosqun hüceyrəl ərin zarında qanın bazofil leykositlərində olduğu kimi IqE reseptorları və bura adsorbsiya olunmuş IgE olur. Antigen bu IgE ilə əlaqə yaratdıqda tosqun hüceyrələrdən histamin xaric olur ki, bu da ətraf damarları genişləndirir, keçiriciliyi artırır. Nəticədə toxumada iltihabi allergik reaksiya inkişaf edir.

Tosqun hüceyrələrin mənşəyi haqqında müxtəlif fikirlər vardır; bunların nadir hallarda mitoz və amitoz yolu ilə də çoxalmaları, habelə digər hüceyrə formalarından (sütun hüceyrələrindən və s.) əmələ gəlməsi ehtimal olunur.

Tosqun hüceyrələr çox vaxt kiçik qan və limfa damarları ətrafında qruplarla yerləşir. İnsanda timus vəzisində, mədə sistemində, badamlarda, uşaqlıqda, süd vəzisində və s. bu hüceyrələr daha çox təsadüf olunur. Hamiləlik zamanı uşaqlıqda və süd vəzilərində, şiddətli həzm vaxtı mədədə, bağırsaqlarda və qaraciyərdə bunların miqdarı xeyli artır.

Qeyd etmək lazımdır ki, qanda bazofilləri az olan heyvanlarda (məs.: siçanlarda) birləşdirici toxumada tosqun hüceyrələrin miqdarı çox olur və əksinə , qanda bazofilləri çox olan heyvanlarda (məs.:dovşanlarda) birləşdirici toxumada tosqun hüceyrələr az olur.

Tosqun hüceyrələr heparin, histamin və serotonin kimi fizioloji fəal maddələr sintez edir. Bu hüceyrələrin birləşdirici toxumanın əsas maddəsinin əmələ gəlməsində , qanın laxtalanmasının qarşısını alı nmasında və s. rolu vardı r. Heparin qanda lipidləri azaldır, beləliklə, arteriyaların divarında xolesterin və lipidlərin toplanmasına mane olaraq ateroskleroz prosesinin qarşısını alır. Tosqun hüceyrələrin birləşdirici toxumada huceyrəarası maddənin tərkibini tənzim etdiyi haqqında da fikir vardır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin