dövlətə qarşı qiyamın yatırılması və ya
dövlət çevrilişinin qarşısının alınması ,
ölkəyə silahlı basqın edilməsi halları
istisna olmaqla
insana qarşı silah işlədilməsinə yol verilmir .
M a d d ə 2 8 . Azadlıq hüququ I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada
tutulma ,
həbsəalma və ya
azadlıqdan məhrumetmə yolu ilə
məhdudlaşdırıla bilər.
III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan
hər kəs sərbəst hərəkət edə bilər, özünə
yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının
ərazisindən kənara gedə bilər .
IV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman
maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin
təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın
tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə
yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI.