Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?



Yüklə 2,09 Mb.
səhifə11/22
tarix25.11.2016
ölçüsü2,09 Mb.
#69
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

459) Aşağı ağıl dişi sümükdən tam çıxmışdır,vertikal vəziyyətdədir və tacın ön qabarcığı üzərini örtən qalın papaqcıq altından hissəvi görünür, tez-tez perikoronaritlə ağırlaşır. Müalicə taktikasını seçin:
A) Diş tacı ətrafındakı selikli qişaya 2%-li yod məhlulu çəkilir

B) Antibiotiklər təyin olunur

C) Ağız boşluğu antiseptiklərlə işlənilir

D) Diş çıxarılır

E) Diş tacını tam açmaqla üzərindəki papaqcıq kəsilib götürülür
Dərəcə: 2 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


460) Aşağı ağıl dişi mezioanqulyar vəziyyətdədir, tacı sümükdən tam çıxmayıb və öndən 7- ci dişin boynuna söykənir. Tez-tez perikoronaritlə və retromolyar abseslə ağırlaşır. Ağıl dişinin çıxarılma üsulunu seçin:
A) Əvvəl 7-ci diş çıxarılır və sonra isə ağıl dişi çıxarılır

B) Üstündəki sümük papaqcıq və 7-ci dişə söykənən ağıl dişinin tac hissəsi borla tamamilə götürülür, sonra düz ya Leklyuz elevator ilə ehtiyatla qaldırılaraq çıxarılır

C) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə dimdikvari kəlbətinlə laxladılaraq çıxarılır

D) Çəkic və iskənə ilə ağıl dişi bölünərək çıxarılır

E) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə horizontal kəlbətinlə laxladılaraq çıxarılır
Dərəcə: 3 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


461) Ağıl dişi mezioangulyar vəziyyətdədir, sümükdən tam çıxıb, lakin tacın mezial hissəsi 7-ci dişin tacına söykənir və papaqcıqlala örtülüdür, vaxtaşırı perikoranaritlə ağırlaşır, 6-cı dişin tacı tam dağılmış vəziyətindədir. Müalicə taktikasını seçin:
A) Papaqcıq kəsilib götürülür

B) Antibakterial terapiya

C) Ağız boşluğu antiseptiklərlə işlənilir

D) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır

E) Ağıl dişi çıxarılır
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


462) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi retromolyar nahiyədə çənə sümüyünün kənarına söykənir. Mezial qabarcıq görünür, tacın üzəri papaqcıqla örtülüdür. Tez-tez perikoronaritə səbəb olur, 7-ci diş sağlamdır. 6-cı dişin tacı tamamilə dağılmışdır. Müalicə taktikasını seçin:
A) Ağıl diş çıxarılır

B) Ağız boşluğu antiseptiklərlə işlənilir və tac üzərindəki selikli qişaya 2%-li yod məhlulu çəkilir

C) Papaqcıq kəsilib götürülür

D) Antibakterial müalicə təyin olunur

E) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır
Dərəcə: 2 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


463) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi çənə şaxəsindədir. 6-cı və 7-ci dişlər intakdır. Diş tacının üzəri papaqcıqla örtülüdür. Tez-tez iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin.
A) Ağıl dişi çıxarılır

B) Ağız boşluğu antiseptiklərlə işlənilir

C) Papaqcıq kəsilib götürülür

D) Tac ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir

E) Antibakterial müalicə təyin olunur
Dərəcə: 3 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


464) Ağıl dişi distoanqulyar vəziyyətdədir. Diş tacının ön qabarcığı sümükdən çıxmışdır. Tacın qalan hissəsi çənə şaxəsinin ön kənarı ilə örtülüdür. Diş tacı papaqcıqla örtülüdür.Tez-tez ağrılara və iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin:
A) Ağız boşluğu interferonla işlənilir

B) Papaqcıq kəsilib götürülür

C) Diş tacı ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir

D) Ağıl dişi çıxarılır

E) Antibakterial müalicə təyin olunur
Dərəcə: 3 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


465) Ağıl dişi horizontal vəziyyətdə sümüyün daxilindədir, tez-tez ağrılara səbəb olur. Müalicə taktikasını seçin.
A) Ağıl dişi çıxarılır

B) Papaqcıq kəsilib götürülür

C) Ağrıkəsicilər təyin olunur

D) Antibakterial müalicə təyin olunur

E) Selikli qişaya 2%-li yod məhlulu çəkilir
Dərəcə: 2 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248

Tarix: 01.01.2011


466) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Osteomielit

B) Haymorit

C) Periostit

D) Alveolit

E) Diş kökünün və tacın sınması
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


467) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Gicgah - çənə oynağının artriti

B) Üçlü sinirin nevralgiyası

C) Parotit

D) Gicgah - çənə oynağının ankilozu

E) Haymor cibinin dibinin perforasiyası
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 133

Tarix: 01.01.2011


468) Dişlərin kəlbətinlə çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara nə aiddir?
A) Üçlü sinirin nevralgiyası

B) Parotid

C) Gicgah-çənə oynağının artriti

D) Çənə sınığı

E) Dərialtı emfizema
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132

Tarix: 01.01.2011


469) Aşağı III molyarı çıxararkən dərhal hansı ağırlaşma baş verə bilər?
A) Sinusit

B) Alveolit

C) Çənə sınığı

D) Osteomielit

E) Periostit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132

Tarix: 01.01.2011


470) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Osteomielit

B) Parodontit

C) Alveolit

D) Dişin udulması və ya tənəffüs yollarına düşməsi

E) Periostit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137

Tarix: 01.01.2011


471) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Osteomielit

B) Dişin və ya diş kökünün yumşaq toxumalara yeridilməsi

C) Üçlü sinirin nevralgiyası

D) Alveolit

E) Sinusit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


472) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Osteomielit

B) Sinusit

C) Hipertonik kriz

D) Alveolit

E) Çənənin sınması
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


473) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Şok

B) Osteomielit

C) Periostit

D) Sinusit

E) Alveolit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


474) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Haymor cibinin perforasiyası

B) Sinusit

C) Alveolit

D) Osteomielit

E) Bayılma
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


475) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Osteomielit

B) Kollaps

C) Periostit

D) Sinusit

E) Alveolit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


476) Dişlər çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Parotit

B) Sinusit

C) Qonşu dişin çıxığı və çıxarılması

D) Osteomielit

E) Periostit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


477) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Alveolit

B) Parotit

C) Antoqonist dişin tacının zədələnməsi

D) Periostit

E) Osteomielit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130

Tarix: 01.01.2011


478) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Alveol çıxıntısının bir hissəsinin sınması

B) Periostit

C) Sinusit

D) Osteomielit

E) Alveolit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131

Tarix: 01.01.2011


479) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Sinusit

B) Kollaps

C) Əng qabarının sınması

D) Alveolit

E) Osteomielit
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 155

Tarix: 01.01.2011


480) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Periostit

B) Sinusit

C) Diş ətinin və ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi

D) Alveolit

E) Osteomielit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131

Tarix: 01.01.2011


481) Dişlərin çıxarılması zamanı baş verən yerli ağırlaşmalara hansı aiddir?
A) Çənənin çıxığı

B) Osteomielit

C) Perikoronorit

D) Otit


E) Bayılma
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132

Tarix: 01.01.2011


482) Aşağı molyar dişlərin çıxarılması zamanı baş verən yerli və yaxın ağırlaşmalara nə aiddir?
A) Periostit

B) Aşağı alveol və ya dil sinirinin zədələnməsi

C) Alveolit

D) Sinusit

E) Bayılma
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 136

Tarix: 01.01.2011


483) Dişlər çıxarıldıqdan sonra baş verən qanaxmaya yerli səbəb hansı sayılır?
A) Yumşaq toxumaların və sümük toxumasının zədələnməsi

B) Hemofiliya xəstəliyi

C) Qaraciyərin kəskin sirrozu

D) Diş kökünün bir hissəsinin yuvada qalması

E) Atrerial hipertenziya
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137

Tarix: 01.01.2011


484) Dişlər çıxarıldıqdan 1 - 2 saat sonra baş verən qanaxmanın yerli səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Anestetikin tərkibində olan adrenalin-hidroxlorid və ya epinefrin

B) Trombositopenik purpura

C) Verlqof xəstəliyi

D) Atrerial hipertenziya

E) Leykoz
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137

Tarix: 01.01.2011


485) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Ürəyin işemik xəstəliyi

B) Xroniki bronxit

C) Enterokolit

D) C və K avitaminozları

E) A avitaminozu
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138

Tarix: 01.01.2011


486) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) A vitamininin avitaminozu

B) Ürəyin işemik xəstəliyi

C) Hemofiliya xəstəliyi

D) Xroniki qastrit

E) Yumşaq toxumların zədələnməsi
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138

Tarix: 01.01.2011


487) Dişlər çıxarıldıqdan sonra qanaxmaya ümumi səbəb nə sayılır?
A) Öd daşı xəstəliyi

B) Xroniki pankreatit

C) A vitamininin avitaminozu

D) Verlqof, Osler - Randyu sindromu

E) Sümük toxumasının zədələnməsi
Dərəcə: 3 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138

Tarix: 01.01.2011


488) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Trankvilizatorların qəbulu

B) Antibiotiklərin qəbulu

C) Yuxu gətirici preparatların qəbulu

D) Antikaoqulyantların qəbulu

E) Antihistamin preparatların qəbulu
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138

Tarix: 01.01.2011


489) Dişlər çıxarıldıqdan sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Əng qabarının sınması

B) Əng cibi dibinin açılması

C) Çənənin sınması

D) Diş kökünün yumşaq toxumalara yeridilməsi

E) Alveolit, alveolonevrit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141

Tarix: 01.01.2011


490) Dişlərin çıxarılmasından sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi

B) Diş yuvasının məhdud osteomieliti

C) Əng qabarının sınması

D) Çənənin sınması

E) Çənənin çıxması
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 143

Tarix: 01.01.2011


491) Sağ əli ilə işləyən həkim aşağı sağ kiçik və böyük azı dişlərini çıxaran zaman harada dayanır?
A) Xəstənin önündə solunda

B) Xəstənin önündə sağında

C) Xəstənin sağında və bir qədər arxasında

D) Xəstənin solunda, arxasında

E) Xəstənin arxasında
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 118-119

Tarix: 01.01.2011


492) Hər iki çənədə çox saylı diş çıxarılmasının icra edilmə ardıcılığını təyin edin:
A) Əvvəlcə aşağı dişlər bir tərəfdə, yuxarı dişlər əks tərəfdə

B) Əvvəlcə yuxarı dişlər bir tərəfdə sonra aşağı dişlər eyni tərəfdə

C) Əvvəlcə yuxarı dişlər bir tərəfdə , aşağı dişlər əks tərəfdə

D) Əvvəlcə aşağı dişlər bir tərəfdə sonra yuxarı dişlər eyni tərəfdə

E) Əvvəlcə aşağı dişlər hər iki tərəfdə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 110-114

Tarix: 01.01.2011


493) Aşağı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin.
A) Həkimin aşağı sallanmış qolunun bilək oynağı aşağı dişlərin okklüziya səviyyəsində

B) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində

C) Həkimin başı aşağı dişlərin okklüziya səviyyəsində

D) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində

E) Həkimin çiyin oynağı aşağı dişlərin okklüziya səviyyəsində
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113-114

Tarix: 01.01.2011


494) Yuxarı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin:
A) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

B) Həkimin yuxarı qaldıldırılmış qolunun bilək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

C) Həkimin çiyin oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

D) Həkimin başı yuxarı dişlərin okklüziya səviyyəsində

E) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113

Tarix: 01.01.2011


495) Retensiya olunmuş yuxarı ağıl dişini çıxaran zamanı baş verən ağırlaşmalara hansı aiddir?
A) Periostit

B) Dişin qanad - damaq çuxuruna itələnməsi

C) Dişin göz yuvasına itələnməsi

D) Haymorit

E) Dişin haymor cibinə itələnməsi
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 135-136

Tarix: 01.01.2011


496) Retensiya olunmuş aşağı ağıl dişi hansı vəziyyətdə olduqda onu çıxarmaq üçün kəsik hansı ağız xarici yolla aparılır?
A) Bukko - linqval

B) Disto – anqulyar

C) Horizontal

D) Mezo – anqulyar

E) Çənə kanarından aşağıda və çənə kənarında
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244

Tarix: 01.01.2011


497) Diş çıxarıldıqdan sonra yuvadakı qranulasion toxuma, qranuloma, sümük və diş qırıntıları hansı alətlə təmizlənir?
A) Əyri elevatorla

B) Düz elevatorla

C) İskənə ilə

D) Hamarlayıcı ilə

E) Kiçik, iti cərrahi qaşıqla
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129

Tarix: 01.01.2011


498) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Çənənin sınması

B) Alveolit

C) Üz sinirinin parezi

D) Diplopiya

E) Dərialtı qranuloma
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141

Tarix: 01.01.2011


499) Normada diş çıxarıldıqdan sonra sıxıcı tampon altında yuva qan laxtası ilə dolur və qanaxma nə vaxta dayanır?
A) 12 - 15 dəqiqəyə

B) 26 - 30 dəqiqəyə

C) 16 - 18 dəqiqəyə

D) 5 - 10 dəqiqəyə

E) 20 - 25 dəqiqəyə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 138-139

Tarix: 01.01.2011


500) Diş çıxarıldıqdan sonra qanaxmanın yerli dayandırılması üsulu hansı hesab edilə bilməz?
A) Yuvaya adrenalin məhlulunda isladılmış piltə qoymaq

B) Yuvanı yodoform turunda ilə tamponada etmək və yara kənarlarına sıxıcı tikiş qoymaq

C) Yuvanı hemostatik, jelatin və ya kollagen süngər ilə tamponada etmək

D) Yuvanı trombinli bioplastik və ya epsilon(Σ) – aminokapron turşusu ilə isladılmış turunda ilə tamponada etmək

E) Kökarası çəpəri krampon ya nizəvari kəlbətinlə sıxmaq
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-141

Tarix: 01.01.2011


501) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Üz sinirinin parezi

B) Çənənin sınığı

C) Gicgah - çənə oynağının artriti

D) Diplopiya

E) Çənəaltı tüpürcək vəzisinin sialoadeniti
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141-145

Tarix: 01.01.2011


502) Nə zaman diş çıxarıldıqdan sonra yuva antiseptiklərlə yuyulur və bir qat yodoform piltə qoyulur?
A) Yuva infeksiyalaşmış olduqda

B) Qonşu dişlər infeksiyalaşmış olduqda

C) Alveolun kənarı sındıqda

D) Diş əti zədələndikdə

E) Alveolun kənarı açıq qaldıqda
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129

Tarix: 01.01.2011


503) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Üz sinirinin parezi

B) Çənənin osteomieliti

C) Çənə sınığı

D) Çənənin follikulyar kistası

E) Trizm
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130-146

Tarix: 01.01.2011


504) Düzgün yerləşən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Dişin çıxarılması

B) Papaqcığın götürülməsi

C) Dişin devitalizasiyası

D) Papaqcığın lidokainlə aplikasiyası

E) Keçid büküşündə kəsik
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248

Tarix: 01.01.2011


505) Düzgün yerləşməyən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Dişin devitalizasiyası

B) Papaqcığın lidokainlə aplikasiyası

C) Papaqcığın götürülməsi

D) Dişin çəkilməsi

E) Keçid büküşündə kəsik
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248

Tarix: 01.01.2011


506) Üçüncü aşağı molyarın distopiyası zamanı cərrahi kəsik necə aparılır?
A) Vestibulyar tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru

B) Vestibulyar tərəfdən birinci molyarın ortasından aşağı keçid büküşünə doğru

C) Dil tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru

D) Vestibulyar tərəfdən keçid büküşündən

E) Dil tərəfdən keçid büküşündən
Dərəcə: 1 Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244

Tarix: 01.01.2011



Periodontal cərrahiyyə

507) Aşağıdakı toxumalardan hansı parodontal toxumaya aid deyil?
A) Diş əti

B) Sement

C) Dentin

D) Periodont

E) Sümük toxuması
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511

Tarix: 01.01.2011


508) Periodontal cərrahiyyə nədir?
A) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərinin cərrahi müalicəsidir

B) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir

C) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

D) Parodont xəstəliklərinin səbəbinin aradan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır

E) Periodontitin cərrahi müalicəsidir
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511

Tarix: 01.01.2011


509) Protezönü cərrahiyyə anlayışı nədir?
A) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

B) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərin cərrahi müalicəsidir

C) Parodont xəstəliklərinin səbəbinin ardan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır

D) Periodontitin cərrahi mülicəsidir

E) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511

Tarix: 01.01.2011


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin