Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Uşaqlarda qasıq yırtığında kanalın plastikası hansı üsullarla aparılır?



Yüklə 1,02 Mb.
səhifə17/18
tarix06.02.2017
ölçüsü1,02 Mb.
#7783
1   ...   10   11   12   13   14   15   16   17   18

1047) Uşaqlarda qasıq yırtığında kanalın plastikası hansı üsullarla aparılır?
A) Jirar

B) Ru - Krasnobayev,Martınov

C) Bobrov

D) Vinkelman

E) Bassinin
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 387
1048) Qazanılmış bağırsaq keçməməzliyinin hansı forması yoxdur?
A) Obturasion

B) Dinamik

C) Bağırsaq invaginasiyası

D) Stranqulyasion

E) LEDD sindromu
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
1049) Tam bağırsaq keçməməzliyinin əsas əlaməti hansıdır?
A) Qarnın köpməsi

B) Çökmüş qarın

C) Qida qusması

D) İshal


E) Patoloji qarışıqlı qusma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008. Səh 402
1050) Südəmər yaşda olan uşaqlarda stranqulyasion bağırsaq keçməməzliyi haqqında hansı fikir doğrudur?
A) Qarın ağrılı gərginləşir

B) Qəflətən kəskin şəkildə başlayır.

C) Sadalananların hamısı

D) Reflektor qusma,periodik narahatçılıq olur

E) Düz bağırsaqdan qan gəlir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 426
1051) Mexaniki bağırsaq keçməməzliyinin əsas rengenoloji əlaməti hansıdır?
A) Çənbər bağırsağın uzanması

B) Bağırsağın eyni dərəcədə havalılığı

C) Bağırsaq ilgəyində mayenin səviyyəsi

D) Qarın boşluğunda sərbəst hava

E) Qarın boşluğunda sərbəst hava səviyyəsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 415,426,428
1052) Anadangəlmə yuxarı bağırsaq keçməməzliyinin əsas simptomları hansıdır?
A) Çökmüş qarın

B) Düz bağırsaqda selikli tıxac

C) Sadalananların hamısı

D) Qarında ağrı

E) Ödlü qusma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 402
1053) Anadangəlmə aşağı bağlrsaq keçməməzliyi hansı əlamətlərlə başlayır?
A) Sadalananların hamısı ilə

B) Düz bağırsaqda selikli tıxac

C) Tutmaşəkilli ağrı

D) Köpmüş qarın

E) Bağırsaq möhtəviyyatlı qusma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 204
1054) Bağırsaq keçməməzliyi olan yenidoğulmuşda hansı müayinələr aparılır?
A) Kliniki baxış və labarotor muayinələr

B) Təmizləyici imalə

C) Sadalananların hamısı

D) Mədənin zondlanması

E) Qarın boşluğunun rentgenoqrafiyası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 402-404
1055) Pilorospazmın etioloji faktoru hansıdır?
A) Pilorik hissənin stenozu

B) Steroidogenezin biokimyəvi qüsuru

C) Pilorik hissənin genetik qüsuru

D) Vaqotoniya

E) Hipersimpatikotoniya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 391,392,393,394
1056) Pilorostenozun etioloji faktoru hansıdır?
A) Vaqotoniya

B) Pilorik hissənin genetik qüsuru

C) Hipersimpatikotoniya

D) Pilorik hissənin peptiki stenozu

E) Pilorik hissənin membranoz stenozu
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 391,392,393,394
1057) Psevdopilorostenozun etioloji faktoru hansıdır?
A) Pilorik hissənin peptiki stenozu

B) Vaqotoniya

C) Steroidogenezin biokimyəvi qüsuru

D) Hipersimpatikotoniya

E) Pilorik hissənin membranoz stenozu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004. c-396
1058) Psevdopilorostenoz hansı simptomlarla başlayır?
A) Ümumi narahatlıq

B) 3-4 həftəlikdən südlü qusma

C) Sadalananların hamısı

D) İshal


E) Poliuriya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни 2004.c-396
1059) Yenidoğulmuşlarda adiponekrozun yerli müalicəsi nece aparilir?
A) Yerli müalicə tələb olunmur

B) Levamekol məlhəmi ilə sarğı

C) Spirtlə sarğı

D) Vişnevski məlhəmi ilə sarğı

E) Kəsik apararaq tamponada etmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезниi 2004.c-403
1060) Peptik ezofagitə Şübhəli qanaxmada hansı müayinə aparılır?
A) Angioqrafiya

B) Mədə və qida borusunun rentgeoqrafiyası

C) USM

D) Radioizotop müayinə



E) FEQDS
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезниi 2004.c-413
1061) Düz bağırsaq polipinə şübhəli qanaxmada hansı müayinə aparılır?
A) Koprologiya

B) Həzm sisteminin kontrastli rentgenoqrafiyası

C) Angioqrafiya

D) Radioisotop müayinə

E) Fibrokolonoskopiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1062) Bağırsaq polipozuna şübhəli qanaxmada hansı müayinə aparılır?

1. Həzm traktının kontrast rentgenoqrafiyası

2. Fibrokolonoskopiya

3. Angioqrafiya

4. USM

5. KT
A) 3,4,5

B) 3,4


C) 4,5

D) 1,2


E) 1,5
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 472
1063) Mekkel divertikuluna şübhəli qanaxmada hansi muayinə aparılır?
A) Radioizatop müayinə+laparoskopiya

B) Fibiokolonoskopiya

C) İmmunoloji muayinə

D) Angioqrafiya

E) Həzm traktının kontrastlı rentgenoqrafiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни 2004.c-415
1064) Kriptorxizmin əmələ gəlməsi hansı səbəblərdən ola bilər?
A) Mexaniki,hormonal

B) Neyrogen

C) Travmatik

D) Psixogen

E) İltlhabi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 585
1065) Uşaq yaşlari ücün xarakterik olan qasıq yırtığının kliniki formaları hansıdır?
A) Sürüşən

B) Qazanılma

C) Düz

D) Anadangəlmə:çəp



E) Yerinə düzələ bilməyən
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 384
1066) Əl neçə hissədən və sümükdən ibarətdir?
A) 1 hissədən və 27 sümükdən

B) 4 hissədən və 25 sümükdən

C) 7 hissədən və 5 sümükdən

D) 5 hissədən və 12 sümükdən

E) 3 hissədən və 27 sümükdən
Ədəbiyyat : Sapina İnsan anatomiyası 1987 səh 91
1067) Ayaq neçə hissədən və sümükdən ibarətdir?
A) 7 hissədən 11 sümükdən

B) 3 hissədən 26 sümükdən

C) 4 hissədən 10 sümükdən

D) 3 hissədən 27 sümükdən

E) 5 hissədən 27 sümükdən
Ədəbiyyat : Sapina İnsan anatomiyası 1987 səh 98
1068) Aşağıdakılardan hansı xayanın anadangəlmə vəziyyət anomaliyasına aiddir?
A) Hipoplaziya

B) Kriptorxizm,ektopiya

C) Anorxizm

D) Poliorxizm

E) Monorxizm
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 585
1069) Kriptorxizm zamanı hansı ağırlaşmalar ola bilər?
A) Spermatogen funksiya pozğunluğu

B) Sadalananların hamısı

C) Burulma nəticəsində nekroz

D) Malignizasiya

E) Travmatik orxit
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 585
1070) Kriptorxzim zamanı spermatogen funksiya pozğunlugunun səbəbi nədir?
A) Xaya yerləşən nahiyyədə temperaturun xayalığa nisbətən aşağı olması

B) Travma

C) Xaya yerləşən nahiyyədə temperaturun xayalığa nisbətən yuxarı olması

D) Burulma

E) İltihab
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургия 1983 c 528
1071) İkinci və üçüncü dərəcəli varikosele hansı əlamətlərlə xarakterizə olunur?
A) Xəstənin üfüqi vəziyətində varikoz genəlmiş venalar boşalır

B) Xayalığın sol tərəfi sallanır

C) Kremaster refleksi zəifləyir

D) Sadalananların hamısı

E) Varikoz genəlmiş venalar “Soxulcanvari duyunlər” şəklində xayanın aşağı qütbünə enir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
1072) Birinci dərəcəli varikosele hansı əlamətlərlə xarakterizə olunur?
A) Sol xaya kiçilir

B) Spermatogen funksiya pozulur.

C) Sol xayada ağrı olur

D) Genişlənmiş venaları ayaq ustə vəziyyətində və gücənmə zamanı palpator olaraq təyin etmək olar

E) Genişlənmiş venaları baxmaqla təyin etmək olar
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
1073) Qasıq yırtığının əlamətlərinə hansı aid deyil?
A) Geriyə qaytarmaq istərkən quruldamanın eşidilməsi

B) Qasıq nahiyyəsində bərk elastiki qabarmanın olması

C) ”Təkan” simptomunun müsbət olması

D) Xarici qasıq həlqəsının genəlməsi

E) Sol xayanın sallanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 386
1074) Hansı əlamətlərə əsasən boğulmuş qasıq yırtığı diaqnozu qoyulur?
A) Sadalananların hamısı

B) Qasıq nahiyyəsində ağrı və narahatlıq

C) Anamezdə yırtığın olması

D) Qasıq nahiyyəsində geri qayıtmayan şişkinliyin olması

E) Xəstəliyin kəskin başlanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 388
1075) Qasıq yırtığını aşağıda göstərilən xəstəliklərdən hansı ilə differensasiya etmək lazım deyil ?
A) Göbək yırtığı

B) Toxum ciyəsi venalarının varikoz genişlənməsi

C) Kriptorxizm

D) Hidrosele

E) Funikulosele
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 387
1076) Uşaqlarda yanığın mualicə üsullarına daxil deyil?
A) Kimyəvi terapiya

B) Koaqulyasiya üsul

C) Açıq üsulla mualicə

D) Sarğı altında mualicə

E) Dəri köçürülməsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh125
1077) Yanıq xəstəliyinin hansı fazası yoxdur?
A) Xroniki toksemiya

B) Kəskin toksemiya

C) Yanıq şoku

D) Septikopiemiya

E) Rekonvalessensiya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургия, 1983, с- 78
1078) Donmanın patogenetik əsaslandırılmış mualicə üsulu hansıdır?
A) Vişnevsiki metodu

B) Bairov metodu

C) Qolomidov metodu

D) Povoloskom metodu

E) Nikolski –Betmen metodu
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни-2004,c- 87
1079) Düz bağırsağın sallanması zamanı hansı əməliyyat aparılır?
A) Vinkelman əməliyyatı

B) Tirş əməliyyatı

C) Rosso əməliyyatı

D) Martinov əməliyyatı

E) Jirar əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 468
1080) Aşağıdakılardan hansı üz nahiyyəsinin inkişaf qüsuruna aid deyil?
A) Koloboma

B) Boyunun yan sisti

C) Damağın bitişməməsi

D) Per Robin sindromu

E) Yuxarı dodağın bitişməməsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207-212
1081) Xeyloplastika nədir?
A) Dodağın hemangioması

B) Yuxarı dodağın anadangəlmə bitişməməsinin cərrrahi korreksiayası

C) Dodağın kəsilməsi

D) Damağın plastikası

E) Dodağın xoşxassəli şişi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1082) Üst dodağın anadangəlmə bitişməməsinin cərrahi korreksiyası üçün optimal müddət hansıdır?
A) 6 aydan sonra

B) 3 yaşdan sonra

C) 1 yaşdan sonra

D) 10 yaşdan sonra

E) Anadan olandan sonrakı ilk 3 gün
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1083) Damağın anadangəlmə yarığının radikal əməliyyatı üçün optimal yaş hansıdır?
A) 6 ay -1,5 yaş arası

B) 3 yaşdan sonra

C) Anadan olandan sonrakı ilk 3 gün

D) 10 yaşdan sonra

E) 5 yaşdan sonra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 212
1084) Koloboma nədir?
A) İnkişaf qüsuru olub gözün daxili bucağından yuxarı dodağa gedən çəp yan yarıq

B) Damağın bitişməməsi

C) Əzələ şişi

D) Çeynəmə əzələsinin inkişafı qüsuru

E) İnkişaf qüsuru olub üst göz qapağının olmaması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207
1085) Aşağıdakılardan hansı sindrom Per-Roben simptomokompleksinə daxil deyil?
A) Qlossoptoz

B) Ağız boşluğunun kiçik olması

C) Boyunun yan fistulu

D) Damağın bitişməməsi

E) Mikrogeneya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207,208
1086) Fimoz nədir?
A) Pülük dərisinin dəliyinin dar olması nəticəsində penis başının xaricə çıxmaması

B) Sidik saxlaya bilməmək

C) Cinsiyyət orqanının furunkulu

D) Xayanın burulması

E) Pülük dərisinin iltihabı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 593
1087) Fimozun hansı formaları var?
A) Fizioloji fimoz

B) Atrofik fimoz

C) Çapıqlaşmış fimoz

D) Hipertrofik fimoz

E) Aşağıdakılardan hamısı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 594
1088) Anadangəlmə xaya hidropsu nə üçün 2 yaşdan sonra əməliyyat olunur?
A) 2 yaşa qədər əməliyyat olunsa varikoselle əmələ gəlir

B) 2 yaşa qədər özbaşına sağala bilər

C) 2 yaşa qədər uşağa narkoz vermək olmaz

D) 2 yaşa qədər əməliyyata valideyn razı olmur

E) 2 yaşa qədər əməliyyat olunsa residiv baş verir
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 24,cədvəl 1
1089) İdiopatik (birincili) və simptomatik (ikincili) varikoseleni horizontal vəziyyətdə necə fərqləndirmək olar?

1. Birincili varikoselledə damarlar boşalır

2. İkincili varikoselledə damarlar boşalmır

3. Birincili varikoselledə damarlar boşalmır

4. İkincili varikoselledə damarlar boşalır
A) 3, 4

B) 1, 3


C) 2, 3

D) 1, 2


E) Yalnız 4
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 səh 517
1090) Horizontal vəziyyətdə boşalmayan varikoseledə taktika necə olmalıdır?
A) Fizioterapiya təyin edilir

B) Konservativ mualicə təyin edilməlidir

C) Peritonarxası törəmələri aşkara çıxarmaq üçün muayinələr aparılmalıdır( Usm, kt və s)

D) Dərhal varikosele əməliyyatı olmalıdır

E) Xəstə dispanser nəzarətə götürülür
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 səh 517
1091) Kəskin hematogen osteomielitin hansı forması yoxdur?
A) Toksiki

B) Yerli


C) Yayılmış

D) İldırmsürətli

E) Septiko-Piemik
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 259
1092) Sağlam uşaqlarda sümükdaxili təzyiq nə qədər olur?
A) 120-140 mm s.st

B) 200-300 mm s.st

C) 150-180 mm s.st

D) 300-500 mm s.st

E) 60 -100 mm s.st
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 258
1093) Kəskin hematogen osteomielit zamanı uşaqlarda sümükdaxili təzyiq nə qədər ola bilər?
A) 300-500 mm s.st

B) 200-300 mm s.st

C) 60 -100 mm s.st

D) 120-140 mm s.st

E) 20-30 mm s.st
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 558
1094) Kəskin hematogen osteomielitdə sümükdə rentgenoloji əlamətlər nə vaxt görünür?
A) 30-35 gündən sonra

B) 14-21 gündən sonra

C) 5-6 gündən sonra

D) 1-3 gündən sonra

E) 28-42 gündən sonra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 260
1095) 1 yaşa qədər olan uşaqlar arasında ən çox rast gəlinən kəskin cərrahi xəstəlik hansıdır?
A) Kəskin appendisit

B) Kəskin pankpeatit

C) Bağırsaq invaginasiyası

D) Kəskin xolesistit

E) Kəskin hematogen osteomielit
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
1096) Göbək yırtığında aşağıdakı konservativ tədbirlərdən hansı aparılmır?
A) Uşağı qarnı üstə qoymaq

B) MBT (mualicəvi bədən tərbiyəsi)

C) Gündəlik massaj və gimnastika

D) Göbək nahiyəsini leykoplastırla bağlamaq

E) Üzgüçülük
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 382
1097) Göbək bağırsaq axacağının(dustus omphatoentericus) obliterasiya olunmamasından aşağıdakı xəstəliklərdən hansı baş vermir ?
A) Mekkel divertikulu

B) Entorokistoma

C) Göbək yırtığı

D) Göbəyin tam fistulu

E) Göbəyin natamam fistulu
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 369
1098) Göbəyin tam fistulu nə zaman əmələ gəlir?
A) Dustus omphalo-entericus tam açıq qalarsa

B) Uraxus proksimal hissədə açıq qalarsa

C) Göbək bağırsaq axacağı proksimal hissədə açıq qalarsa

D) Uraxus orta hissədə açıq qalarsa

E) Göbək bağırsaq axacağı distal hissədə açıq qalarsa
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1099) Mekkel divertikulu nədir?
A) Dustus omphalo-entericusun distal hissədə obliterasiya olunmaması

B) Qalca bağırsaq iltihabı

C) Qalca bağırsaq şişi

D) Uraxusun açıq qalması

E) Duktus omphaloentericus-un proksimal hissədə obliterasiya olmaması nəticəsində əmələ gələn qalça bağırsaq çıxıntısı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1100) Mekkel divertikulu üçün hansı səciyyəvi deyil?
A) Qalça bağırsaqla sərbəst əlaqəsi olur

B) Mekkel divertikulunun diaqnozu asan qoyulur

C) Əsasən ileosekal nahiyyədən 10-120 sm məsafədə yerləşir

D) Diaqnostika çətindir

E) Ağirlaşmalardan biri qanaxmadir
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1101) Mekkel divertikulununfəsadlarına aşağıdakılardan hansı aid deyil?
A) Divertikulit

B) İnvaginasiya

C) Qanaxma

D) Dinamik bağırsaq kecməməzliyi

E) Stranqulyasion bağırsaq kecməməzliyi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1102) Mekkel divertikulunda qanaxma nə səbəbdən baş verir?
A) Stresdən

B) Travmadan

C) Divertikul divarında mədə və ya mədəalti vəzi hüceyrələrinin olması

D) Sadalananlardan hamısından

E) Qida pozğunluğundan
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1103) Mekkel divertikulunun ən az rast gəlinən ağırlaşması hansıdır?
A) Divertikulit

B) Mekkel divertikulunun şişləri

C) Bağırsaq kecməməzliyi

D) Qanaxma

E) İnvaginasiya
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1104) Aşağıdakıların hansı konservativ müalicə nəticəsində sağala bilər?
A) Sadalananlardan heç biri

B) Enterositoma

C) Stranqulyasion bağırsaq kecməməzliyi

D) Natamam göbək fistulu

E) tam göbək fistulu
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1105) Ductus omphaloentericus-un funksiyası nədir?
A) İlk sidiyi dölyanı mayeyə axıdir

B) Arterial qanın dölə kecməsini təmin edir

C) Endokrin funksiya daşiyir

D) Bətindaxili inkişafın ilk həftələrində embirionun qidalanmasını təmın edir

E) Venoz qanın daşınmasını təmin edir
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 369
1106) Aşağıdakılardan hansı göbəyin tam fistulunun ağırlaşmalarına aid deyil ?
A) Evaginasiya

B) Bağırsaq möhtəviyyatının itirilməsi

C) Qanaxma

D) İnvaginasiya

E) İnfeksiyalasma
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, 370
1107) Göbəyin tam fistulunun mualicəsi necə aparılır?
A) Diaqnoz qoyulan kimi cərrahi mualicə

B) Antibakterial müalicə

C) Fizioterapiya

D) Məlhəmlərlə müalicə

E) 1 yaşdan sonra cərrahi mualicə
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1108) Mekkel divertikulunun müalicəsi necə aparılır?
A) Mekkel divertikulunun bəzi xəstəliklərində konservativ müalicə

B) Antibakterial müalicə

C) Hormonal müalicə

D) Mekkel divertikulunun bütün xəstəliklərində təcili cərrahi müdaxilə

E) Fizioterapiya
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1109) Aşağıdakılardan hansı göbəyin natamam fistulunun müalicəsi prinsiplərinə aid deyil ?
A) Hemostatik müalicə

B) Konservatik müalicə effekt vermədikdə cərrahi əməliyyat

C) Hər gün vanna etmək ,zəif kali permanqanat məhlulu ilə

D) Antiseptiklərlə sarğı

E) Fistul yolunal 3%-li yod məhlulu sürtmək
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1110) Göbəyin natamam fistulu nə zaman əmələ gəlir?
A) Göbək nahiyyəsinin travmasından sonra

B) Göbək bağırsaq axacağının distal hissəsində obliterasiya olmadıqda

C) Göbəyin infeksiyasından sonra

D) Axacaq proksimal hissədə obliterasiya olmadıqda

E) Göbək yırtığına görə əməliyyatdan sonra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1111) Enterosistoma necə əmələ gəlir?
A) Uraxsun açıq qalması nəticəsində

B) Qarının ön divarının küt travmasından

C) Ductus omphalo-enterucus distal və proksimal hissədə obliterasiya olunur,orta hissədə açıq qalır

D) Ductus omphalo-enterucus distal hissədə obliterasiya olur proksimal hissədə açıq qalır

E) Qarın boşluğunda aparılmış əməliyyatdan sonra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1112) Bud sümüyünün boyun –diafizar bucağı normada neçə dərəcədir?
A) 140-150dərəcə

B) 150-175 dərəcə

C) 160-165dərəcə

D) 140-145 dərəcə

E) 125-130 dərəcə
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
1113) Bud çanaq oynağının anadangəlmə çıxığı rentgenoloji olaraq neçə dərəcəyə bölünür?
A) 6

B) 4


C) 3

D) 5


E) 2
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 631
1114) Qastroşizis nədir?
A) Mədənin burulması

B) Sadalananların hamısı

C) Ağır inkişaf qüsuru olub qarnın ön divarının 2-3 sm artıq olmayan deffekti ilə xarakterizə olunur

D) Mədə qanaxması

E) Mədənin sallanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 376
1115) Qastroşizis üçün hansı xarakter deyil?
A) Yırtıq kisəsi olur

B) Bətndaxili peritonit əlamətləri olur

C) Deffekt göbək ciyəsindən sağda yerləşir

D) Deffektdən qarnın ön divarına orta bağırsaq çıxır

E) Müştərək qüsurlar nadir halda olur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 377
1116) Göbək yırtığının özbaşına sağalma ehtimalı neçə faizdir?
A) 15%

B) 5%


C) 60%

D) 100%


E) 50%
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 382
1117) Boğulma ehtimalı ən az olan yırtıq hansıdır?
A) Sağ tərəfli qasıq yırtığı

B) Ağ xətt yırtığı

C) Göbək yırtığı

D) Sol tərəfli qasıq yırtığı

E) Bud yırtığı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1118) Paraumbilikal yırtıq nədir?
A) Bilavasitə göbək həlqəsinin üstündə əmələ gələn ağ xətt yırtığı

B) Bilavasitə göbək həlqəsinin altında əmələ gələn ağ xətt yırtığı

C) Boğulmuş göbək yırtığı

D) Bilavasitə xəncələbənzər çıxıntı nahiyyəsində əmələ gələn ağ xətt yırtığı

E) Xəcələbənzər çıxıntı ilə göbəyin ortasında əmələ gələn ağ xətt yırtığı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1119) Ağ xətt yırtığında hansı müalicə üsulları tətbiq edilir?
A) Yalnız cərrahi əməliyyat

B) Massaj

C) MBT

D) Fizoterapiya



E) Konservativ müalicə effekt verməzsə cərrahə əməliyyat
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 384
1120) Uşaqlarda düz bağırsağın ən çox rast gəlinən xoşxassəli şişi hansıdır?
A) Düz bağırsağın polipozu

B) Düz bağırsağın polipi

C) Düz bağırsağın dermoid kistası

D) Düz bağırsağın angiomatozu

E) Düz bağırsağın fibroması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1121) Anus çatının əsas simptomu hansıdır ?
A) Düz bağırsaq selikli qişasının sallanması

B) Temperaturun olması

C) Qusma

D) Defekasiya zamanı kəskin ağrı

E) Ağrısız düz bağırsaq qanaxması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 472
1122) Düz bağırsaq polipinin əsas əlaməti nədir?
A) Defekasiyanın sonunda bir neçə damcı və ya kifayət qədər qanaxma

B) Çəkinin itirilməsi

C) Qusma

D) Temperaturun olması

E) Defekasiya zamanı kəskin ağrı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin