Yasaqlıq– xüsusi mühafizə obyekti kimi qoruq rejimini yaxşılaşdırmaq, nəsli kəsilməkdə olan heyvan və bitki növlərini artıqmaq funksiyalarını yerinə yetirir. Yasaqlıq ərazisində qoruqdan fərqli olaraq müəyyən təsərrüfat işlərinə icazə verilir. Yasaqlıqda nadir heyvanlar artırıldığı üçün yem məqsədilə bir sıra bitkilər əkilir, otlaq, biçənək kimi istifadə edilir. Bununla yanaşı ekoloji sistem kimi bu obyektlərdə elmi-tədqiqat işləri aparılır.
Son illər insan fəaliyyətinin təbiətə təsirinin artımı ilə əlaqədar ətraf mühitin mühafizəsinldə kəskin problemlər əmələ yaranmışdır. Bununla əlaqədar nadir landşaftların tükənmək təhlükəsi qarşısında qalmış heyvan və bitki növlərinin qorunması və bərpasının ən optimal üsulu olan qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Lakin mövcud qoruq və yasaqlıqların fəaliyyəti ayrı-ayrı biotaların qorunması və bərpası məsələsini tamamilə təmin etmir. Həmçinin lazımi səviyyədə etalon funksiyasını yerinə yetirmir. Biosfer qoruqlarının yaradılması ideyası YUNESKOnun ”İnsan və biosfer” (MAB)beynəlxalq proqramı əsasında dünyanın bir çox ölkələrində təsdiq və müdafiə olunmuşdur.
Biosfer qoruğunun strukturu 1972-ci ildə Moskvada keçmiş SSRİ ilə ABŞ arasında təşkil olunmuş beynəlxalq konfransda işlənmişdir.
Proqramda aydın göstərilmişdir ki, biosfer qoruqlarının monitorinq rolunu oynayan 3-4 qoruq sahəsi olmalıdır. Qeyd olunmuşdur ki, hər kompleks biosfer qoruğunun: 1)Ciddi qorunan sahəsi-nüvəsi, 2)bufer zolağı qoruğun nüvəsinin mühafizəsi üçün ayrılan yeri; 3)qoruq və ya yasaqlıqdan ibarət eksperimental zonası; 4)təsərrüfat üçün ayrılan ətraf zonası olmalıdır.
Təbii mühafizə obyektlərini məqsəd və vəzifələrinə görə aşağıdakı qruplara ayırmaq olar: 1.Flora (relikt flora və qismən meşə); 2.Fauna (heyvanat və orintoloji); 3.Landşaft obyektləri (xarakter dağ-landşaftı və kompleks landşaft); 4.Təbii abidələri (qədim təbiət muzeyi və tarixi obyektlər); 5.Ovçuluq təsərrüfatları; 6.Rekreasiya obyektləri.
Azərbaycan Respublikasında təbii mühafizə obyektlərinin yaradılma məqsədinə görə təsnifatı
qoruqlar
1.Zaqatala
2 İlisu 3. Qarayazı -Ağstafada
Eldar şamı-ceyrançöl 6. Türyançay-Acınohur
7.Qızılağac 8. Şirvan 9. Bəsitçay 10. Qaragöl
Milli parkalr
Şahdağ 2. Altıağac 3. Samur-Yalama 4. Abşeron
5.Göygöl 6. Şirvan 7. Ağgöl 8. Zəngəzur 9. Hirkan 10. Qızılağac
Dostları ilə paylaş: |