1.Diqqətin həcminin genişlənməsi.
2.Diqqətin davamlığının artması.
3.İxtiyari diqqətin formalaşması.
Uşağın inkişaf etməkdə olan nitqi, davranışdakı sərbəstliyi, fəaliyyətin müxtəlif növləri diqqətin həcminin genişlənməsinə təkan verir. Bu dövrdə baş verən dəyişiklik yalnız uşağın eyni vaxtda qavradığı obyektlərin say artımında deyil, həm də qavrama prosesinin aydınlığında əks olunur. Uşaq onun üçün əhəmiyyətli və cəlbedici əşyalara daha çox maraq göstərir. Diqqətin davamlığı yaş artdıqca artır. Diqqətin davamlığı sinir hücüyrələrinin iş qabiliyyətindən asılıdır. Uşaqlarla müntəzəm təşkil edilən məşğələlər onlarda diqqətin davamlığının dinamik artımına imkan yaradır. Bu dövrdə ixtiyari diqqətin ilkin formaları təşəkkül tapmağa, formalaşmağa başlayır.
Məktəbəqədər yaş dövründə özünün intensiv inkişaf tempi ilə fərqlənən idrak proseslərindən biri də hafizədir. Bu dövrdə hafizənin inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişikliklər baş verir. Uşaqlarda hafizənin məlumat tutumu genişlənir, yadda saxlama üsulları təkmilləşir, müddəti artır. Əgər kiçik məktəbəqədər yaşda tanıma əhəmiyyətli rol oynayırsa, böyük məktəbəqədər yaş dövründə yadasalma daha böyük əhəmiyyət kəsb edir. Bu yaşda uşaqlarda zəngin hafizə təsəvvürləri özünü biruzə verir, onlarda obrazlı hafizənin intensiv inkişafı davam edir. Uşaqlar çoxlu xatirələr, məlumatlar və biliklər toplamağa nail olurlar. Obrazlı hafizənin inkişafında aşağıdakı dəyişikliklər baş verir.
Dostları ilə paylaş: |