3. Zəif və orta dərəcədə dəyişilmiş epizotik və qeyri müntəzəm istifadə edilən landşaftlar. Bunlara yüksək dağlıq ərazilərin subalp, alp çəmənləri,düzənlik və yaylaların yarımsəhra, səhra, quru çöl, arid seyrək meşə-kolluqları və s. arid və ekstra arid landşaftlar aiddir. Onların sərvətlərindən qeyri-müntəzəm istifadə edilir. Məsələn: subalp və alp çəmənlikləri yay aylarında daha çox yüklənir, qış aylarında “istirahət” edir. Yarımsəhra və səhraların qış otlaqları əksinə, qış aylarında daha çox antropogen təsirlərə məruz qalır, yay aylarında isə demək olarki, onlardan istifadə edilmir.