Ümumi Regional landşaftşünaslıq


Savanna və subekvatorial meşələr



Yüklə 125,42 Kb.
səhifə55/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   48   49   50   51   52   53   54   55   56
Dünya landş

10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb.

12. Ekvatorial meşələr — əsasən Böyük Zond adalarını əhatə edir.

Arktik səhra landşaftı.

Avrasiyanın ucqar şimal ərazilərində, arktik iqlim qurşağında əsasən 75˚-lik şm. en.-dən şimalda olan əraziləri əhatə edir. Bura Şimal Buzlu okeanı adaları-Frans-İosif adaları, Şpitsbergen adaları, Şimal torpağı, Yeni Torpaq, De-Lonq, Vrangel adaları daxildir. Arktik landşaftların formalaşmasında onların yerləşdiyi qütb mövqeyi, arktik hava kütlələrinin hökmranlığı, kəskin soyuq və quraq hava şəraitinin radiasiya balansının çox az olması, səth örtüyünün buz bağlaması və s. böyük rol oynayır. Torpaq və bitki örtüyü çox zəif inkişaf etmişdir.

Arktik qurşaqda buzlaq və Arktik səhra landşaft yarım tipləri ayırmaq olar.

Subarktik qurşağın tundra və meşə-tundra landşaftı.

Avrasiyanın ucqar şimal ərazilərində dairəvi şəkildə yayılan tundra landşaftı kəskin kontinentallığı, zəif bioloji məhsuldarlığı, şaxtalı, zəif qar örtüyünə malik qışı, qısa mülayim yayı ilə fərqlənir. Burada illik radiasiyanın miqdarı 70-80 kkal/sm², radiasiya balansının miqdarı 10-20 kkal/sm² təşkil edir. Tundranın cənub sərhəddi 10-12˚-lik orta iyul izoterminə müvafiq gəlir. Avrasiya ərazisində tundra landşaftı bir-birində fərqlənən 3 yarım zonaya ayrılır.

Şimal və ya Arktik tundra.

Tipik tundra

Cənub tundra.

Şimal tundra yarım zonasında iyul ayının orta temperaturu 3-6˚, tipik tundrada 7-10˚, cənub tundrasında isə 10-12˚ təşkil edir.

Tundranın demək olar ki, bütün əraziləri daimi donuşluq qurşağına aiddir. Kontinental ərazilərdə daimi donuşluq bəzən 300-500 m dəyişməyə malik olur. Burada biokimyəvi proseslərin fəallığı zəifləyir, spesifik geomorfoloji proseslərin intensivliyi artır, xüsusilə termokarst, soliflyukasiya, şaxta aşınması və s. Lakin eroziya və denudasiya prosesləri nisbətən zəif baş verir.

Avrasiya materikində tundra landşaftı daxilində bir-birindən fərqlənən arktik tundra, Atlantik okean sahili, Şərqi Avropa, Qərbi və Şərqi Sibir, Uzaq Şərq subarktik tundra landşaft yarımtipləri ayrılır. Qeyd edilən yarımtiplər daxilində enlik istiqamətində də həmçinin şimal (arktik) tipik və cənub tundra landşaftları fərqlənir.

Okean sahili çəmən və meşə-çəmən landşaftları.

Subarktik və boreal qurşağın landşaftları arasında keçid qurşağı kimi çəmən və çəmən-meşə kompleksləri yayılır. Bu landşaftlar xüsusi ilə dəniz sahili rütubətli adalar, yarımadalar üçün daha səciyyəvidir. Avrasiyada çəmən və meşə-çəmən landşaftlarının 2 tipini ayırmaq olar.

1. Sakit okean sahili rütubətli-dəniz iqlimi, zəif kontinentallığı, zəngin biosenozu ilə fərqlənən çəmən, çəmən-meşə landşaftı.

2. Atlantik okean sahili çəmən, çəmən-meşə landşaftı.

Tayqa- boreal landşaftı.

Avrasiya ərazisində ən geniş ərazi tutan landşaft vahididir. Materikin kontinental şərq rayonlarında əsasən 50-70˚ şimal enlikləri arasında 2000-2200 metr məsafədə geniş enlik qurşağı əmələ gətirir. Tayqa landşaftı daxilində həm enlik, həm də uzunluq istiqamətində kəskin fərqlər müşahidə edilir. Tayqa landşaftının bir-birindən fərqlənən 3 yarım zonası ayrılır: şimali, cənubu və mərkəzi tayqa.

Tayqa landşaftı daxilində bir neçə landşaft yarım tipi ayırmaq olar.

1. Atlantik okean sahili tayqa

2.Qərbi Sibir tayqası

3.Şərqi Sibir tayqası

4.Uzaq Şərqin tayqa meşələri

5. Qarışıq meşə (Tayqa altı) landşaftı

6. Qərbi Avropa (Atlantik okean sahili) tayqa altı landşaftı

Enliyarpaqlı subboreal humid landşaftlar.

Avrasiyanın yüksək məhsuldarlığa malik humid enliyarpaqlı meşələri temperatur və rütubətin daha optimal nisbətində yaranır, landşaftın bioloji fəaliyyəti, fəal vagetasiya dövrü artır. Maddəllər və enerjinin mübadiləsi sürətlənir. Bu komplekslərdə ümumi günəş radiyasiyasının illik miqdarı 80-100 kkal/sm2, radiyasiya balansı isə 40-50 kkal/sm2, fəal temperaturların cəmi 2000-3500ºC, şaxtasız günlərin miqdarı 150-200 gün təşkil edir. Atmosfer yağıntılarının orta illik miqdarı 600-800 mm, rütubətlənmə əmsalı isə əksər aylarda vahiddən böyükdür. Enliyarpaqlı meşələr Qərbi və Şərqi Avropada geniş əraziləri əhatə edir. Şərqə doğru getdikcə iqlimin kontinentallaşmasına müvafiq olaraq meşələrin kəskin daralması müşahidə edilir. Lakin rütubətli Sakit okean sahillərində meşələrin arealı yenidən genişlənir. Enliyarpaqlı meşələr həm enlik, həm də uzunluq istiqamətində kəskin ərazi-məkan dəyişikliyə məruz qaldığı üçün burada özünəməxsus unikal landşaftları ilə fərqlənən Qərbi Avropa, Mərkəzi Avropa, Şərqi Avropa, Uzaq Şərq enliyarpaqlı meşə landşaft tiplərini ayırmaq olar.

Subboreal semi humid – çöl landşaftı. Subboreal semi humid-çöl landşaftı meşə çöllər Avrasiyanın tipik kontinen-tal materik daxili ərazilərdə yaranır. Ümumi günəş radiyasiyasının miqdarı 100 – 120 kkal/sm2 il, rütubətlənmə əmsalı isə 0,6-1 arasında dəyişilir. Şərqi Avropa və Qərbi Sibir ərazisində meşə-çöllər bütöv qurşaq yaradır. Orta iyul temperaturu 20-22ºC, fəal temperaturların cəmi ( 10ºC yuxarı ) Şərqi Avropada 2500-2800º, Qərbi Sibirdə 1800-2000ºC –dir. İllik yağıntının miqdarı 300-600 mm olsa da, zonanın cənub hissələrində yay aylarında quraqlıq müşahidə edilir. Adətən xırda yarpaqlı, enliyarpaqlı ağac və kollar boz-meşə, qəhvəyi meşə torpaqlarında hün-dür ot bitkiləri və tək-tək ağac növləri qara torpaqlarda inkişaf edir.

Avrasiyanın digər landşaftlarında olduğu kimi meşə-çöllərdə həm enlik, həm də sektorial differensasiya diqqəti cəlb edir.

Mancur meşə - çöl landşaftı.

Mərkəzi Mancur düzənliklərində, Sunlyao düzənliyinin şərqində formalaşır. İqlimdə müəyyən qədər musson əlamətləri özünü biruzə verir. Burada fəal temperaturların illik cəmi 2000 -2700ºC, şaxtasız günlərin sayı 120-150 gün, illik yağıntının miqdarı 500-700 mm, rütubətlənmə əmsalı 0,6-1,0 arasında dəyişilir. Qara torpaqlarda humusun miqdarı 6-10%-ə çatır. Mancur meşə-çöllərə allüvial-proallüvial dağ ətəyi yüksəkliklərində və hündür düzənliklərdə gilli-gillicəli, lyosabənzər qırmızı gilli, qumsal torpaqlarda inkişaf edir. Təbii bitki örtüyü tamamilə mənimsənilmişdir, mövcud bitki örtüyü təkrar mənşəlidir. Burada monqol palıdı, mancur göyrücü, daur ağcaqayını ilə yanaşı müxtəlif otlu xüsusi ilə səpəli topal otumu, gəvərli, qırtıclı, şiyavlı çöllər inkişaf edir. Yarğan və dərələrdə meşə cəngəllikləri inkişaf edir. Belə sahələrdə mancur üzümü, lianlar, limon çökək sahələrdə söyük və s. yayılır.

Subboreal semi-arid çöl landşaftı.

Avrasiyanın kontinental ərazilərdə xüsusi ilə 40-45º şm. enlikləri arasında əmələ gəlir. İllik ümumi günəş radiasiyasının miqdarı 100-120 kkal/sm, radiasiya balansı isə 40-55 kkal/sm arasında dəyişilir. Fəal temperaturların illik miqdarı 3500 dərəcəyə çatır. Kontinentallıq dərəcəsinə görə Avrasiyada çöl landşaftının 3 tipi ayrılır.

1.Tipik kontinental Şərqi Avropa çölləri;

2.Kəskin kontinental Qazaxıstan çölləri;

3.Kəskin kontinental Mərkəzi Asiya çölləri;

Avrasiya çölləri meridional istiqamətdə bir-birindən fərqlənən sektorlara bölünür: Şərqi Avropa, Qazaxıstan, Mərkəzi Asiya, Mancur çölləri.

Subboreal arid yarımsəhra landşaft.

Subboreal arid yarımsəhra landşaftı kəskin quru iqlimi, müxtəlif dərəcədə şorlaşmış zəif humuslu açıq şabalıdı, boz qonur, boz-çəmən torpaqları, seyrən yovşanlı, gəvənli xırda kollu, efemerli, halofitli zəif məhsuldarlığa malik bitki qrupları ilə səciyyələnir.

Avrasiya yarımsəhra landşaftlarında enlik və uzunluq differensasiyası diqqəti cəlb edir. Xüsusilə, kontinentallıq dərəcəsindən asılı olaraq Şərqi Avropa, Qazaxıstan, Mərkəzi Asiya yarımsəhraları fərqlənir.

Subboreal ekstra arid səhra landşaftı

Avrasiyanın mərkəzi kontinental ərazilərində zəif bioloji potensiala malik səhra landşaftı yaranır. Səhra landşaftları enlik istiqamətində geniş ərazini əhatə etdiyi üçün onun daxilində subboreal-mülayim, subtropik və tropik səhra landşaftlarını ayırmaq olar.

Subboreal səhralarda illik günəş radiasiyasının miqdarı 130-160 kkal/sm2 radiasiya balansı isə 50-70 kkal/sm2 -ə çatır. İyul ayının orta temperaturu 26-30º C, 10º-dən yuxarı orta illik temperaturların cəmi isə 3000-5000ºC arasında dəyişilir. Zona üçün eol, arid-denudasion relyef formaları, axarsız çökəkliklər, quru çay dərələri, qalıq, parçalanmış dağlar tipikdir. Zəif humuslu (1%-dən az) karbonatlı gilli boz, boz-qonur şoran, şorakət, qumlu səhra torpaqlarında kol, yarım-kol, efemerlər, xüsusilə yovşan, gəngliz, gəvən, saksaul, qarağan, dəvətikanı və s. inkişaf edir.

Avrasiyanın subboreal səhralarında Turan və Mərkəzi Asiya səhra tiplərini ayırmaq olar.

Ekstraarid yüksək dağ Pamir-Tibet landşaftı

Hündür dağlıq yaylalarda, ətraf ərazilərdən hündür dağ sistemləri ilə təcrid olunmuş kəskin kontinental quraq ərazilərdə formalaşır. Qeyd edilən kəskin soyuq hündür dağ səhraları subtropik enliklərdə yerləşsə də, iyul ayının orta temperaturu nadir hallarda 10ºC-dən yuxarı olur. Hündür dağ səhraları, hündür denudasion kəskin parçalanmış yaylaları əhatə edir. Məsələn: Tibet yaylasının qərbi, Çanqtan yaylası (4600-5000m), Pamirin Şərqi və daxili hissələri (3500-4500m) və s. Qeyd edilən yaylalar üzərində kəskin parçalanmış qırışıq-qaymalı cavan dağ sistemləri ucalır. Qarakorumun, Kuplunun, Transhimalayın az meyilli, zəif parçalanmış daxili yamaclarında da yüksək dağ səhraları yaranır.

Yüksək dağ səhralarına 100 mm-dən az yağıntı düşür, rütubətlənmə əmsalı çox kiçik olur. Hətta yayda şaxta, qar müşahidə edilir. Tez-tez qum qasırğaları müşahidə edilir. Bitkilərin vegetasiya dövrü çox qısa olur və iyun ayının ortalarından başlayır.

İntensiv şaxta aşınması, denudasiya, deflyasiya və s. müxtəlif morfoskulpturlar əmələ gətirir. S

əhraların səthi müxtəlif ölçülü qırıntı materialları ilə örtülür. Hündür dağ səhra torpaqları zəif humus qatı, kəskin karbonatlığı, şorlaşması ilə fərqlənir. Dənəvər, gilli qruntda takırvari torpaqlarda əmələ gəlir. Alçaq boylu çoxillik kollar və yarım kollar, şaxtaya davamlı-kriofit bitkilər möhkəm kök sistemləri ilə torpaq-qrunta yapışır, gəvən, balışvari teresken, efemerlər daha tipikdir. Heyvanlar aləmində yak, antilop, kianq qulanı, dağ keçisi, gəmiricilər əsas yer tutur.

Soyuq dağ səhraları otlaq kimi istifadə olunur. Təbii komplekslər zəif antropogenləşməyə malikdir.

Subaralıq dənizi landşaft

Subboreal meşə landşaftlarından subtropik landşafta keçid zonasında yerləşir. Bu zona əsasən Alp-Himalay qırışıqlığının qərb hissəsinə müvafiq gəlir və 40-46º şimal enlikləri arasında olan əraziləri əhatə edir.

Bu qurşaqda orta illik günəş radiasiyasının miqdarı 120-150 kkal/sm2, radiasiya balansı ilə 50 kkal/sm2 ildən çoxdur. Fəal temperaturların illik cəmi 4000-4500 ºC, qış əksər sahələrdə xüsusilə düzənliklərdə mülayim keçir, ən soyuq ayın orta temperaturu adətən müsbət olur.

Qəhvəyi-meşə, açıq şabalıdı, sarı, boz-çəmən, boz-qonur torpaqlarda enliyarpaqlı meşələr, çöl və meşə-çöllər, hirkak tipli meşələr, arid seyrək meşə-kollar, yarım səhralar və s. landşaftlar müvafiq ardıcıllıqla inkişaf edir.

Subaralıq dənizi landşaft qurşağı daxilində bir-birindən fərqlənən landşaft sektorları ayırmaq olar: Atlantk sahili, Mərkəzi Avropa, Hirkan və Kolxidda rütubətli meşə, Mərkəzi Qafqaz subaralıq dənizi sahili landşaft sektorları .

Rütubətli Hirkan meşələri

Bu tip landşaftların yaranmasında dağların sədd effektinin rolu böyükdür.Avrasiyada qeyd edilən landşaftlar dəniz sahili düzənliklərdə, xüsusilə dağətəyi ərazilərdə əmələ gəlir. Kolxida tipli rütubətli meşə landşaftları evksin tipli Böyük və Kiçik Qafqazın Qara dəniz sahili Kolxida ovalığında, Pont dağlarının şimal yamaclarında yaranır. Xəzər dənizi sahillərində Hirkan tipli rütubətli meşə landşaftları Elbrus dağlarının ətəklərində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində əmələ gəlir.

Qeyd edilən landşaft daxilində yay ayları kəskin isti, nisbətən quraq, qışı mülayim və rütubətli keçir. Dəniz sahillərindən dağlıq ərazilərə doğru getdikcə iqlimin kontinentallığı artır. Dağətəyi və alçaq dağlıq ərazilərdə sədd effektindən asılı olaraq yağıntılar il boyu bərabər paylanır. Kolxida ovalığına 800-1000 mm, dağlara 3000 mm, Talış dağlarının ətəklərinə isə 1600-1800 mm yağıntı düşür. Hirkan vilayətində yağıntılar əsasən ilin soyuq dövründə düşür, may-avqust ayları quraq keçir. Düzən ərazilərdə qrunt sularının səthə çıxması nəticəsində kiçik areallı bataqlıqlar əmələ

Təbii bitki örtüyündə enliyarpaqlı meşələr və həmişəyaşıl meşəaltı üstünlük təşkil edir. Meşələrdə üçüncü dövrün relikt növləri geniş yayılır. Kolxida tipli meşələrdə imerit palıdı (Q. İmeretina), gürcü palıdı (Q.İberika), Şərq fıstığı (Faqus orientalis), şabalıd (Castenea satina), Qafqaz vələsi (Carpinus caucasika), Zelkva (Zelkena Carpinifolia), qaracöhrə (Taxus baccata), pont rododendronu yayılmışdır.

Şərqi Asiyanın rütubətli subtropik meşə landşaftı

Asiyanın rütubətli musson meşələrini təmsil edən, unikal həmişəyaşıl ağac növlərinə malik olan bu komplekslər Yapon adalarında, Çinin şərqində 23-36º şm enlikləri arasında yayılır. Musson küləklərinin təsiri nəticəsində buludluluq kəskin artır, ona görə də bu komplekslərdə orta illik günəş radiasiyasının miqdarı 110-120 kkal/ sm2 olur, lakin illik radiasiya balansı 60-65 kkal/sm2-ə çatır. Qış ayı mülayim və quru keçir. Hətta yanvar ayının orta temperaturu cənub ərazilərində 10-12ºC təşkil edir. Yay ayları isti və rütubətli olur. Fəal temperaturların cəmi 4500-7000º arasında dəyişilir. Çinin dəniz sahili düzənliklərinə 1000-1500 mm, dağ yamaclarına 2000-2500, Yapon və Tayvan adalarına 4000-4500 mm yağıntı düşür. Orta illik rütubətlənmə əmsalı 1,5-1,7-ə bərabərdir.

Subtropik musson meşələrin enlik istiqamətində 3 qurşağı ayrılır. Daha geniş ərazini əhatə edən Şimal qurşaq Sıquan çökəkliyini, Quyrjou yaylasını, Nanlin dağının şimalını, Koreya yarımadasının cənubunu əhatə edir. Gilli, lyoslu qırmızı-sarı torpaqlarda təbii meşə və cəngəlliklər inkişaf edir.

Tropik səhra və yarımsəhra landşaftı

Avrasiyanın ən quraq və ən zəif bioloji potensiala malik təbii kompleksləri tropik səhra və yarımsəhralardır. Bu komplekslər Avrasiyanın cənub-qərbində-Ərəbistan yarımadasında, İran yaylasında, Tar səhrasında ekstraarid tropik iqlim şəraitində formalaşmışdır. Ümumi günəş radiasiyasının illik miqdarı Rub-Əl-Xali, Böyük Nefud, Tar və s. səhralarda 200 kkal/sm2 ildən çoxdur. Kəskin sutkalıq temperatur amplitudası ekzogen prosesləri daha da sürətləndirir, müxtəlif genetik mənşəli arid morfoskulpturlar yaradır. Ərəbistan yarımadasının şərqində və şimal-qərbində qədim kristallik süxurların yer səthinə çıxdığı sahələrdə daşlı, daşlı-çınqıllı səhralar, Suriya, Rub-Əl-Xali, Böyük və Kiçik Nefud səhralarının əsas hissələrində qumlu, qumlu-gilli, gilli-lyoslu, takırlı, Dəsti Kəvir və Dəsti Lut səhralarında isə başlıca olaraq şorakətli, şoranlı, yovşanlı, yulğumlu, Kür-Araz ovalığında və Mesopotamiya ovalığının şimalında Kəndizli, şoran otlu, yulğumlu, yovşanlı-efemerli, komplekslər ayrılır.

Afrika differensiya

Afrika sahəsinə göra Yer kürəsində 2 - ci an böyük materikdir ( 30,3 mln km ' , adalarsiz 29.2 mln km ) Materik şimaldan canuba doğru 8000 km qərbdən şərqə ( şimal hissəsinda ) doğru isa 7500 km uzanmışdır

Afrikanın çox hissəsi tropiklər arasında yerləşmişdir Geniş arazilər isti ekstrarid iqlimli passatlar qurşağına aiddir . Materika il ərzində orta hesabla 742 mm yağıntı düşür ki , bu da bütün quru üzrə götürülən orta qiymətdən bir qədər aşağıdır

Afrikada landşaftların enlik zonallığı üzrə dayişməsi çox aydın seçilir , yalnız şərqda və cənubda bu bir qədər mürəkkabləşir . Rutubatli ekvatorial meşələr zonasının har iki tarafində ( ekva . tordan şimala və cənuba ) dəyişkən - rütubətli subekvatorial meşə landşaftları , savannalar , tropik səhralar , subtropik səhralar va yarımsəhralar , aralıq dənizi tipli landşaftlar və rütubətli subtropiklərin fraqmentləri yerləşmişdir Sektorluq differensiasiyası ekvatorial enliklərdə və Cənubi Afrikada ( rütubətli qərb və quru şarqdə ) nəzara çarpacaq dərəcədə özünü göstərir ( rütubətli şərq və quru qarb )

Ekvatorial meşələr- ekvatorial iqlim qurşağında yayılmışdır. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. İlboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.

• Savannalar — Afrikanın 40%-ni əhatə edir. İlin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac(Baobab) və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılmışdır.

• Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılmışdır. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir. Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşir. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir. Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınmışdır.

• Codyarpaqlı meşə və kolluqlar(Aralıq dənizi tipli) — Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılmışdır.

1. Şimali Afrikanın aralıq dənizi landşaftları

2. Şimali Afrikanın subtropik yarımsəhra landşaftları

3. Cənubi Afrikanın rütubətli subtropik meşə landşaftları

4. Cənubi Afrikanın aralıq dənizi tipli subtropik landşaftları

5. Cənubi Afrikanın subtropik yanmsəhra landşaftları

6. Cənubi Afrikanın subtropik sahra landşaftlan

7. Şimali Afrikanın tropik səhra landşaftları

8. Cənubi Afrikanın tropik səhra landşaftları

9. Şimali Afrikanın savanna landşaftları

10. Cənubi Afrikanın savanna landşaftları

11. Rütubətli ekvatorial və subekvatorial meşə landşaftlan

ŞİMALİ AFRİKANIN ARALIQ DƏNİZİ LANDŞAFTLARI

Aralıq dənizi tipli subtropik landşaftlar Afrikanın şimal (daha dəqiq, şimal-qərbində) və cənub qurtaracaqlannda yayılmışdır. Hidrotennik rejimin eyni olması onlann tipoloji oxşariığmı müəyyən edir, lakin hər iki qrupun çoxlu spesifik xüsusiyyətləri vardır.

Əsil Aralıq dənizi İandşaftiar Atlas sisteminin periferik silsilələrini tutur və əsas hissəsi Avrasiyada yerləşən aralıq dənizi zonasmın cənub davamıdır. Burada, bu tip landşaftlann bütün xarakterik xüsusiyyətləri müşahidə olunur. Kontinental tropik hava kütlələrinin üstün olduğu isti, quru yay, bütün Yağınti ii ər- zində qeyri-bərabər paylanmışdır. Məsələn: Əlcəzairdə norma təx- minən 700 mm oiduğu halda yağmtimn ilük miqdan 400-1300 mm arasında tərəddüd edir.

ŞİMALİ AFRİKANIN SUBTROPİK YARIMSƏHRA LANDŞAFTLARI

Şimali Afrikanın Äralıq dənizi landşaftlan cənubda və şərqdə Atlas dağlıq ölkəsinin dağarası hündür piatosunu, Saxara Atlasını, həmçinin Aralıq dənizinin Afrikaya aıd şərq hissəsini tutan Pred- saxara (Ön Saxara) və ya Prisaxara (Saxara yanı) tipli keçid land- şaftlarla əvəzlənir. Burada quraqlıq nəzərə çarpacaq dərəcədə ar- tır; yağıntının illik miqdan 350 mm-dən 200 mm-ə qədər, cənub sərhədində isə 100 mm-ə qədər azalır. Termik şəraitinə görə qış demək olar ki, Aralıq dənizi zonasmda olduğu kimidir, kontinentallıq artır, fəal temperaturlar cəmi 7000-7500 C-ə çaür.

Bitki örtüyü adətən səhralaşmtş çöllər tipi kimi xarakterizə olunur.

CƏNÜBİ AFRİKANIN RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ LANDŞAFTLARI

Şimali Afrikanın subtropik landşaftlanmn analoqu materikin əks tərəfində - cənub yanmkürəsində, qurtaracaqda müşahidə olu- nur! Bu tip landşäftlar kiçik sahə tutmasına baxmayaraq böyük rəngarənglıyi və müxtəlifliyi ilə seçilir. Bu rəngarənglik əsas etibarilə atmosfer rütubətlənrnəsinin böyük amplitudası ilə əla- qədardır. Burada rütubətli meşələrdən səhralara qədər müxtəlif landşaft tiplərinə rast gəlinir. Onlann bir-birini əvəzləməsi atmosfer sirkulyasiyasının xüsusiyyəiiərinə tabedir və ümumilikdə şərqdən qərbə döğru istiqamətlənmişdir.

Rütubətli subtröpİk meşə landşaftlan Əjdaha dağlannın pillə- van yamaclan lıə məhdudlaşmış Cənubi Afrikamn (İst-London- dan Delaqoa buxtasına qədər, 30-34° cənub enliyi arasında) cənub-şərq sahili boyunca ensiz zolağı tutur. Bu tip landşaftlar materiklərin şərq qurtaracaqlan üçün xarakterikdir və Şimali Afrikada onun analoqu yoxdur.

CƏNUBİ AFRİKANIN ARALJQ DƏNİZİ TİPLİ SUBTROPİK LANDŞAFTLARI

Aralıq dənizi tipli landşaftlar dənizsahili düzənlik ilə yanaşı Kap dağlıq əyalətini - Cənubi Afrikanın ucqar cənub-qərb hissəsini tutur. Ərazinin iqlimi müxtəlif hava kütlələrinin mürəkkəb qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Atlantik hava kütlələrinin təsiri qış yağın- tilarının üstün olmasına şərait yaradır. Cənub-şərq passati böyük əhəmiyyətə malikdir (əsasən yayda). Passat küləkləri qərb sahildə səth sulanm qovmaqla, soyuq Benqal cərəyanımn əraziyə təsirini daha da gücləndirir. Bunun nəticəsində yay quru və nisbətən mülayimdir. Bundan əlavə, sahil zolaqda yayda dəniz brizləri əsir. Daxili platolardan əsən və fyon xarakteri alan qış hava axmlan dəniz sahilində havanın temperaturunu yuxan qaldınr. Ən isti aym orta temperatunı üçün 21-21,5°c, ən soyuq ay üçün isə 12-15°C xarakterikdir. Temperaturun orta illik amplitudası 7-9°C-dir. Qışda şaxtalar müşahidə oluna bilər, mütləq minimum -2°C-ə çatır, silsilə- lərin zirvəsinə qar yağır. Rütubətli subtropiklə müqayisədə ümumi istilik təminatı azalır.

Rütubətli subtropik landşaftlardan fərqli olaraq bü tip landşaftlar üçün Aralıq dənizi tipli rütubətlənmə xarakterikdir.




Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin