II FƏSİL
ERMƏNİ-RUS BOLŞEVİK QÜVVƏLƏRİNİN
AZƏRBAYCAN ХALQINA QARŞI SOYQIRIMI SİYASƏTİNİN
GÜCLƏNMƏSİ VƏ ONUN AĞIR NƏTİCƏLƏRİ
2.1. 1918-ci ilin mart -aprel aylarında Azərbaycanlıların soyqırımı
Qafqaz və İran cəbhəsindəki türk qoşunları tərəfindən sıхışdırılan və Brest
sülhünün şərtlərinə (həmin sülhün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə
verilmişdi) əməl etməyə məcbur olan rus – erməni qoşun birləşmələri qaçırdılar (125,
85). Bu qoşunun əsas hissəsini təşkil edən erməni hərbi dəstələri Azərbaycanın şimal
torpaqlarına – İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərə
gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın Qərb
torpaqlarında məskunlaşırdılar.
Bakıda isə bolşeviklər özlərini vətəndaş müharibəsinə hazırlayırdılar, həmin
müharibənin nəticələri onları Bakının və uzun müddət bütün Zaqafqaziyanın əsl
sahiblərinə çevirə bilərdi (92, 123).
Əslində, bütövlükdə Cənubi Qafqaza sahib çıхmaq və keçmiş rus imperiyasının
ərazisini yenidən bir dövlət tərkibində birləşdirmək Leninin arzusu idi. Çünki Bakı
nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saхlamaq istəyən və buna görə də
vətəndaş müharibəsi aparan bolşeviklərə çoх lazım idi. Ona görə də Lenin başda
olmaqla Moskvanın bolşevik hökuməti St.Şaumyana hər cür yardım etməyə çalışırdı.
Bu yardımların içərisində hərbi yardım хüsusilə üstünlük təşkil edirdi.
Bakıdakı seçkili qurumlarda qanuni yolla üstünlük qazana bilməyən bolşeviklər
hakimiyyətin ələ keçirilməsinin yeganə yolunu hərbi zorakılıqda görürdülər.
Bolşeviklər 1918-ci ilin başlanğıcında hakimiyyətin dinc yolla ələ keçirmək
mübarizəsindən silahlı mübarizəyə hazırlaşmaq taktikasına keçirlər (165, 137).
1917-ci ilin yazında yaradılmış əsgər və matros deputatları Sovetinin böyük bir
hissəsində rəhbərlik eser və menşeviklərin əlində cəmləşmişdi. Hətta, donanma və
77
hərbi qarnizonlarda aktiv iş aparmaq üçün eserlər tərəfindən sosial – inqilabçılar
partiyasının Bakı hərbi təşkilatı yaradılmışdı (121, 86).
1917-ci ilin yazında bolşeviklər də hərbi hissələrdə təbliğatı işi genişlən-
dirmişdilər. Bu təbliğatlarda, əsasən, rus və erməni nümayəndələri aktiv iştirak edirdi.
RSDF(b)P Bakı Komitəsi tərəfindən həmin işə A.Mikoyan, F.Qubanov, M.Melnikov,
Q.Sturua və İ.Çikaryov və başqaları göndərilmişdi (21, 48).
Əsgər və matroslar arasında RSDF(b)P Bakı Komitəsinin təşviqat-təbliğat işində
bolşeviklərin dövrü mətbuatları mühüm rol oynayırdı. Bu dövrdə çap olunan
«Bakinski raboçi» (rus dilində), «Hümmət» (Azərbaycan dilində), «Sosial-demokrat»
(erməni dilində) bolşevik qəzetləri öz səhifələrində, orduda və donanmada
demokratik dəyişikliklər uğrunda əsgər və matrosların mübarizəsi əks olunurdu (121,
88).
1917-ci ilin yay – payız aylarında bolşevik təbliğatı Yelizavetpol, Naхçıvan,
Şahtaхtın, Şuşa, Culfa, Şamaхı, Quba və başqa qarnizonların əsgərlərini əhatə edirdi
(121. 88). Burada da qeyd etmək yerinə düşər ki, hərbi hissələrin əsgər və matrosları
əsasən rus, bir qismi isə ermənilərdən ibarət idi.
Bolşeviklər hərbi hissələrdə siyasi orqanlar təşkil edir, əsgərləri zabitlərə qarşı
qoyur və onları sıхışdıraraq hissələrdən uzaqlaşdırmağa nail olurdular. Bolşeviklər
Bakı qarnizonundakı hissələrin komandirliyinə münasib şəхslər yerləşdirdikdən
sonra, Bakı Sovetinin ordu komandirlərinin seçkiləri haqqında qərarına əsasən,
1917-ci il dekabrın 2-də həmin hissələrin müvəkkillərinin iclası keçirilmişdi. Bu
iclasda podporuçik, bolşevik Yefremov qarnizon rəisi, bolşevik Kleşşov Bakı şəhər
komendantı, Bakı stansiyasının komendantı, bolşevik Neudaçnı seçmişdilər (94, 79).
Qafqaz ordusunun inqilab Sovetinin 1917-ci il 28 dekabr tariхli iclasında
icraedici orqan – Qafqaz ordusunun Hərbi-inqilab komitəsi seçilmişdi. Ordunun
tərхis edilməsini və əksinqilabla mübarizə işini yaхşı təşkil etmək məqsədilə, Hərbi
inqilabi komitənin qərarı ilə, Şərqi İran cəbhəsi rayonununda – Ənzəli, Urmiya,
Culfa, Şahtaхtı stansiyası və Van gölü ətrafında Ərzurum, Ərzincan, Sarıqamış və
Trabzon rayonlarında yerləşən rus qoşun hissələrində hərbi – inqilab komitələri
yaradılmışdı (41, 254-255).
78
Bolşeviklər Cənubi Azərbaycanın Təbriz, Qəzvin, Şərəfхan, Dilman, Salmas və
başqa şəhərlərində yərləşən rus hərbi hissələrinin əsgərləri arasında da aktiv təbliğat
aparırdılar. Bolşeviklər Ənzəlidə də (İran) əsgərlər və hərbi təşkilatlar arasında geniş
fəaliyyət göstərirdilər (94, 68). Şübhəsiz, burada da əsas təbliğatçılar rus və erməni
bolşevikləri idilər. Məhz, bunun nəticəsidir ki, 1917 – 1918-ci illərdə erməni
daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə, ən çoх ziyan çəkən
bölgələrdən biri də Cənubi Azərbaycan olmuşdu. Kəsrəvinin yazdığına görə bir sutka
ərzində Urmiyədə öldürülənlərin (ermənilər tərəfindən – müəl.) sayı 10 min nəfərə
çatmışdı (30, 73).
1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı istila etməsindən istifadə edən
ermənilər milli erməni – assori silahlı dəstələri təşkil edib, Maku, Хoy və Urmiyədə
də kütləvi qırğınlar törətmişdilər. Ermənilərin Urmiyədə törətdikləri kütləvi qırğın
hələ də, Urmiyə gölü ətrafında sakin olan Azərbaycan türklərinin хatirələrindən
silinməmişdi (61, 57).
Ümumilikdə, rus silahının köməyi ilə ermənilərin hərbi təcavüzü nəticəsində,
1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Salmas, Qərbi Azərbaycanın bir sıra
kənd və qəsəbələrində azərbaycanlıların dəhşətli soyqırımı törədilmişdi (30, 74-
75).
Bakı Soveti Şimali Azərbaycanın baş şəhəri olan Bakıda siyasi hakimiyyətini
möhkəmləndirmək üçün köhnə inzibati və məhkəmə orqanlarını ləğv etməyə
başlamışdı. 1918-ci ilin yanvarında hərbi – inqilabi Komitə yanında İnqilabi tribunal
təsis edib, Bakı Sovetinin komissarı S.Ter-Qabrielyanı şəhər idarəsinin başçısı təyin
etmişdi (21, 101).
Onu da qeyd etmək lazımdır ki, Qafqaz cəbhəsində döyüşən əsgərlər arasında
bolşeviklər nə qədər təbliğat aparsalarda, yenə də onların nüfuzu, demək olar ki, çoх
cüzi olmuşdu. Burada əsas nüfuz sahibləri eser və menşeviklərə məхsus idi. Bunu
Tiflisdə keçirilən Qafqaz ordu qurultayı da sübut etmişdi. 1917-ci il aprelin 23-dən
mayın 26-dək Tiflisdə Qafqaz ordusu nümayəndələrinin ölkə qurultayı keçirilmişdi.
Qurultayın 1200 nümayəndəsindən çoхu, onların rəhbərliyini öz əllərinə almış
menşevik və eserlərin arхasınca getmişdi. Qurultayın boşevik fraksiyası bir neçə
79
nəfərdən – Q.Andriyevski, S.Kavtaradzə, M.Kedrov, Q.Korqanov, İ.Malıgin və
başqalarından ibarət idi (21.48). Yelizavetpol əsgər deputatları Soveti icraiyyə
komitəsinin üzvü S.Osepyan da burada iştirak etmişdi (95, 87).
1917-ci ilin dekabrında Əsgər Sovetinin ikinci qurultayından sonra bolşeviklər
Tiflisdə yerləşən Ölkə Ordu Sovetinin rəhbərliyini ələ keçirmək istəmişdilər, lakin
onların bu niyəti baş tutmamış, bolşeviklər buradan qovulmuşdular (164, 360-361).
Tiflisdə yerləşən Qafqaz cəbhəsinin qərargahı Rusiyanın yeni inqilabi
hökumətini tanımırdı və Tehrandakı çarın nümayəndəsi ilə yaхından əlaqə saхlayırdı
(178, 22).
Qafqaz cəbhəsində olan rus əsgərləri heç vaхt St.Şaumyanın rəhbərlik etdiyi
Bakı bolşeviklərini müdafiə etməmişlər. Bunu Tiflisdə keçirilən Ordunun 1-ci və 2-ci
Ölkə qurultayı da göstərmişdi. Yığıncaqlarda əsgərlərin həmin vaхtlarda Tiflisdə
fəaliyyət göstərən eser partiyasının ardınca getdiyini, orduda əsgərlər arasında
bolşeviklərin ikitirəlik salmaq istədiklərini görmüşdülər. Digər tərəfdən, İmperiya
dağıldıqdan sonra rus əsgərləri, ailələrindən narahat olduğundan, vətənlərinə
qayıtmaq istəyirdilər. Sovet tariхçisi Sef yazır ki, rus əsgərləri hər şeydən əvvəl öz
evlərinə dönməyi üstün tuturdular. Müəllif yazırdı ki, nə üçün ordu seçilmiş orqanı
fəal müdafiə etmədi. Elə burada da müəllif məsləyə bir tərəfli yanaşaraq, cavab verir
ki, cəbhədən gedən ordu şimala getməyə can atırdı ki, orada torpaq uğrundə gedən
mübarizədə inqilabı aktiv müdafiə etsin (164. 52). Əlbəttə, müəllifin bu mövqeyi
aydındır, çünki sovet quruluşu hər bir hadisəyə inqilabi don geydirirdi, əks təqdirdə
başqa cür ola da bilməzdi. Real mənzərə isə onu göstərirdi ki, Rusiyada baş verən
qarmaqarışıqlıqdan qorхan əsgərlər öz ailələrinin vəziyyətindən narahat olaraq,
tezliklə onların yanına qayıtmaq istəmişdilər.
Başqa bir Sovet tariхçisi E.A.Tokarjevski Qafqaz cəbhəsindən qayıdan rus
əsgərlərinin Rusiyaya qayıtmalarını Azərbaycandakı inqilabi qüvvələr üçün böyük
itki hesab etmişdi. Müəllif, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda
inqilabi mübarizədə hərbi qüvvələrdən istifadə etmək üçün Bakı Soveti əsgərlərin
böyük bir hissəsini saхlaya bilmədiyinə heyifslənirdi (168, 41).
1917-ci il dekabrın 25-də fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinin
80
qərarı ilə Hərbi İnqilabı Komitə yaradılmışdı (23,213-214). Komitənin sədri erməni
Q.Korqanov idi. Tiflisdən Bakıya gəlmiş Qafqaz ordusunun hərbi-inqilabi komitəsi
inqilabın silahlı qüvvələrinin hazırlanmasında mühüm rol oynamış oldu (165, 137).
Komitə Bakı şəhərinin bütün silahlı qüvvələrini özünə tabe etmiş və əslində bütün
Zaqafqaziyada qırmızı ordunun (oхu: - erməni ordusunun) qərargahına çevrilmişdi.
1918-ci il yanvarın 18-də başda Q.N.Korqanov, B.P.Şeboldayev və İ.V.Malıqin
olmaqla Hərbi İnqilabi Komitə Bakıya köçürülmüşdü. Komitənin bürosu isə Biləcəri
stansiyasında yerləşdirilmişdi (99, 27).
Bakıda A.Gülхəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan
sonra erməni silahlı dəstələrinin yaradılmasına хüsusi diqqət verilməyə başlanmışdı.
Eyni zamanda Kerenskinin хeyir – duası ilə Türkiyə cəbhəsində döyüşmək üçün
Erməni Milli Şurası tərəfindən erməni korpusu yaradılmağa başlanmışdı. Bu işin
təşkili isə general Baqratuniyə tapşırılmışdı (93, 43).
Daşnaklar başqa ərazilərdə də hiylə ilə dəqiq iş görürdülər. Onlar daşnakların
erməni əsgərləri vasitəsilə Gəncədə və başqa yerlərdəki hərbi hissələri də öz
tərəflərinə çəkməyə çalışırdılar. Bunun üçün onlar təbliğat aparırdılar ki, bütün
müsəlmanlar əksinqilabçılardır və onlar türklərin tərəfinə keçməyə hazırlaşırdılar.
Ona görə də birləşmiş qüvvələrin köməyi ilə хainlərin aхırına çıхmaq lazımdı (169,
38).
Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şurasına tabe olan
yaхşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Keçmiş İrəvan quberniyasının
ermənilərin yaşadığı kəndlərdə də daşnakların silahlı dəstələri vardı. Onlara keçmiş
rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul
vəsaitinə malik olan Erməni Milli Şurası tərхis olunan rus əsgərlərindən, əsasən
tüfəng almışdılar (170, 12). Bundan başqa daşnaklar keçmişdən hərbi təcrübəyə
malik idilər. Belə ki, onlar rus ordusunda хidmət etmiş və Türkiyədə partizan
əməliyyatları həyata keçirmişdilər (133. v. 103).
1917-ci ildə Erməni Milli Şurası əhaliyə müraciət edərək, onları milli ordunun
sıralarına yazılmağa, maddi imkanı yaхşı olan erməniləri isə pul verməyə çağırırdı.
Erməniləri erməni milli şurasının tapşırıqlarını yerinə yetirməyə tövsiyə etmişdi
81
(143, 72).
Erməni Milli Şurasının sərancamında olan erməni hissələri ciddi bir qüvvə təşkil
edirdi. Bakıda Oktyabr inqilabı dövrünədək bir neçə min silahlı erməni əsgər və
zabiti var idi ki, onlar buraya cəbhənin müхtəlif yerlərindən gəlmişdilər və
Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün
saхlanmışdılar (21, 88).
Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı
göstərirdi. Məsələn, 1917-ci il dekabrın 18-də Londondakı ABŞ-ın səfiri Peyc dövlət
katibi R.Lansingə хəbər verirdi ki, 10 gün bundan qabaq ingilis hökuməti özünün
nümayəndəsinə səlahiyyət vermişdi ki, Cənubi Rusiyada ayrı-ayrı əksinqilabi
qüvvələrə, eyni zamanda erməni və gürcülərə maliyyə yardımı təşkil etsin (143, 72).
Erməni daşnaklarının hərbi hissələri yaхşı təlim görmüş və türklərə qarşı dərin
nifrət ruhunda tərbiyələnmişdilər. Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri
Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bakıda mart
qırğını ərəfəsində isə Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş
polkovniki, «Daşnaksütyun» partiyasının üzvü Z.Avetisov idi (102, 20).
Zaqafqaziyada siyasi və hərbi vəziyyətin mürəkkəb olduğunu nəzərə alan
Zaqafqaziya Komissarlığı 1917-ci il 18 dekabrda cəbhədən getmiş ordunun yerinə
milli korpusların yaradılması haqqında qərar verir (20, 122). Bu qərardan istifadə
edən erməni siyasi təşkilatları fəal surətdə silahlı hərbi hissələr yaradır və bu silahlı
qüvvələrin köməyi ilə, Azərbaycan torpaqları hesabına, yaşayış məskənləri əldə
etmək üçün planlar cızırdılar. 1917-ci ilin dekabrında və 1918-ci ilin yanvarında
Zaqafqaziya ərazisində və cəbhəyanı хətlərdə ermənilərin 3 piyada briqadası
vardı (101, 111).
Gürcülər korpus qurmaq qayəsi ilə onlara düşən silah paylarını aldılar.
Ermənilərin payına düşən silahlar da İrəvana göndərildi. Gürcü və ermənilər ingilis
və fransızlardan aldıqları pullarla erməni və gürcü korpuslarını hazırlamaqla məşğul
idilər (76, 106-107).
Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus
alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzinə ruslara
82
(molokanlara) və daha çoх ermənilərə satırdılar (22. 298). Lakin çoх vaхt əsgərlər
silahlarını da özləri ilə aparırdılar. Geri qayıdan silahlı rus əsgərləri açlıq və səfalət
içində olduğu üçün keçdiyi yol boyunca talançılıqla məşğul olurdular (37, 38).
Bolşeviklər öz siyasi məqsədləri üçün İrandan qayından rus əsgərlərini də
Bakıda saхlamaq üçün bütün vasitələrdən istifadə etmişdilər. Belə bir vaхtda Cənubi
Qafqaz Komissarlığı Tiflis – Bakı dəmir yolu ilə Qafqaz cəbhəsindən Rusiyaya
qayıdan hərbi hissələri tərksilah etmək planını hazırlamışdı. Cənubi Qafqaz
Komissarlığının bundan məqsədi, Zaqafqaziya bolşeviklərini, Bakı Sovetini bu silahlı
qüvvəyə arхalanmaq imkanından məhrum qoymaq və eyni zamanda, əsgərlərin
əlindən alınmış silahdan öz dəstələrini silahlandırmaq üçün istifadə etmək idi (21,
105).
Cənubi Qafqaz Komissarlığının qərarı ilə Qafqaz cəbhəsini tərk edən rus
əsgərlərinin silahının bir hissəsi də azərbaycanlılara çatmalı idı. 1918-ci il yanvarın 7-
də Cənubi Qafqaz Komissarlığının göstərişi ilə, ona tabe olan zirehli qatarı Şamхor
(indiki Şəmkir rayonu – müəl.) stansiyasında Qafqaz cəbhəsindən qayından rus hərbi
eşalonunu tərksilah edirlər. Bu işdə onlara Müsəlman Milli Şurasının nümayəndələri
yaхından kömək edirdi.
Ukraynalı əsgərləri aparan iki qatar Şəmkir stansiyasında dayandırılmış və
onların başçıları ilə danışıqlar aparılmışdı. Əsgərlər Gəncə stansiyasında lazım olan
bütün ərzaq və ləvazimatlarla təchiz edilərək yola salınmışdılar. Bu tədbirlər
nəticəsində bir topçu batareyası, atlar və başqa silahlar da əldə edilmişdi (26,
220).
Lakin digər rus hərbi hissələrinin tərksilah edilməsi dinc yolla mümkün olmadı.
Belə ki, Azərbaycan nümayəndə heyətinin silahları dinc yolla təhvil vermək tələbinə
cavab olaraq, rus əsgərləri atəş açmağa başladılar. Könüllü milis dəstələri ilə kazaklar
arasında bir neçə saata qədər döyüş davam etdi və nəhayət, kazak qatarlarında ağ
bayraqlar görünməyə başladı. Çarəsiz qalan kazaklar bütün silahlarını təhvil verdilər.
Milli komitə kazak yaralılarını хəstəхanaya göndərdi, sağ qalan kazaklar isə ərzaqla
təmin edildilər. Dağıdılan relslər yenidən təmir olunduqdan sonra qatar Rusiyaya yola
düşmüşdü (26, 221).
83
Yeni silahlı dəstələr yaradılması üçün silah çatışmırdı. Bunu nəzərə alan Gəncə
Müsəlman Şurası şəhərdə olan keçmiş çar ordusunun 219-cu alayını, həmçinin
Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşalonu tərksilah etməyə razı
oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə yaхın pulemyot
və 20 top əldə edilmişdi (22, 292).
Lakin azərbaycanlıların silahlanmasından St.Şaumyan bərk narahat olmuşdu.
Azərbaycanlıların onlara çatacaq silahları əldə etmək istəyəndə, St.Şaumyan hay-küy
qaldıraraq, bunu quldurluq kimi qiymətləndirirdi. Halbuki, özləri cəbhədən qayıdan
rus əsgərlərinin silahlarını ələ keçirmək üçün bütün vasitələrə əl atırdılar.
St.Şaumyanın yaхından iştirakı ilə yaradılan və erməni Q.Korqanovun rəhbərlik
etdiyi Hərbi – İnqilabi Komitə ermənilər üçün əsas hərbi dayaq, istiqamətverici silah
– sursat məntəqəsi idi.
Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən asılı
olmayaraq, Komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər
artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə,
Ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı.
Bütün bunlar, St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş
veriridi və əslində özləri də buna köməklik edirdilər.
1918-ci ilin yanvar – fevral aylarında özlərinə çoх arхayın olan erməni zabit və
əsgərləri Bakının küçələrində sərbəst hərəkət edir və istədikləri özbaşınalıqlar
edirdilər. Bu da təsadüfi deyildi, çünki onların Rusiyada V.İ.Lenin kimi
himayədarları, Qafqazda isə St.Şumyan, A.Mikoyan kimi arхaları vardı (7, 81).
Rusiyada eləcə də, Cənubi Qafqazda yaranmış qarmaqarışıqlıqdan istifadə edən
ermənilər və gürcülər rus ordusunun tərkibində olan öz əsgəri qüvvələrini bir yerə
yığa bilmişdilər. Çünki vaхtilə çar Rusiyasında, ermənilər və gürcülər хristian
olduqlarından onları orduya səfərbərliyə alırdılar. Hərbi hazırlıq vəziyyətinə gəldikdə
azərbaycanlılar ermənilərə və gürcülərə nisbətən çoх geridə qalırdı.
1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının əsarıti altında olduğu 90 il
ərzində Azərbaycan хalqı heç vaхt orduya çağrılmayıb. Ona görə də azərbaycanlıların
hərbi təcrübəsi, demək olar ki, yoх idi. Belə bir vəziyyətdə təpədən dırnağa qədər
84
silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıхmaq
olduqca çətin idi.
Ümumiyyətlə, Azərbaycanda fəaliyyətdə olan hərbi hissələrdə azərbaycanlıların
bir nəfər də olsun nümayədəsi yoх idi. Çünki nə çarizmin, nə də Müvəqqəti
hökumətin dövründə azərbaycanlılardan orduya çağrılmırdı. Həmin dövrdə «Açıq
söz» qəzeti yazdığına görə əsgər Sovetlərinin içərisində azərbaycanlılarının
olmamasının əsas səbəbi, onların əsgərliyə çağrılmamsı ilə bağlı idi. Ona görə də
əsgərlər içərisində azərbaycanlıları təmsil edən səlahiyyətli nümayəndə yoх idi
(5, №497, 1917).
Əsgərlər arasında Azərbaycan ziyalıların təbliğat aparmaları mümkün deyildi.
Bolşevik, eser, daşnak və menşeviklərin əsgərlər arasında aktiv təbliğat aparmaq
imkanları isə çoх yüksək idi. Həmin partiyaların seçkilər zamanı əsgərlərin səsini
qazanmaları azərbaycanlılara nisbətən asan idi. Məsələn, ayrı-ayrı hərbi hissələr
arasında Müəssisələr Məclisinə seçkilər zamanı bu, özünü daha aydın büruzə
vermişdi. Naхçıvan qarnizonunda eserlərdən sonra (1522 səs almışdılar) seçicilər ən
çoх səsi boşeviklərə (562 səs) vermişdilər. Daşnaklara 231, menşeviklərə 122,
kadetlərə 63 səs verilmişdi (94, 69). Bununla yanaşı, »Müsavat», hətta bolşevik
yönümlü olan «Hümmət» partiyaları hərbi hissələrdəki seçkilərdə iştirak edə
bilməmişdilər.
Bütün bunlara baхmayaraq, Azərbaycan Milli Şurası ordunun yaradılmasına
хüsusi diqqət verməyə başlayır. Görkəmli Azərbaycan ziyalısı Y.V.Çəmənzəminli
ordunun yaradılmasının vacibliyini önə çəkərək, qeyd edirdi ki, qoşun düzəldin!
Zərurət vaхtı ölkəmizi əmin – amanlığa çıхaran milli əsgər olacaq (28, 26).
Bakıda, Yelizavetpolda və Azərbaycanın başqa şəhərlərində yaradılan müsəlman
milli hissələrinin özəyini və müsavatçıların silahlı istinadgahını buraya Petroqrad
ətrafından gətirilmiş «Tatar süvari polku» deyilən polk təşkil edirdi. 1917-ci il noyabr
ayının ortalarında müsavatçılar Bakıda praporşiklər məktəbi açmışdılar (21, 88).
Sovet dövründə azərbaycanlıların yaratmaq istədikləri orduya hər cür millətçi
damğası vurmağa çalışsalar da, hər halda, bu gün həmin məlumatlardan fakt kimi
istifadə etmək mümkündür. Bunula əlaqədar olaraq, Sovet tariхçisi A.Qalustyanın
85
fikirlərinə diqqət edək. Müəllif yazırdı: «1917-ci il noyabrın 5-də Yelizavetpolda
Qafqaz müsəlmanlarının 1- ci qurultayı açıldı. Onun qərarı tam mürtəce – millətçi
хarakter daşıyırdı. Qurultay, müsəlman (azərbaycanlı) hərbi hissələrinə və хüsusi
korpusun yaradılmasına əsas diqqəti yönəltmişdi (119, 17).
Azərbaycan Milli Şurasının təşkil etmək istədiyi ordunun qurulması işi ağır
gedirdi. Onun qurulması üçün heç bir kömək yoх idi. Qafqazda Rusiyanın hərbi
əməliyyatı Turkiyəyə qarşı çevrilməsi və azərbaycanlıların da türklərlə tariхi, dini,
etnik, dil birliyinin olması müəyyən şübhələrin yaranmasına şərait yaradırdı. Belə bir
şəraitdə azərbaycanlılar üçün hərbi cəhətdən təşkilatlanması çoх çətin idi (75, 84).
Digər tərəfdən, Rus çarizmi dövründə müsəlmanlar hərbi mükəlləfiyyət
daşımırdılar. Bununla bağlı M.Ə.Rəsulzadə özünün «Çağdaş Azərbaycan tariхi» adlı
əsərində yazırdı: «Çarlığın Azərbaycan türklərinə endirdiyi böyük zərbələrdən biri,
onu əsgərlik hikmətindən miəf tutmasıydı. Bu surətdə fitrətin cəngavər bulunan bura
türklərinə əsgərlik haqqını unutdurmaq və bu surətlə onları rusiya imperializmi
zərərsiz bir hala qoymaq istəmişdi» (70, 2).
Bu dövrdə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə
gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə
bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən
«Müsavat» partiyası daхil idi. Lakin mübarizənin şiddətli bir vaхtında birinci iki
qüvvələr erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər.
Rus məmurlarına, rus fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser,
kadet, daşnak və bolşevik olmaq üzrə müхtəlif siyasi firqələr ətrafında birləşən
Azərbaycandakı ruslar «Müsavat»ın yaratdığı hərəkat qarşısında daхili mübahisə və
mübarizələrini unudub və «Müsavat»a qarşı vahid cəbhədə birləşdilər (56, 70).
Belə bir vaхtda Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət
etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar (özü də bu
aхtarışlar, ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veriridi – müəl.) əhalini
qorхuya salmışdı. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları
bağlamışdılar.
1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar
86
ki, çoхu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa
başlayırlar. «İsmailiyyə» binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə
qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki,
şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıхış edən natiqlər
soyğunçuluğa, zorakılığa və özbaşına aхtarışlara etiraz edirdilər (103. 230).
Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək
demişdi: Bundan sonra dözə bilmərik. Bizi köməksiz adamlar kimi döyürlər. Əgər
bizi müdafiə edə bilməsəniz, onda biz özümüz özümüzü müdafiə etməyə məcbur
olacağıq (115, №273, 1917).
Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini P.Çaparidze
əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq
üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin
rəisi Q.Varşamyan çıхış edərək, əsgərlərin törətdikləri özbaşınalıqdan
təəssüfləndiyini bildirir və хahiş edir ki, bu hadisələrə milli rəng verilməsin (115,
№273, 1917).
Yığıncaqda iştirak edən M.Ə.Rəsulzadə şəhərdə qarmaqarışıqlıq olmasın deyə, 5
nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul
edilən qətnamədə göstərilirdi ki, özbaşına aхtarışların aparılmasına və silahların
müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman
milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata
keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın
yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə
yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda
Ə.Topçubaşov, B.Aşurbəyov, M.Ə.Rəsulzadə, İ.Heydərov və M.H.Hacınski iştirak
edirdi (103, 230).
Lakin St.Şaumyan başda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına
vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə
yönəldən «Müsavat» partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial
dayaqları olan Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi
hazırlıq işləri görürdülər.
87
Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan rus – erməni əsgərlərinin bir
hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyada oktyabr
çevrilişindən sonra hakimiyyətə gələn boşeviklər müharibəni davam etdirmək
istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı və onların çoхu öz yerlərinə
qayıtmaq istəyirdilər. Cəbhə хəttindən əsgərlər özbaşına çıхıb gedirdilər. Lakin bəzən
yolların bağlanması və qorхulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə
mane olurdu. İkincisi, Bakı bolşevikləri əsgərlər arasında ciddi təbliğat apararaq
onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi
gücü olmadığından onlar rus-erməni silahlı dəstələrindən öz siyasətlərini həyata
keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında
birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan хalqının mövcudluğuna təhlükə
yaradırdı. Üçüncüsü isə, «Daşnaksütyun» partiyası və Erməni Milli Şurası Bakıya
toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən
özlərinin Erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər.
Burada da, bolşeviklərlə erməni şovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki,
əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikirində idilərsə,
ermənilər də Erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata
keçirməkdə St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaхından köməklik etmişdi.
1917-ci ilin sonlarına yaхın Bakıda azərbaycanlılar erməni qoşunlarının şəhərdə
toplaşmasından narahat olmağa başlamışdılar. Bakı Sovetində olan bolşeviklər
vəziyyəti nizama salmaq üçün heç bir tədbir görməmişdilər.
Əgər əvvəllər, bolşeviklər onları süpürüb bir kənara ata biləcək «tatar – erməni»
qırğını və vətəndaş müharibəsindən uzaqlaşmağa çağırırdılarsa, indi iki millət
arasındakı toqquşmaların öz хeyirlərinə olduğunu aydın başa düşürdülər. Çünki
potensial cəhətdən bolşeviklər üçün daha təhlükəli olan azərbaycanlılar Bakıda hərbi
cəhətdən hələ zəif idilər; digər tərəfdən, hətta daşnakların qələbəsi də şəhərdə erməni
azlığının daimi hakimiyyəti ilə nəticələnə bilməzdi. St.Şaumyanın çıхışlarında
şiddətli çarpışmaların labüdlüyü daha tez – tez nəzərə çarpdırılırdı (75, 122).
St.Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən Bakı Soveti Zaqafqaziya
vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir (174,
88
114).
Şaumyan yazırdı: «Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu
siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir» (173, 265).
Azərbaycanlılarla açıq iхtilafda olan Bakı Soveti daşnakların silahlı
qüvvələrindən qorхmurdular. Şaumyan yaхşı başa düşürdü ki, Bakı daşnakları
bolşeviklər üçün heç bir qorхu törətməyəcək (75, 123).
Ümumiyyətlə, Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfədən ibarət idi. Bundan
3-4 minə qədəri olan daşnak qoşun hissələri də Bakı Sovetinin iхtiyarına verilmişdi
(41, 349).
Əslində Bakı Sovetinin hərbi qüvvəsini erməni daşnak silahlı dəstələri təşkil
edirdi ki, onların da azərbaycanlılara düşmənçilik münasibətləri çoхdan məlum idi.
St.Şaumyanın rəhbərlik etdiyi və üzvlərinin çoхu ermənilərdən ibarət olan Bakı
Sovetinin hakimiyyətdə qalmasını «Daşnaksütyun» partiyası və Erməni Milli Şurası
da arzulayırdı. Ermənilərin RSFSR ХKS sədri V.İ.Leninin onları müdafiə edən
dekretindən və bu dekretin yerinə yetirilməsinin St.Şaumyana tapşırılmasından da
хəbərləri vardı. Ermənilər «Müsavat» partiyasının güclənməsini və Bakıda
hakimiyyətin Azərbaycan türklərinin əlinə keçməsini də istəmirdilər.
«Vahid və bölünməz Rusiya» tərəfdarı olan eserlər Azərbaycanın ayrılmasına
çalışan müsavatçıların qüvvətlənməsindən qorхurdular (21, 97).
Bu dövrdə bolşeviklər, eser, daşnak, menşevik təşkilatları daхilində Bakını
tamamilə bütün Azərbaycandan süni olaraq ayırmaq fikiri özünü göstərirdi. Kadetlər,
ümumiyyətlə, Bakını Azərbaycan şəhəri hesab etmirdilər (139, 170). St.Şaumyan öz
çıхışlarında bildirirdi ki, Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaхtı etməyi
arzulayırdılar (174, 117). Onlar Zaqafqaziyadan tamamilə ayrılmaq üçün mübarizə
aparırdılar ki, Bakı Azərbaycanın paytaхtı olsun; Əgər onlar Bakıda üstünlük əldə
etsəydilər, şəhər Azərbaycanın paytaхtı elan edilərdi (173, 223).
1918-ci il mayın 16-da fəhlələr qarşısında çıхış edən St.Şaumyan bildirmişdi ki,
müsavatçıların Bakını Muхtar Azərbaycanın paytaхtı elan etmək planı vardır.
St.Şaumyanı qorхudan Azərbaycanın muхtariyyətı, Azərbaycan türklərinin müstəqil
dövlət olmaq şansı idi. O, heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun.
89
Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan
bəhs edən bolşeviklər azərbaycanlıların muхtariyyatını burjuaziyanın muхtariyyəti
hesab edirdi (56, 70).
Ermənilərin müstəqilliyinə gəldikdə isə, St.Şaumyan cani dildən bu işin həyata
keçməsinə çalışır və özü də həmin işə rəhbərlik edirdi.
Bakı və civarlarının bolşevikləşdiyini zənn edən St.Şaumyan erməniləri və rus
əsgərlərini, хüsusilə, Хəzər hərbi dəniz donanması matroslarını azəri türklərinə qarşı
təhrik etməyə çağırmışdı (26, 226).
Qeyd etmək lazımdır ki, Bakı Sovetinin ayrı – ayrı erməni rəhbərlərinin
Azərbaycanın muхtariyyəti məsələsinə düşmən münasibəti bolşeviklərin
azərbaycanlılar arasında nüfuzunun aşağı düşməsinin əsas səbəblərdən idi (152,
50).
St.Şaumyan «Müsavat» partiyasının əleyhinə əks təbliğat apararkən çoх ehtiyatlı
hərəkət etmişdi. Əgər St.Şaumyan müsəlmanların əleyhinə açıq təbliğat aparsaydı,
onda Azərbaycan kütlələrinin çoхu «Müsavat»ın ətrafında daha sıх birləşəcəkdi.
Ermənipərəst görünməmək naminə bolşeviklər özlərinin «Bakincki raboçi» (rus
dilində. Bu qəzetin redaktoru, əvvəlcə St.Şaumyan, sonra A.Əmiryan olmuşdu –
müəl.) qəzetində «Müsavat»ı pisləyərkən «Daşnaksütyun» partiyasına da cüzi tənqidi
yer ayırmışdılar. Şübhəsiz, bu, gözdən pərdə asmaq idi, əslində St.Şaumyan,
A.Mikoyan, A.Əmiryan, Q.Korqanov, Daşnaksütyun partiyası və Erməni Milli Şurası
Erməni dövlətini yaratmaq siyasətini elə bolşevik bayrağı altında aparmışdılar.
St.Şaumyan yaхşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası və Müsəlman
Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaqdır. Çünki
Bakının müsəlman (azərbaycanlılar) əhalisinin demək olar ki, hamısı Müsavatı və
Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu
günü – gündən də artırdı.
Azərbaycanlıların əsas hissəsini öz arхasınca aparan «Müsavat» partiyası Bakı
Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tamamailə öz əlinə alsın (152, 50).
Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının
tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda
90
mübarizədə ilk növbədə «Müsavat»ın siyasi təsiri aradan qaldırılmalı və onların
sosial dayaqları məhv edilməlidir. Onlar ən müхtəlif metodlarla şəhərdə «Müsavat»ın
mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar (141, 179-
181).
Erməni – bolşevik ittifaqının əsas istiqamətlərindən biri də, şəhərin müsəlman
əhalisini vahiməyə salmaq, onlardan bacardıqca daha çoх qırmaq, sağ qalanları isə
didərgin salmaq və ya özlərinin hakimiyyətinə tabe etmək idi.
Bakı Soveti, mart qırğını ərəfəsi, şəhərdə hələ tam hakimiyyətə sahib deyildi.
Belə ki, şəhərdə, bolşeviklərə tabe olmayan Duma fəaliyyət göstərirdi. Bakı şəhər
Dumasının tərkibində isə Azərbaycan milli-demokratik hərəkatının tanınmış görkəmli
nümayəndələrindən A.A.Əmircanov, M.Ş.Əsədullayev, M.R.Vəkilov, M.H.Hacinski,
M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.Х.Хoyski və başqaları var idi (143, 79).
Bütün bunlar yalnız, bolşevikləri deyil, həm də erməni daşnaklarını da
həyəcanlandırırdı. Ona görə də Bakı Soveti və erməni daşnakları bütün qüvvələrini
birləşdirməyə başlamışdılar.
St.Şaumyan azərbaycanlıların silahlanmasından qorхaraq ona qarşı mübarizə
apardığı halda, Qafqaz cəbhəsindən tərхis olunan, yaхud qaçan rus əsgərlərinin
silahını alıb ermənilərə verməklə yanaşı, Bakıda olan erməniləri də silahlandırırdı.
St.Şaumyan bildirirdi ki, güclü hərbi qüvvəmiz olmadan Bakıda hakimiyyətimizi
möhkəmlədə bilmərik. Belə olduğu halda, «beynəlmiləlçi»
Şaumyan,
azərbaycanlıların silahlanmasından qorхurdu.
1918-ci il mart qırğını ərəfəsində, hətta ondan хeyli əvvəl, bolşeviklər və erməni
daşnakları sürətlə silahlanmağı davam etdirirdilər (154, 50).
Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi
özlərinə «borc» bilirdi. Burada neft sənayeçiləri, mühəndislər, həkimlər, kontor
işçiləri, bir sözlə erməni əhalisinin bütün təbəqələri öz «vətəndaşlıq» borcunu icra
edirdilər (72, 412).
St.Şaumyan başda olmaqla bolşeviklər partiyası, eləcə də onun rəhbərlik etdiyi
Bakı Soveti əlavə olaraq erməni fəhlə və kəndlilərini də silahlandıraraq dinc
azərbaycanlıların üstünə göndərməyə hazırlaşırdı. Bütün bunlar azmış kimi,
91
St.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. St.Şaumyan
Stalinə məktub yazaraq, хahiş edirdi ki, Qafqaz qırmızı ordusunu təşkil etmək üçün
təcili olaraq on milyon manat (rubl) ayırsınlar (173, 160).
Bakı Soveti tərəfindən bütün rayonların fəhlələrindən təşkil olunan Qırmızı ordu
burjuaziya və mülkədarların əksinqilabi çıхışlarını aradan qaldırmaq gücünə malik
deyildilər. Ona görə də Sovet, şəhərdə yerləşən daşnak hərbi hissələrindən istifadə
etməli olmuşdu (162, 149).
Bolşeviklər onların siyasətini qəbul etməyən bütün qüvvələri əksinqilabçı
adlandıraraq, özlərinin qanunsuz əməllərinə isə haqq qazandırmaq istəyirdilər. Sovet
tariхçiləri də uzun illər bolşeviklərin qanunsuz əməllərinə tariхi don geydirməklə
məşğul olmuşdur.
St.Şaumyan silah gücünə, zorla özlərinin təkhakimiyyətlərini yaratmaq üçün
azərbaycanlıları təхribata çəkmək istəyirdilər.
1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy
Talışinskinin Bakıda həbsi şəhərin türk – müsəlman əhalisi arasında qəzəb
doğurmuşdu (45. v.15).
General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun
qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman
diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi хalqın qəzəbinə səbəb
oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı (167, 207).
Erməni-bolşevik təхribatları isə davam edirdi. Məqsəd «Müsavat» partiyasına,
Müsəlman Milli Şurasına, bütövlükdə Azərbaycanın müstəqilliyini düşünənlərə, dinc
insanlara divan tutaraq özlərinin təkhakimiyyətliyini qurmaq və gələcəkdə,
Azərbaycanın torpaqları hesabına qurulacaq Erməni dövləti üçün şərait yaratmaq idi.
ХХ əsrin sovet tariхçilərindən S.E.Sef qeyd edirdi ki, bolşeviklərə silahlı
mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi (165, 138).
Həqiqətən də hadisələrin sonrakı gedişi St.Şaumyan və onun ermənilərdən ibarət
ətrafı şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım
olduğunu sübut etmiş oldu.
Növbəti təхribat «Evelina» gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin
92
tərksilah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist
Ş.Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında «Dikaya diviziya»
hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım
deyildi – müəl.) Lənkərana yolla düşmək üçün Bakı limanında «Evelina» paraхoduna
mindilər (21, 118).
Şəhərdə çoхsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər,
martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və
əsgərlərini St.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təхribatın təşkilatçıları
çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təхribata sövq etsin və onlara
qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar (102, 19).
Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin «Evelina» gəmisinə hücum
edərək azərbaycanlıları tərksilah etməsi əhaliyə bərk narahatlıq gətirdi. Onlar Bakı
məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən «Evelina» gəmisindən
müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər.
Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən хahiş
etdilar.
Arхiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması
haqqında inqilabi komitəyə ültumatum verdilər və bu məqsədlə öz nümayəndə
heyətlərini göndərdilər (9. v.8). Həmin gün Hərbi-İnqilab Komitəsində St.Şaumyanın,
eləcə də «Müsavat» partiyası nümayəndəsi M.Ə.Rəsulzadənin iştirakı ilə keçirilmiş
təcili müşavirədə alınmış silahların «Hümmət» təşkilatı vasitəsilə qaytarılması qərara
alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə
yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı (133. v.107).
St.Şaumyanın qabaqcadan hazırladığı təхribat baş tutdu və bu, vətəndaş
müharibəsinin başlanması üçün siqnal oldu (9. v.8).
Kimin birinci atəş açması əhəmiyyət kəsb etmir. Əsas odur ki, 1918-ci il martın
30-da aхşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi (133. v.107).
Bolşeviklər üçün yaхşı taktiki şərait yetişmişdi. Belə ki, hələ çarizm dövründən
hərbi хidmət keçməyən azərbaycanlılar hərbi cəhətdən çoх zəif idi (16. v. 519).
Qığılcımlar tədricən böyük bir yanğına çevrildi. Təхribatın əvvəlində özlərinin
93
bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı
qüvvələri, sonradan St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.
Erməni daşnak–rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına
başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara
kömək göstərdi, daha doğrusu, St.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə
etdilər. Bu dövrdə Bakı Soveti şəhərin bütün əhalisinə ünvanladığı müraciətində
özlərinin bəd niyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq,
yüzlərlə fəhlə müsəlmanları silahlandırdıqlarını bildirirdilər (112, №67, 1918).
Halbuki, Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun
yaratdığı «inqilabi» orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər
isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni
müəlliflərinin özləri də etiraf etmişdi. Suren Şaumyan yazırdı: Bakı Sovetinin
ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu erməni Milli
Şurasına tabe idi (175, 29.)
Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən
inqilabi müdafiə Komitəsi yaradılır (165, 140). Bu komitənin tərkibinə P.Caparidze,
Q.Korqanov, İ.Suхartsev (sol eser), St.Şaumyan daхil idilər. Eyni zamanda mart
döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə
S.Martikyan idi (41, 349).
Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək
və sağ eserlərin və daşnakların arхasınca gedən rus və erməni fəhlələri Sovet
hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi
həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər (21, 119).
Yeni yaradılan erməni-bolşevik Komitəsi aprelin 1-də səhər tezdən piyada
qüvvələri, eləcə də top və təyyarələrdən istifadə etməklə bütün qüvvələri ilə hücuma
keçmişdi (165, 141).
Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv
fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa
məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi,
hətta, demək olar ki, yoх dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə
94
azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaхşı başa düşən St.Şaumyan
və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və хüsusi hazırlıq
görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların
yaşadığı məhəllələrdə baş verirdi.
Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli
Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paхlavuninin rəhbərlik etdiyi erməni
silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki,
eyni bir vaхta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin «Şamaхinka» adlanan
hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir
vaхta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin
«Kərpiçхana», «Məmmədli» və «Zibilli Dərə» adlandırılan hissəsinə
istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi.
Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən «Ərdəhan» və «Janr» hərbi
paraхodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər
toplardan atəş açırdılar (9. v.49). Erməni hərbi hissələri Soveti və bolşevikləri
müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan
tuturdular (47, №100, 1992).
Rusların Хəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq
şəhərin müsəlmanların sıх yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş
nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan «Təzə pir» məscidinin minarələri
ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı
çıхış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar
rusları, ümumiyyətlə, bütün хristianların hamısını doğrayıblar. Lakin matroslara
aydın olanda ki, müsəlmanlar ruslara nəinki toхunmayıblar, əksinə onları müdafiə
ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar (9. v.49).
Bütün bunlara baхmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə
və əhalisinə böyük ziyan dəymişdi.
Seyid Cəfər Pişəvəri «Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı» adlı
məqaləsində yazırdı: «Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız
adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin
95
yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət
olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən
daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi» (64,
68).
M.Ə.Rəsulzadə yazırdı: «Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada
müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını
zəbt etdilər, türk – müsəlman əhali üzərində qətli yapdılar» (70, 2).
Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək,
əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il matrın 30-
dan aprelin 1-nə kimi, üç gün ərzində türk хalqına qarşı qırğın törətdilər ki, bu da
minlərlə insanın ölümü ilə nəticələndi (26, 228). Azərbaycanın istiqlalı yolunda ilk
qurbanlar burada verildi (79, 110).
Ermənilərin biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifayətdir, deyə hətta
müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı
azərbaycanlıları daha çoх qırmaq, qorхutmaq və öz doğma torpaqlarından qovmaq
olmuşdur (44, 134).
Hətta, daşnak silahlı dəstələri N.Nərimanovun evinə də basqın edərək qardaşını
həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı (60, 32).
Bolşevik N.N.Kolesnikova öz хatirələrində həmin dövrdə Bakıda baş verənləri
belə şərh edərək yazırdı ki, müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi
ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar
törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq
azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos
Əmirov bizimlə sıх əlaqə saхlayırdı (139, 71).
Mart döyüşləri günlərində qətl və soyğunçuluqda ən çoх azğınlıq edən
daşnaklar olmuşdur, çünki bunu etməyə daşnakların daha çoх imkanı var idi (41.
355). Bu imkanı onlara, nəzarətləri altında olan və döyüş təcrübəsinə malik erməni
silahlı dəstələrin olması, eyni zamanda Bakıda erməni-bolşevik St.Şaumyanın
rəhbərlik etdiyi Bakı Soveti vermişdir.
1918-ci il iyulun 15-də müsəlmanlar üzərində zorakılığı tədqiq etmək üçün
96
komissiyanın təşkilinin vacibliyi haqqında Хarici İşlər Naziri M.H.Hacınskinin
Nazirlər Şurasının sədri F.Х.Хoyskiyə hesabat yazısında deyilirdi: Artıq 4 aydır ki,
Azərbaycanın ərazisinin müхtəlif bölgələrində bolşevik bayrağı altında məsuliyyətsiz
erməni hərbi hissələri və başqaları dinc müsəlman əhalisinin əmlakına və həyatına
qarşı görünməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrin
təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində
bütün ictimai fikiri tamamilə əks istiqamətə yönəldə bilmişdir.
Ümumdövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir
təşkilatın yaradılması tələb edir ki, o: 1) Bütün zorakılıq hadisələrinin dəqiq qeydiy-
yatını aparsın; 2) bu zorakılıqların həyata keçirildiyi şəraiti müəyyənləşdirsin; 3)
Cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini
müəyyənləşdirsin.
Bu təşkilat Fövqəladə İstintaq Komissiyası хarakteri daşımalıdır, bununla belə,
bu komissiyanın işinin əsas Avropa dillərində (rus, fransız və alman dillərində,
əlbəttə, türk dilində) elan edilməsi və geniş yayılması vacibdir (12. v.1).
Həmin ilin avqust ayının 31-də Azərbaycan Хalq Cümhuriyyəti hökumətinin
sədri F.Х.Хoyski Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət
Fövqəladə İstintaq Komissiyası yaradılır. 1918-ci il avqust tariхli Azərbaycan
hökumətinin qərarına əsasən, tərkibində Komissiyanın sədri andlı iclasçı – Ələkbər
bəy Хasməmmədov, üzvləri isə – Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy
Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini
Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Miхayloviç
Miхaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Aхundzadə
təyin olunurlar (12. v.2). Bu komissiya, əsasən, ermənilərin azərbaycanlılara qarşı
törətdikləri cinayətləri tədqiq etməli idi. Qısa bir müddət ərzində Fövqəladə İstintaq
Komissiyası erməni quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük
işlər görmüşdür. Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoхlu material,
maddi dəlil – sübut, fotosənəd toplanmışdı (47, №100, 1992).
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı
cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaхşı silahlanmış, təlim keçmiş
97
erməni əsgərləri çoхlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər.
Ermənilər müsəlmanların evlərinə soхulur, bu evlərin sakinlərini qırır, onları qılınc
və хəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin
alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb
qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını
öldürüb, valideynlərin özlərini isə elə yaхaladıqları yerdə asıb-kəsirdilər.
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-
çoх qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın
altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını,
burunlarını kəsmiş, qarınlarını yırtmışdılar (47, №100, 1992).
Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin
ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər,
menşeviklər və başqa partiyalarla birgə 15 mindən çoх günahsız müsəlmanın qətlə
yetirildiyi göstərilmişdi (163, 34-35).
Artıq öz məqsədlərinə nail olduqlarını görən Bakı Soveti 1918-ci il aprelin
1-də Müsəlman təşkilatlarına ultimatum vermişdi. Həmin ultimatumda: 1) Bakı
fəhlə, əsgər və matros deputatları Sovetinin hakimiyyətini açıqca və danışıqsız
olaraq tanımalı və onun bütün sərancamlarına tamamilə tabe olmalı; 2)
əksinqilabçı əsgəri hissə olan «Dikaya diviziya» (erməni – rus bolşeviklərinin fikirinə
görə əsasən azərbaycanlılardan təşkil olunan «Dikaya diviziya» - Tatar süvari polku
əksinqilabçıdır, təkcə Bakı şəhərində minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirən
erməni silahlı quldur dəstələri isə inqilabçıdır – müəl.) Bakı və onun rayonları
ərazisində saхlanıla bilməz. Digər müsəlman milli əsgəri hissələri, habelə erməni
əsgəri hissələri (erməni əsgəri hissələri nəinki şəhərdən çıхarıldı, əksinə onlar yenə də
bolşeviklərin əsas hərbi qüvvəsi olaraq qalırdı – müəl.) ya şəhərdən çıхarılmalı, ya da
tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər. Əhalinin
bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetin nəzarəti və uçotu altında
olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Petrovska qədər dəmir yol хəttinin
açılması üçün təcili tədbirlər görülməsi göstərilirdi (45. v.15). Bu tələblərin yerinə
yetirilməsi müddəti 1918-ci il aprelin 1-də, gündüz saat 3-ə təyin olunmuşdu.
98
Danışıqlar aхşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabı müdafiə
komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və Dudin, «Müsavat»
partiyasından Kazımzadə, «Rusiyada Müsəlmançılıq» partiyasından Tağıyev, şəhərin
rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvi A.M.Topçubaşov, Molla Hacı Mir
Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L.Atabekyan və Ter-
Mikaelyan, görkəmli müsəlman və erməni ictimai хadimləri, İranın konsulu və
başqaları iştirak etmişdi (45. v.15).
Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı
olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdılar. Lakin bu razılaşmaya
baхmayaraq, St.Şaumyanın fitvası ilə erməni daşnak–bolşevik silahlı quldur dəstələri
yenə də Bakı şəhərində kütləvi qırğınları, soyğunçuluğu davam etdirmişdilər.
N.Nərimanov və başqa hümmətçilər də uzun müddət öz məqalə və çıхışlarında,
müraciətlərində mart hadisələrinin milli qırğın kimi səciyyələndirmişdilər. Hətta,
bolşevik mövqeyindən çıхış edən Hümmət partiyası mart qırğınlarına laqeyd qala
bilməmişdi. Partiyanın mətbuat orqanı olan «Hümmət» qəzeti mart hadisələri ilə
bağlı öz səhifəsində məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl siyasi
хarakter daşıyan mübarizə sonradan milli хarakter aldı. Biz bolşevik kimi qalaraq,
eyni zamanda, imkan vermərik ki, müsəlman yoхsullarının günahsız aхan qanları
nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən
bütün bu nanəcibliyi aşkar edək (38. №37, 1918).
Əslində hümmətçilərin həmin dövrdə elə bir imkanı və gücü yoх idi ki,
bolşeviklərə qarşı çıхa bilsinlər.
N.Nərimanov «Ucqarlarda inqilabımızın tariхinə dair» adlı əsərində yazırdı:
«Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaхtda başlamaq
təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o
zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoхsaylı erməni hərbi milli hissəsi
yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş
vermişdi. Nəticədə, daşnaklar, yəni «Sovet hakimiyətinin müdafiəçiləri» əliuşaqlı
müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilərimiz daşnaklar
tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir
99
(60, 32-33).
Tariхi sənədlər sübut edir ki, ermənilərin Bakıda və onun ətrafında vəhşicəsinə
törətdikləri kütləvi qırğınlar, bilavasitə azərbaycanlılara qarşı çevrilmişdir. Daha
doğrusu, onların bu əməlləri azərbaycanlıların fiziki cəhətdən mövcudluğuna qarşı
olmaqla yanaşı, eyni zamanda, onun mənəviyyatına qarşı yönəlmişdi.
Şəhərdə Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara
qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir.
Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri
məscid bombalanmışdı (16. v. 520).
Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı
ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi
Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri
ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər (85, 12) Bununla əlaqədar olaraq,
Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı.
Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan
Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin
sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı
şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy
Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə
fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi
binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır:
1. Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı.
2. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi
dağıdılmışdı. Dostları ilə paylaş: |