Sistemin müşayiət edilməsi
Qeyd olunduğu kimi, İS əsasən proqram məhsulu olduğundan, istismara verildikdən sonra müəyyən müddət ərzində (6 aydan 2 ilə qədər) icraçı tərəfindən müşayiət olunmalıdır. Bu mərhələdə aşağıdakı işlər görülür:
-sistemin sifarişçinin tələblərinə tam cavab verməsinə nəzarət edilməsi;
-aşkarlanan pozuntuların icraçı tərəfindən aradan qaldırılması;
-istismar müddəti ərzində sifarişçi tərəfindən yeni fikirlər və tapşırıqlar irəli sürüldükdə onların təhlil edilməsi;
-yığılan təcrübə və alınan yeni təkliflər əsasında sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətlərinin təyin edilməsi.
Dostları ilə paylaş: |