3. Təbiət elmləri və təbiət fənlərinin tədrisinin qısa tarixi Təbiət elmləri – təbiət və təbiət hadisələri haqqında elmdir. Təbiət elmləri dedikdə fizika, biologiya, kimya astronomiya və coğrafiya anlaşılır. Riyaziyyat və məntik emprik disiplinlər deyil, formal elmlər hesab olunur, bu fənlər mühakimənin qanunauyğunluqlarını öyrənirlər. Riyaziyyatla elmin inteqrasiyası olduqca vacibdir. Təbiət elmləri bilavasitə müşahidə və eksperimentə istinad edir, insan faktorunun təsirini minimuma endirməyə, “epistemolojik maneələri” tədqiqatdan uzaq tutmağa çalışırlar. Bu konteksdə eksperiment “təbiətə sual vermək” kimi əhəmiyyət qazanır. Bu elmləri öyrənərkən onlar arasındakı əlaqənin öyrənilməsi xüsusilə vacibdir. Uzun müddət ayrı-ayrılıqda öyrənilən elm sahələrində son dövrlərdə sintetik ənənəyə uyğun olaraq birləşdirilməyə, disiplinlərarası inteqrasiyaya güclü meyl vardır.
Təbiət fənlərinin tədrisi XIX əsrin sonlarından etibarən təhsil proqramına daxil edilib.(Azərbaycan dilində ilk riyaziyyat dərsliyi “Hesab məsələləri” Üzeyir Hacıbəyli tərəfindən yazılmış və 1908-ci ildə nəşr olunmuşdur.)
1900-1945-ci illər: 1900-1945-ci illərdə elmi proqress və texnoloji inkişaf elm tədrisinə dövlətin marağını artırır. Milli Təhsil Assosiasiyası orta təhsilin məqsədlərini müəyyən etmək üçün çərçivə hazırlayır, təbiət fənləri məcburi sayılır, diqqət müəllim və şagird qiymətləndirməsinə, biliyin ölçülməsinə ayrılır.
Bu dövrdə elm “düşünmə metodu, zehnin bir vərdişi kimi yox” (Dyui), əzbərlənməli olan faktlar toplusundan ibarət hazır material olaraq təqdim olunur. Elmi metod proqrama daxil edilsə də, o da əzbərin bir hissəsinə çevrilir.
1950-ci illər: Milli Elm Fondu fundamental elmi tədqiqatları və elm təhsilini təşviq etmək üçün qurulur. Tibb, riyaziyyat, fizika, mühəndislik, biologiya və təhsil sahəsində pedaqoqların kompetensiyalarının artılmasına və pedaqoji araşdırmalara dəstək verilir. Müəllimlər üçün yay məktəbləri təşkil olunur, elmin kurikulumdakı həcmini artırmaqla təkmilləşdirilməsi müzakirə olunur.
1950-ci illərdə Amerika ilə SSRİ arasında proqramların təkmilləşdirilməsi rəqabəti SSRİ-də NK-nın fənn təmayüllü məktəblərin qurulması qərarının alınması ilə nəticələnir.
1957-ci ildən etibarən elmə əzbərlənməli olan bilik toplusu kimi deyil, daima inkişafda olan məzmun və bacarıqlar toplusu kimi baxılır. Amerika SSRİ-yə kosmos yarışında uduzma hissinin verdiyi təhlükəsizlik motivi ilə təhsildə islahatlar aparılır, Physical Science Study Comittee yaradılır, şagirdlərin prosesə daxil edilməsinə əhəmiyyət verilir.
İki məqsəd əsas götürülür:
Məzmun bilgiləri;
Faktlara əsasən mühakimə aparmaq bacarığı
“Bunu necə bilirik?” sualı və dərs vəsaitləri ilə elmi əzbərlənəcək faktlar toplusu kimi təqdim etmə yanaşmasından uzaqlaşmağa cəhd edilir.
Ümumilikdə, elmin tədrisi zamanı şagirdlər hər kəsin elmlə məşğul ola biləcəyini anlamalıdırlar. Elm daima inkişaf edir, o, əzbərlənməli olan bitmiş, kodeksləşdirilmiş bilgi toplusu deyil.