137. Sidik axarı şişlərinin diaqnostikasında hansı üsul daha önəmli sayılır?
A) qalxan ureteropieloqrafiya
B) ekskretor uroqrafiya
C) USM
D) qalxan sistoqrafiya
E) kompyuter tomoqrafiya
138. Sidik kisəsi xərçənginin erkən mərhələsində göstərilən əməliyatlardan hansı məsləhət görülür?
A) transuretral elektrorezeksiya
B) açıq üsulla sidik kisənin rezeksiyası
C) demykazasiya, axarların təzə yerə köçürülməsi
D) açıq üsulla elektrokoaqulyasiya
E) sistektomiya axarların dəriyə çixarılması ilə
139. Sidik kisəsi xərçəngində transuretral elektrorezeksiya nə vaxt məsləhət görülmür?
A) T4 mərhələsində
B) T1 mərhələsində
C) T1 və Ta mərhələsində
D) T2 mərhələsində
E) Ta, Tis mərhələsində
140. Sidik kisəsi xərçənginin T4-inoperabel mərhələsində xəstələrin vəziyyətini yüngülləşdirmək məqsədilə bunların hansını etmək uyğun sayılır?
A) sidik axarlarının dəriyə çıxarılması, daxili qalça arteriyalarının bağlanması
B) sistektomiya, axarların bağırsağa köçürülməsi
C) episistostomiya
D) daxil qalça arteriyalarının bağlanması
E) sistektomiya, axarların dəriyə çıxarılması
141. Beynalxalq səhiyyə təşkilatının məlumatına əsasın sidik kisəsi xərçəngi ümumi onkoloji xəstəliklərin neçə faizini təşkil edir?
A) 2-3%
B) 6-8%
C) 2-6%
D) 3-5%
E) 4-7%
142. Sidik kisəsi xərçənginin əmələ gəlməsində aşağıdakı nəzəriyyələrdən hansıları əsas götürülür?
A) virus, şüa, hormon nəzəriyyəsi
B) kimyəvi, iltihabı, konserogen nəzəriyyə
C) kimyəvi, bioloji, infeksion nəzəriyyəsi
D) şüa, kimyəvi, damar,virus nəzəriyyəsi
E) bioloji, şüa, hormonlar nəzəriyyəsi
Dostları ilə paylaş: |