Konseptual mərhələ
Bu mərhələdəki işlərin əsas mahiyyəti layihənin təyin edilməsi və onun konsepsiyasının hazırlanmasıdır. Konseptual mərhələdə aşağıdakı işlər yerinə yetirilir:
-ideyanın formalaşdırılması və məqsədlərin təyini;
-layihənin əsas komandasının formalaşdırılması;
-sifarişçinin və digər iştirakçıların tələblərinin və dəlillərinin öyrənilməsi;
-mövcud vəziyyətin təhlili və ilkin informasiyanın toplanması;
-əsas tələblərin və məhdudluqların, tələb olunan material, maliyyə və əmək resurslarının təyini;
-alternativ variantların müqayisəli qiymətləndirilməsi;
-təkliflərin hazırlanması, ekspertizadan keçirilməsi və təsdiq edilməsi.
Dostları ilə paylaş: |