1.İxtisasın cəmiyyətdə yeri və digər ixtisaslarla əlaqəsi
2.İxtisas və əməyin xarakteri
3.Psixoloji cəhətdən əməyə hazırlığın zəruriliyi
4.Əməyin ictimai-iqtisadi xüsusiyyətləri
Təhsil islahatı yeni insanın formalaşmasında təlim və tərbiyə ilə yanaşı gənclərin peşə hazırlığını da buraya əlavə etmişdir. Bu üçüncü komponent şübhəsiz orta məktəbi bitirənlərə müxtəlif peşələrdə işləmək bacarığı verəcəkdir. Bu isə öz növbəsində onların müəyyən ixtisas üzrə işləməsinə zəmin yaradacaqdır. Burada gənclərin peşələrə istiqamətləndirilməsinə xüsusi qayğı ilə yanaşılmalıdır. Gəncləri müxtəlif peşələrə maraqlandırmaq məqsədilə onların görkəmli peşə sahibləri, həmin məktəbi bitirmiş əmək veteranları, elm, incəsənət və ədəbiyyat xadimləri, habelə dövlət mükafatı laureatları ilə görüşlərini təşkil etmək lazımdır. Gənclər məktəbyanı sahələrin və bağların abadlaşdırılmasında, şəhər və kəndin yaşıllaşdırılmasında, məktəbyanı təcrübə sahəsində daha fəal iştirak etməlidirlər.
Gənclik yaşının axırında sosiolojiləşmənin ilk mərhələsi tamamlanır, gənclər artıq öz həyat yolunu müəyyənləşdirir, ictimai həyata fəal, yaradıcı insan kimi daxil olur, ali məktəblərdə, magistraturada, kolleclərdə, liseylərdə təhsillərini davam etdirir, istehsalatın müxtəlif sahələrində ictimai-faydalı əməklə məşğul olurlar. Lakin gənclərin qeyd etdiyimiz inkişaf səviyyəsinə çatmalarına baxmayaraq, onların yaşlı nəsli ləyaqətlə əvəz etmələri, həqiqi vətəndaş, vətənpərvər, insanpərvər olmaları üçün onlara istiqamət və məsləhət vermək olduqca vacib və zəruridir.
Dostları ilə paylaş: |