V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı



Yüklə 235,86 Kb.
səhifə3/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı

Antik sivilizasiyalar:
Erkən sivilizasiyaların dünya təsəvvürü həm tarixi, həm də coğrafi olaraq məhdud idi və dünyanı miflərdən istifadə edərək izah edirdilər.
Elmin ən erkən tarixi təxminən eramızdan əvvəl 3000-1200 cü illərdə Qədim Misir və Mesapotamiyaya gedib çıxır. Onların riyaziyyat, astronomiya və təbabət sahəsində bilikləri Antik Yunan təbiət fəlsəfəsini formalaşdırdı.
Təxminən eramızdan əvvəl 3000-ci illərdən başlayaraq qədim misirlilər onluq xarakterli bir nömrələmə sistemi hazırlamışlar və həndəsi biliklərindən inşaatda istifadə edirdilər. Qədim Misirdə e. ə. 2500 – 1200-cü illərdə yazılmış tibbi yazılar olub. Qədim Misirlilər hətta on iki ay, hər biri otuz gün və ilin sonunda beş gün olan rəsmi təqvim də hazırlamışdılar. Qədim Mesopatamiyada təbii materialların kimyəvi xassələri haqqında biliklərdən dulusçuluqda, şüşə, əhəng, gips, istehsalında istifadə olunurdu. Ən erkən tibbi resept Şumer dilində Üçüncü Ur sülaləsi dövründə (e. ə. 2112-ci il – e. ə. 2004-cü il) ortaya çıxmışdı. Bundan əlavə e. ə. XVIII əsrə aid olan Mesopatomiya mixi lövhəsi Plimpton 322 bir sıra Pifaqor üçəmlərini qeyd edir.
Antik sivilizasiyalar düzbucaqlı üçbucaqların bəzi nümunələrini bilsələr də, tərəflər arasındakı abstrakt münasibət Pifaqor tərəfindən verilmişdir. Babil astronomiyasında ulduzların, planetlərin və Ayın hərəkəti haqqında yazılar qədim gil lövhələrdə günümüzə qədər gəlib çatmışdır. Bu məlumatlardan hələ də təqvimlərdə istifadə olunur.
Mesopatomiyaya aid riyazi biliklər Hindistanda riyaziyyatın inkişafına təsir göstərmişdir. Hindistan yarımadasında riyazi biliyin ən erkən izləri Hind Vadisi Sivilizasiyası ilə müşahidə olunur (e.ə. 4-cü minillik ~ eramızdan əvvəl 3-cü minillik). Bu sivilizasiyanın insanları ölçüləri 4:2:1 nisbətində olan, kərpic quruluşunun dayanıqlığı üçün əlverişli hesab edilən kərpiclər düzəldirdilər. Hind riyziyyatçısı və astronomu Aryabhata özünün Aryabhatiya əsərində triqonometriyada sinus funksiyasını vermişdi. O, həmçinin sıfırın həm yer tutucu, həm də onluq rəqəm kimi istifadəsini və hazırda bütün dünyada istifadə edilən Hindu-Ərəb say sistemi ilə aydın şəkildə izah etdi.
Çinlilər ən qədim zamanlardan hesablamaq üçün sayma lövhələrində onluq sistemdən istifadə edirdilər. 10-u ifadə etmək üçün sağdan ikinci qutuya tək çubuq qoyulurdu. Bundan əlavə çinlilər qədim dövrlərdən bəri səmanı təsvir etmək üçün astronomik müşahidələr aparıblar və ulduz xəritəsini tərtib ediblər. Çində elmin inkişafına nümunə kimi ilk maqnit iynəli kompası, coğrafi şimal anlayışının kəşfini, astronomik qnomonu, su saatını və s. göstərmək olar.
Klassik antik dövr:
Qədim Misirlilərin və Mesopatomiyalıların riyaziyyat, astronomiya və tibb sahəsindəki bilikləri klassik antik Yunan təbiət fəlsəfəsiniə təsir etmiş və onu formalaşdırmışdır. Pifaqor teoremi Misir sivilizasiyasının konkret varlıqlarla mühakiməsindən Yunan sivilizasiayasının abstrakt varlıqlarla mühakiməsinə sıçrayışa nümunədir: a2 + b2 = c2
Antik fəlsəfə - eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmusudur. Artıq eramızdan əvvəl VI əsrdə "Milet məktəbi" adı ilə tanınan filosofların - Falesin, Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin cəhdlərə rast gəlirik. Antik fəlsəfə İoniyada, Milet şəhərində yaranmışdır. Buna görə də ilk qədim yunan fəlsəfi məktəbi Milet məktəbi adlandırılır.Anaksimandrın “Peri physeos” (Təbiət haqqında) adlı əsəri bu mövzuda ilk kitab sayılır. Fizika elminin adı da yunanca “təbiət” (physeos) sözündən gəlir.
Fales - suyu, Anaksimen - havanı, Heraklit - odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı ilk başlanğıc hesab etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri - müəyyən bir ünsür olduğunu göstərirdi və onu "apeyron" adlandırmışdı.
Onlar təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş istifadə etmişlər.
Təbiət filosofları təbiətüstü güclərə istinad etmədən təbiəti (nədən təşkil olunduğunu, dəyişib dəyişmədiyini, təbiətdəki hadisələrin baş vermə səbəblərini) materialist səbəb-nəticə əlaqəsiylə izah etməyə çalışırdılar. Onların əsas motivi maraq və anlama idi.
Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. İlk dəfə Levkip tərəfindən verilmiş prinsiplər daha sonralar Demokrik tərəfindən inkişaf etdirilərək o dovrdə təbiəti və onda baş verən hadisələri izah etməyə imkan yaratmışdı. Demokritin prinsipləri olduqca sadədir: o, əzəldən nizamsız hərəkətdə olan atomların-müxtəlif formalı və müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir. Demokritə görə, atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müxtəlifliyini izah edir. Demokritə görə: “Həqiqət atomlar və onların hərəkətləridir.”
Demokritin dövründə yunanların mənəvi həyatında “muzdlu müəllimlər” – sofistlər mühüm rol oynayırdı.
Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər). Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı. Sokrat dialektik metod ("dialeqomay" felindəndir - danışmaq, mübahisə etmək) adlanan həqiqət axtarışı və əldə edilməsi metodunun müəllifidir. Onun əsas məzmunu, mühakimələrimizdə olan ziddiyyətləri aşmaq yolu ilə həqiqəti yorulmadan axtarmaqdan, anlayışlarımızın dəqiqləşdirilməsindən ibarətdir.
Sokratın fikirləri Platon tərəfindən daha da inkişaf etdirildi. Platon da Parmenid kimi, lakin ondan daha əsaslı surətdə, duyğularla əldə edilən biliyi əsil idrakı dəyəri olmayan zahiri bilik adlandırır.
Platonun şagirdi Aristotelin əsərlərində hal-hazırda astronomiya, mexanika, fizika, biologiya, zoologiya, psixologiya, siyasi iqtisad, estetika, etika, sosiologiya tərəfindən öyrənilən bir çox məsələlərə toxunmuşdur. Bu dövrdə Qədim Yunanıstanda elm artıq kifayət qədər inkişaf etmişdi. Platonun əksinə olaraq, Aristotel tək-tək olan şeylərin mövcudluğunun reallığına, obyektivliyinə şübhə etmirdi, onların varlığını zahiri deyil, həqiqi sayırdı. Aristotel təlimi təbiət elmlərinin bütün sahələrini və bütün bilik dairəsini əhatə edirdi.
Qədim Yunan məktəbi nə üçün bu qədər əhəmiyyətlidir?

  • Təbiəti maraq motivi ilə, təbii faktorlara əsaslanaraq izah etmə təşəbbüsü. (Şagirdlərin təbii maraq hisslərinin inkişaf etdirilməsinə uyğun gəlir.)

  • Konkretlik mərhələsindən abstraksiya mərhələsinə keçid. (Piaje nəzəriyyəsi)

  • Sokratik sorğu-sualın əhəmiyyəti. (Məhsuldar və qeyri-məhsuldar suallar)

  • Afina fəlsəfə məktəblərinin metodu. (Müəllim fasilitator kimi)

Yunan irsinin Qərbi Asiyaya şərqə ötürülməsi eramızdan əvvəl 335-ci ildə Makedoniyalı İskəndərin Asiya fəthlərindən başlayaraq eramızın 7-ci əsrində İslamın qurulmasına qədər min ildən çox davam edən yavaş və mərhələli bir proses idi. Bu dövrdə İslam alimlərinin əldə etdiyi nailiyyətlərin çoxu riyaziyyatda olmuşdur. Ərəb riyaziyyatı yunan və hind riyaziyyatının davamı idi.
İntibah və elm inqilabı.
Avropada öyrənmənin yenilənməsi XII əsr Sxolastikası (Aristotel kateqoriyasına əsaslanan tənqidi, üzvi, fəlsəfi təhlil metodundan istifadə edən orta əsr fəlsəfə məktəbi ) ilə başladı. Elmi inqilab 1543-cü ildə Andreas Vesaliusun " De humani corporis fabrica" ​​( İnsan Bədəninin İşi haqqında) və həmçinin astronom Nikolay Kopernik tərəfindən De Revolutionibus adlı kitablar ilk dəfə çap olunduqdan sonra başlamışdır. Bu dövr 1687-ci ildə Avropada elmi nəşrlərin görünməmiş artımının nümayəndəsi İsaak Nyuton tərəfindən Philosophiæ Naturalis Principia Mathematica - nın nəşri ilə yekunlaşdı. Maarifçilik dövrü – Elmi inqilabın davamı Darvinin 1859-cu ildə yazdığı Növlərin mənşəyi, Bekonun Eksperimen təbiətə sual verməkdir, Qalileyin Təbiətin kitabı riyaziyyat dilində yazılıb kitabları olmuşdur.



Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin