V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı


Beynəlxalq Qiymətləndirmə Proqramları



Yüklə 235,86 Kb.
səhifə7/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı

Beynəlxalq Qiymətləndirmə Proqramları:
PIAAC – Yetkin və Yaşlıların Səriştələrinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı
PISA – Şagird nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı
TALIS – Tədris və Təlimin Beynəlxalq Müqayisəli Tədqiqatı
PIRLS – Oxu savadlılığı və Qavramanın keyfiyyətinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı
TIMSS – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı
ICCS – Vətəndaşlıq Təhsili Keyfiyyətinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı
ICILS – Kompyuter və İnformasiya Savadlılığının beynəlxalq Qiymətləndirilməsi Proqramı
PIAAC, PISA, TALIS İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılır.
PIRLS, TIMSS, ICCS, ICILS Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Azərbaycan PIRLS, PISATIMSS beynəlxalq qiymətləndirmə proqramlarında iştirak edir.
6. Müəllimin Təbiət fənninin tədrisində müasir təlim metodunun tətbiqi zamanı qarşılaşa biləcəkləri çətinliklər
Yeni metodun mənimsənilməsi zamanı müəyyən diskomfortun hiss olunması gözlənilən, təbii psixoloji haldır. Çünki, insanların vərdiş etdiyi metoddan yeni metoda keçid onlarda diskomfort və təşviş hissi yaradır. Həyatımızın hər hansı mərhələsində istər şəxsi həyatda, istərsə də karyera həyatında müəyyən dəyişiliklər fikrimizdən keçsə də, onu həyatımıza tətbiq etməkdən əksər hallarda çəkinirik. Müəyyən bir dəyişikliyi etməkdən bizi çəkindirən ilk şey “komfort zonanın tərk edilməsi” dir. “Komfort zona” insanın gündəlik vərdiş olduğu davranış və fəaliyyətlərdən ibarətdir. 
Stresi idarə etmək və dəyişiklik istəyən qərarlar ala bilmək özü də XXI əsr bacarıqlarından biridir.
Hazırki elm kurikulumu universitet müəllimləri ərəfindən hazırlanıb. Hər islahat təşəbbüsündə onlar məzmunu artırıb və dərinləşdiriblər. Universitet müəllimləri tərəfindən dizayn olunan fənn kurikulumları gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq şəxslər üçün ön hazırlıq, professional məşğul olacaqlar. Ona görə də təbiət fənləri gələcəkdə alim olacaq şagirdlərlə bərabər, başqa sahələri seçəcək şagirdlərə də yararlı olması zərurətiylə dizayn edilməlidir. Bundan əlavə, elm təhsili bütün şagirdlərə XXI əsr bacarıqları və elm savadlılığı qazanmağa kömək etməlidir.
Bir çox şagird təbiət fənlərindən yaxşı qiymət alsalar da, aldıqları təhsil məktəbdənkənar və məktəbsonrası həyatlarında onlara faydalı olmur. Məktəbdə tədris olunan elm aşağı siniflərdəykən şagirdlərin sahib olduğu maraq duyğusunu inkişaf etdirmir, əksinə onları elmdən soyudur. Nəticədə elm və elmlə əlaqəli sahələri seçənlərin sayı azalır. Məktəb kurikulumunda elm faktlardan ibarət kataloq kimi təqdim olunur. (Beyond 2000 hesabatı, Nuffield Foundation)
Elm təhsili bütün şagirdlərdə XXI əsr bacarıqları və elm savadlılığı qazanmağa kömək etməlidir. Şagirdlərin hamısı gələcək həyatlarında elmlə professional şəkildə məşğul olmayacaq. Ona görə də təbiət fənləri gələcəkdə alim olacaq şagirdlərlə bərabər, başqa sahələri seçəcək şagirdlərə də yararlı olması zərurəti ilə dizayn olunmalıdır.



Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin