Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Ambulator şəraitdə ümümi anesteziyanın vacib şərtlərindən biri hansıdır?



Yüklə 2,09 Mb.
səhifə10/22
tarix25.11.2016
ölçüsü2,09 Mb.
#69
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

406) Ambulator şəraitdə ümümi anesteziyanın vacib şərtlərindən biri hansıdır?
A) Narkozdan sonra xəstənin tez bir zamanda reabilitasiyası

B) Uzunmüddətli sedasiya

C) Uzunmüddətli qusmaya qarşı təsir

D) Uzunmüddətli analgetik effekt

E) Uzunmüddətli ödemə qarşı təsir
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 39-41

Tarix: 01.01.2011


407) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yaşlı xəstələr

B) Ağız boşluğunda yerləşən şiş

C) Kompensasiya dövründə stenokardiya

D) Yerli anestetikə allergiya

E) Kəskin qaraciyər çatışmazlığı
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

Tarix: 01.01.2011


408) Zədələnməyə qarşı reaksiyanın formalaşmasını orqanizmin hansı aparıcı sistemi təmin edir?
A) Sümük

B) Əzələ


C) Sinir

D) Endokrin

E) Tənəffüs
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 35

Tarix: 01.01.2011


409) Ümumi anesteziya metodu neyroleptanalgeziyada hansı dərman preparatları istifadə edilir?
A) Neyroleptik və anestetik

B) Neyroleptik və periferik analgetik

C) Neyroleptik və trankvilizitor

D) Neyroleptik və narkotik analgetik

E) Neyroleptik və barbiturat
Dərəcə: 2 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104

Tarix: 01.01.2011


410) Neyroleptanalgeziyanın vacib komponenti hansı dərman preparatıdır?
A) Analgin

B) Relanium

C) Sibazon

D) Aminazin

E) Droperidol
Dərəcə: 3 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

Tarix: 01.01.2011


411) Ataralgeziyanın vacib komponenti hansı dərman preparatlarıdır?
A) Analgetiklər və trankvilizatorlar

B) Neyroleptiklər və analgetiklər

C) Analgetiklər və anestetiklər

D) Trankvilizatorlar və anestetiklər

E) Neyroleptiklər və anastetiklər
Dərəcə: 2 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

Tarix: 01.01.2011


412) Vazokonstriktirlərin tətbiqinə əks göstəriş olan pasiyentlərdə yerli anesteziya zamanı hansı yerli anestetikə üstünlük verilir?
A) Lidokainin 1%- li məhluluna

B) Mepivakainin 3% - li məhluluna

C) Novokainin 0, 5%- li məhluluna

D) Artikainin 4% - li məhluluna

E) Ubestezinin 4%- li məhluluna
Dərəcə: 3 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96

Tarix: 01.01.2011


413) Hansı yerli anestetiklərin tərkibinə çox hallarda allergik reaksiyalara səbəb olan natrium bisulfat daxildir?
A) Tərkibində vazokonstriktorlar olmayan anestetiklərin

B) Tərkibində vazokonstriktorlar olan anestetiklərin

C) Amid tərkibli qrupa aid olan anestetiklərin

D) Efir tərkibli qrupa aid olan anestetiklərin

E) Bütün anestetiklərin
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 91-98

Tarix: 01.01.2011


414) Yerli anesteziyanın yerli ağırlaşmalarına hansı aiddir?
A) Toksik reaksiya

B) Kollaps

C) Hipertenziv reaksiya

D) Paresteziya

E) Allergiya
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 119-121

Tarix: 01.01.2011


415) Yerli anesteziyanın ümumi ağırlaşmalarına hansı aiddir?
A) Paresteziya

B) Trizm


C) Toksik reaksiya

D) Hematoma

E) Üz sinirinin parezi
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 116-119

Tarix: 01.01.2011


416) Yerli infiltrasiya və naqil tipli anesteziyalarda 2%-li lidokain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 8, 1 mq/kq

B) 7, 1 mq/kq

C) 6, 1 mq/kq

D) 5, 1mq/kq

E) 2, 1 mq/kq
Dərəcə: 2 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 95

Tarix: 01.01.2011


417) 4%- li artikain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 2 mq/kq

B) 5 mq/kq

C) 12 mq/kq

D) 7 mq/kq

E) 10 mq/kq
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 50

Tarix: 01.01.2011


418) 2%- li mepivakain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 2, 6 mq/kq

B) 10, 6 mq/kq

C) 6, 6 mq/kq

D) 4, 6 mq/kq

E) 8, 6 mq/kq
Dərəcə: 3 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96

Tarix: 01.01.2011


419) Müştərək anesteziya nədir?
A) Endotraxeal və venadaxili narkozun birgə tətbiqi

B) İnhalyasiya və qeyri-inhalyasiya narkozunun birgə tətbiqi

C) Müxtəlif ümumi anesteziya üsulların birgə tətbiqi

D) Müxtəlif yerli anesteziya üsullarının birgə tətbiqi

E) Yerli və ümumi ağrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

Tarix: 01.01.2011


420) Kombinə olunmuş anesteziya nədir?
A) Yerli və ümumi agrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi

B) Naqil anesteziyanın və maskalı narkozun birgə tətbiqi

C) Aplikasiya anesteziyası və venadaxili narkozun birgə tətbiqi

D) İnhalyasion və qeyri - inhalyasion narkozunun birgə tətbiqi

E) İnfiltrasiya anesteziyasının və maskalı narkozun birgə tədbiqi
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

Tarix: 01.01.2011


421) Terminal halın ardıcıllığı necədir?
A) Preaqoniya-aqoniya-terminal fasilə-klinik ölüm-bioloji ölüm

B) Terminal fasilə-preaqoniya-aqoniya-klinik ölüm-bioloji ölüm

C) Klinik ölüm-terminal fasilə-preaqoniya-aqoniya-bioloji ölüm

D) Klinik ölüm-preaqoniya-aqoniya-terminal fasilə-bioloji ölüm

E) Preaqoniya-terminal fasilə-aqoniya-klinik ölüm-bioloji ölüm
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47

Tarix: 01.01.2011


422) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Nəzərə çarpan taxikardiya

B) Yuxu arteriyasında nəbzin olmaması

C) Yuxu arteriyasında nəbzin zəifləməsi

D) Mil arteriyasında nəbzin olmaması

E) Nəzərə çarpan bradikardiya
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47

Tarix: 01.01.2011


423) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Ürək tonlarının olmaması

B) Ürək tonlarının karlaşması

C) Göz bəbəklərinin genişlənməsi

D) Arterial təzyiqin düşməsi

E) Kəskin bradikardiya
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47

Tarix: 01.01.2011


424) Bioloji ölüm haqqında aşağıdakılardan hansı doğrudur?
A) Reanimasiya tədbirləri fonunda şüur bərpa olunur

B) Reanimasiya tədbirləri fonunda nəfəs bərpa olunur

C) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olunmur

D) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olunur

E) Reanimasiya tədbirləri fonunda göz bəbəkləri daralır
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47

Tarix: 01.01.2011


425) Hamilə qadınlarda yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Ağciyərdə, onurğa beynində

B) Mədə - bağırsaq traktında

C) Böyrəküstü və mədəaltı vəzilərdə

D) Qaraciyərdə

E) Böyrəklərdə, baş beyində və miokardda
Dərəcə: 2 Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111

Tarix: 01.01.2011


426) Döldə yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Qaraciyərdə

B) Ağciyərdə, onurğa beynində

C) Böyrəküstü və mədəaltı vəzilərdə

D) Mədə-bağırsaq traktında

E) Böyrəklərdə, baş beyində və miokardda
Dərəcə: 2 Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111

Tarix: 01.01.2011


427) Üçlü sinirin göz şaxəsi göz yuvasına haradan daxil olur?
A) Yuxu dəliyindən

B) Girdə dəlikdən

C) Oval dəlikdən

D) Aşağı göz yuvası yarığından

E) Yuxarı göz yuvası yarığından
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


428) Əng siniri kəllə boşluğundan necə çıxır?
A) Cırılmış dəlikdən

B) Yuxu dəliyindən

C) Bizvari-məməyəbənzər dəlikdən keçməklə

D) Girdə dəlikdən keçməklə

E) Oval dəlikdən keçməklə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


429) Çənə siniri kəllə boşluğundan necə çıxır?
A) Oval dəlikdən keçməklə

B) Girdə dəlikdən keçməklə

C) Yuxarı göz yuvası yarığından

D) Bizvari-məməşəkilli dəlikdən keçməklə

E) Yuxu dəliyindən
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


430) Üz siniri kəllə-beyin sinirlərinin hansı cütüdür?
A) VI

B) IX


C) VII

D) X


E) V
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


431) Yanaq siniri hansı sinirin şaxəsidir?
A) Azan sinirin

B) Üz sinirinin

C) Üçlü sinirin

D) Dialtı sinirin

E) Dil-udlaq sinirinin
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


432) Tuberal anesteziya zamanı iynə hansı istiqamətdə selikli qişanı deşərək dərinliyə yeridilir?
A) Yuxarı, xaricə, geriyə

B) Yuxarı, daxilə, irəli

C) Yuxarı, irəli, xaricə

D) Yuxarı, daxilə, geriyə

E) Yuxarı, xaricə
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108

Tarix: 01.01.2011


433) Tuberal anesteziya zamanı iynə selikli qişanı deşərək hansı dərinliyə yeridilir?
A) 4 - 5 sm

B) 0. 5 sm-ə qədər

C) 2.0 - 2.5 sm

D) 1.0 - 1.5 sm

E) 3.0 - 3.5 sm
Dərəcə: 1 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108

Tarix: 01.01.2011


434) Tuberal anesteziya zamanı ağrısızlaşdırma (keyləşdirmə) sahəsini təyin edin:
A) Yuxarı molyar və damaq tərəfdən selikli qışa

B) Yuxarı molyarlar və vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

C) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar və damaq tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

D) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

E) Yuxarı premolyarlar, həmçinin vestublyar tərəfdə alveol çıxıntısının selikli qişası
Dərəcə: 2 Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108

Tarix: 01.01.2011


435) Böyük damaq siniri aşağıdakılardan hansının şaxəsidir?
A) Üçlü sinirin 3-cü şaxəsinin

B) Qulaq düyününün (qanqlion)

C) Yuxarı alveol sinirinin

D) Üçlü sinirin 1-ci şaxəsinin

E) Qanad-damaq düyününün (qanqlion)
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


436) Burun - damaq siniri hardan çıxır?
A) Girdə dəlikdən

B) Kiçik damaq dəliyindən

C) Böyük damaq dəliyindən

D) Kəsici diş dəliyindən

E) Oval dəlikdən
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011


437) Yanaq sinirini ağrısızlaşdırmaq üçün iynə hansı dişlər nahiyəsində keçid pərdəsinə selikli qişa altı vurulur?
A) İkinci və üçüncü aşağı molyar arası

B) İkinci premolyar və birinci aşağı molyar

C) Birinci aşağı molyar

D) Aşağı ağıl dişi

E) İkinci aşağı molyar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 81

Tarix: 01.01.2011


438) Berşe üsulu ilə mandibulyar anesteziya hansı qaydada aparılır?
A) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 3 - 3,5 sm dərinliyə yeridilir

B) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 4, 5 sm dərinliyə yeridilir

C) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və 2-2,5 sm dərinliyə yeridilir

D) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 1,5 - 2 sm aşağı və çənə şaxəsinin xarici səthinə qədər yeridilir

E) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 3 - 3,5 sm aşağı və aşağı çənənin şaxəsinin xarici səthinə qədər yeridilir
Dərəcə: 2 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 78

Tarix: 01.01.2011


439) Hansı anesteziya zamanı diplopiya baş verə bilər?
A) İnfraorbital

B) Mandibulyar

C) Tuberal

D) Palatinal

E) İnsizival
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 69-71

Tarix: 01.01.2011



Dişlərin çıxarılması

440) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Konservativ müalicəyə tabe olmayan və vaxtaşırı iltihabi prosesə məruz qalan diş

B) Kəskin pulpit

C) Hemorragik diatez

D) Kəskin periodontit

E) Xroniki fibroz periodontit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

Tarix: 01.01.2011


441) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) dağılmış və ya sınıq xəttinə daxil olaraq repozisiyaya mane olan diş

B) stomatit

C) hemorragik diatez

D) aktinomikoz, vərəm, sifilis ocaqları ilə əlaqəsi olan diş

E) gingivit
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

Tarix: 01.01.2011


442) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Aktinomikoz,vərəm,sifilis ocaqları ilə əlaqəsi olan diş

B) Epilepsiya

C) Kəskin leykoz

D) Stomatit

E) Düzgün yerləşməyən və ortodontik müalicə oluna bilməyən dişlər
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

Tarix: 01.01.2011


443) Dişlərin çıxarılmasına yerli əks göstəriş hansıdır?
A) Gingivit, stomatit, xeylit, tonzillit

B) Ürək - damar sistemi xəstəlikləri (miokard infarktı,hipertonik kriz,ürəyin işemik xəstəliyi,kəskin septik endokardit)

C) Mərkəzi sinir sisteminin xəstəlikləri (beyin qan dövranın kəskin pozulması, meningit, ensefalit)

D) Yoluxucu xəstəliklər(qrip, difteriya, qızılyel, pnevmoniya, kəskin respirator xəstəliklər)

E) Parenximatoz orqanların kəskin xəstəliyi
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

Tarix: 01.01.2011


444) Miokard infarktı keçirdikdən sonra dişin planlı qaydada çıxarılması nə vaxt aparılır?
A) Altı - yeddi həftədən sonra

B) Üç - altı aydan sonra

C) Bir- iki aydan sonra

D) Dörd - beş həftədən sonra

E) Bir - iki ildən sonra
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

Tarix: 01.01.2011


445) Dişlərin çıxarılmasına göstəriş olduqda hansı müayinələr aparılır?
A) Laborator

B) İmmunoloji

C) Vizual, klinik

D) Biokimyəvi

E) Kompyuter tomoqrafiyası
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 102

Tarix: 01.01.2011


446) Dişlərin çıxarılması zamanı sinir sistemi labil olan pasiyentlərdə premedikasiyada hansı preparatlar istifadə olunur?
A) Antikoaqulyantlar

B) Trankvilizatorlar

C) Hipotenziv preparatlar

D) Ağrıkəsicilər

E) Antibiotiklər
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 90-91

Tarix: 01.01.2011


447) Düz kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı molyarlar

B) Yuxarı kəsici dişlər

C) Ağıl dişi

D) Aşağı premolyarlar

E) Yuxarı premolyarlar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105

Tarix: 01.01.2011


448) Yuxarı mərkəzi və yan kəsici dişlər üçün kəlbətinlər hansı xüsusiyyətinə görə fərqlənir?
A) Tutacaqlarının ölçüsünün eninə görə

B) Tutacaqların zirvəsinin formasına görə

C) Tutacaqları arasındakı məsafəyə görə

D) Tutacaqlarının dərinliyinə görə

E) Əl tutan dəstəsinə görə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104

Tarix: 01.01.2011


449) Tutacaqları eyni formada, nisbətən ensiz dayaz, bir - birinə toxunmayan və kənarları yarımdairəvi olan S - vari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı premolyarlar

B) Yuxarı molyarlar

C) Aşağı köpək dişləri

D) Yuxarı premolyarlar

E) Ağıl dişləri
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104

Tarix: 01.01.2011


450) Tutacaqları enli, dərin sağ tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı köpək dişlər

B) Yuxarı premolyarlar

C) Sol yuxarı I və II molyarlar

D) Aşağı molyarlar

E) Yuxarı kəsici dişlər
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105

Tarix: 01.01.2011


451) Dəstəsi boyun hissədən uzadılmış, tutacaqları eyni formada, qısa, enli və yuxarıda dəyirmiləşmiş eyni zamanda bir qədər çuxur olan nizəvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı III molyarlar

B) Yuxarı köpək dişlər

C) Yuxarı yan kəsici dişlər

D) Yuxarı III molyarlar

E) Aşağı premolyarlar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 105-106

Tarix: 01.01.2011


452) Tutacaqları enli, dərin sol tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) aşağı premolyarlar

B) yuxarı sağ I - II molyarlar

C) yuxarı köpək dişləri

D) yuxarı kəsici dişlər

E) yuxarı ağıl dişləri
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105

Tarix: 01.01.2011


453) Aşağı dişlər əsasən hansı alətlə çıxarılır?
A) S-vari kəlbətinlə

B) Nizəvari kəlbətinlə

C) Krampon kəlbətinlə

D) Dimdikvari kəlbətinlə

E) Düz kəlbətinlə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107

Tarix: 01.01.2011


454) Tutacaqları ensiz və bir-birinə toxunmayan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı molyarlar

B) Aşağı premolyarlar

C) Aşağı kəsici dişlər

D) Yuxarı kəsici dişlər

E) Yuxarı molyarlar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107

Tarix: 01.01.2011


455) Tutacaqları enli və aralarındakı məsafə nisbətən böyük olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı kəsici dişlər

B) Aşağı köpək dişləri və premolyarlar

C) Yuxarı premolyarlar

D) Yuxarı molyarlar

E) Aşağı molyarlar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107

Tarix: 01.01.2011


456) Tutacaqları çox enli, aralarındakı məsafə böyük və hər iki tutacağı üzərində dişcik olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı kəsici dişlər

B) Yuxarı premolyarlar

C) Aşağı molyarlar

D) Yuxarı molyarlar

E) Aşağı premolyarlar
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107

Tarix: 01.01.2011


457) Ağızın açılması məhdud olduqda aşağı ağıl dişi (III molyar) hansı alət ilə çıxarılır?
A) Horizantal kəlbətinlə

B) Nizəvari kəlbətinlə

C) Düz kəlbətinlə

D) S-vari kəlbətinlə

E) Krampon kəlbətinlə
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107

Tarix: 01.01.2011


458) Yuxarı kəsici, köpək və premolyar dişlərin kökləri hansı alət ilə çıxarılır?
A) Tutacaqları toxunmayan S-vari kəlbətinlə

B) Dimdikvari kəlbətinlə

C) Tutacaqları toxunan,ensiz nazik düz və S-vari kəlbətinlə

D) Horizontal kəlbətinlə

E) Bucaqlı elevatorla
Dərəcə: 1 Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 106

Tarix: 01.01.2011


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin