Gürcüstan
Cənubi Qaqazda yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan cənubda Ermənistan və
Türkiyə ilə həmsərhəddir. Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində
yerləşir. Ərazisi 69,700 km², əhalisi isə rəsmi rəqəmlərə görə, təxminən 4.5 milyon nəfərdir.
Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Koxida və İberiya krallıqlarına
gedib çıxır. Dünyada xristianlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan 11-ci və 12-ci əsrlərdə ən
qüdrətli çağını yaşamışdır. 19-cu əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə
etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu. 1991-ci ildə Gürcüstan
müstəqilliyini əldə edib.
Ukrayna
Ukrayna Qara və Azov dənizlərinin sahilində yerləşir. Onun şimali-şərqdə Rusiya, şimalda
Belorus, qərbdə Polşa, Slovakiya və Macarıstan , cənub-qərbdə Rumıniya, Moldova və tanınmamış
Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 oblast və 2 xüsusi statuslu
şəhər yerləşir. 2010-cu il oktyabrın 1-ə Ukraynanın əhalisi 45 822 214 nəfər olub. Ondan, şəhər
əhalisi - 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi - 14 378 092 nəfər və ya 31,4% təşkil edir.
Azərbaycan Respublikası
Cənubi Qafqazda
,
Xəzər dənizi
hövzəsində yerləşir. Şimaldan
Rusiya
(
Dağıstan
),
Gürcüstan
,
qərbdən
Ermənistan
, cənubdan
İran
və
Türkiyə
ilə həmsərhəddir. Azərbaycanın anklavı olan
Naxçıvan Muxtar Respublikası
Ermənistanla
şimal-şərqdə,
Türkiyə
ilə qərbdən həmsərhəddir.
Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin təxminən 20%-i
Ermənistan
Respublikası
tərəfindən işğal edilib.
28 May – Respublika Günü
1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik
dövlət olan
Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ
tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il
tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul
etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik
azərbaycanlı çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir.
Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan
GUAM
və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən
biridir.
1993
-cü ilin sentyabrından
Müstəqil Dövlətlər Birliyinin
üzvüdür.
9 may
2006
-cı ildə
Azərbaycan
BMT
-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli
nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin
BMT
,
ATƏT
,
Avropa
Şurası
və
NATO
-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə, ölkə
Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında
müşahidəçi statusuna malikdir.
BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs
toplayaraq, 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri
seçilib.
Rüstəmova G.R.
74
Moldova
Avropanın cənub-şərqində yerləşir. Şimalda, şərqdə və cənubda Ukrayna, qərbdə
Rumıniya ilə həmsərhəddir. 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış
Bessarbiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil
edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı
Moldova Respublikasının nəzarətindədir.
Elmi yeniliyi: Məqalədə GUAM-ın yaranmasının tarixi, onun məqsədləri, təşkilati strukturu,
həmçinin əməkdaşlıq məsələləri kompleks tədqiq edilmişdir.
Tətbiqi əhəmiyyəti: Ümumi təhlükəsizlik məkanının yaradılması üçün dünya iqtisadiyyatına
inteqrasiyanın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi və əməkdaşlığın genişləndiril-
məsində məqalədə verilmiş müddəalardan istifadə edilə bilər.
ƏDƏBİYYAT
1.
GUAM ölkələrində XİZ-in inkişaf perspektivləri // Xüsusi iqtisadi zonaların təşkili
problemləri və inkişaf perspektivləri / Şəfa Əliyev. Bakı: Elm, 2008, s. 127-137
2.
GUAM təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü: Rəsmi məlumat //
Dirçəliş – XXI əsr – 2008, №40, iyun, s.51-56
3.
Оруджев Р., Рамизоглу Н., Вашингтон поддержал ГУАМ: Госдепарнаменты США
выступили со специальным заявлением // Эхо – 2002, 18 июня, с.3
РЕЗЮМЕ
ГУАМ СРЕДИ СТРАН СНГ КАК ПРИМЕР ИНТЕГРAЦИИ
Рустамова Г.Р
Ключевые слова: интеграция, экономическое развитие, государство, экономическая
безопасность, национальная экономика.
В статье исследуется деятельность ГУАМ - международной региональной
организации государств, стоящиx на пути демократического и экономического развития.
Организация была образована в 1997 г. в Страсбурге, еë членами являются Азербайджан,
Украина, Грузия и Молдавия
Отмечается, что основной целью создания этой интеграционной организации
является развитие демократии, укрепление и стабилизация безопасности этиx государств.
SUMMARY
GUAM AS AN EXAMPLE OF INTEGRATION IN THE CIS
Rustamova G.R
Key words: integration economical development, state, economical safety, national economy
GUAM – the organization for democracy and economic development is regional organization.
İt includes Azerbaijan, Georgia, Ukraine, Moldova. GUAM consultative forum was founded in
Strasbourg in 1997 in the summit of the Council of Europe. İts main objectives are strengthening of
the democracy, ensuring sustainable development and strengthening international and regional
security and stability.
Daxil olma tarixi:
İlkin variant
12.10.2015
Son variant
01.06.2016
Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) – MDB məkanında
inteqrasiyanın bariz nümunəsi kimi
75
UOT 334.341
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ƏSAS QLOBAL İQTİSADİ PROBLEM KİMİ
ABDULLAYEV LOĞMAN İMRAN oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
ƏZİZOVA KƏMALƏ VAQİF qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
e-mail: Elnare Memmedova @ box.az.
Açar sözlər: iqtisadi inkişaf, təbii sərvətlər, ərzaq təhlükəsizliyi, süni zülal, aqrar sektor
Son 15-20 ildə qlobal problemlərin müxtəlif aspektləri elmin müxtəlif sahələri üzrə ətraflı
tədqiq edilməkdədir. Artıq qloballıq anlayışı kompleks elmi istiqamət kimi bir çox təbii və
humanitar elmlərin tədqiqat predmetinə daxil olmuşdur. Bu mənada, qloballıq hər şeyi əhatə edən,
iri miqyaslı, planetar əhəmiyyətli anlayış kimi bütün dünyanın və bəşəriyyətin taleyinə toxunan
problemləri özündə əhatə edir. Özü də bu problemlərin sayı çoxalmaqdadır. Hazırda tədqiqatçılar
dünyanın taleyinə toxunan təbii ehtiyatlardan səmərəli və kompleks istifadə edilməklə alternativ
ərzaq mənbələrinin axtarılıb tapılması, ərzaq təhlükəsizliyi, dünya əhalisini ərzaqla təmin etmək,
düşünülmüş siyasət yürüdülməklə əhali artımı problemlərinin düzgün tənzimlənməsi və s. bu cür
problemləri qlobal problemlərdən hesab edirlər.
İnsan övladının öz ehtiyaclarını təbiətin hazır resursları ilə ödəyərək yaşadığı “mənimsəmə
iqtisadiyyatı” mərhələsindən “istehsal iqtisadiyyatı” mərhələsinə keçdiyi andan ilk fəaliyyət sahəsi
olan aqrar sektor, iqtisadiyyatın ən qədim sahəsi olmaqla uzun bir tarixi yol keçmişdir. Aqrar sektor
fəaliyyətlərinin iqtisadi həyatdakı rolunun daim dəyişildiyi və iqtisadi inkişafın hər bir
mərhələsində yeni məzmun kəsb etdiyi bu müddət ərzində təbii olaraq bu fəaliyyətlərlə bağlı
nəzəri baxışlar və bir növ bu baxışların ümumiləşdirilərək gerçək həyatda reallaşdırlma forması
olan iqtisadi siyasət doktrinaları da dəyişərək inkişaf etmiş və bu günkü səviyyəsinə gəlib
çatmışdır. Bu dəyişiklikləri dünya iqtisadi inkişaf tarixinin üç böyük mərhələsi üzrə xarakterizə
etmək mümkündür: “Birinci dalğa” (first wave) kimi ifadə olunan, kənd təsərrüfatı və təbii
resurslara əsaslanan inkişaf mərhələsi dayanır; İkinci dalğa” (second wave) kimi ifadə bütövlükdə
həmin dövrə qədər olan sosial, iqtisadi, siyasi və mədəni həyatı dəyişdirmiş sənayeləşmə prossesi
iqtisadi nəzəriyyələri və dövlət siyasətini də bu prossesin sürətləndirilməsi və sənaye sektorunun
inkişaf etdirilməsi yolunda aqrar sektorun rolunun qiymətləndirilməsi və artırılması istiqamətinə
yönəltmişdir; “Üçüncü dalğa” (third wave) kimi ifadə olunan post-sənaye mərhələsi: 1960-70-ci
illərdən başlayan elmi-texniki inqilabla ortaya çıxan və 1980-ci illərdən başlayaraq liberallaşma və
qloballaşma prossesləri ilə birləşən və digər adı informasiya cəmiyyəti dövrü adlanan bu mərhələ
iqtisadi nəzəriyyələr və həyata keçirilən iqtisadi siyasət mexanizmlərində də yeni reallıqları ortaya
çıxarmışdır ki, bu aqrar sahədən də yan keçməmişdir.
Əhalinin ərzaq təhlükəsizliyi problemi XX əsrin 70-ci illərində inkişaf etməkdə olan ölkələrdə
baş verən sosial-iqtisadi proseslərlə əlaqədar olaraq dünya ictimaiyyəti tərəfindən güclü müzakirə
predmetinə çevrildi. O zamanlar qlobal ziddiyyət meydana gəlmişdi. İnkişaf etmiş ölkələrdə ərzaq
məhsullarının ifrat istehsalı bir sıra 3-cü dünya ölkələrində əhalinin kütləvi aclığı və yeməməzliyi
ilə müşayiət olunurdu.
Bəşəriyyət yarandıgı vaxtdan indiyə kimi onu əhatə edən təbiətə təsir göstərir. Hələ ilk ibtidai
yaşayış dövründən insanlar ətraf mühitlə hesablaşmağa məcbur olmuşlar. Çünki müvafiq,əlverişli
sığınacaq yeri seçmək, ərzaq əldə etmək üçün ətraf mühitin xüsusiyyətlərini, vegetasiya,
heyvanların artıb çoxalması, miqrasiya prinsiplərini və s. öyrənmək lazım gəlmişdir. Yüz min illər
ərzində insanlar təbiətin sabit qanunlarına qarşı çıxmaqla, istər-istəməz ətraf mühitin sabitliyinin
pozulmasına cəhd göstərmişlər. Bu vəziyyət müasir dövrdə, yəni elmi-texniki tərəqqi əsrində
xüsusilə kəskinləşmişdir [1].
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
76
Təbii sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə etmək ətraf mühitin bütün dünya
miqyasında dəyişilməsinə gətirib çıxarmışdır. Məsələn, təbiətin bir milyard il ərzində yarada bildiyi
təbii sərvəti bəşəriyyət cəmi yüz il müddətində istifadə etmişdir. Təbii sərvətlərin qənaətsiz
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına
səbəb olmuşdur.
Dünya əhalisini ərzaqla təmin etmək dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu mühüm
problem Birləşmiş Millətlər Təşkilatında, Ümumdünya müşavirələrində dəfələrlə müzakirə
edilmişdir. Yer kürəsində üzvi aləmin yaradılması və sərf edilməsi yolları qlobal bir problem kimi
dünya alimləri tərəfindən tədqiq edilmişdir. Son 15 il ərzində “dünya aclığı” problemi üzrə aparılan
tədqiqatlardan məlumdur ki, həqiqətən indi dünya əhalisinin hər üç nəfərindən biri tam ac, biri isə
yarımacdır. Bununla yanaşı, ümumiyyətlə, insanlar arasında zülal aclığı hökm sürür, müxtəlif
fikirlər söylənilsə də zülal çatışmazlığının labüdlüyü mübahisə yaratmır. Dünyada ərzaq
çatışmazlığının əsas səbəblərindən biri istehsal edilən məhsulun qeyri-mütanasib bölüşdürülməsidir.
BMT-nin məlumatına görə mövcud dünya əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək üçün
indi istehsal olunan məhsulun miqdarını 2 dəfə artırmaq lazımdır.
Ərzaq probleminin yaranmasına səbəb inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının zəif
inkişafı, onun birtərəfli istiqamətdə aparılması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir.
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkələrdə kənd təsərrüfatının inkişafı ekstensiv və
intensiv yollarla aparılması lazımdır. Kənd təsərrüfatının ekstensiv inkişaf yolu çoxlu maliyyə
vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təşkilatlarının və inkişaf etmiş ölkələrin geri qalmış
ölkələrə köməyi lazımdır. Dünyada kənd təsrrüfatına yararlı olan 3,2-3,4 mlrd ha torpaqlardan
hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər ölkələrində intensiv yol kənd təsərrüfatının
əsas inkişaf istiqaməti kimi qəbul edilir. Əkinçilik məhsullarının artımının 9/10 hissəsi bunun
hesabına olur.
Dünya Bankının proqnozlarına görə planetin əhalisi 2025-ci ildə 3 mlrd. nəfər artacaq. Bu, əsasən
Asiya regionları hesabına baş verəcək. 3 mlrd. insan qlobal su ehtiyatları böhranı ilə üzləşəcək və su
çatışmazlığından əziyyət çəkəcək, urbanizasiya böhranı olacaqdır ki, nəticədə də yaxın 30 ildə şəhər
əhalisi 3 dəfə artacaq. 2020-ci ildə Afrika əhalisinin üçdə ikisi bu gün heç də iqtisadi artım müşahidə
edilməyən şəhərlərdə yaşayacaqdır. Yaxın 15 ildə dünya əhalisini ərzaqla təmin etmək üçün ya
məhsuldarlığı 3 dəfə artırmaq, yaxud da əkin sahələrini 3 dəfə artırmaq lazım gələcək, lakin reallıq
budur ki, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50%-i təşkil edəcəkdir. Yaxın 30
ildə ərzaq məhsullarının istehsalı yalnız 2 dəfə artacaq. Deməli, demoqrafik böhran, qlobal su ehtiyatları
böhranı, urbanizasiya probleminə ərzaq böhranı da əlavə olunacaq.
Texniki tərəqqinin müasir və getdikcə artan inkişafı ilə əlaqədar quru sahənin xeyli hissəsi
çirklənir və yarasızlaşır. Müasir hesablamalara görə, hər adamın orta təminatı üçün 0,4 hektar əkin
sahəsi lazımdır. Dünya əhalisini qida-ərzaqla təmin etmək üçün yararlı torpaq sahələrinin
imkanlarını azaldan əyani səbəblərdən biri də torpağın çirklənməsidir. Beləliklə, torpaq fondundan
səmərəli istifadə olunarsa, qida qıtlığı azalar. Göstərilən faktlar bir daha sübut edir ki, Yer
kürəsinin quru sahəsinin bütün imkanlarından hələlik hərtərəfli və səmərəli istifadə edilmir.
Ötən əsrin 90-cı illərinin sonlarindan başlayaraq ərzaq təhlükəsizliyi qlobal əhəmiyyətli
problemə çevrilmişdir. Xeyli vaxtdır ki, dünya miqyasında ərzaq təhlükəsizliyi qlobal problem
kimi öz həllini gözləyir. Bununla əlaqədar olaraq, bəşəriyyətin qarşısında duran “zülal aclığı”
aktual problemlərdən biridir. İnana bilmirsən ki, elm və texnikanın yüksək səviyyədə tərəqqi etdiyi
bir dövrdə dünya əhalisinin üçdə iki hissəsi zülal aclığı çəkir. Bugünki təlabata görə bəşəriyyətin
heyvan mənşəli zülala olan ehtiyacı daha kəskindir. Hesablamalara görə hər adamın normal inkişafı
üçün gündə 50-60 qram təbii zülal tələb olunur. Təcrübələr göstərir ki, zülal aclığı zamanı
orqanizmdə ağır keçən və çox vaxt ölümlə nəticələnən xəstəliklər əmələ gəlir [2]. Ərzaq
təhlükəsizliyinin qarşısının alınması öz növbəsində zülal aclığına son qoyar və on milyonlarla
insan həyatının qorunub saxlanılmasında lazımi yardım göstərər. Təbii sərvətlərin qənaətsiz
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına
səbəb olmuşdur .
Ərzaq təhlükəsizliyi əsas qlobal iqtisadi problem kimi
77
Hər bir müstəqil ölkə öz əhalisini qorumaq, yaşatmaq məqsədilə onun ərzaq və ekoloji
təhlükəsizliyini təmin etməyə səy göstərir. Zəlzələ, aşınma, su daşqını, quraqlıq, müharibə və digər
fəlakətlər zamanı ölkə əhalisi aclığa məruz qalmasın deyə dövlət çalışır ki, ərzaq və ekoloji
təhlükəsizliyi öncə görə bilsin və özünün ərzaq tədarükünü hazırlasın. Ərzaq və ekoloji problemlər
müxtəlif elm sahələrinin köməyi ilə həll oluna bilər. İqtisadiyyat, kimya, biologiya, fizika, iqtisadi
riaziyyat, coğrafiya, seleksiya və digər bu kimi elmlər ölkəmizdə ərzaq təhlükəsizliyinə dair öz
töhvələrini layiqincə yerinə yetirməlidirlər. Ərzaq təhlükəsizliyi həm siyasi, həm iqtisadi, həm də
sosial əhəmiyyətli xarakter daşıyır. Siyasi əhəmiyyəti ondadır ki, ölkə öz tələbatını öz gücü ilə,öz
daxili imkanları hesabına ödəməklə daha çox öz müstəqilliyini təmin edir, heç bir xarici dövlətdən
ərzaq asılılığı olmadan yaşaya bilir, daha qüdrətli dövlətə çevrilir. İqtisadi əhəmiyyəti ondadır ki,
ölkə özünün daxili ehtiyatlarını, ərzaq potensialını səmərəli istifadə etməklə tələbatına uyğun
miqdarda, ucuz və keyfiyyətli qida məhsulları istehsal edir. Ərzaq məhsullarını uzaq regionlardan
gətirmir və böyük nəqliyyat xərcləri sərf etmir. Məhsulu anbarlarda uzun müddət yığıb saxlamağa
ehtiyac olmur. Sosial əhəmiyyəti də böyükdür. Əhalinin ərzaq məhsullarına olan tələbatının yerli
istehsal hesabına ödənilməsi həm ölkədə əmin amanlığı yaradır, həm də əhalinin əhval-ruhiyyəsini
yüksəldir. İqtisadi təhlil göstərir ki, respublikamızın mövcud torpaq fondundan tam və səmərəli
istifadə edilərsə, İlkin mərhələdə 10 milyon, perspektivdə isə 10-16 milyon əhalini ərzaq
məhsulları ilə təmin etmək mümkündür. Belə olarsa, yəni ərzaq tələbatı respublikanın daxili
istehsalı hesabına ödənilərsə, ekoloji təhlükə də qat-qat azalar. Hazırda Azərbaycan vətəndaşının
istehlak etdiyi çörək, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta,
şəkər, meyvə, tərəvəz, kartof və digər bu kimi məhsulların müəyyən bir hissəsinin sözün həqiqi
mənasında mənşəyi, yəni harada istehsal edilməsi bəlli deyil. Bu isə özlüyündə əhalinin istehlak
etdiyi ərzaq məhsullarının insan orqanizmi üşün nə dərəcədə təhlükəsiz olduğuna təminat vermir.
Bunu əhalinin istehlak etdiyi müxtəlif spirtli içkilər, mineral sular, meyvə-tərəvəz şirələri barədə
də demək olar. Dünyanın uzaq regionlarından, ölkələrindən tez xarab olan məhsulların gətirilib
satılması da məqsədəuyğun deyil. Bu kimi ekoloji təhlükənin aradan qaldırılmasında daxili
istehsalın geniş inkişaf etdirilməsi mühüm rol oynaya bilər.
Biosferin tərkib hissəsi olan torpaq ekoloji mühitin ən mühüm komponentlərindən biri
olmaqla təbii ehtiyat kimi maddi nemətlərin yaradılmasında əvəzsiz təbii təbiət cismidir [3].
Torpaqların mühafizəsi, onların vəziyyətinə daimi nəzarətin təşkili, bir sözlə, torpaq monitorinqinin
yaradılması probleminin ekoloji baxımdan mühüm şərt olduğunu böyük uzaqgörənliklə bildiyindən
ulu öndərimiz Heydər Əliyev hələ SSRİ zamanında ölkəmizə rəhbərlik etdiyi dövr ərzində
Azərbaycan Respublikasını Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdi.
Heydər Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətin nəticəsində taxıl, tərəvəz,
üzümçülük istehsalının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində həyata keçirilən
tədbirlər nəticəsində olduqca böyük nailiyyətlər əldə edildi. Həmin illərdə Azərbaycan
Respublikasında bu günki islahatlar üçün də zəmin yaradan aqrar sahənin inkişaf etdirilməsinin
əsasını qoydu.Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda əkinçilik mədəniyyətinin tarixini,
torpaq-əkinçi münasibətlərinin daha səmərəli təşkilini yaxşı bildiyindən ölkəmizə ikinci dəfə
rəhbərliyi dövründə (1993-2003-cü illər) torpağın öz sahiblərinə pulsuz olaraq verilməsi haqqında
qəti və tarixi qərar qəbul etdi. Nəticədə bu gün kənd təsərrüfatının sıçrayışlı inkişafını təmin edən
torpaq islahatları həyata keçirildi. Hazırda Heydər Əliyev ideyalarını və ictimai-siyasi kursunu
layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev 24 noyabr 2003-cü il tarixində
imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" fərmanı ölkəmizdə aqrar sahənin inkişafında ən yeni və dinamik inkişafın başlanğıcını
qoydu. Qürurla qeyd etmək yerinə düşər ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş aqrar islahatları bu gün onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin imzaladığı "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"-nın hazırlanması haqqında 2 may 2008-ci il tarixli sərəncamını heç
şübhəsiz ki, ulu öndərimizin imzaladığı sərəncamın davamı kimi qiymətləndirmək olar. İlham
Əliyevin təsdiq etdiyi “Dövlət Proqramı” ərzaq təhlükəsizliyinin əsasıdır.
Abdullayev L.İ., Əzizova K.V.
78
Ölkə başçısı bu ili kənd təsərrüfatı ili elan edib. Ərzaq bazarlarında isə tələbin böyük fərqlə
təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mağazalarının qiymətlərindəki artımın qarşısını
almaq və əhalini ərzaq məhsulları ilə tam təmin etmək məqsədi ilə ölkə prezidentinin "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"-na aid imzaladığı Sərəncamla prezidentimiz cənab İlham Əliyev kənd təsərrüfatı
sektorunun qarşısında xüsusi vəzifələr qoyur. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ümummilli
liderimiz Heydər Əliyev arzularının, ideyalarının davamı kimi xalqımızın gələcək rifah halının daha
da yaxşılaşmasında cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında öz müsbət həllini
tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır [4].
Elmi yeniliyi: məqalədə ərzaq təhlükəsizliyi problemlərinə toxunulmuş, bu sahədə aqrar
sahənin rolu tədqiq edilmiş, qeyd edilən problemin həlli yolları araşdırılmışdır.
Tətbiqi əhəmiyyəti: bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə ərzaq
məhsullarının sürətlə artırılması o qədərdə real deyildir. Lakin əhalinin ərzaq məhsulları ilə təmin
edilməsi imkanları da tükənməmişdir. Odur ki, ərzaq təhlükəsizliyi problemi bütün dünya
ölkələrinin və beynəlxalq təşkilatların daim diqqət mərkəzində olmalı, bu sahədə lazımi tədbirlərin
görülməsi davamlı xarakter daşımalıdır. Məqalədə ərzaq təhlüəkizliyi ilə bağlı yuxarıda qeyd edilən
tədbirlər bu baxımdan əhəmiyyətlidir.
Dostları ilə paylaş: |