V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı



Yüklə 235,86 Kb.
səhifə2/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı

1. Elmin və elm təliminin vacibliyi
Müasir dövrdə ictimai həyatın elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmədən uğur qazanmaq mümkün olsun. XXI əsrdə elm insan həyatının bütün sahələrinə böyük təsir göstərir.
Elm, təbiəti müşahidəyə əsaslanaraq sistematik şəkildə tədqiq edən intelektual, praktik və kollektiv təşəbbüsdür.
Elm hər gün verdiyimiz bir çox qərarlara təsir edir. Belə ki, əldə edilən məlumatlar yeni ideyaları qavramaq, savadlı seçimlər etmək üçün istifadə olunur.
Elm nədir?

  • Elm həm biliklər məcmusudur, həm də prosesdir.

  • Elm kainatdakı hadisələrin necə baş verdiyini izah edən sistemli və məntiqli bir yanaşmadır.

  • Elm kainat haqqında biliklərimizi daim təkmilləşdirir və genişləndirir. Elm heç vaxt “tamamlanmayacaq”.

  • Elmin özünü korreksiya mexanizmi var.



Biik ( məzmun)
Elm Proses ( bacarıqlar)
Elmi savadlılıq ( elmi dünya görüşü)


Bilik: anlayışlar, təriflər, faktlar, qanunlar, nəzəriyyələr.
Proses: sual vermək, müşahidə aparmaq, data toplamaq, fərziyyə irəli sürüb sınamaq, nəticələri ümumiləşdirmək.
Elmi savadlılıq: elmə istinad edərək faktı uydurmadan fərqləndirmək, rasional qərarlar almaq.


Elm birmənalı olaraq kainatda olan bütün şeylər haqqında bildiklərimizdir.
Səma niyə mavidir? Günəş və Ay tutulmaları necə baş verir? Bitkilər necə böyüyür? Külək necə yaranır? Dəmir niyə paslanır?
Bu kimi sualların hamısının cavabını elmi araşdırmalar verir.
Elm təlimi nə üçün əhəmiyyətlidir?
Elm

  • İnsanla yaşadığı dünya və kainat arasında mənalı əlaqə qurur.

  • İqtisadi inkişafa səbəb olur, həyatımızı asanlaşdıran texnologiyalar yaradır.

  • Elmi savadlılıq qazandıraraq uydurmaları faktdan fərqləndirməyə, manipulyasiyadan sığortalanmağa, rasional qərarlar almağa səbəb olur.

Elm həmçinin şagirdlərdə topladığı məlumatları təhlil edib, ümumiləşdirmək bacarığı formalaşdırır və şagirdlərə rasional düşünməyə, problemləri həll etməyə kömək edir.
Elm məişətdə və digər sahələrdə istifadə etdiyimiz cihazların işləmə prinsiplərini izah edir. Eyni zamanda elm təlimi şagirdlərə öz fikirlərini irəli sürməyə kömək edir ki, bu da gələcəkdə onların yeni texnologiyalar yaratmağına kömək edəcək.
Elm tənqidi düşüncəni inkişaf etdirir. Tənqidi düşüncə dedikdə şagirdin məlumat axtarmaq, alternativləri analiz etmək və nəticə çıxartmaq, fikir formalaşdırmaq qabiliyyəti başa düşülür. Tənqidi düşüncə prosesi necə baş verir?

  • Problem və ya sual müəyyənləşdirilir.

  • Məlumat, fikir və arqumentlər toplanılır.

  • Verilənlər təhlil edilir və qiymətləndirilir.

  • Fərziyyələr müəyyənləşdirilir.

  • Fikirləri ümumiləşdirərək qərar verilir.

Elmi anlayışlar adətən, ideya ilə başlayır, daha sonra ideyanı sübut edən təcrübələr aparılır. Elm təlimi şagirdlərin nəzəri və praktik işi birləşdirə bilməsini təmin edir. Tənqidi düşüncə verilən qərarların, qəbul edilən məlumatların doğruluğunun yoxlanılmasına kömək edir ki, bu da şəxsdə elmi savadlılığı formalaşdırır. Elmi biliklərə sahib olmaq elmi savadlılıqla eyni deyil. Lakin, ikisi bir-birilə sıx bağlıdır. Elmdə savadlılıq elmi biliklərə sahib olmaqdır, elmi savadlılıq isə fərdin elmi anlayışlar, hadisələr və proseslər haqqında anlayışı və bu bilikləri yeni və bəzən qeyri-elmi vəziyyətlərə tətbiq etmək bacarığıdır.
Müasir dövrdə informasiya bolluğu şəraitində yaşayırıq. Bu isə öz növbəsində nəyin fakt, nəyin isə uydurma olduğunu ayırd etməyi çətinləşdirir. Ona görə elmi savadlıılıq ictimaiyyət üçün çox vacibdir.








2. Elmin tarixi inkişafı
İlk elmi biliklərin tarixi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Biliyin əməli fəaliyyətdən ayrılaraq müstəqil dəyər kəsb etməsi sivilizasiyanın təməl şərtlərindən biri olmuşdur.
Qədim dövrlərdə ilk elmi biliklər şərqdə yaranmağa başlayıb. XVII əsrdən sonra elm sənaye inqilabı, elmi-texniki inqilab, informasiya və s. inqilabın əsasını qoydu.
Qədim dövrlərdə və Orta əsrlərdə insanlar ətraf aləmi müşahidə etməklə öyrənirdilər. XIX əsrdən başlayaraq isə alimlər müşahidələri ümumiləşdirərək və təcrübələrə əsaslanaraq elmi izahlar verməyə başladılar.

Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin