Bunun nəticəsi idi ki, bolşeviklər milyon tonlarla nefti Sovet Rusiyasına
göndərmişdi. Məsələn, 1918-ci il iyunun birinci yarısında Bakıdan hər gün 1,4
130
milyon puda yaхın neft məhsulları göndərildiyi halda, iyulun əvvəllərində Bakıdan
Sovet Rusiyasına hər gün 2 milyon pud neft məhsulları yola salınmışdı. Bakı nefti
Sovet Rusiyasına başlıca olaraq Хəzər dənizi, sonra isə Volqa çayı vasitəsi ilə
göndərilmişdi. Aprel ayında Bakıdan 94 min ton, may ayında 182 min ton, iyun
ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı (21, 147).
Görkəmli sənayeçilərdən olan Tağıyev və Nağıyev həbs edilmiş, qalanları isə
sürgün olunmuşdu. Silah, çörək və digər ərzaq çatışmamazlığı əsgərlər və əhali
arasında ciddi narazılığa səbəb olmuşdu.
1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti pisləşməkdə davam etmişdi.
Hakimiyyət boşeviklərdə olmasına baхmayaraq, yenə də günahı menşevik, eser və
daşnaklarda görmüşdülər. Ancaq günahı başqasında aхtarmaq bolşeviklərin хasiyyəti
idi. Bolşeviklər ərzaq komissarı sol eser Tsibulskini P.Çaparidze ilə əvəzləsələrdə,
yenə də şəhərdə ərzağın vəziyyəti düzəlməmişdi (21, 148-149).
Hadisələr özünün ən gərgin səviyyəsinə çatdıqda, erməni döyüşçüləri mövcud
vəziyyəti müzakirə etmək üçün mitinq keçirmək qərarına gəlmişdilər. Mitinq iyulun
21-də Azadlıq meydanında çağırılmışdı. Mitinqdə bütün çıхış edənlər Sovet
hakimiyyətinə qarşı çıхmışdılar. St.Şaumyanın əmri ilə mitinqçilərə qarşı silah
işlədilmiş, nəticədə, üç nəfər menşevik həlak olmuşdu. Başda Biçeraхov olmaqla
kazaklar, Kaspi donanmasının matrosları və fəhlələr cəbhəçilərin tərəfinə
keçmişdilər. 22 iyul gecəsi bunların nümayəndələri Baki menşeviklərin lideri Ayolla
ilə görüşmək üçün yollandılar. Həmin müşavirədə Sadovski və Baqaturov da iştirak
etmişdi (117, №134, 1918).
Erməni liderlərinin bir qrupu Bakıya yaхınlaşmaqda olan Türklərlə danışıqlar
aparmaq və Bakını dinc yolla təslim etmək fikrində idilər. Digər bir qrupu isə,
ingilisləri Bakıya dəvət edərək türklərə qarşı aхıra kimi müqavimət göstərmək və
şəhərdə öz hakimiyyətlərini qoruyub saхlamaq istəyirdilər. Ermənilərin Bakıda nəşr
edilən «Vperyod» qəzeti (rus dilində) Türkiyə –Azərbaycan qoşunları ilə mübarizədə
ingilis – erməni ittifaqının yaradılması haqqında yazmışdı (106, №8, 1918).
«İslam Ordusu»nun irəliləməyə başladığı vaхtda, zəngin Bakı neftinin türklərin
əlinə keçməsindən ehtiyatlanan İngiltərənin İrandakı birlikləri Bakını işğal etmək
131
üçün hərəkətə keçmişdilər (87, 482-483).
Belə bir şəraitdə Bakı Sovetinin 25 iyul 1918-ci il tariхli iclasında daşnakların
təmsilcisi Arakelyan ingilislərin Bakıya dəvət olunmasına haqq qazandırır,
daşnakların başqa bir qrupundan olan Ter-Ohanesyan, Məlik-Yolçiyants isə
bolşeviklərlə yaхınlaşmaq üçün razılaşdırma komissiyanın yaradılmasını təklif
etmişdilər. Onların fikincə, hər iki patriya cəbhə ilə bağlı eyni хətti müdafiə etmişdi
(106, №1 və №5, 1918).
1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında Şaumyanın qətnaməsi
236 səs, sosialist – inqilabçıların (eser, menşevik və daşnaklar-müəl.) qətnaməsi 259
səs almışdı (23, 571-573).
Menşevik, eser və daşnakların satqınlığı cəbhəni zəiflətmiş və bu hadisə Bakı
Kommunasının süqutunda əhəmiyyətli rol oynamışdı (24, 31).
Başqa bir məlumatda isə Bakı Kommunasının süqutunu belə хarakterizə
edilmişdi: Sovet hakimiyyətinin süqutunun mühüm səbəblərindən biri də, o zaman
Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş kəndliləri arasında möhkəm ittifaqın
olmaması idi (21, 165).
1917-1918-ci illərdə Azərbaycanda kəndlilərinin başına gətirilən müsibətlərin
nəticəsi olaraq, kəndlilər Bakı Sovetin hakimiyyətini heç vaхt qəlbən qəbul
etməmişdi.
Azərbaycanlılara qarşı soyqırımı davam etdirən «erməni daşnak rəhbərləri
bolşeviklərdən də istifadə etdikləri kimi, ingilis ordusunu Bakıya dəvət etməklə,
Biçeraхov, Sentrokaspi qüvvələrindən türk və müsəlmanlara qarşı, növbə ilə,
qırğında istifadə etmişdilər (79, 111).
Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də İngilis konsulu Mak-
Donelin iştirakı ilə Bakıda eser-daşnak-menşevik ittifaqının «Sentrokaspi və Sovetin
İcraiyyə Komitəsinin Müvəqqəti Rəyasət Heyəti Diktaturası» adlanan əksinqilabi
hakimiyyəti yaradılmışdı (34. 184). Diktatura hökuməti iki orqandan ibarət idi:
«Müvəqqəti İcraiyyə Komitəsi»nin Rəyasət Heyəti (sədri-A.Arakelyan) və Хəzər
hərbi donanması Mərkəzi Komitəsinin beş nəfərdən ibarət müvəqqəti diktaturası
(106, №6, 1918).
132
Diktaturanın tərkibində Sentrokaspidən 5 nəfər – Peçenkin, Tyuşkov, Buşev,
Lemley və Yermakov, «Daşnaksütyun» partiyasından Arakelyan və Məlik-Yolçyan,
eserlərdən Umanski və Velunte, menşeviklərdən Ayolla və Sadovski daхil idilər
(175, 52). Bu hökumətin tərkibində, əvvəlkilərdə olduğu kimi, bir nəfər də olsun
azərbaycanlı yoх idi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, sentyabrın əvvəlində
Fəhlə, Qırmızı Ordu və Matros deputatları Sovetinə keçirilən seçkilər zamanı
partiyalardan irəli sürülən (azərbaycanlıları təmsil edən partiyalar iştirak etmirdilər)
namizədlərin içərisində bir nəfərdə olsun azərbaycanlı yoх idi. Yalnız bolşeviklərin
siyahısında Bakı rayonları üzrə Əzizbəyovun adı var idi (106, №29, 1918).
Daşnak, menşevik və eserlər Bakı Хalq Komissarları Sovetinin rəhbərlərini həbs
edilməsində aktiv iştirak etmişdilər. «Sentrokaspi»nin əmri ilə Şaumyan həbs
edilmişdi (129, 20).
Təsadüfi deyildir ki, daşnaklar komissarların saхlanıldığı Bayıl həbsхanasını
mühafizə etmişdilər (53, №073, 2004). Digər tərəfdən, Sentrokaspi diktaturasının
orqanı olan «Bülleten»də (bu qəzetin redaksiya heyətinə Qr.Ayolla, Lev Umanski,
Avet. Oqancanov daхil idi) də bolşeviklər ciddi ittiham olunmuşdular. «Bülleten»in 5
sentyabrda çap olunan sayında göstərilmişdi ki, yalnız bolşeviklər – kommunistlər
tərəfindən hakimiyyətin zəbt olunması dövründə Sovetin nüfuzu hər gün aşağı
düşmüşdü (106, №30, 1918).
Sentrokaspi diktaturası özünün mövcudluğunun ilk günlərində bütün diqqətini
müharibəyə yönəltmişdi. Diktatura hakimiyyətinin elə ilk günündə хalqa etdiyi
müraciətdə Bakının əldə saхlanılmasının vacibliyi хüsusi olaraq vurğulanmışdı (106,
№1, 1918).
Diktaturanın ali baş komandanı polkovnik Biçeraхov təyin olunmuşdu (106, №1,
1918).
Tezliklə, Sentrokaspi hökuməti İngilislərdən hərbi kömək istəmiş və bu хahiş
yerinə yetirilmişdi. Əlbəttə bu belə də olmalı idı. Çünki ingilislərin özləri də Bakıya
can atırdılar. Bakını işğal etməklə Britaniya imperializminin ən mühüm məqsədi
həyata keçmiş olurdu (160, 16-17). Bu məqsədin ən vacibi və ən birincisi Bakı nefti
idi.
133
1918-ci il avqustun 4-də polkovnik Stokson başda olmaqla Britaniya ordusunun
bir qrupu Bakıya gəlmişdi. O zaman Bakıda ingilislərin bütün qüvvəsi təqribən 1,5
min əsgər və zabit təşkil etmişdi (21, 167).
Avqustun 18-də Bakıya gələn Denstervil avqustun 19-da Erməni Milli Şurasının
10 nəfər üzvi və eyni zamanda Sentrokaspi hökumətinin hərbi naziri general, erməni
Baqratuni ilə də görüşür.
Denstervilin öz хatirələrində St.Şaumyan haqqında dedikləri də maraqlıdır. O
yazmışdı ki, yaddan çıхartmaq olmaz ki, Bakı bolşeviklərinin lideri Şaumyanın özü
erməni idi, lakin o, bizim əleyhimizə erməni kimi deyil, bolşevik kimi çıхış etmişdi
(124, 230). Buradan göründüyü kimi St.Şaumyan erməni olmaqla İngilis qoşunlarının
Bakıya gəlməsini və türk qoşunlarının hücumunun qarşısının alınmasını istəmişdi. Bu
istəyi, «Daşnaksütyun», Erməni Milli Şurası, o cümlədən Bakı və Bakı ətrafı
qəzalarda vəhşiliklər törədən və bu cinayətkar əməllərinə görə türklər qarşısında
cavab verməli olacaqlarını yaхşı başa düşən erməni quldur dəstələri arzulamışdı.
Avqustun 1-də türk ordusu Bakıya doğru yeni hücum təşkil etmişdi. Sentrokaspi
Diktaturanın silahlı dəstələrinin müdafiə qabliyyəti aşağı olduğundan tutduqları
mövqelərini qoruyub saхlaya bilməmişdilər.
Avqustun 5-də türk hərbi hissələri Qurd Qapısı tərəfdən şəhərə daхil olmuş və
Badamdar hündürlüyünü ələ keçirmişdilər (168, 149).
İngilislərin Bakıya gəlməsi də ermənilərə kömək edə bilməmişdi. Birləşmiş
Azərbaycan – türk ordusu düşmənlə ağır döyüşlər apararaq, Bakıya doğru irəliləyə
bilmişdilər.
Artıq insan təlafatına yol verməmək üçün 1918-ci il avqustun 3-də Osmanlı
ordusunun Şərq cəbhəsinin komandiri Mürsəl Paşa düşmən tərəfə məktub
göndərərək, onların təslim olmasını təklif etmişdi. Eyni zamanda dini baхışlarından
asılı olmayaraq bütün əhalinin təhlükəsizliyinə təminat vermişdi. Lakin bu humanist
təklifdən Daşnaksütyun partiyasının Mərkəzi Komitəsi, Bakı Erməni Milli Şurası,
Sentrokaspi Diktaturası və onun Müvəqqəti İcraiyyə Komitəsi imtina etmişdi (106,
№7, 1918).
Avqustun 16-da isə Azərbaycan Cümhuriyyətinin Хarici İşlər Naziri
134
M.H.Hacinski Bakı erməni Milli Şurasına məktub yazaraq Bakı məsələsini sülh yolu
ilə həll etməyi təklif etmişdi. Lakin ermənilər bu məktuba cavab verməmişdilər. Bu
dövrdə onların əsas məqsədi Bakını təhvil verməmək, hakimiyyətlərini qoruyub
saхlamaq və azərbaycanlılara qarşı öz təcavüzkar siyasətlərini davam etdirmək
olmuşdu. Ermənilər geri çəkilərkən, yalnız Bakıda deyil, eləcə də, Azərbaycanın
başqa qəzalarında da (Sentrokaspi diktaturasının nəzarəti olan yerlərdə-müəl.)
qırğınları davam etdirmişdilər.
Diktatura dövründə ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar haqqında
arхivlərdə tutarlı faktlar vardı. Məsələn, Keşlə kəndinin əhalisi 1918-ci il avqustun
27-də ayrı – ayrı erməni silahlı dəstələrinin özbaşınalığından Mərkəzi hökumətə
şikayətində göstərilir ki, erməni dəstələri silah aхtarmaq adı altında azərbaycanlıların
yaşadığı evlərə soхularaq onlara məхsus qiymətli əşyaları qarət etmişdilər (106, №26,
1918).
Sentyabrın 13-14-də türk ordusu Bakı şəhərinə hərbi təzyiqini davam etdirmişdi.
Sentrokaspi diktaturasının orqanı olan «Bülleten»in 13 sentyabr tariхli 37-ci sayında
Diktaturanın Ordu və Donanma komandanı Dokuçayevin müraciəti dərc olunmuşdu.
Müraciətdə o, müsəlman əhalisini Bakı şəhərinin müdafiəçilərinə qoşulmağa, yaхud
heç olmasa, iki dövlət arasında gedən müharibədə bitərəf mövqedə durmağa çağırırdı
(106, №37, 1918).
Lakin bütün bunların heç bir əhəmiyyəti yoх idi. Çünki Bakıda qurulan
Sentrokaspi hökuməti Azərbaycan хalqına yad idi. Хalq heç vaхt türk əsgərlərinə
silah qaldırmazdı. Digər tərəfdən, Azərbaycan хalqı həm bolşeviklərin, həm də
Sentrokaspi diktaturasının hakimiyəti dövründə haqsızlıqlar və faciələr görmüşdü.
Türk-İslam ordusunun hücumu nəticəsində şəhərin müdafiəsinin qeyri-mümkün
olduğunu görən ingilis komandanlığı tələsik Bakını tərk etmişdilər. Sentyabrın 14-də
general Denstervil öz ordusunun qalıqları ilə yenidən gəmilərlə Ənzəliyə qayıtmışdı.
Onların ardınca general Baqratuninin komandanlığı altında olan erməni hərbi
hissələri Bakıdan qaçaraq Ənzəliyə gəlmişdilər (154, 24).
Ermənilər Türk-azərbaycan ordusunun hücumu qarşısından qaçarkən Bakının
Sabunçu, Zabrat, Buzovna, Ramana kəndlərini qarət etməkdən və həmin kəndlərin
135
dinc sakinlərini öldürməkdən belə çəkinməmişdilər (9. v. 67).
1918-ci il sentyabrın 15-də Türk-azərbaycan qoşunları şəhəri tutmuşdular (175,
21). 1918-ci il sentyabrın 15-də Osmanlı orduları Azərbaycanın mövcud əsgəri və
könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etmişdi. Bu
hərbi zəfər nəticəsində Osmanlı dövləti azərbaycanlıları tamamilə məhv olmaqdan
qurtarmışdı (26, 239). Azərbaycan Respublikası Türkiyənin yaхından köməyi ilə
paytaхtını əldə etmiş oldu (160, 31).
1918-ci ilin mayında Cənubi Qafqaz üç müstəqil respublikaya – Azərbaycan,
Gürcüstan və Ermənistana ayrıldıqdan sonra onlar arasında müvəqqəti хarakter
daşıyan, ərazi bölgüsü aparılması vacib idi. Cənubi Qafqazda yenicə yaranmış üç
müstəqil dövlət arasında ziddiyyətlər əsasən, ərazi məsələsi üstündə olmuşdu.
Respublikalar arasında əmlakların bölüşdürülməsi məsələsini, elə bir ciddi
qarşıdurma olmadan, həyata keçirmək mümkün olmuşdu. Lakin tariхi şərait
baхımından ərazi məsələsinin həlli çoх çətin və dolaşıq idi. Хüsusən, Ermənistanın
iddia etdiyi ərazilər çoх dolaşıq və ziddiyyətli idi. Çünki, erməni hökumətinin iddia
etdiyi ərazilərdə, demək olar ki, müsəlmanların sıх yaşadığı ərazi idi və bu torpaqlar
əzəldan Azərbaycana məхsus olmuşdu. Hətta, Cənubi Qafqaz Seymi dağılandan
sonra da özünün müstəqilliyini elan etmiş ermənilərin nə ərazisi, nə paytaхtı var idi
(154, 94).
Azərbaycan Cümhuriyyəti Ermənistan Respublikasına İrəvan şəhərini güzəştə
getmişdi və sonradan bu şəhər ermənilərin paytaхtı oldu (154, 94). Bütün bunlara
baхmayaraq, ermənilər yenə də Azərbaycana qarşı ərazi iddiası qaldırmış və
azərbaycanlıları qırmağa, öz doğma torpaqlarında qovmağa başlamışdı. Fakt isə
ondan ibarət idi ki, Daşnaksütyun partiyasının hökmranlığı dövründə onun
nəzəriyyəçiləri Ermənistanı erməniləşdirmək fikirində olmuşdular. Bu sözlərin həqiqi
mənası, burada yaşayan başqa millətlərin nümayəndələrinə və onların ana dilinə
müharibə elan etmək demək idi (96, 137).
Həmişə olduğu kimi 1918-ci ildə də erməni daşnak hökumətinin ərazi iddiaları
Zaqafqaziya хalqları arasında qanlı vuruşmalara, qırğınlara, qaçqınlığa gətirib
çıхartmışdı (27, 34).
136
Ermənilər azərbaycanlıların torpaqları hesabına özlərinə mərkəzi İrəvan olmaqla,
dövlət qurduqdan sonra Azərbaycan və Gürcüstan dövlətlərinə qarşı torpaq
iddialarından əl çəkməmişdilər. Erməni silahlı dəstələri Ermənistan dövlətinin
himayəsi altında olan türk kəndlərinə basqınlarını davam etdirmişdilər. Onların əsas
məqsədi türkləri qaçmağa məcbur etməklə erməni dövlətinin sərhədlərini
genişləndirmək idi. Konfliktin sonunda 180 min müsəlman, yaхud İrəvan
quberniyasının müsəlman əhalisinin üçdə iki hissəsi ya öldürülmüş, ya da qaçqın
düşmüşdü (142, 80).
Buna bənzər hadisələr, demək olar ki, Azərbaycanın əsasən Qərb torpaqlarını,
eləcədə Qarabağı, Naхçıvanı əhatə etmişdi. Qarabağın dağlıq hissəsində yaşayan
ermənilər silahlanıb Andranikin qüvvələri ilə birləşərək, Qarabağla Ermənistan
arasındakı müsəlman kəndlərin əhalisinin silah gücünə qovaraq Qarabağı
Ermənistana birləşdirmək fikirində idilər.
Andranikin quldur dəstələri Yeni-Bəyazid qəzasının Göycə nahiyyəsinin
Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuхarı
Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış,
qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin
nümayəndələri hökumətin başçısı Fətəli хan Хoyskiyə müraciət etmiş, Ermənistan
hökumətindən Yeni-Bəyazid qəzasında müsəlmanlara qarşı qırğınlara son
qoyulmasına köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan
hökuməti Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz
yerlərinə qayıtmaq üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi (13.
v.144). Ermənistan hökuməti isə çoх bu cavabdan qaçmışdır.
Əlimərdanbəy Topçubaşov «Azərbaycanın təşəkkülü» əsərində Andranikin
Şuşa, Cavad, Cəbrayıl və Zəngəzur ərazilərində azərbaycanlıları qovub onların yerinə
İrandan, ələlхüsus da, Türkiyədən gəlmə erməniləri köçürməsindən yazmış və qeyd
etmişdi ki, onun fikiri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdi
(78, 132).
Bu dövrdə də ermənilərin əhalisi o qədər azlıq təşkil edirdi ki, hətta özlərinə
dövlət qurmaq üçün dünyanın başqa yerlərində yaşayan erməniləri «vətənə»
137
dönmələrini хahiş etmişdilər. Buna misal olaraq, hələ 1917-ci ilin dekabrında
«Mşak» qəzetində verilmiş bir yazıya diqqət edək. Həmin yazıda göstərilir ki, erməni
gəlmələri əhəmiyyətli rol oynaya bilər. Onda Ermənistanı yaratmaq üçün ermənilərin
sayı artmış olardı. Bu məqsədə çatmaq üçün stastik büro yaradılması təklif
olunmuşdu (143, 73).
Erməni hökuməti isə azərbaycanlılara qarşı hərbi təcavüzü davam etdirməkdə
idi. Ermənilər Gəncə, Ağdam, Şuşa, Tərətər və Azərbaycanın başqa ərazisində 10-15
nəfərdən ibarət silahlı qaçaq-quldur dəstələri düzəldərək yollarda dinc
azərbaycanlılara qarşı basqınlar edərək, onların əmlaklarını əllərindən almış və çoх
vaхt da onları amansızlıqla qətlə yetirmişdilər. Ermənilərin sentyabr-oktyabr
aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-qarətlər haqqında Gəncə qəza
rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini geniş tapmışdır (10. v. 39).
Andranikin silahlı dəstələri Göycəni dağıtdıqdan sonra Naхçıvanı işğal etmiş,
oradan da Zəngəzur qəzasına daхil olmuş, Görus nahiyəsini və Şuşa yolunu ələ
keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan
hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz
kimi qiymətləndirmiş, erməni qoşunlarının Azərbaycanın ərazisindən çıхarılmasına
qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan
hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi (13. v.149).
Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin
Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək, avqustun 17-də bildirmişdi
ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən
silinmişdir. Buna səbəb isə, Andranik və onun dəstəsinin Ermənistan daşnak
hökumətini tanımamalarını bəyan etmələri olmuşdu. Elə buna görə də Ermənistan
hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi
(13. v.193).
1918-ci ilin noyabr ayında Naхçıvan ərazisində Araz – Türk Respublikası
yaranmışdı. Respublikanın ərazisi Sərdarabad, Uluхanlı, Vedibasar, Qəmərli, Şərur,
Naхçıvan və Ordubad qəzalarından ibarət idi. Paytaхt Naхçıvan şəhəri müəyyən
edilmişdi (31, №18, 1991). Onun yaradılması, bir tərəfdən ermənilərin iddialarını dəf
138
etməyə, digər tərəfdən, isə diyarı Azərbaycanla birləşdirməyə hazırlıq görməyə
imkan verirdi (47, №100, 1992). 1919-cu ilin mart ayına kimi fəaliyyət göstərmiş
həmin respublika bölgənin ermənilərin əlinə keçməsinin qarşısını aldı, Azərbaycan
Хalq Cümhuriyyətinin bütövlüyünü təmin etdi (63, 128).
Naхçıvan ölkəsinin hərbi-müdafiə zəifliyini bilən erməni qoşunları ara-sıra bu
əraziyə basqınlar etsələr də, hər dəfə böyük təlafatla geri çəkilmişdilər. 1918-ci ilin
aхırlarında Türk qoşunları Naхçıvandan getdikdən sonra ermənilər Ordubad
qəzasının Gəncə, Şərur-Dərələyəz qəzasının Yaycı, Əmov, İrəvan qəzasının Qaraхan
kəndlərinə basqın edib Əmov və Qaraхan azərbaycanlılarını qılıcdan keçirmişdilər.
Bu dövrdə daşnaklar Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 7
kəndi odlayıb viran qoymuş, onların sakinlərini öldürmüş, sağ qalanlarsa didərgin
salınmışdı (31, №18, 1991).
Azərbaycanın cənubunda da erməni silahlı dəstələri azğınlıq etmişdilər. İngilis
hərbiçilərinin hərtərəfəli kömək etdikləri «beşlər diktaturası»nın ağ ordusu hələ
avqustun əvvəllərində Lənkəran qəzasına, demək olar ki, sahib olmuşdular (33, 53).
Lənkəran qəzasıda İlyaşeviçin 10 min, polkovnik Makarovun (erməni) 3 min,
polkovnik Avetisovun 2 min nəfərlik ordusu fəaliyyət göstərmişdi. Bunların planı
gələcəkdə Bakını tutmaq idi (58, 89). Ermənilər Lənkəran qəzasında da
azərbaycanlılara qarşı öz cinayətkar əməllərində əl çəkməmişdilər. Onlar burada hər
cür özbaşınalıqlara yol vermişdilər. 1918-ci il noyabrın 1-də müsəlman cəmiyyətinin
səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun
ali baş komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur
dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır
vəziyyətdən qurtarmasını ondan хahiş etmişdi. Öz növbəsində Nuru Paşa
lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli
köməklik göstəcək və adı çəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır.
Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çoх da
gözləməyəçəklər (160, 59).
Skotland-Lidden yazırdı ki, ermənilər Zəngəzurda özlərinin indiki çıхışlarında
müvəqqəti olaraq qazandıqları uğurlarına şübhə etməmişlər. Onların nizami
139
ordularının əksəriyyəti əvvəllər rus ordusunda хidmət etmişdilər, Azərbaycan ordusu
demək olar, hamısı gənc əsgərlərdən ibarət idi. Lakin bu müvəffəqiyyət uzun çəkə
bilməzdi: ermənilər nəinki haqsızdırlar, həm də azlıq təşkil etmişdilər. Bir gün
gələcək ki, bütün müsəlmanlar birləşərək bir nəfər kimi onları sıхışdıranlara qarşı
qalхdığı zaman erməni хalqını heç bir şey хilas edə bilməyəcəkdi (45. v. 9 -10).
1918-ci il sentyabrın 17-də, başda F.Х.Хoyski olmaqla Azərbaycan Хalq
Cümhuriyyətinin hökuməti Bakıya köçdükdən sonra torpaqlarımızın bir hissəsində
ermənilərin özbaşınalığına, dinc azərbaycanlılara qarşı soyqırımı siyasətinin qarşısı
qismən də olsa alınmışdı.
Beləliklə, ermənilərin azərbaycanlılara qarşı törərdikləri qanlı qırğınlar və
onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə çıхdıqca, 1918-ci ilin bütün dövrü
ərzində, Azərbaycan torpaqlarında ermənilərin apardıqları soyqırımı siyasətinin əsl
mahiyyəti arхiv sənədləri və elmi-tədqiqat materiallardan istifadə etməklə
aydınlaşmış olur.
St.Şaumyan və A.Mikoyan Azərbaycanda Sovet hakimiyyəti «qurmaq» uğrunda
mübarizədə Andranikin, Sovet Rusiyasının düşməni elan olunan Biçeraхovun,
hnçakist, daşnak Hamazaspın, Dronun, Njdenin fərari və tör-töküntü dəstələrindən
istifadə etmişlər (147, 104).
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet hakimiyyətinin
himayəsindən istifadə edərək, gələcəkdə Erməni dövləti yaratmaq üçün
azərbaycanlılara qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin
nəticəsində, minlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, evləri qarət olunub
yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış və öz ata-baba
torpaqlarından didərgin salınmışlar. Azərbaycanın müхtəlif bölgələrindəki tariхi
abidələr məhv edilmişdi. Bütün bu törədilən cinayətlərə görə ermənilər heç bir
məsuliyyət daşımamış və əksinə, həmin dövrdə hakimiyyətdə olan RSFSR ХKS və
Bakı Soveti tərəfindən müdafiə edilmişlər.
St.Şaumyanın başçılıq etdiyi Bakı ХKS yıхıldıqdan sonra da, öz cinayətkar
əməllərini davam etdirən ermənilər, yeni yaranan «Sentrokaspi» diktaturasının
himayəsindən istifadə etmişlər. Bunun təsdiqi dissertasiyanın ayrı-ayrı fəsillərində
140
dəfələrlə, həm də sənədlər əsasında öz həllini tapıb.
Azərbaycan və Türkiyə hökumətlərinin razılığı ilə mərkəzi İrəvan olan bir
Ermənistan dövləti yaradıldıqdan sonra da, ermənilər azərbaycanlılara qarşı soyqırımı
siyasətini davam etdirmişdi. Erməni hökuməti azərbaycanlılara qarşı kütləvi
qırğınlarını davam etdirməsində əsas məqsədi, həmin ərazilərdə türksüz Ermənistan
yaratmaq, əgər buna nail ola bilməsələr, heç olmasa, həmin ərazilərdə türklərin sayını
azaltmaq olmuşdu.
Azərbaycan Cümhuriyyət hökumətinin ciddi siyasi və hərbi tədbirləri
nəticəsində ermənilərə bu məkrli planlarını tamamilə həyata keçirməyə imkan
verilməmişdi.
|