Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?



Yüklə 1.38 Mb.
səhifə3/14
tarix02.12.2016
ölçüsü1.38 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

147) Zülalın sidiklə hansı miqdarda itməsi nefrotik sindromdan xəbər verir?

A) Hər hansı miqdarda

B) 1-3q

C) 0,5-1q



D) 3,5q- dan çox

E) 3-3,5q


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
148) Nə zaman sidiyin zülal spektri qan serumunun zülal spektri ilə identik olur?

A) Yüksək selektiv proteinuriyada

B) Mötədil selektiv proteinuriyada

C) Düzgün cavab yoxdur

D) Aşağı selektiv proteinuriyada

E) Hər biri


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
149) Unifikasiya ilə sidik zülalının keyfiyyət təyini üsulu hansıdır?

A) Azot turşusu ilə sınaq

B) Sulfosalisil turşusu ilə sınaq

C) Timol sınağı

D) Hər biri

E) Qaynatma ilə sınaq


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
150) Sidikdə silindrlərin olması və onların miqdarı nədən xəbər verir?

A) Düzgün cavab yoxdur

B) Zülalın miqdarını göstərir

C) Böyrəklərin zədələnmə dərəcəsini göstərir

D) Sidikdə zülalın miqdarını göstərir

E) Proteinuriyanın növündən asılıdır


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997

151) Preparatda tək-tək olduqda nəyin diaqnostik əhəmiyyəti yoxdur?

A) Eritrositar silindirlər

B) Dənəli silindirlər

C) Mumabənzər silindirlər

D) Leykositar silindirlər

E) Gialin silindirlər


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
152) Zülalın hər q/l-nə sidiyin nisbi sıxlığını təyin etmək üçün hansı koefisient istifadə olunur?

A) 0,001


B) 0,004

C) 0,002


D) 0,005

E) 0,010
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997


153) Gündəlik 3 litrdən çox sidik ifrazı nə vaxt qeyd olunur?

A) Sistitdə

B) Kəskin qlomerulonefritdə

C) Kəskin böyrək çatmamazlığında

D) Şəkərsiz diabetdə

E) Piyelonefritdə


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
154) “Pollakiuriya” nə deməkdir?

A) Tez-tez sidik ifrazı

B) Sidik ifrazının tam dayanması

C) Sidiyin gündəlik miqdarının artması

D) Sidiyin gündəlik miqdarının azalması

E) Gec-gec sidik ifrazı


Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997

Hematoloji müayinə

155) EÇS-nin tezləşməsinə nə gətirib çixarmır?

A) Fibrinogenin miqdarının artması

B) Qanda patoloji immunoqlobulinlərin qatılığının artması

C) Qlobulin fraksiyalarının artması

D) Qanda qaptoqlobin və alfa-2-makroqlobinin dəyişilməsi

E) Öd turşularının qatılığının artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.
156) Mikrosferositoz zamanı Prays-Cons əyrisi necə olur?

A) Dəyişmir

B) Sola meyilli olur

C) Bütün cavablar düzgündür

D) Sağa meyilli olur

E) Bir neçə zirvə əmələ gəlir


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
157) Eritrositlərin membranasının irsi defektlərinə nə gətirib çıxara bilər?

A) Stomatositoz

B) Akantositoz

C) Aşağıda sadalananların hamısı

D) Ovalositoz

E) Mikrosferositoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
158) Yüksək eritropoetin əmələ gəlməsindən olan eritrositoz üçün nə xarakterikdir?

A) Aşağıda sadalananların hamısı

B) İsenko-Kuşinq sindromu və xəstəliyi

C) Qara ciyər çatmamazlığı zamanı anemiyalar

D) Hipergidrotasiya

E) Polisitemiyalar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
159) Retikulositlərin miqdarının təyini üçün hansı rənglənmə üsulu məsləhət görülür?

A) Yaş kamerada rənglənmiş şüşə üzərində

B) Sınaq şüşəsində və yaş kamerada rənglənmiş şüşə üzərində

C) Sınaq şüşəsində

D) Metil spirti ilə fiksasiyadan sonra

E) Formalinlə fiksasiyadan sonra


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
160) Retikulositlərin dənəvər torlu substansiyasını aşkar etmək üçün hansı boya məsləhət görülür?

A) Azur-2

B) Bütün cavablar düzgündür

C) Metilen göy

D) Azur-1

E) Brillyant-krezil göy


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
161) Retikulositlərin sayi nə zaman artır?

A) Hemolitik sindrom zamanı

B) Bütün sadalanlar düzdür

C) Xərçəngin sümüklərə metastaz zamanı

D) Hipoplastik anemiya zamanı

E) Aplastik anemiya zamanı


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
162) Pereferik qanda retikulositlərin artması nə zaman müşahidə olunmur?

A) Müalicə fonunda meqaloblast anemiyada

B) Hemolitik anemiyada

C) Şua xəstəliyi zamanı anemiyada

D) Bütün cavablar düzgündür

E) Posthemoragik anemiyada


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
163) Retikulositoz nə zaman müşahidə olunmur?

A) Bütün sadalanan anemiyalar zamanı

B) Talasemiyada

C) Paraksizmal gecə hemoqlobinuriyası

D) Mikrosferositar hemolitik anemiya zamanı

E) Aplastik anemiyada


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
164) Qan yaxmalarının fiksasiyası üçün nədən istifadə olunmur?

A) Leyşman fiksator-boyasından

B) Metil spirtindən

C) 70% etil spirtindən

D) 96% metil spirtindən

E) May-Qrünvald fiksator-boyasından


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
165) Qan yaxmalarnın rənglənməsi üçün hansı üsullardan istifadə olunur?

A) Heç birindən

B) Noxt

C) Aşağıda sadalanan bütün üsullardan



D) Pappengeym

E) Romanovski


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
166) Hemoqlobin hansı üsulla təyin olunur?

A) Qazometriya

B) Polyarimetriya

C) Heç biri ilə

D) Bütün sadalanan üsullarla

E) Hemoqlobinsianid


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
167) Qanda hemoqlobinin miqdarı nə zaman artır?

A) Hemoqlobinopatiyalarda

B) Meqaloblast anemiyalarda

C) Bütün sadalanlar düzdür

D) Hiperhidrotasiyalarda

E) İlkin və ikincili eritrositozlar zamanı


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
168) Leykositlərin mütləq miqdarı nə deməkdir?

A) 1 litr qanda leykositlərin miqdarı

B) Bütün cavablar düzgündür

C) Periferik qan yaxmasında leykositlərin miqdarı

D) Leykoformulada leykositlərin ayrı-ayrı növlərinin faizlə miqdarı

E) Bütün cavablar səhvdir


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
169) “Nisbi neytrofilyoz” nə deməkdir?

A) Onların mütləq sayının artması

B) Neytrofillərin mütləq və faizlə miqdarının artması

C) Neytrofillərin normal mütləq miqdarı zamanı faizlə miqdarının artması

D) Bütün sadalananlar düz deyil

E) Neytrofillərin faizlə miqdarının artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
170) Dəmirin aşağıdakilardan hansı ilə birləşməsi hem deməkdir?

A) Protoporfirinlə

B) Zülalla

C) Porfirin və zülalla

D) Koproporfirinlə

E) Protoporfirinlə və zülalla


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
171) Hematokritin artması nə vaxt müşahidə olunur?

A) Bütün cavablar səhvdir

B) Hiperhidratasiya

C) Anemiyalar zamanı

D) Bütün cavablar düzgündür

E) Eritrositozlar zamanı


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
172) Hematoloji analizatorla qeydə alınan RDW göstəriçisi aşağıdaki hansı dəyişiklikləri əks etdirir?

A) Eritrositlərin həcmə görə fərqlərini (anizositoz)

B) Eritrositlərin hemoqlobinlə doymasını

C) Qanda leykositlərin miqdarını

D) Eritrositlərin miqdarını

E) Eritrositlərin radiusunu


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
173) Sümük iliyinin meqakariositlərinin hesablanması nədə kecirilməlidir?

A) Qan hüceyrələri sayğaclarında

B) Bu kameralardan hər hansı birində

C) Qoryayev kamerasında

D) Perifirik qanın yaxmasında

E) Fuks-Rozental kamerasında


Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
174) Sələf qanyaradan hüceyrə sakit halda hansı morfologiyaya malikdir?

A) Kiçik limfosit

B) Blast hüceyrə

C) Heç birinə

D) Fibroblast

E) Monosit


Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
175) Leyko-eritroblastik indeks nə deməkdir?

A) Eritrositlərin periferik qan leykositlərinə nisbəti

B) Yetişməmiş leykositlərin eritroid hüceyrələrinə nisbəti

C) Bütün cavablar düzgündür

D) Leykositlərin yetişmiş formalarının eritroid hüceyrələrinə nisbəti

E) Sümük iliyinin leykosiklərnin bütün növlərinin eritroid hüceyrələrinə nisbəti


Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
176) Normada sümük iliyinin eritronormoblastik indeksı orta miqdarla nə qədərdir?

A) 1:1


B) Nisbət normallaşmır

C) 3:1


D) 10:1

E) 1:2
Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004


177) Hüceyrəvi və hiperhüceyrəvi sümük iliyində blastların artması nə üçün xasdır?

A) Kəskin qan itirməyə

B) İnfeksion mononukleoza

C) Kəskin leykoza

D) Fol defisitli anemiyaya

E) Sadalanan bütün xəstəliklər üçün


Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
178) Anizositoz termini nəyin dəyişməsi deməkdir?

A) Eritrositlərin sayının

B) Eritrositlərin formalarının

C) Eritrositlərin rənginin intensivliyi

D) Periferik qanda nüvəli eritrositlərin əmələ gəlməsi

E) Eritrositlərin ölçülərinin


Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004

179) Eritrositlərin anizositozu nə zaman müşahidə olunur?

A) Miyelodisplastik sindromlarda

B) Aşağıda sadalanan xəstəliklər zamanı

C) Makrositar anemiyalarda

D) Sümük iliyinə yenitörəmələrin metastazında

E) Hemolitik anemiyalarda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
180) Meqaloblastik eritropoez nə zaman müsahidə olunur?

A) Hamiləlikdə

B) B12-fol defisiti anemiyasında

C) Mədə xərçəngində

D) Autoimmun hemolitik anemiya krizində

E) Sadalanan bütün hallarda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
181) Qranulositlər harada əmələ gəlirlər?

A) Dalaq və limfotik düyünlərdə

B) Limfatik düyünlərdə

C) Qara ciyərdə

D) Dalaqda

E) Sümük iliyində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
182) Trombositlər harada əmələ gəlirlər?

A) Sümük iliyində

B) Bütün cavablar düzdür

C) Dalaqda

D) Limfatik düyünlərdə

E) Düz cavab yoxdur


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
183) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastlarin miqdarının

artması nə zaman müşahidə edilir?

A) Vərəm əleyhinə preparatlar qəbul etdikdə

B) Dəmir defisitli anemiyalarda

C) Qurğuşunla zəhərlənmə zamanı

D) Hemolitik anemiya zamanı

E) Miyelom xəstəliyi zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
184) Mütləq monositoz nə üçün xarakterikdir?

A) İbtidailərlə (birhüceyrəlilərlə) yoluxma zamanı

B) Bütün sadalananlar düzgündür

C) Monositar və miyelomonositar leykozlar

D) Bakterial infeksiyalar üçün

E) Virus infeksiyaları üçün


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
185) Trombositopeniya nə üçün xarakterikdir?

A) DDL-sindromu

B) Bütün sadalananlar düzgündür

C) Şüa xəstəliyi

D) Yenidoğulmuşlarda qızılca

E) QİÇS- infeksiyaya


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001, 446
186) Limfa düyünlərində Berezovski-Şternberq və Xockin hüceyrələri aşağıdakılardan hansının əsas diaqnostik elementləridir?

A) Limfaqranulomatoz

B) Bütün sadalananlar düzdür

C) Kəskin leykozlar

D) Sarkoidoz

E) Histiositoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
187) Yetişməmiş qranulositlərin, miyeloblastların, promiyelositlərin, miyelositlərin, metamiyelositlərin hesabına olan leykositoz nə üçün xarakterikdir?

A) Xroniki miyeloleykoz

B) Kəskin leykoz

C) Bütün sadalanan xəstəliklər üçün

D) Xroniki monositar leykoz

E) Eritremiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
188) Kəskin leykozun aleykemik formalarının diaqnostikası nəyə əsasən keçirilir?

A) Qalça sümüyün trepanobiopsiyasına

B) Bütün üsullarla

C) Limfa düyününün punktatına

D) Sitokimyəvi müayinəyə

E) Periferik qanın yaxmasına əsasən


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
189) Kəskin leykozun növünü müəyyən etmək üçün nə böyük əhəmiyyət kəsb edir?

A) Sitokimyəvi müayinə

B) Sümük iliyinin punktatı

C) Bütün sadalananlar

D) Periferik qanın yaxması

E) Qalça sümüyünün trepanobiopsiyası


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
190) Kəskin miyeloblast leykoz üçün xarakterik olan sitokimyəvi göstərici hansıdır?

A) Qeyri spesifik esteraza

B) Qələvi fosfotaza

C) Dəqiq test yoxdur

D) Miyeloperoksidaza

E) Qlikogen


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
191) Kəskin monoblast leykoz üçün xarakterik sitokimyəvi müayinə hansıdır?

A) Bütün üsullar eyni dərəcədədir

B) Na+ F ilə zəifləşdirilən qeyri spesifik esteraza

C) Qlikogen

D) Lipidlər

E) Miyeloperoksidaza


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
192) Xroniki miyeloleykoz zamanı leykoqramma üçün nə xarakterik deyil?

A) Limfositlərin və plazmoblastların sayının artması

B) Düzgün cavab yoxdur

C) Miyelositlərə qədər sola meyillilik

D) Bazofil-eozinofil kompleksi

E) Miyeloblastların artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
193) Xroniki monositar leykoz zamanı qan üçün nə xasdır?

A) Leykositoz

B) Bütün sadalananlar

C) Mütləq monositoz

D) Yetişmiş və yetişməmiş qranulositlərin eyni miqdarı

E) Miyeloblastlara qədər sola meyillilik


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
194) Tük hüceyrəli leykoz üçün aşağıdaki hansı kliniki laborator göstəricilər

xarakterikdir?

A) Bütün sadalananlar düzdür

B) Anemiya

C) Leykopeniya, limfositoz

D) Splenomeqaliya

E) Sümük iliyinin fibrozu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
195) Xroniki limfoleykoz zamanı digər leykozlardan fərqli olaraq daha tez-tez nə müşahidə olunur?

A) Autoimmun hemolitik anemiya

B) Pernisioz anemiyalar

C) Aplastik anemiya

D) Düzgün cavab yoxdur

E) Dəmir defisitli anemiyalar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005

196) Kəskin leykoz zamanı periferik qanın xarakterik göstəriciləri hansılardır?

A) Eritrositlərin və trombositlərin normal miqdarı, leykoqrammada meyilliksiz leykopeniya

B) Anemiya, trombositopeniya, blast formalı leykositoz

C) Mötədil anemiya və trombositopeniya, limfositozla leykositoz

D) Mötədil anemiya, trombositoz, miyelositlərə qədər sola meyilli hiperleykositoz

E) Eritrositoz, trombositoz, neytrofilyozla müşayət olunan az miqdarda leykositoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
197) Xroniki miyeloleykozun geniş mərhələsi üçün nə xarakterikdir?

A) Az miqdarda leykositoz, çöpnüvəli formalara qədər sola meyillilik

B) Limfositozla leykositoz

C) Anemiya, eritroblastoz, retikulositoz

D) Hiperleykositoz, miyelositlərə, promiyelositlərə, miyeloblastlara qədər sola meyilli neytrofilyoz

E) Qranulositopeniya ilə leykopeniya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
198) Sümük iliyində plazmatik hüceyrələrin yüksək faizi nə zaman müşahidə olunur?

A) Miyelom xəstəliyində

B) İnfeksion mononukleozda

C) Kollagenozlar zamanı

D) Valdenstrem xəstəliyində

E) Bütün sadalanan xəstəliklər zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
199) Kəskin leykoz zamanı miyeloqrammanın xarakterik dəyişiklikləri hansılardır?

A) Aplaziya

B) Blastoz

C) Bütün sadalananlar

D) Meqakariositlərin sayının artması

E) Miyelofibroz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
200) Kəskin leykoz zamanı miyeloqramma üçün nə xasdır?

A) Eritropoezin reduksiyası

B) Blastoz

C) Bütün sadalananlar

D) Hiperhüceyrəlik

E) Meqokariositlərin sayının artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
201) Qranulositlər üçün nə xarakterikdir?

A) Spesifik neytrofil dənəvərliyi

B) Spesifik neytrofil və bazofil dənəvərliyi

C) Spesifik bazofil dənəvərliyi

D) Spesifik eozinofil dənəvərliyi

E) Bütün sadalananlar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
202) Miyeloblastı aşağıdaki hansı morfoloji əlamətlərə görə seçirlər?

A) Tərkibində azurofil dənəvərliyi, yəni Ayer çöpləri olan bazofil sitoplazma

B) Bütün sadalanan əlamətlərin cəmi

C) Düzgün cavab yoxdur

D) Nüvədə nukleolnların olması

E) Nüvənin zərif torlu quruluşu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
203) Meqakariositar aparatın hiperplaziyası nə zaman müşahidə olunur?

A) İnfeksion mononukleozda

B) Eritremiya zamanı

C) Xroniki monositar leykozlarda

D) Düzgün cavab yoxdur

E) Xroniki limfoleykoz zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
204) Xroniki miyeloleykoz zamanı blast krizinin hüceyrə substratları hansılardır?

A) Bütün sadalanan hüceyrələr

B) Monoblastlar

C) Eritroblastlar, meqakarioblastlar

D) Miyeloblastlar

E) Limfoblastlar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед,2002,2003,2005
205) Ph-xromosom (filadelfiya) hansı həstəlik üçün xarakterikdir?

A) Xroniki miyeloleykoz

B) Xroniki limfoleykoz

C) Bütün sadalanan xəstəliklər

D) Eritremiyalar

E) Monoblast leykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
206) Tük hüceyrəli leykoz üçün aşağıdakilardan hansına sitokimyəvi reaksiya aparmaq spesifik sayılır?

A) Miyeloperoksidazaya

B) Diffuz-qranulyar şəkildə qlikogenə

C) Bütün sadalanan reaksiyalara

D) Tartratla rezistent turş fosfatazaya

E) NaF-la zəiflənməyən alfa-naftilesterazaya


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001, 446
207) Xroniki miyeloleykoz zamanı hemoqramma üçün nə xarakterikdir?

A) Bütün sadalananlar

B) Neytrofilyoz

C) Nisbi limfositopeniya

D) Bazofil-eozinofil kompleksi

E) Yetişməmiş qranulositlərin artması


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001, 446

208) Eritremiya zamanı hemoqrammaya nə xasdır?

A) Limfositoz

B) Bütün sadalananlar

C) Eritrositoz

D) Leykonemiya

E) Blastemiya


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001, 446
209) Leykozların ,,klonlu" əmələ gəlməsi dedikdə nəyi başa düşürük?

A) Hüceyrələrin yeni əlamətlər qazanmasını

B) Bütün sadalananları

C) Leykoz hüceyrələrinin müxtəlif formalarını

D) Leykoz hüceyrələrinin anaplaziyasını

E) Mutasiya hüceyrəsinin övladlarını


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001

210) Poykilositoz nəyin dəyişilməsidir?

A) Eritrositlərin rənglərinin intensivliyinin

B) Eritrositlərin ölçüsünün

C) Bütün sadalanan parametirlərin

D) Eritrositlərin həcminin

E) Eritrositlərin formalarının


Ədəbiyyat: Фред Дж Шифман. Патология крови (под общей редакцией акад. Ю.В.Заточина), Москва, С-П, 2001, 446
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə