657) Osteomielitin kəskin dövründə patoloji-anatomik dəyişikliklərin ardıcıllığını müəyyən edin:
1. Subperiostal abseslərin yaranması
2. Sümük toxumasının nekrozu
3. Sümüyün çoxsaylı sekvestrlərlə destruksiyası
4. İrinin ətraf yumşaq toxumalara yayılması
5. Periostun irinli infiltrasiyası
A) 4, 3, 2, 5, 1
B) 3, 5, 1, 4, 2
C) 3, 4, 2, 5 ,1
D) 5, 1, 4, 2, 3
E) 1, 4, 5, 3 ,2
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
Tarix: 01.01.2011
658) Aşağıdakılardan hansı osteomielitin yarımkəskin dövrundə baş verən: iltihab əlamətlərinin sönməsi, qranulasiyon toxumaların yaranmasından başqa baş verən patoloji-anatomik dəyişikliklərə aiddir?
A) Fistul yolunun yaranması
B) Alveol çıxıntısının sümüküstlüyünün infiltirasiyası
C) İrinin çənəətrafı yumşaq toxumalara yayılması
D) Yeni sümük toxumasının yaranması
E) Sekvestrlərin hərəkətliliyi və ayrılması
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
Tarix: 01.01.2011
659) Osteomielitin yarımkəskin dövrü üçün hansı patoloji-anatomik dəyişiklik xarakterik deyil?
A) Sümük iliyinin irinli əriməsi
B) Qranulasion toxumanın inkişafı
C) Fistul yolunun formalaşması
D) Sekvestrasiyanin başlanması
E) İltihab əlamətlərinin sönməsi
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
Tarix: 01.01.2011
660) Sekvestrlərin hərəkətliliyi, ayrılması və endostda yeni sümük toxumasının yaranması hansı xəstəlik üçün xarakterikdir?
A) Lyudviq anginası
B) Çənəaltı nahiyənin fleqmonası
C) Xroniki odontogen periostitit
D) Xroniki odontogen osteomielit
E) Çənə-qanadvari nahiyənin fleqmonası
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
Tarix: 01.01.2011
661) Uyğunluğu müəyyən edin.
I. Kəskin irinli osteomielit
II.Yarimkəskin osteomielit
III. Xroniki osteomielit
1. Fistul yolunun yaranması
2. Sekvestrlərin hərəkətliyi və ayrılması
3. Subperiostal absceslərin yaranması
A) I-2, II-1, III-3
B) I-3, II-1, III-2
C) I-1, II-3, III-2
D) I-1, II-2, III-3
E) I-2, II-3, III-1
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
Tarix: 01.01.2011
662) Uyğunluğu müəyyən edin.
I. Kəskin odontogen osteomielit
II. Yarimkəskin odontogen osteomielit
III. Xroniki odontogen osteomielit
1. Qranulasiyon toxumaların inkişafı
2. Yeni sümük toxumasının yaranması
3. İltihab əlamətlərinin şiddətlənməsi
A) I-2, II-1, III-3
B) I-3, II-1, III-2
C) I-1, II-2, III-3
D) I-2, II-3, III-1
E) I-1, II-3, III-2
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
Tarix: 01.01.2011
663) Osteomielitin yarımkəskin dövründə irinlik özbaşına ağız boşluğuna açılırsa yerində aşağıdakılardan hansı yaranır?
A) Dərialtı qranulema
B) Sekvestral kapsul
C) Ağrılı infiltrat
D) Subperiostal abses
E) Fistul yolu
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-230
Tarix: 01.01.2011
664) Odontogen osteomielitin kəskin dövründə rentgenoji müayinədə nə aşkar edilir?
A) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları
B) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
C) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
D) Sümük toxumasının endoostal və periostal dəyişikliyi,skleroz
E) Xroniki periodontitə xas olan əlamətlər
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
Tarix: 01.01.2011
665) Odontogen osteomielitin yarımkəskin dövründə rentgenoji müayinədə aşkar olunur:
A) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz
B) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
C) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
D) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
E) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230
Tarix: 01.01.2011
666) Odontogen osteomielitin destruktiv formasında rentgenoji müayinədə görünür:
A) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
B) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz
C) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
D) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
E) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
Tarix: 01.01.2011
667) Odontogen osteomielitin destruktiv-produktiv formasında rentgenoji müayinədə görünür:
A) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları
B) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz
C) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
D) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları
E) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
Tarix: 01.01.2011
668) Odontogen osteomielitin produktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
B) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
C) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz
D) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari
E) Mərkəzində sekvestrin kölgəsi olan rezorbsiya ocaqları
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
Tarix: 01.01.2011
669) Uyğunluğu müəyyən edin:
I.Kəskin odontogen osteomielit
II.Yarimkəskin odontogen osteomielit
III.Xroniki odontogen osteomielit
1. Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
2. Periodontətrafı toxumalarda xroniki periodontitə xas olan əlamətlər
3. Sümk toxumasında nekroz-sekvestr ocaqları
A) I-2, II-1, III-3
B) I-3, II-1, III-2
C) I-1, II-2, III-3
D) I-2, II-3, III-1
E) I-1, II-3, III-2
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
Tarix: 01.01.2011
670) Uyğunluğu müəyyən edin:
I- Destruktiv xroniki odontogen osteomielit
II-Destruktiv-produktiv xroniki odontogen osteomielit
III- Produktiv xroniki odontogen osteomielit
1. Xroniki osteomielitin sekvestrəmələgətirici forması
2. Xroniki osteomielitin yuvalı forması
3. Xroniki osteomielitin hiperplastik forması
A) I-3, II-1, III-2
B) I-1 II-2, III-3
C) I-1, II-3, III-2
D) I-2, II-1, III-3
E) I-2, II-3, III-1
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 232
Tarix: 01.01.2011
671) Osteomielitin əng sümüyündə yüngül gedişatını nə ilə izah etmək olar?
A) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması
B) Kompakt lövhədə çoxsaylı dəliklərinin olması və süngəri maddənin az olması
C) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması
D) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması
E) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
Tarix: 01.01.2011
672) Osteomielitin çənədə ağır gedişı nə ilə izah etmək olar:
A) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması
B) Kompakt lövhədə azsaylı dəliklərinin və süngəri maddənin çox olması
C) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması
D) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması
E) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
Tarix: 01.01.2011
673) Əngin osteomieliti çənənin osteomielitindən fərqlənir:
A) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
B) Ağır gedişi, böyük sekvestrlərin olması ilə
C) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə
D) Yüngül gedişi,kiçik sekvestrlərin olması ilə
E) Müxtəlif və tez-tez olan fəsadları ilə
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
Tarix: 01.01.2011
674) Çənənin osteomieliti əngin osteomielitindən fərqlənir:
A) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə
B) Müxtəlif və tez-tez olan fəsadları ilə
C) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
D) Ağır gedişi, böyük sekvestrlərin olması ilə
E) Ağır gedişi, böyük sekvestrlərin olması
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
Tarix: 01.01.2011
675) Klinikaya çənənin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Çənənin kəskin osteomielitində hansı ən təhlükəli fəsadlar ola bilər:
A) Odontogen haymorit,beyin absesi
B) Sepsis, mediastinit
C) Çənələrin vərəmi,fibroz displaziya
D) Şeqren xəstəliyi,Mikulic sindromu
E) Patoloji sınıq, yalançı oynaq
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
Tarix: 01.01.2011
676) Klinikaya əngin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Əngin kəskin osteomielitində hansı fəsadlar ola bilər:
A) Patoloji sınıq, yalancı oynaq
B) Odontogen haymorit,meningit
C) Çənələrin vərəmi,fibroz displaziya
D) Limfa vəzilərinə metastazlar
E) Şeqren xəstəliyi,Mikulic sindromu
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
Tarix: 01.01.2011
677) Çənənin xroniki osteomielitinin yerli fəsadları hansılardır?
1. Mikrostoma
2. Yalanci oynaq
3. Perikoronarit
4. Patoloji sınıq
5. Uz sinirinin iflici
A) 1.2
B) 1,5
C) 3.4
D) 2,3
E) 2,4
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
Tarix: 01.01.2011
678) Odontogen osteomielitdə hansı əzələlərdə iltihabı kontraktura inkişaf edir və ağzın açılması məhdudlaşır:
A) Boyuk almacıq əzələsi, mental-dil əzələsi
B) Xüsusu çeynəmə əzələsi, içəri qanadabənzər əzələ
C) Bayır qanadvari əzələ, çənəaltı əzələ
D) İkiqarinciqli əzələnin arxa qarıncığı, yanaq əzələsi
E) Çənə-dilaltı əzələ, mental-dilaltı əzələ
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
Tarix: 01.01.2011
679) Osteomielit zamanı hansı sinirlərin zədələnməsi nəticəsində alt dodağın paresteziyası,Vensan simptomu qeyd olunur?
A) Göz yuvasıaltı siniri, almacıq siniri
B) Dərin gicgah siniri, çənə-dilalti siniri
C) Qanad-damaq siniri, böyük damaq siniri
D) Aşağı alveol siniri, mental sinir
E) İçəri qanadabənzər sinir, çeynəmə siniri
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
Tarix: 01.01.2011
680) Çənənin kəskin osteomielitində xəstələr bəzən alt dodaqda və ağız bucağında keylik hissinin olmasından şikayət edirlər. Bu nəyin nəticəsində baş verir?
A) Aşağı alveol sinirinin irinli eksudatla sıxılması nəticəsində
B) Qəbul edilən antibiotik,sulfanilamid preparatlarının əks təsiri nəticəsində
C) Folkman və Havers kanalları ilə infeksiyanın yayılması nəticəsində
D) Diş periodontunda bağ aparatının pozulması nəticəsində
E) Aşaği dodaq və ağız bucağında irinli fluktasiya ocağının olması nəticəsində
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
Tarix: 01.01.2011
681) Odontogen osteomielitin kəskin hiperergik fazasında qanda hansı dəyişiklər baş verir?
A) Leykopeniya, eozinopeniya, limfositoz, bazofiliya,hemoqlabinin artmasi, qanın tərkibində zülalın olmasi
B) Leykositlərin, monositlərin miqdarin artmasi, neytrofillərin sola irəliləməsi, qanda mielositlərin əmələ gəlməsi,eritrositlərin çökmə sürətinin azalması
C) Leykopeniya , eritrositlərin çökmə sürətinin azalması
D) Leykositoz, eritrositlərin çökmə sürətinin artması, hemoqlobinin azalması, eritrositlərin miqdarın azalması
E) Leykopeniya,, eritrositlərin çökmə sürətinin azalmasi, eozinofililiya, neytrofillərin sağa irəliləməsi, limfositoz
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
Tarix: 01.01.2011
682) Xəstə təcili yardımla yüksək temperatur ( 40°C ), üşütmə, ümumi zəiflik, çənənin sağ bucaq nahiyəsində ağrı şikayətləri ilə stasionara daxil olmuşdur.Tənəffüs və nəbz tezləşib. Dəri isti və nəmdir. Ağızda kəskin iy var. Çənənin sağ tərəfində dişlər hərəkətlidir, perkusiya zamanı ağrılıdılr. Dişlər nahiyəsində diş əti və keçid pərdəsi şişkindir,hiperemikdir. Xəstəliyin müddəti 5 gündür. Diaqnozu müəyyən edin.
A) Çənənin dərialti qranuleması
B) Kəskin odontogen osteomielit
C) Poliossal fibroz displaziya
D) Xroniki odontogen periostit
E) Hiperostoz odontogen osteomielit
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
Tarix: 01.01.2011
683) Xəstə həkimin qəbuluna çənənin sol cisim nahiyəsində irinli ifrazatı olan fistula müraciət edir. Müayinədə çəkilmiş 36-cı dişin alveol yuvasında inkişaf etmiş qranulasiyon toxuma görünür, yaxın yerləşən dişlər hərəkətlidir. Palpasiya zamanı çənənin sol cisim nahiyəsində periostal qalınlaşma hiss olunur. Rentqenoloji müayinədə 35, 36, 37-ci dişlərin sümük toxumasında sərhədləri aydın olmayan rezorbsiya qeyd olunur. Xəstənin ümumi vəziyyəti kafidir. Diaqnozu müəyyən edin.
A) Xroniki odontogen periostit
B) Çənənin dərialti qranulyoması
C) Hiperostoz odontogen osteomielit
D) Kəskin odontogen haymorit
E) Хroniki odontogen osteomielitin kəskinləşməsi
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
Tarix: 01.01.2011
684) Xəstə əng nahiyəsində olan ağrısız şişginlikdən şikayət edir. Anamnezindən məlum olur ki,xəstə antibiotik, sulfanilamid preparatları qəbul edib, səbəbkar dişi çəkdirib. Buna baxmayaraq 3 ay müddətində şişkinlik kecməyib. Palpasiya zamanı əngin alveol çıxıntısında sümüküstlüyünün qalınlaşması hiss edilir. Rentgen müayinə zamanı sümük toxumasının endoostal ,periostal qalınlaşması və skleroz görünür. Diaqnozu dəqiqləşdirin.
A) Qranulomatoz xroniki odontogen periodontit
B) Poliossal fibroz displaziya
C) Seroz kəskin odontogen periostit
D) Hipoerqik kəskin odontogen osteomielit
E) Hiperplastik xroniki odontogen osteomielit
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230-232
Tarix: 01.01.2011
685) Kəskin odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin:
1. Osteoperforasiya
2. Səbəbkar dişin çəkilməsi
3. Drenaj
4. Subperiostal abseslərin açılması
A) 4, 3, 2, 1
B) 2, 4, 1, 3
C) 3, 4, 2, 1
D) 3, 1, 4, 2
E) 1, 4, 3, 2
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
Tarix: 01.01.2011
686) Xroniki odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin.
1. Sekvestrektomiya
2. Səbəbkar dişin çəkilməsi
3. Hərəkətli dişlərin şinalanması
4. İrinli yaraların cərrahi işlənilməsi
A) 3, 1, 4, 2
B) 1, 4, 3, 2
C) 4, 3, 2, 1
D) 2, 4, 1, 3
E) 2, 3, 4, 1
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
687) Kəskin osteomielitin cərrahi müalicəsinə aşağıdakılardan hansı aiddir?
A) Fizioterapiya
B) Osteoperforasiya
C) Hiperbarik oksiqenasiya
D) Novokain blokadası
E) Çənələrin rezeksiyasi
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
Tarix: 01.01.2011
688) Xroniki osteomielitin konservativ müalicə üsullarını tamamlayın.
1. Antibiotikoterapiya
2. Dezintoksikasion terapiya
3. Desensibilizasiyaedici terapiya
4. ..................................
A) Fizioterapiya
B) Sekvestrektomiya
C) Sklerozlaşdırıcı terapiya
D) Nekroektomiya
E) Kimyaterapiya
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. “Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии” 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
689) Kəskin odontogen osteomielitin müalicəsində istifadə olunan osteotrop antibiotiklər hansılardır?
A) Gentamisin və streptomisin
B) Kanamisin və eritromisin
C) Linkomisin və floksan
D) Ampisillin və penisillin
E) Oksasillin və ampisillin
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
Tarix: 01.01.2011
690) Xroniki odontogen osteomielitin müalicəsində istifadə olunan immunomodulyatorlara hansı aiddir?
A) Levamizol, timolol
B) Disinon, aminokapron turşusu
C) Taveqil, fenkorol
D) Metranidazol, trixopol
E) Sibazon, diazepam
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
691) Osteomielitin müalicəsi üçün ən səmərəli müalicə üsulu hansıdır?
A) Ataralgeziya, autohemoterapiya, şüa terapiyası
B) Ağrısızlaşdırma, cərrahi müalicə, antibiotik terapiyası
C) UVÇ-terapiya, hiperbarik oksigenasiya, elektrofarez
D) Ağrısızlaşdırma, hemostatiklər, trankvilizatorlar
E) Ümumi narkoz, cərrahi müdaxilə, ximioterapiya
Dərəcə: 1 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
Tarix: 01.01.2011
692) Kəskin osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.
I. Osteotrop preparatlar
II .Sulfanilamid preparatları
III. Nitrofuran preparatları
1. Sulfadimezin və norsulfazol
2. Furazolidon və furadonin
3. Terramicin və klindamicin
A) I-2, II-1, III-3
B) I-1, II-2, III-3
C) I-1, II-3, III-2
D) I-3, II-1, III-2
E) I-2, II-3, III-1
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
Tarix: 01.01.2011
693) Xroniki osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.
I. Antihistamin preparatları
II. Antiseptiklər
III. Biostomulaedici preparatlar
1. Furasilin, xlorheksidin
2. Metilurasil, pentoksil
3. Dimedrol, suprastin
A) I-1, II-3, III-2
B) I-1, II-2, III-3
C) I-3, II-1, III-2
D) I-2, II-1, III-3
E) I-2, II-3, III-1
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
694) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansı ardıcıllıqla aparılmalıdır?
1. Sekvestrin çıxarılması
2. Sümüküstlü selikli qişanın ayrılması
3. Fistul yolunun ayırd edilməsi
4. Selikli qişada kəsiyin aparılması
A) 2, 3, 4, 1
B) 4, 2, 3, 1
C) 2, 4, 1, 3
D) 3, 1, 4, 2
E) 1, 4, 3, 2
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
695) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?
1.Yaraların qat-qat tikilməsi
2. Sümük boşluğunun küretajı
3. Autogen sümüklə tamponada
4. Sekvestrin çıxarılması
A) 4, 2, 3, 1
B) 1 ,4, 3, 2
C) 2, 3, 4, 1
D) 3, 1, 4, 2
E) 2, 4, 1, 3
Dərəcə: 3 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
696) Ağızxarici üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?
1. Sekvestrin çıxarılması
2. Yumşaq toxumaların qat-qat ayrilması
3. Fistulun küretaj edilməsi
4. Dəridə kəsiyin aparılması
A) 2, 3, 4, 1
B) 1,4, 3, 2
C) 3, 1, 4, 2
D) 2, 4, 1, 3
E) 4, 2, 3, 1
Dərəcə: 2 Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
Tarix: 01.01.2011
Dostları ilə paylaş: |