Sıra №
|
Ənənəvi yanaşma
|
Konstruktiv yanaşma
|
1
|
Tədris planları baza biliklərə və bacarıqlara əsaslanaraq «xüsusidən tama doğru» prinsip əsasında qurulmuşdur
|
Tədris planları ümumiləşmiş anlayışlara və bacarıqlara əsaslanaraq «ümumidən xüsusiyə doğru» prinsip əsasında qurulmuşdur
|
2
|
Öyrədən, bir qayda olaraq yeni tədris materialını axtarıcı instansiyaya didaktik maneralarla hərəkət edərək çatdırır
|
Öyrədən birinci növbədə təhsil alanların tədris-idrak (dərk etmə) və tədqiqatçılıq fəaliyyətinin təşkilatçısı kimi, özünün biliyini və əqidəsini onların boynuna qoymamaqla çatdırır
|
3
|
Tədris proqramı və tədris prosesi tamamilə təklif olunan dərslik və ya dərs vəsaitinə söykənməklə həyata keçirilir
|
Dərslik tədrisə aid informasiyalar üçün hakim mövqe tutan mənbə kimi qəbul edilmir. Üstünlük digər orijinal mənbələrə, real həqiqəti əks etdirilən hadisələrə verilir
|
4
|
Təhsilalanlar hazır bilikləri öyrədənlərdən alır və tədris-təlim prosesinin obyekti kimi təqdim olunurlar
|
Təhsilalanlar ətraf aləm haqqında özlərinin baxışları, təsəvvürlərilə tədris-təlim prosesinin tam hüquqlu iştirakçıları kimi təqdim olunurlar
|
5
|
Öyrədən təhsilalanların tədris-idrak fəaliyyətinin effektivliyini, müəyən hadisəyə dair düzgün cavabların sayına görə qiymətləndirir
|
Öyrədən təhsilalanların sərbəstliyini, bəzən düzgün olmayan mühakimələrini, «ağıllı» suallarını, söhbətlərini şüurlu oraraq düzəltmələrini dəyərləndirir
|
6
|
Yoxlama işlərinin və testlərin nəticələrinin təhsilalanların bilik, bacarıq səviyyələrinin dəyərləndirilməsinin yeganə, vahid informasiya mənbəyi kimi qəbul edilməsi
|
Təhsilalanların fəaliyyətdə qazandıqları bütün naliyyətlərin, onların yeni biliklərin konstruksiya olunması üçün göstərdikləri səylərin, təlim prosesində onların irəliləyişlərinin dəyərləndirilməsi
|
7
|
Təhsilalanların təlim naliyyətlərinə nəzarətin və qiymətləndirmənin tədris prosesindən ayırlmaqla aparılması
|
Təhsilalanların təlim naliyyətlərinə nəzarətin və qiymətləndirmənin tədris prosesinin real gedişi şəraitində həyata keçirilməsi
|
Konstruktiv təlim şagirdlərin dərk etmə fəaliyyətinin köməyilə əldə edilmiş, hazırkı və gələcəkdə əldə edilən (qazanılan) biliklərin vəhdətidir.