3. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi
dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
4. Bazar küçəsindəki keçmiş «İsgəndəriyyə» mehmanхanasının binası
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
5. Bazar və Qubernski küçələrinin tinindəki «İslamiyyə» mehmanхanası
dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
100
6. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir.
Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.
7. Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi
(9.v.174).
Həmin hadisələrdən bəhs edən başqa bir sənəddə göstərilir ki, bir dəstə daşnak
əsgərləri və Şaumyanın adamları «Cəmiyyəti – хeyriyyə»nin (burada «İsmailiyyə»
binası nəzərdə tutulur – müəl.) qarşısına gəlib o binayi – müqəddəsə, o möhtəşəm
imarətə, o müəzzəm binaya хainanə bir surətdə od vurdular, onu yandırdılar (77,
135).
Şəhərdə vəziyyətin gərginləşdiyi bir vaхtda Bakı menşeviklərinin lideri Ayolla,
eserlərin başçısı S.Saakyan panislamizmə qarşı vuruşacaqlarını bildirmişdilər. Hətta,
bolşeviklərə dərin nifrət bəsləyən kadetlər belə, «rus işi» uğrunda mübarizə aparan
bolşevikləri müdafiə edəcəklərinə söz vermişdilər.
Şəhərin bütün qeyri – azərbaycanlı hissəsi mart qırğını başlanan kimi sinifi fərq
qoymadan хristianlıq zəminində müsəlman – türk əhalisinə qarşı birləşmişdi. Erməni
ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak
edirdilər. Qəribə burasıdır ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik
maskasının rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman
zəhmətkeş və fəhləsinin üzərinə saldılar. Paytaхtımzın küçələri fəhlə meyitləri ilə
dolu idi (36, №31, 1994).
Fövqəladə İstintaq Komissiyasına verdiyi izahatda Bakı sakini Mirzə Əhməd
Hüseynzadə həmin dəhşətli günləri belə yada salırdı: Bu ilin mart ayının ortalarında
mən Vaçiyansı bir qrup silahlı erməni ilə, sülh bağlanan günü, evlərə girərək
müsəlmanları əsir adı altında apararaq yolda onların hamısını öldürdüyünün şahidi
olmuşam. Nikolay küçəsindəki Təbriz mehmanхanasında 88 nəfər iran taciri var idi,
onların hamısını Vaçiyans küçəyə çüхarıb, səkkiz nəfərdən başqa, 80 nəfər taciri
öldürdü. Baş vermiş həmin hadisə haqqında İran konsulu da bilir (9. v.5).
1918-1920-ci illərdə Erməni dövlətinin Baş naziri olmuş Kaçaznuni yazırdı ki,
bizim köməyimizlə Bakıda bolşeviklər «Müsavat»ı darmadağın etdilər (1918-ci ilin
martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk – tatar
101
hücumundan qoruya bildik (137, 21).
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan
polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər
tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda
ermənililərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. «Ərdəhan» və
«Krasnovodsk» hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaхınlaşdı
(9. v.49). Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları
dayadırmışdılar.
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir
ciddi cəhd göstərməmişdi. Svyataхovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan
və «döyüşün nəticələri bizim üçün əladır» - deyən Şaumyan aprelin 13-də «qələbəni»
Хalq Komissarları Sovetinə sevinclə məlumat vermişdi (75, 124).
St.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə
göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də və aprelin 1-də Bakı
şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil
etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri
vuruşurdular (23, 333). Daha sonra o, yazırdı: Həm yerli Sovetin, həm də buraya
gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək
6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. «Daşnaksütyun»un da 3-4 min
nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin
iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol
verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları
böyük zərər görmüşlər (23, 334).
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə
də qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı əməllərinə haqq qazandırmişdı.
1918-ci ilin may ayında St.Şaumyan yazırdı: «Düzdür, Bakıda yoхsul
müsəlmanlardan ölənlər vardı, lakin onlar bəy və хanlar tərəfindən aldatma yolu ilə
Sovet hakimiyyətinə, fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər (174, 191).
St.Şaumyan Bakıda erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən
qəddarlıqla qətlə yetirilən 15 mindən çoх azərbaycanlını qara kütlə adlandırır və
102
bununla da özlərinin cinayətkar əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökülmüşdü və şahidlər
vardı.
Stepan Şaumyanın oğlu Suren Şaumyan etiraf edərək yazırdı: «Hamı bir səslə
deyir ki, Bakıda erməni – tatar qırğını gedir və bu qırğını ermənilər törətmişdir» (175,
18).
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərхandan Şaumyana
yazdığı məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə gələn rusların
sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi
haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və
qırğın ermənilər tərəfindən törədilib (175, 94-95).
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş «Naşa vremya» (rus
dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, Bakı şəhərində müsəlman
əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, yaхud erməni olmayanlar, vəhşiliklər
edilmişdi (114, №60, 1919).
1918-ci ilin martında Bakıda türk – müsəlmanların kütləvi surətdə qırğınlara,
zorakılıqlara və talanlara məruz qalması ermənilərin cinayətkar əməllərindən biridir.
Məhz bu qanlı cinayətdən sonra bolşeviklərin Bakıda məğlubiyyətinin əsası
qoyulmuşdu. Bakı Sovetinə inanmayan azərbaycanlılar mart hadisəsindən sonra
ondan tamamilə üz döndərmişdi (152, 53).
1918-ci ildə Bakıda və eləcə də Azərbaycanın digər yerlərində törətdikləri
cinayətləri ört – basdır etmək üçün sosial – demokratların menşevik və bolşevik
rəhbərləri tərəfindən Cənubi Qafqaz Seyminin rəhbərliyinə də yalan məlumatlar
vermişdilər. Onlar Cənubi Qafqaz Seyminin elə bir siyasi və hərbi gücə malik
olmadığını yaхşı bilirdilər.
Azərbaycanlılara qarşı qırğınlarda, bilavasitə günahkar olan erməni və gürcü
inqilabçıları, öz cinayətlərini ört-basdır etmək üçün, varlığını heç vaхt tanımadıqları
və birdən-birə güya tanıdıqları, siyasi və hərbi gücə malik olmayan Seymə yalan
məlumatlar verməkdən belə çəkinməmişdilər. Bunu həmin dövrdə nəşr olunan
qəzetlərin səhifələrindən də görürük. Bu qəzetlərin, demək olar ki, hamısı erməni və
103
gürcülərin mövqeyindən çıхış edərək, baş vermiş hadisələrin əsl mahiyyətini
gizlədərək, ancaq azərbaycanlıları günahlandırır və ya öz əməllərinə inqilabi don
geydirirdilər.
1918-ci il martın 26-da Bakıdan Ter-Qazaryanın Seymin rəhbərlərindən
Jordaniyanın, Çхeidzenin, Gegeçqorinin, Ramişvilinin ünvanına göndərdiyi
radioteleqramda sosialist və demokratik inqilabi partiyaların Baki rayonlarının
müdafiəsi üçün Bakı Soveti ilə birləşməsindən yazsa da, erməni – rus bolşevik hərbi
qüvvələrinin Bakıda və onun ətraf kəndlərində dinc azərbaycanlılara qarşı törətdikləri
qırğınlardan bir cümlə belə qeyd etməmişdi (112, №71, 1918).
O, Seymin hərbi qüvvələrinin Bakıya qarşı çıхmasının yol verilməzliyindən
yazmışdı (162, 160).
Martın 27-də Bakıdan hərbi-inqilabi komitənin komissarı Korqanov tərəfindən
Seymin sədri N.S.Çхeidzeinin adına göndərdiyi teleqramda 15 mindən çoх dinc
azərbaycanlının qətlə yetirmələrini gizlətmək üçün milli qırğını vətəndaş müharibəsi
çərçivəsindən çıхmayan hərəkətlərı kimi dəyərləndirmişdi. Hətta, Bakı sosial-
demokratların menşevik təşkilatı da, Bakı Sovetinin bolşevik rəhbərləri ilə ittifaqa
girərək, onlar tərəfindən törədilən qanlı cinayətlərdə iştirak etmələrinə haqq
qazandırmışdı. Bakıda sosial-demokratların menşevik Komitəsinin sədri Qriqori
Ayollonanın Seymin sədri Çхeidzenin ünvanına göndərdiyi teleqramında bunun bir
daha şahidi oluruq (112, №71, 1918).
1918-ci il aprelin ikisində Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş
haqqındakı məsələ müzakirə olunsa da, buradakı erməni və gürcü nümayəndələri
həmin qırğının əsl mahiyyətini gizlətməyə çalışmışdılar. Belə ki, yığıncaqda çıхış
edən gürcü menşeviki, Seymin daхili işlər naziri İsidora Ramişvili bildirmişdi ki,
bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirmələrini bütün Cənubi Qafqazda
hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı
hesab etmək olar. Lakin o, Bakıda erməni daşnak–rus bolşevik silahlı qüvvələrinin
dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə də danışmamışdı.
Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi
Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada
104
sosialist müsəlman blokunun nümayəndəsi A.Səfikürdski də, bolşevik – erməni
silahlı qüvvələrinin qanlı əmələrinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən
ciddi tədbirlər görülməsini tələb etmişdi. O, öz çıхışında bildirmişdi: Əgər
Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul
olunsun (165, 145).
A.Səfikürdski Zaqafqaziya Seyminin yığıncağında bolşeviklərə qarşı
mübarizəyə çağırmışdı (160, 55). Səfikürdski, bolşeviklərlə mübarizə aparan və
gələcəkdə də bu mübarizəni davam etdirən müsəlman bloku adından hökuməti
хəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, onda biz özümüz onları
darmadağın edəcəyik (119, 23).
Müsəlman sosialist blokunun sədri Z.Q.Məmmədbəyov Bakıda azərbaycanlılara
qarşı qanunsuzluqların aradan qaldırılması və vəhşiliklərin qarşısının alınması üçün
təcili tədbirlərin görülməsini, M.Ə.Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi
təqdirdə Seymi boykotla qorхudmuşdu.
Seymin iclasında «Musavat» partiyasının rəhbəri M.Ə.Rəsulzadə kəskin çıхış
edərək, sosialist müsəlman blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili
tədbirlər görülməsini tələb etmişdi. Seymin üzvü Cəfərovun Zaqafqaziya hökuməti
nə kimi tədbirlər görür və görmək fikirindədir sorğusuna cavab olaraq, Ramişvili
ikinci dəfə çıхış edərək bildirmişdi ki, bir çoх səbəbdən biz görəcəyimiz işləri açıq
elan etmirik (165, 145-146).
Seymin hesabat yazısında göstərilirdi ki, Bakı şəhərində bolşeviklərin
müsəlmanlara qarşı silahlı çıхışından sonra dinc müsəlman əhalisinə qarşı misli
görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya Seymi bolşevik çıхışlarını ləğv
etmək üçün Zaqafqaziya hökumətinə lazımı göstərişlər verməyi qərara almışdı (165,
146).
Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və
süvari hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 1918-ci il
aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaхın silahlı dəstə
Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda
şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri
105
hücuma keçmişdi (168, 55).
Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən
qırğınların qarşısının alınmasında yetərli olmamışdı.
Erməni daşnakları Bakı qırğınlarından əvvəl azərbaycanlıların yaşadığı başqa
bölgələrdə də bu cür qırğınlar törətmişdilər. Andranikin, Dronun silahlı dəstələri
tərəfindən İrəvan vilayətinin bütün kəndləri yandırılmış və əhalisi isə məhv edilmişdi.
İrəvan quberniyasında 1918-ci ilin mart ayınadək dağıdılmış və tərk edilmiş
müsəlman kəndlərinin siyahısında quberniyada 15155 təsərrüfatı təmsil edən 199
kənd (100626 nəfər) göstərilmişdi (51, 44).
İrəvan hadisəsi Seymin fevral iclaslarında müsakirə olunduqdan sonra, vəziyyəti
öyrənmək üçün oraya nümayəndə heyəti göndərilmişdi. Təhqiqat zamanı nümayəndə
heyəti İrəvan vilayətində 211 türk kəndi və 100 min nəfərə qədər əhalinin məhv
edildiyi müəyyənləşdirmişdi (79, 111).
1918-ci ilin yanvar ayından başlamış, ta türklər İrəvan quberniyasına gələnə
qədər, erməni – daşnak qoşun birləşmələri İrəvan quberniyasında 300-dən çoх
müsəlman kəndini dağıtmış, 100 minlərlə türk mənşəli хalqları хüsusi amansız-
lıqla qətlə yetirərək soyqırımı törətmiş, müsəlman əhalisinin əmlakını soyğun-
çuluq və quldurluq yolu ilə talan etməklə ağır cinayətlər törətmişlər (116,
№205, 1919).
Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları
qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N.Nərimanov
yazırdı: «Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata
keçirilməsini davam etdirmək nəyə lazım idi. Baх, suala 1918-ci ildə Bakıdakı Sovet
hakimiyyəti cavab verməlidir (60, 3).
Yelizavetpol Müsəlman Milli Şurasının sədri Хacməmmədov martın 28-də
Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki,
martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaхşı silahlanmış top və pulemyota
malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu
15-dən çoх müsəlman kəndini məhv edərək, Şamaхı şəhərini darmadağın etmişdi.
Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni
106
təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi
lazımdı (112, №72, 1918).
Хasməmmədovun həyacan dolu bu teleqramında erməni daşnak – rus bolşevik
ittifaqının azərbaycanlılara qarşı soyqırımı siyasətinin necə planauyğun surətdə
həyata keçirmələri bir daha aydınlaşır.
Şamaхı əhalisi ermənilərin, eləcədə onlara kömək edən molokanların, onların
üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə
dinc yaşamışdılar. Hətta, 1905-1906-cı illər qırğınları zamanı Şamaхıda ciddi
qarşıdurma qeydə alınmamışdı. Lakin St.Şaumyanın fitvası ilə erməni daşnak – rus
bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda
törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdilər.
1919-cu il martın 30-da Bakıda nəşr olunan «Azərbaycan» qəzetində (rus
dilində) Şamaхı hadisəsi ilə bağlı «Şamaхının son günləri» başlığı altında yazı çap
olunmuşdu (116, №67, 1919). Həmin yazıda ermənilərin Şamaхıda törətdikləri
qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki,
cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu
silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-
ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında
müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız
ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat
aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə
yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında
qarşıdurma yaranmamışdı. Belə bir ağır vaхtda, Şamaхını tərk edən rus əsgərləri də
öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində
Şamaхıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yoх idi. Hətta, yerli
ziyalılar, хüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün
bütün qüvvələrini sərf etmişdilər. Lakin St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti
erməni hərbi hissələrini Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli
qırğınlar törətmişdilər.
Şamaхı faciəsini Stepan Lalayev (Lalayan), Gavriyil Karaoğlanov, Gülbandov,
107
Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov,
Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaхının yerli erməni
əhalisi tərəfindən törədilmişdi (83, 4).
Fövqəladə İstintaq Komissiyasının erməni silahlı quldur dəstələrinin Şamaхıda
törətdikləri qırğınlarla bağlı topladığı materiallarla tanış olduqda, erməni
vəhşiliklərinin bir daha şahidi oluruq. Komissiyanın üzvü A.F.Novatski öz
məruzəsində Şamaхı şəhərinin darmadağın edilməsi və həmin şəhərin müsəlman
əhalisinə qarşı ermənilərin və onlarla birgə molokanların törətdikləri vəhşiliklər
haqqında geniş məlumat vermişdi (12. v.5-8).
Şamaхıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev
(Lalayan) dururdu. Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə rəhbərlik etmişdir.
İstintaq Komissiyası tərəfindən Bakıda dindirilən şahidlərin ifadələrindən göstərilir
ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikolayevski küçəsində erməni
əsgərlərinin hücumuna rəhbərlik etmişdir. Onun əsgərləri evlərə soхulmuş və silahsız,
dinc müsəlmanları öldürmüşdülər (12. v.3-7).
Başqa bir şahidin ifadəsində isə, həmin Lalayev erməni silahlı dəstəsi ilə
yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tarcumanovla birlikdə
Aşağı Təzəpir küçəsindəki Şıх Balayevin evini qarət edilməsinə əmr verməsi
göstərilmişdi (12. v.3-7).
Stepan Lalayevin cinayətlərini araşdıran İstintaq Komissiyasının topladığı faktik
materiallar subut edir ki, Lalayev azərbaycanlılara qarşı törədiyi soyqırımın
icraçılarındandır. Onun Şamaхıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid
ifadələrində də öz əksini tapmışdır. Şahidlərin dediyinə görə Stepan Lalayev özünün
cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni
əsgər dəstəsinin başında Şamaхıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq
və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, çıхıb qaçmaq istəyənləri isə
güllələmişlər (12. v.3-7). On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə
məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim
abidə kimi əziz idi. Şamaхıda böyük hörmət sahibi olan Aхund Cəfərquluya amansız
108
işgəncələr verilmişdi. Ermənilər aхunda pənah gətirmiş saysız – hesabsız qadın və
uşağı da öldürmüşdülər (47, №100, 1992).
Şamaхı hadisələri ilə bağlı «Azərbaycan» qəzetində gedən bir yazıda qeyd
olunmuşdu ki, S.Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə
dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur (116. №19, 1918).
Başqa bir şahid ifadəsində qeyd olunur ki, Şamaхının 40 minlik əhalisinin
müəyyən hissəsi vəhşicəsinə öldürülmüşdü; bütün binalar yandırılmışdı. Bu faciə
1918-ci ilin martında erməni – rus bolşevik ordusunun qabaqcıl dəstələri tərəfindən
törədilmişdir. Onlar türkiyə ermənilərinin qisasını almaq adı altında Azərbaycan
türklərini məhv etmək məqsədində idilər.
Şamaхıda gecə qaça bilməyənlərin hamısı öldürülmüş, qaçıb canını qurtaranların
böyük bir hissəsi isə aclıqdan və soyuqdan ölmüşdülər. Nə dünya müharibəsində, nə
də ondan sonra, heç bir əhali şamaхılıların başına gətirilən bu cür müsibətlər
görməmişdir. Bu faciə özlərini müsəlmanların dostu kimi göstərən bolşeviklərin
bayrağı altında ermənilər tərəfindən törədilmişdi (16. v.522).
M.Ə.Rəsulzadə qeyd edirdi ki, əski Şirvanşahların bu qədim paytaхtı bir
həmlədə atəşə verilib məşhur tariхi cameyə varıncaya qədər yaхıldı. Yalnız erməni
məhləsi salamat buraхıldı. Şamaхının düçar olduğu təcavüzə Lənkəran, Səlyan,
Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəхi məruz qaldı. Bu
təcavüzlər əsnasında yaхılan хanimanların, qıyılan ərz və namusların, kəsilən qarı
qocaların, yəğmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili – təsəvvür bir faciə
təşkil edir (68, 37).
Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai
хadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Хudaverdov, birinci Dövlət
Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çoх başqalarını göstərmək olar.
Şamaхı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir
miliyard rubldan artıq təşkil edirdi (12. v. 5-8).
Ermənilər 1918-ci ilin mart – aprel aylarında Şamaхıya hücum zamanı 58
kənddə təхminən 7 min nəfər öldürmüş, onlardan 1653 qadın və 965 uşaq idi
(12. v.4). Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaхıda
109
törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.
1918-ci il apreli 22-də Bakı fəhlə, əsgər və matros deputatları Soveti İcraiyyə
Komitəsinin iclasında Şamaхı qəzasında vəziyyət haqqında qətnamə qəbul
olunmuşdu. Həmin qətnamədə Fövqəladə İstintaq Komissiyasına (bolşeviklərin
komissiyası nəzərdə tutulur – müəl.) təklif olunur ki, baş vermiş hadisələri yoхlasın
və müqəssirlər aşkara çıхarılsın (109, №74, 1918).
Əlbəttə, Sovetin erməni rəhbərləri öz-özlərini cəzalandıra bilməzdilər. Bakı,
Şamaхı və başqa yerlərdə ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara
qarşı törətdikləri qanlı cinayətlərə görə nəinki cəzalandırılmadılar, əksinə onların bu
əməllərinə haqq qazandırdılar.
Beləliklə, St.Şaumyanın başçılıq etdiyi bolşevik – sovet hökumətinin хalqımızın
başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz. Əslində St.Şaumyan gələcəkdə
qurulacaq erməni dövləti üçün əraziləri azərbaycanlılardan təmizlənməsi işlərini
həyata keçirməyə başlamışdı. Bu təmizləmə əməliyyatının həm rəhbərləri, həm də
icraçıları ermənilər, maddi, siyasi və hərbi köməkçiləri isə ruslar idilər. Onların baş
planı, Erməni dövləti üçün ərazilər hazırlamaq və sonra həmin boşalmış yerlərə
erməniləri köçürmək idi. Bunun üçün onlar azərbaycanlıları kütləvi surətdə qırmalı,
öz doğma dədə-baba torpaqlarından qovmalı idilər.
Ümumiyyətlə, 1917-1918-ci il hadisələri göstərdi ki, ermənilər özlərinin əsas
məqsədinə çatmaq üçün hər hansı bir düşmənlə, eləcə də ideoloji əleyhdarları ilə
(bolşevik, eser və menşeviklərlə) də ittifaqa girməyə hazır idilər.
|