Texniki tapşırığın tərtib edilməsi
Bu mərhələnin əsas məzmunu texniki tapşırığın hazırlanması və sifarişçi ilə müqavilə bağlanması üçün danışıqların aparılmasıdır.
Bu mərhələdə aşağıdakı işlər yerinə yetirilir:
-layihənin əsas məzmununun və baza strukturunun işlənib-hazırlanması;
-texniki tapşırığın hazırlanması və təsdiqi;
-layihənin baza struktur modelinin planlaşdırılması və dekompozisiyası;
-layihənin smetasının və büdcənin tərtib edilməsi, resurslara olan tələbatın təyini;
-işlərin təqvim planlarının və ümumiləşdirilmiş qrafiklərinin hazırlanması;
-sifarişçi ilə müqavilənin təsdiq edilməsi;
-layihə iştirakçılarının kommunikasiya vasitələrinin işə salınması və işlərin gedişinə nəzarət edilməsi.
Layihələndirmə
Bu mərhələdə altsistemlər və onlar arasındakı əlaqələr təyin edilir, layihənin yerinə yetirilməsinin və resurslardan istifadə olunmasının daha səmərəli üsulları seçilir. Bu mərhələdə görülən əsas işlərə aşağıdakılar aiddir:
- baza layihə işlərinin yerinə yetirilməsi;
- xüsusi texniki tapşırıqların hazırlanması;
- konseptual layihələndirmənin aparılması;
- texniki spesifikasiyaların və təlimatların hazırlanması;
- layihənin təqdim edilməsi, ekspertizası və təsdiqi.
Hazırlama
Bu mərhələdə layihəyə uyğun işlər yerinə yetirilir, onların koordinasiyası aparılır və operativ nəzarət edilir. Bu mərhələyə, başqa sözlə, reallaşdırma da deyilir.
Görülən əsas işlər bunlardır:
-proqram təminatının hazırlanması;
-sistemin testlənməsi və sınaq istismarı üçün hazırlıq işlərinin görülməsi;
-layihə göstəricilərinə nəzarət edilməsi və tənzimlənməsi.
Dostları ilə paylaş: |