Kliniki anatomiya və operativ carrahiyyə
11) Az yaşlı uşaqlarda kəllə tağı sümüklərinin travması zamanı sümüyə xarakter hansı əlamətlər sayılır?
A) Travma zamanı sümüyün daxili səhfəsinin soyulmaması
B) Travma zamanı sümüyün daxili səhfəsinin soyulması
C) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədi
D) Düzgün cavablar
E) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədinin olmaması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
12) Yenidoğulmuşlarda çoxlu miqdarda piy toxuması təşkil edən gicgah nahiyyəsinin üçüncülü süngəri boşluğu üçün hansı xarakterikdir?
A) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi, gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi
B) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi
C) Gicgah əzələsinin altında yerləşməsi
D) Digər hüceyrə boşluqları ilə əlaqəsinin olmaması
E) Gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
13) Orta qişa arteriyasını bağlamaq məqsədilə kəllənin sümük-plastik trepanasiyası zamanı dəri kəsiyinin sərhədi öndən yuxarı və arxaya doğru istiqamətlənərək necə proyeksiyalanır?
A) Alın qabarı –təpə qabarı –məməcik çıxıntısının əsasına
B) Alın sümüyünün almacıq çıxıntısına –təpə qabarı –xarici ənsə qabarı
C) Alın sümüyünün almacıq çıxıntısına –gicgah sümüyünün pulcuğu –məməcik çıxıntısının əsasına qabarı
D) Alın sümüyünün almacıq çıxıntısına –gicgah sümüyünün pulcuğu –xarici ənsə
E) Alın sümüyünün almacıq çıxıntısına –gicgah sümüyünün pulcuğu –xarici ənsə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
14) Boynun yan kistasının çıxarılması əməliyyatı zamanı kistanın orta üçdə bir hissəsinə hansı yapışır?
A) Qırtlaq və traxeya
B) Döş axarı
C) Boynun damar –sinir kələfi
D) Simpatik sütunun boyun hissəsi
E) Döş axarı, simpatik sütunun boyun hissəsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |