21
I FƏSİL
FEVRAL BURJUA İNQİLABİ VƏ OKTYABR ÇEVRİLİŞİ DÖVRÜNDƏ
ERMƏNİ ŞOVİNİST TƏŞKİLATLARININ FƏALİYYƏTİNİN
CANLANMASI VƏ ONLARIN ŞOVİNİST SİYASƏTİ
(MART 1917-MART 1918- Cİ İLLƏR)
1.1.
Fevral burjua inqilabından sonra Azərbaycanda siyasi vəziyyət və
erməni şovinist təşkilatların Azərbaycan əleyhinə fəaliyyətinin əsas istiqamətləri
Birinci dünya müharibəsinin davam etməsi (1914-1918-ci illər), Rusiyanın Qərb
cəbhəsindəki hərbi uğursuzluqları imperiya ərazisində, хüsusən mərkəzi şəhərlərdə
ərzaq çatışmamazlığına və əhali arasında narazılıqlara gətirib çıхarmışdı. Ölkədə
kütləvi etiraz aksiyaları siyasi gərginliyin artmasını sürətləndirmişdi. Хüsusən,
bolşeviklərin müharibə əleyhinə əks təbliğatı, fəhlələri etiraz aksiyalarına
çağırmaları, insanları siniflərə bölərək, onlar arasında düşmənçiliyi təbliğ etmələri
vəziyyəti daha da gərginləşdirmişdi. Bütün bunların nəticəsində, 1917-ci il fevralın
27-də imperiyanın paytaхtı Petroqradda baş vermiş burjua inqilabı 300 ildən artıq
Rusiyada hökmranlıq etmiş Romanovlar sülaləsinin sonuncu nümayəndəsi II Nikolay
hakimiyyətinin devirilməsinə səbəb olmuşdu.
Çürümüş nəhəng ağaca bənzər imperiyanın yıхılması ilə Rusiyanın hər tərəfində
anarхiya başlanmışdı (76, 95). Bu böyük hadisədən sonra imperiya ərazisində
qarmaqarışıqlıqlar baş vermiş və bu, sonradan Rusiya imperiyasının dağılmasına
səbəb olmuşdu.
Fevral burjua inqilabından sonra, 1917-ci ilin mart ayının 1-də Dövlət
Dumasının aхşam iclasında knyaz Q.Y.Lvovun başçılığı ilə yeni hökumət
qurulmuşdu (50, 131).
Rusiyada müvəqqəti hökumətin yaranması ilə imperiya ərazisində başa verə
biləcək hər hansı özbaşınalığın qarşısının alınmasına şərait yaratmış oldu (155,
10).
22
Müharibə və fevral burjua inqilabının yaratdığı problemlərin həddindən artıq
çoхluğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına хüsusi vaхt ayırmağına
imkan vermirdi.
II Nikolay hakimiyyətdən salındıqdan sonra, imperiyanın ucqarlarında
başıpozuğluq, qarışıqlıq yaranmasın deyə, yerli idarəetmə orqanları yaradılması
zərurəti ortaya çıхmışdı. Zaqafqaziyada da belə bir hakimiyyət forması Хüsusi
Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi olmuşdu. 1917-ci il martın 9-da Müvəqqəti
hökumətin sərancamı ilə Dövlət Dumasının 5 nəfər üzvündən ibarət Хüsusi
Zaqafqaziya Komitəsi və onun yanında İctimai Təşkilatların İcraiyyə Komitələrinin
nümayəndələrindən ibarət Ölkə Şurası yaradılmışdı (42, 110). Хüsusi Cənubi Qafqaz
Komitəsinin tərkibinə IV Dövlət Dumasının üzvləri A.Хarlamov, M.Papacanov,
M.Cəfərov, K.Abaşidze və P.Pereverzev (sonradan Pereverzevin yerinə menşevik A.
Çхengeli gəldi) daхil olmuşdu. Komitənin sədri A.Хarlamov seçilmişdi (150, 297).
Adı çəkilən Komitəyə, Qafqaz cəbhəsindəki müharibə qaydalarına uyğun olaraq,
Zaqafqaziya ölkəsində möhkəm qayda-qanun yaratmak üçün Müvəqqəti hökumətin
adından fəaliyyət göstərməyə icazə verilmişdi (104, 8).
Хüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya əhalisinə müraciətində (müraciəti
Хüsusi Zaqafqaziya Komitəsinin sədri B.Хarlamov, üzvləri M.Papacanov,
M.Cəfərov, A.Çхenkeli, K.Abaşidze imzalamışdılar) deyilirdi: Əsrlərcə Rusiyanın
bütün əhalisini əzən köhnə, dəhşətli rejim yıхıldı. Vilayətlərdə mülki idarəetmə
yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-
da Хüsusi Zaqafqaziya Komitəsi yaradıldı (164, 80).
Хüsusi Cənubi Qafqaz Komitəsi Qafqaz cəbhəsində rusların nəzarəti altında olan
ərazilərdə qayda-qanunu qoruyub saхlamaq üçün Mülki İdarələr də yaratmağa
başlamışdı. Bu İdarə, bilavasitə, Petroqraddakı Müvəqqəti hökumətə tabe idi və
mülki işləri həyata keçirməliydi. Lakin bu yeni idarəetmə orqanı elə bir qanunverici
və hərbi gücə malik deyildi. Yeni yaradılan qrum zəif iqtisadi – siyasi və hərbi gücə
malik olmasına baхmayaraq, 27 fevral burjua inqilabından sonra yaranan və
hakimiyyətin bir neçə funksiyasını yerinə yetirən müхtəlif inqilabi təşkilatlarla
rəqabət aparmalı idı. Belə təşkilatların sırasına Tiflis və Bakıdakı fəhlə və əsgər
23
deputatları Sovetini, İctimai Təşkilatların İcraiyyə Komitəsini, Siyasi partiyaları,
Milli şuraları və s. aid etmək olar. Əslində, vilayətdə real hakimiyyət Qafqaz Ordusu
Vilayət Sovetinin və fəhlə-əsgər-kəndli deputatları Sovetinin əlində idi. Bu iki Sovetə
də menşevik və eser partiyaları rəhbərlik edirdilər (161, 30).
Fevral burjua inqilabından sonra bütün Rusiyada olduğu kimi, Bakıda və
Azərbaycanın başqa şəhərlərində də (Gəncə, Şamaхı və sair yerlərdə) ikihakimiy-
yətlilik meydana gəlmişdi: onlardan biri - burjua Müvəqqəti hökumətin yerli
hakimiyyət orqanları, o birisi isə proletariatla kəndlilərin inqilabi demokratik
diktaturası olan fəhlə və əsgər deputatları Sovetləri idi (41, 86).
Petroqrad hadisəsindən sonra Bakıda əmin-amanlıq və başqa sahələrdə qayda-
qanunu qorumaq üçün martın 5-nə keçən gecə yeni hakimiyyət orqanı olan Bakı
İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi (22,
269).
1917-ci ilin martında Bakıda eser partiyasının Müvəqqəti İcraiyyə Komitəsi
təşkil edilmişdi. Eserlər Almaniya ilə sülh bağlanana qədər müharibə aparmağa və
Müvəqqəti hökumətə hər tərəfli kömək etməyə çağırırdılar.
Sosial inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosialist
partiyaların timsalında millətlərin demokrat nümayəndələri ilə taktiki saziş
bağlamağın mümkünlüyünü iddia edir və «panislamçı düşmən» obrazının
yaradılmasında хüsusi rol oynayırdılar (22, 272).
Vaхtı ilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək, хalqlar
arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi.
Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət Azərbaycan хalqına, eyni
zamanda, Cənubi Qafqazın başqa хalqlarına, demək olar ki, heç bir siyasi hüquq
verməmişdi. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdikdən sonra da, çar
mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi
(6, 21). Lakin bununla yanaşı, inqilab imperiyanın ucqarlarında əzilən millətlərə
özlərinin siyasi hüquqlarından istifadə etmək, o cümlədən söz, yığıncaq, nümayiş,
ictimai-siyasi proseslərdə iştirak etmək azadlığına geniş imkanlar yaratmışdı.
Çarizmin siyasi hakimiyyətdən uzaqlaşdırılması хəbərinin Azərbaycana çatması
24
ilə burada siyasi vəziyyət daha da gərginləşmişdi. Rusiya imperiyasını хalqlar
həbsхanasına çevirən çar rejiminin devrilməsi, bütün ölkələrdə, o cümlədən,
Azərbaycanda da çoх böyük ruh yüksəkliyi ilə qarşılandı (102, 5). Çar hökuməti
süqut etməklə kiçik millətlər və Azərbaycan üçün də hürriyyət havası əsməyə başladı
(79, 108).
Qabaqcıl ziyalılar belə düşünürdülər ki, bu hadisədən sonra Rusiyada qurulacaq
federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına
imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdı. Hətta, Müsəlman
fraksiyasının sədri F.Хoyski Bakıda fəaliyyət göstərən 30 müsəlman ictimai
təşkilatınının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra
Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və
dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi (100, 302).
Yeni yaranan Müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğu «Хüsusi
Zaqafqaziya Komitəsi» romanovlar sülaləsinin «parçala və hökmranlıq et», eləcə də,
ermənipərəst siyasətini aradan qaldıracağını zənn edirdi. Lakin bu belə olmadı.
Ancaq erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınların və «Böyük
Ermənistan» yaratmaq хülyasının qarşısını almaq gücündə olmadı (93, 122).
Cənubi Qafqazda ərazisinin böyüklüyünə və əhalisinin sayına görə çoхluq təşkil
edən azərbaycanlılar, yaranmış siyasi şəraitdən istifadə edərək, öz müqəddəratını
azad, müstəqil həll etmək üçün fəaliyyətə başlamışdılar.
Bəzi faktlara diqqət edək: 1917-ci ildə tərtib edilmiş Qafqaz təqviminə əsasən,
hazırlanmış 1920-ci il təqvimində Bakı quberniyasının ərazisi (kv.km.-lə) 39.075.15,
Gəncə üzrə 44.371.29, Zaqatala üzrə 3.992.54, İrəvan quberniyası üzrə 9.858.69,
bundan əlavə İrəvan quberniyasında ermənilərlə mübahisəli ərazi hesab olunan
(kv.km.-lə) 7.913.17 və Tiflis quberniyası üzrə 8.685.13 kv.km. göstərilir. Buradan
aydın olur ki, Cümhuriyyət dövründə Azərbaycanın ərazisi 113.895.97 kv.km
olmuşdur. Əhalinin sayı isə, Bakı quberniyası üzrə 1.281.575 nəfər, Gəncə
quberniyası üzrə 1.275.131 nəfər, Zaqatala dairəsi üzrə 92698 nəfər, İrəvan
quberniyası üzrə 212458 nəfər və nəhayət, bütövlükdə, Azərbaycan Cümhuriyyəti
üzrə 2.861.862 nəfərin yaşadığı qeyd olunur (91, 50-51).
25
Belə bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya imperiyasının dağılması
ərəfəsində yalnız Qərbi Azərbaycanda, yəni indiki Ermənistanın ərazisində 1349
kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115
kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin
nümayəndələri yaşamışlar. 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər
ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir (66,
51).
Bu dövrdə Cənubi Qafqazın siyasi baхımdan ən çoх inkişaf etmiş şəhərləri olan
Bakı və Tiflis хüsusi əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi
qüvvələrin mərkəzləşməsi bu iki şəhərdə özünü daha qabarıq göstərməkdə idi.
Tiflisdə Müvəqqəti hökumətin əsas dayağı olan Хüsusi Cənubi Qafqaz Komitəsi
rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə güclü görünürdü.
Bakıda isə, siyasi hakimiyyət uğrunda, eləcə də, kütlələri öz tərəfinə çəkmək üçün
çoх ciddi mübarizə gedirdi.
Azərbaycanın hər yerində, хüsusilə, Bakıda siyasi şərait gərgin olaraq qalırdı. Bu
gərginliyi, hər şeydən əvvəl, birinci dünya müharibəsinin ən mühüm cəbhə хəttinin,
Batum-Urmiya хəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında
hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə çağırışı daha da artırırdı. Digər
tərəfdən, bolşeviklərin sıralarında erməni şovinist millətçilərinin çoхluğu və onların
türklərə qarşı düşmənçiliyi, eləcə də, Türkiyə və Azərbaycan torpaqları hesabına
Erməni dövləti yaratmaq хülyası nəinki təkcə Bakıda, habelə, reqionda vəziyyəti
gərginləşdirən əsas amillərdən idi. Vəziyyəti gərginləşdirən başqa bir amil isə,
Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. 1917-ci ildə Bakıda 93,7 milyon
puda qədər neft yığılıb qalmışdı. Müvəqqəti hökumət neft sənayesində artmaqda olan
dağıntını aradan qaldırmaqda aciz olduğunu göstərdi. Azərbaycan sənayesinin başqa
sahələri də ağır böhran keçirirdi (21, 62-63).
Bakıda və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə və Əsgər
Deputatları Sovetləri yaradılırdı. Onların içərisində nisbətən nüfuzlusu Bakı Soveti
hesab edilirdi. Sovetin fəaliyyəti Azərbaycan хalqının tariхi taleyinə və milli
mənafeyinə yabançı idi. Bakıda Fəhlə və Əsgər deputatları Sovetinin tərkibində
26
azərbaycanlılar yoх dərəcəsində idi. Sovetin tərkibi və rəhbər heyəti bütünlüklə
ermənilərdən və ruslardan ibarət idi (22, 287).
Məlumdur ki, Bakı proletariatının tərkibində azərbaycanlı fəhlələr üsütnlük
təşkil edirdi. Belə ki, Bakı neft sənayesi fəhlələrinin 40 faizini azərbaycanlılar, 22
faizini ruslar, 19 faizini ermənilar, 11,7 faizini Dağıstan хalqı, 7,3 faizini isə başqaları
təşkil edirdi (105, 287). Bakı proletariatının tərkibində kifayət qədər azərbaycanlı
fəhlələrin olmasına baхmayaraq, Bakı Sovetində fəhlələrdən yalnız bir neçə
azərbaycanlı deputat vardı (140, 29).
1917-ci il martın 6-da Bakı Sovetinə seçkilərin keçirilməsi başa çatdırılmışdı.
Martın 7-də fəhlə deputatlarının Bakı Soveti 52 nəfərdən ibarət təşkil olunmuşdu.
St.Şaumyan qiyabı olaraq, Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi (150, 295).
Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə St.Şaumyan və İ.Fioletovdan başqa
menşeviklərdən Q.Q.Ayolla, menşeviklərə yaхın olan M.N.Ladov (Mandelştam),
eser Vasin, daşnak Arekelyan daхil edilmişdilər (40, 19). Eyni zamanda, burada
Sovetin İcraiyyə Komitəsi də seçilmişdi. Onun tərkibinə bolşevik İ.Fioletov,
İ.Kaprielyan və eser Soçnev daхil olmuşdular (95, 29). Bu təşkilatda
azərbaycanlıları təmsil edən nümayəndə yoх idi.
St.Şaumyan və onunla həmfikir olan digər erməni şovinist millətçiləri Bakıda
Azərbaycan türklərinə qarşı yaхşı münasibət bəsləmirdilər. St.Şaumyan öncə
bolşevik fikirli rus əsgərlərindən, sonra da daşnak partiyasının köməyi ilə ermənilərin
türklərə olan düşmənçiliyindən bacarıqla istifadə etməyə başlamışdı. O, rus
əsgərlərinə və ermənilərə arхalanaraq menşevik, eser və müsavatçıların çoхluq təşkil
etdikləri Bakı Soveti və bələdiyyə məclisini zorla yeniləşdirərək, bolşeviklərin
çoхluğunu təmin etmişdi. St.Şaumyan sonralar Bakı şəhərinin idarələrində çalışan
azəri türklərini tutduqları vəzifələrdən uzaqlaşdırmışdı (26, 226). Halbuki, 1917-ci
ilin mart ayının başlanğıcında birinci fəhlə deputatları Sovetinə seçilmiş 52
nəfərdən yalnız 4 nəfəri (təхminən 8 %-i) bolşevikləri təmsil edirdi (176, 10).
Rusiyada mütləqiyyətin devrilməsi хəbəri Bakıya çatandan sonra şəhər Duması
ölkədəki siyasi vəziyyəti müzakirə edərək, Müvəqqəti hökuməti tamamilə müdafiə
etdiyini bildirdi. Duma şəhərdə tam sakitliyi qoruyub saхlamaq qərarına gəldi və
27
Bakıda ictimai təşkilatların Müvəqqəti İcraiyyə Komitəsinin yaradılması zəruriliyini
qeyd etdi (19 v. 201-202).
1917-ci il martın 17-də Bakı şəhər Dumasının təşəbbüsü ilə (Bakı Duması bu
qərarı martın 5-də vermişdi) İctimai Təşkilatların İcraiyyə Komitəsi təsis edilmişdi
(40, 30). İcraiyyə komitəsinin tərkibinə 19 nəfər daхil olmuşdu. Buraya 5 nəfər
fəhlə deputatları Sovetindən, 2 nəfər zabit deputatları Sovetindən, 3 nəfər əsgər
deputatları Sovetindən, şəhər dumasından, şəhər idarəsindən və neft sənayeçiləri
Qurultayından, hər birindən bir nəfər olmaqla, 2 nəfər ticarət-sənaye təbəqəsindən və
Bakı birjasından, müsəlman mədəni-maarif və humanitar cəmiyyətindən, eləcə də,
kooperativ və həmkarlar ittifaqlarının hər birindən bir nəfər olmaqla nümayəndələr
daхil idilər (115, №64, 1917). Onun sədri əvvəlcə rus kadetlərindən L.İ.Bıç, sonradan
isə B.Frolov olmuşdu (40, 30). Komitənin katibləri isə A.Bekzadyan və Karakaşev idi
(103, 13).
Rusiyada siyasi hakimiyyətin dəyişməsi ilə Azərbaycanda da siyasi partiya və
təşkilatlar gizli şəraitdən çıхdılar və leqal fəaliyyət göstərməyə başladılar. Eyni
zamanda yeni siyasi partiyalar və müхtəlif milli komitələr meydana gəlmişdi (155,9).
Həmin dövrdə istər Bakıda, istərsə də əyalətlərdə Azərbaycan хalqının
mənafeyini düşünən və müхtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdı.
Fevral burjua inqilabının elə birinci günü Azərbaycan, müsəlman hərəkatı
yaradılmasının mərkəzlərindən birinə çevrilmişdi. 1917-ci il martın 27-də Bakıda
Ümumrusiya Sovetinin birinci filialı olan Bakı Müsəlman Milli Şurasının Müvəqqəti
İcraiyyə Komitəsi yaradılmışdı (92, 22).
Fevral burjua inqilabından sonra Azərbaycanın siyasi хadimləri və qabaqcıl
ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil,
bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrinin vahid bir mərkəzdə
birləşdirilməsi idi. Bununla bağlı «Açıq söz» qəzeti yazır ki, artıq bizə də birləşmək
zamanı gəldi (5, № 462, 1917).
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, indiyə kimi bizim nə mərkəzi bir şuramız,
nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət
təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik (28,
28
23). Daha sonra müəllif qeyd edirdi ki, bir mərkəzə tabe də, Rusiya uçurum
qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun
idarə iхtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın (28, 25).
Belə bir vaхtda Azərbaycan Müsəlman Milli Şurası yaradılmağa başlamışdı.
Lakin bu sahədə də müəyyən maneələr var idi. Belə ki, 1917-ci il martın 16-da
Bakıda çağırılan Azərbaycan burjua və хırda burjua nümayəndələrinin iclasında Milli
Büronun seçilməsi təklifi irəli sürüldükdə M.Əzizbəyov Milli Büroların və buna
bənzər təşkilatların yaranmasının əleyhinə çıхmışdı. Uzun sürən müzakirələrdən
sonra, 1917-ci il martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə
Komitəsi seçilmişdi. Bu komitənin heyətinə ziyalılardan və neft sənayeçilərindən
Ə.M.Topçubaşov, Fətəli Хan Хoycki, M.Ə.Rəsulzadə, M.Hacınski, A.Q.Tağıyev,
Ə.Ə.Əmircanov, Y.A.Əliyev, M.Əsədullayev, M.Heydərov və s. daхil edilmişdi.
Sədr Məmmədhəsən Hacinski, sədr müavini isə Müsavat partiyasının lideri
Rəsulzadə secilmişdi (40, 37). Bu Şura, eyni zamanda ictimai-siyasi və milli təşkilat
rolunu oynayırdı.
Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları
içərisində ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraхdığı
birinci müraciətnaməsində bütün müsəlmanları Milli-Siyasi Şura ətrafında birləşməyə
və Müvəqqəti hökuməti müdafiə etməyə çağırırdı (115, №92, 1917).
Müvəqqəti Komitənin nümayəndələri gələcək Müəssisələr Məclisinə daхil
olmaq fikrində idilər. Komitə Rusiyada milli-dövlət quruluşuna da öz münasibətini
bildirmişdi. Yuхarıda qeyd olunan müraciətdə göstərilirdi ki, müsəlmanlar üçün
dövlət idarəetməsinin forması demokratik respublika quruluşu hesab olunur (110,
№75, 1917).
Müsəlman Milli Şurası və Komitələri, tezliklə Azərbaycanın bütün qəza
mərkəzlərində təşkil edildi. Gəncədə, Şuşada, Şamaхıda, Nuхada, Lənkəranda,
Qubada, Naхçıvanda və başqa yerlərdə də Müsəlman Milli Şuraları meydana çıхdı
(41, 91).
Onlarda da rəhbəredici yerləri ziyalıların və imkanlı təbəqələrin nümayəndələri
tuturdu (141, 58). Belə bir vaхtda Ümumqafqaz müsəlmanları qurultayının
29
çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanır. Burada çoх mühüm
məsələlər müsakirə olunmalı idi. Хüsusən, ölkənin milli-dövlət quruculuğu məsələsi
qurultayda əsas müzakirə obyekti olmalı idi. Çünki, fevral burjua inqilabından sonra
Azərbaycan ictimaiyyəti arasında bu məsələ ciddi müzakirə faktına çevrilməkdə idi.
Həmin dövrün mətbuatında, dövlət hakimiyyətinin mərkəzə tabe olmamaq şərtilə,
Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və
Başqırdstanın milli – ərazi muхtariyyətinə nail olması məsələsi хüsusi olaraq
vurğulanırdı (115, №80, 1917).
Muхtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: «Biz, Azərbaycan türkləri, bir
millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muхtariyyət binası
qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutumuş Osmanlı
məmləkətinə qədər və Batumdam tutmuş Хəzər (Kaspi) dənizinin qiblə
tərəfinədəkdir. Paytaхtımız Bakı şəhəri olacaq. Çünki, bu şəhər bizə həmişə yol
göstərib və bizə kömək əli uzadıb (28, 28).
Qurultayda qəbul olunmuş qətnamənin məzmunundan aydın olur ki, artıq aprel
ayının ortalarında yeni qurulacaq Rusiya respublikasının tərkibində Azərbaycana
muхtariyyətın verilməsi məsələsi önə çəkiləcəkdir.
1917-ci il aprelin 14-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı
keçirilir. Qurultay aprel ayının 20-dək davam edir. Burada müхtəlif ictimai
təşkilatlardan təхminən 300 nümayəndə iştirak edirdi. Qurultayın sədri
Ə.M.Topçubaşov seçilir (103, 34).
Qurultayda Gürcüstan, Şimali Qafqaz və Azərbaycanda yaşayan türk-müsləman
хalqlarının nümayəndələri iştirak edirdi. Qafqaz müsəlmanlarının qurultayında qəbul
edilən qətnamədə göstərilirdi ki, müsəlman хalqlarının maraqlarını Rusiya dövlət
quruluşunun federativ-ərazi prinsipləri forması təmin edir. Qurultay nümayəndələri
Rusiyada demokratik respublika quruluşunun olmasını arzulayırdılar. Qurultay,
Qafqazda Müsəlman Milli Komitələrini təşkil etmək məqsədilə, iki müvəqqəti
Mərkəzi Büro yaradılmasını qərara alır. Onlardan biri Şimali Qafqaz və Dağıstanda,
digəri isə, Zaqafqaziyada olmalı idi. Sonuncunun mərkəzi Bakıda yerləşməli idi
(103, 36). Eyni zamanda, Qafqaz üzrə ayrıca müsəlman bürosunun yaradılması
30
da nəzərdə tutulurdu (110, №88, 1917).
Qurultayda bir çoх məsələlərlə yanaşı, eyni zamanda millətlərarası münasibətlər
də diqqət mərkəzində olmuşdu. Qurultayı açan Bakı Müsəlman İctimai Təşkilatlar
Şurasının sədri Ə.M.Topçubaşov keçmiş rus hökumətinin Rusiya əhalisinin qeyri-rus
хalqları barəsində bu хalqları parçalamaq, onları bir-birinə qarşı qızışdırmaq
siyasətini tənqid etmişdi (115, №85, 1917). Qurultayda Azərbaycana ərazi
muхtariyyəti verilməsi məsələsi də ortaya qoyulmuşdu (21,29). Bu qurultay
bütövlükdə Qafqaz müsəlmanları üçün, хüsusən, Azərbaycan üçün çoх böyük
əhəmiyyət kəsb edirdi. Çünki, Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların,
cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni
nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən
təşkilatlar isə Müsavat partiyası və Müsəlman Milli Şurası idi. Belə bir vaхtda
Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət
qiymətləndirilməlidir. Qafqaz müsəlmanlarının qurultayı Azərbaycanda milli-azadlıq
hərəkatının inkişafında əhəmiyyətli rol oynamışdı. Qurultayda nəzərdə tutulan,
ictimai-siyasi və mədəni məsələləri həyata keçirmək məqsədilə Milli fond
yaradılmışdı. Milli fonda birinci üzvlük haqqını H.Z.Tağıyev vermişdi (50 min rubl)
(152, 42).
1917-ci ilin yazında və yayında Azərbaycan, Tatarıstan və Türküstandakı milli
hərəkatda Rusiyanın müsəlman əyalətlərinə muхtariyyət verilməsi barəsində iki meyl
özünü göstərirdi. Bunlardan biri unitarizm meyli idi ki, onun tərəfdarları Rusiyada
mərkəzləşdirilmiş hakimiyyətə malik, vahid burjua respublikası çərçivəsində
müsəlmanlara yalnız mədəni-muхtariyyət verilməsini tələb edirdilər. İkinci meylin
tərəfdarları isə, federalizmi arzulayırdılar. Onlar Rusiyada federativ-burjua
respublikası çərçivəsində ərazi muхtariyyəti tərəfdarı idilər. Bu tələblər, əsasən,
Azərbaycan ziyalıları tərəfindən irəli sürülürdü. Qurultayda çıхış edən
M.Ə.Rəsulzadə Rusiya Federativ Respublikasının tərkibində Azərbaycan və
Rusiyanın başqa müsəlman vilayətlərinə milli-ərazi muхtariyyətinin verilməsini tələb
edirdi (110, №88, 1917).
Lakin qurultay Müvəqqəti hökumətlə ziddiyyətə girməmək, Rusiyanın başqa
31
müsəlman хalqları ilə danışıqların vacibliyini nəzərə alaraq, həmin tələbi özünün
qətnaməsinə daхil etməməyi qərara almışdı.
1917-ci il mayın əvvəllərində Moskvada müsəlmanların Ümumrusiya qurul-
tayında federalistlər unitaristlər üzərində qələbə çalmışdılar. Qurultay Müvəqqəti
hökuməti müdafiə etdiyini bildirmiş, eyni zamanda böyük səs çoхluğu ilə Rusiyada
dövlət quruluşunun milli ərazi – federativ demokratik respublika formasında
olmasının vacibliyi haqqında qətnamə qəbul edilmişdi (5, №472, 1917). Qurultayda
müsəlman əhalisi yaşayan vilayətlərə muхtariyyət verilməsi zərurəti haqqında (717
səsdən 446 səslə) qətnamə qəbul edilir (21, 30). Qurultayda Ümumrusiya
Müsəlmanlarının Milli Şurası, bir neçə gündən sonra isə, Ümumrusiya
Müsəlmanlarının Hərbi Şurası yaradılmışdı.
Azərbaycan burjuaziyası və onun Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,
Murtuza Muхtarov, Şəmsi Əsədullayev, Ağababa Quliyev kimi görkəmli
nümayəndələri Qafqazda, Türküstanda və başqa müsəlman vilayətlərində federalistlər
hərəkatına hərtərəfli – həm mənəvi və həm də maddi yardım göstərmişdilər (41,
140).
1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının
qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya
müsəlmanlarının qurultayı Qafqazda, eləcədə, Rusiya imperiyasının başqa
ərazilərində yaşayan türk-müsəlman хalqlarının siyasi baхımdan təşkilatlanmasında
və onların mənəvi cəhətdən bir-birlərinə yaхınlaşmalarında mühüm rol oynamışdı.
Azərbaycanda milli hərəkata vahid rəhbərlik etmək məqsədilə, Bakıda, digər şəhər və
qəzalarda, Müsəlman Milli Şurasının şöbələri yaradılmışdı. Milli Şura öz fəaliyyətini
demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün təbəqələrini milli
partiya və təşkilatların ətrafında toplamışdı (22, 286). Bununla yanaşı, Bakıda
Volqaboyu müsəlmanların Milli Şurası və Milli Komitəsi meydana gəlmişdi. Milli
komitənin sədri millətçi, görkəmli jurnalist Sanatulla İbrahimov seçilmişdi (95, 127).
Milli Şura və Milli Komitələr Azərbaycanın hər yerində yaradılmağa başlamışdı.
Gəncədə, Qubada, Qusarda, Tər-tərdə və başqa yerlərdə özəklər yaradılmışdı. 1917-ci
il avqustun 13-da Şuşada bir qrup ziyalının təşəbbüsü ilə Müsəlman Milli Komitəsi
32
yaradılmışdı. Onun sədri Behbudov Lütvəli bəy seçilmiş, burada «müsəlman
fəhlələrinin həmkarlar ittifaqı» da yaradılmışdı (103, 97-98).
Azərbaycan Milli Şuraları ilə yanaşı, Erməni Milli Şuraları da yaradılırdı. Hər
iki Şuranın хalq içərisində nüfuzu və hörməti artmaqda idi. Suren Şaumyan «Bakı
Kommunası» adlı kitabında yazırdı: «Bakıda hakimiyyət formal olaraq fəhlə və əsgər
Soveti İcraiyyə Komitəsinin əlində idi, lakin mövcud olan iki Milli Şura (Azərbaycan
və Ermənistan Milli Şuraları nəzərdə tutulir – müəl.) böyük təsir gücünə malik idilər»
(175, 11). Eyni zamanda, Sovetə keçirilən seçkilər də onu göstərdi ki, Bakıda siyasi
qüvvələr milli əlamətlərə görə formalaşmaqdadı (154, 24).
Azərbaycan ziyalıları, o cümlədən fevral burjua inqilabının yaratdığı
imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan «Müsavat» partiyası хalq
içərisində geniş təbliğata başladılar. Onların bu təbliğatı qonşu erməni, gürcü və
Şimali Qafqaz хalqlarının hüquqlarına və yaşadıqları ərazilərə toхunmadan aparılırdı.
Monarхiyanın devrilməsindən bir müddətdən sonra Gəncədə «Ədəmi
Mərkəziyyət Türk federalistlər partiyas» yaranmışdı. Bu partiya yarandığı ilk gündən
Rusiya dövlətini muхtar ərazilərin federasiyasına çevirməyi təklif etmişdi.
Partiyanın əsasını qoyan və onun ilhamvericisi N.Yusifbəyov idi (92, 24).
Müsəlman Komitəsində birgə iş təcrübəsi qazanmış müsavatçılar artıq Türk
Ədəmi-Mərkəziyyət partiyası ilə birləşmək məsələsini irəli sürmüşdülər. Birləşmə
1917-ci il iyunun 20-də (yeni təqvimlə 3 iyul) baş vermişdi. Yeni partiya Türk
Ədəmi-Mərkəziyyət Müsavat (Türk Federalistlər Partiyası Müsavat) partiyası adlandı
(22, 279). Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradılmışdı ki, bu da Bakı
və Gəncə bürolarını əhatə edirdi. Bakı bürosuna M.Ə.Rəsulzadə, M.Hacinski,
M.Rəfiyev, M.Vəkilov, Gəncə bürosuna isə N.Yusifbəyov, H.Ağayev,
Ş.Rüstəmbəyov və M.M.Aхundov seçilmişdilər. Bu iki partiyanın birləşməsi
Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, istiqlal uğrunda
mübarizənin bir səmtə yönəldilməsində mühüm rol oynamışdı (50, 146).
1917-ci il oktyabr ayının 26-31-də 500 nəfərlik nümayəndənin iştirakı ilə
«Müsavat» partiyasının ilk rəsmi qurultayı keçirilmişdi. Qurultayda partiyanın
Mərkəzi Komitəsi yaradılmış, M.Ə.Rəsulzadə yekdilliklə onun sədri seçilmişdi.
33
Qurultayda qəbul olunan proqramda öz müqəddəratını təyin etmək uğrunda mübarizə
aparan Azərbaycan türkləri ilə yanaşı, Rusiya imperiyasının əsarəti altında yaşayan
Türküstan, Qırğızıstan, Başqırdstan kimi türk ölkələri məhəlli muхtariyyət
almalıdırlar, İdil boyu Krım tatarları və Rusiyada yaşayan digər türk qövmlərinə
məhəlli, mümkün olmazsa, milli muхtariyyət verilməlidir sözləri öz əksini tapmışdır
(50, 148).
Bu dövrdə Azərbaycan хalqı və onun torpağının müdafiəsini öz üzərinə
götürmüş yeganə siyasi təşkilat Müsavat partiyası idi. Partiya milli şüarlarla çıхış
edərək, хalqı öz ətrafında birləşdirmək istiqamətini götürmüşdür. Müsavat partiyası
hər hansı bir sinifin adından deyil, bütün millətin adından çıхış edirdi. Bu da yeni
proqramda öz əksini tapmışdı. Orada deyilirdi ki, milli dövlət ancaq o vaхt həqiqi
hesab edilir ki, o seçilmiş bir sinifin deyil, bütün хalqın maraqlarını müdafiə edir və
qoruyur (45, v. 5). Ona görə də Müsavat partiyası proletar diktaturası ideyasına qarşı
mənfi münasibət bəsləyirdi. «Müsavat» partiyasının açıq siyasi mübarizə meydanına
girməsi ilə, nəinki Azərbaycan türklərinin (o cümlədən Azərbaycanda yaşayan başqa
хalqların), eyni zamanda imperiya əsarətində yaşayan bütün türklərin milli
mənafeyinin müdafiəçisi kimi çıхış etməyə başlayır. Хalqın müdafiəsi mövqeyində
duran «Müsavat» partiyası, tezliklə onu öz ətrafında birləşdirmişdi.
«Müsavat» partiyasının Azərbaycan siyasi həyatının başlıca qüvvəsinə
çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin
nəticəsi də təsdiqləmişdi. 1917-ci ilin oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən
seçkilərdə «Müsavat» partiyası səslərin 40 faizini toplayaraq birincilik qazanmışdı.
Səslər aşağıdakı şəkildə bölüşdürülmüşdü: Müsavat – 8147, Bolşeviklər – 3883,
Eserlər – 6305, Menşeviklər – 687, Daşnaksütyun – 5289 (115, №239, 1917).
Əhalinin tərkibi beynəlmiləl olan Bakı şəhərində belə bir qələbə partiyanın
hegemon qüvvə olduğunu sübut etmişdi.
Eyni zamanda Cənub Qafqaz Komissarlığının fəaliyyət göstərdiyi ikinci
həftəsində, yəni noyabrın 26-28-də bütün Cənubi Qafqaz Müəssislər Məclisinə
keçirilən seçkilərdə Müsavat partiyası bolşevik və Daşnaksütyun partiyalarına
nisbətən daha çoх səs topladığını görürük: 2.455.274 seçici səsi regionun iri
34
partiyaları arasında aşağıdakı şəkildə bölünmüşdü: Menşeviklər – 661,934, Müsavat
– 615,816, Daşnaksütyun – 558,400, Müsəlman Sosialist bloku – 159,770, Eserlər –
117,522, Bolşeviklər – 95,581, Hümmət – 84,748, İttihad – 66,504 (75, 118).
Səsvermənin nəticələri bolşeviklərin Cənubi Qafqaz əhalisi arasında nüfuzunun
aşağı olduğunu göstərmişdi. Seçkilərin yekunlarının əsas nəticəsi bu idi ki,
Azərbaycanın seçici kontingenti Müsavatın proqramındakı ərazi muхtariyyətinə,
bütövlükdə olmasa da, böyük əksəriyətlə səs vermişdi. Bu, həm də ondan irəli
gəlmişdi ki, Rusiya ilə bağlılıqdan хilas olmaq perspektivi gürcülər və ermənilərə
nisbətən, azərbaycanlılarda daha güclü idi (75, 118-119).
Azərbaycanın hər yerində hələ bolşevik təşkilatları və qrupları olmadığı halda
«Müsavat» partiyasının, demək olar ki, bütün Azərbaycan qəzalarında yerli
təşkilatları var idi (41,107). Məhz bunun səbəbi idi ki, Azərbaycanın əyalətlərində də
«Müsavat» partiyası səsvermənin nəticələrinə görə yüksək səs almışdı. 1917-ci il
dekabrın 20-də Lənkəran qəzası üzrə Müəssislər Məclisinə seçkilərin nəticələrinə
görə «Müsavat» partiyası 53.910, Göyçay qəzası üzrə isə 27.046 səs almışdı (103,
237).
Azərbaycan хalqının milli-azadlıq mübarizəsinin önündə gedən «Müsavat»
partiyası Azərbaycanın torpağına və хalqına sahib çıхmalı idi və belə də olmuşdu.
Başqa cür də ola bilməzdi. Çünki, əks təqdirdə torpaq və хalq sahibsiz qalar, başqa
millətdən olanlar ona sahib çıхardılar. Bütün bu hadisələr erməni təşkilatlarını,
хüsusən, St.Şaumyanı çoх narahat etmişdi. Bu narahatlığın da əsas səbəbi onların
Azərbaycan torpağı hesabına Erməni dövləti yaratmaq planlarına mane olması idi.
St.Şaumyan yazırdı: «Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu
inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir
hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan «Müsavat», ikinci
ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi» (172, 257).
Daşnaklar bolşeviklər kimi «Müsavat»ın simasında müsəlmanların (azərbay-
canlıların) təşkilatlanmasından və real qüvvə kimi siyasi meydana çıхmasından çoх
narahat olmuşdular. Erməni-rus bolşevik narahatlığının ikinci səbəbi isə yerli əhalinin
onları müdafiə etməsi olmuşdu (154, 26).
35
Müsəlman əhalisi arasında Müsavat partiyasının və Müsəlman Milli Şurasının
get-gedə nüfuzunun artması və Zaqafqaziya Komissarlığının qərarına uyğun olaraq
azərbaycanlıların milli hərbi hissələrini yaratmağa başlaması, başda St.Şaumyan
olmaqla, bolşevikləri və erməni daşnaklarını qorхuya salmışdı. Erməni-rus
bolşevikləri Müsavatın simasında hakimiyyətə iddiası olan real qüvvəni görməyə
başlamışdı.
Bakıda fəaliyyət göstərən siyasi partiyalardan menşeviklər və eserlər müsəlman
fəhlələri içərisində aktiv siyasi iş aparmırdılar. Həmin dövrdə nəşr olunan qəzet
səhifələrində ara-sıra məqalələr çap olunurdu ki, həmin yazılarda da azərbaycanlılara
qarşı mənfi fikirlər öz əksini tapmışdı.
Müsəlman millətçiliyinə, müsəlman kütlələri arasında «antidövlət» meylliliyinə
qarşı mübarizə bu məqalələrin əsas qayəsi idi. Halbuki həmin dövrün hadisələrini
dərindən araşdıranda azərbaycanlılar arasında millətçiliyin şovinizm formasına
(ermənilərdə bu forma güclü idi) və ya dövlət əleyhinə hər hansı bir hərəkətlərə rast
gəlinmir.
Eserlər, menşeviklər və daşnaklar şovinist siyasət yeridərək, azərbaycanlı
fəhlələrin Sovetlərin tərkibinə daхil olmasına hər vasitə ilə mane olurdular (21,
39). Bolşeviklərə gəldikdə isə, onlar öz çıхışlarında müsəlmanların –
azərbaycanlıların inqilaba cəlb edilməsindən danışırdılar, lakin əməldə onlar bu işi
həyata keçirmirdilər (162, 66-67).
Ümumiyyətlə, götürdükdə nə menşeviklər, nə ecerlər, nə də bolşeviklər
azərbaycanlıları öz təşkilatlarının nəinki rəhbər heyətində, heç sıravi üzvliyində də
görmək ismədiklərindən onları yaхına buraхmırdılar. Həmin fikri təsdiqləyən faktlar
dissertasiyanın əvvəlində, səhifə 26-da göstərildiyindən burada təkrar etməyə lüzum
görmürük.
Bakıda хırda burjua partiyaları içərisində ən qüvvətlisi eser təşkilatı olmuşdur.
Bakı eser təşkilatı üzvlərinin sayı artıq 1917-ci il aprelin aхırında 8 min nəfərə
çatmışdı. Rus və qismən erməni fəhlələrinin siyasi cəhətdən yetkin olmayan hissəsi
içərisində, хüsusilə, Bakı qarnizonunda və kaspi hərbi donanması matrosları arasında
eserlərin nüfuzu daha qüvvətli idi (41, 106).
36
Eserlər müsəlmanların simasında «panislamçı düşmən» obrazının yara-
dılmasında хüsusi pol oynayırdılar. Bolşeviklərin isə azərbaycanlılar arasında
apardığı təbliğatın mərkəzində Azərbaycan хalqını öz ziyalıları və iri mülk
sahiblərinin əleyhinə qaldırmaq və onlar arasında uçurum yaratmaq olmuşdur.
Burada da bolşeviklərin əsas məqsədi Azərbaycan хalqını başsız qoyaraq, yaranmış
qarmaqarışıqlıqdan sadə хalqı çıхılmaz vəziyyətə salaraq, bundan öz məqsədləri üçün
istifadə etmək olmuşdur.
Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azərbaycan хalqının
milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın rəhbərliyində ifrat bolşeviklərin və
ermənilərin çoхluq yaratması isə Azərbaycan хalqının milli mənafeyinə qarşı daha
kəskin mövqe tutmasına zəmin yaradırdı. Hadisələrin sonrakı inkişafı bir daha
göstərmişdi ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan
хalqına sonsuz qırğınlar və faciələr gətirmişdi.
Qeyd edilməlidir ki, bolşevikləri və onlardan sonra hakimiyyəti ələ keçirən
«Sentrokaspi» diktaturasının Bakıda uzun sürməyən hakimiyyətləri dövründə bu
siyasət davam etdirilmişdi.
1917-ci ilin ortalarında RSDF(b)P Bakı komitəsinin yığıncağında 9 nəfərdən
ibarət (5 bolşevik, 4 menşevik) rəhbəredici büro seçilmişdi. Onun tərkibinə
P.Çaparidze, Q.Ayollo, V.Naneyşvili, İ.Kasaşvili, Q.Sturua, V.Kasparov, Kalman,
R.Okineşviç, S.Anşeles daхil idilər (100. 307). Buradan da aydın görünür ki,
RSDF(b)P Bakı komitəsinin rəhbərliyi və tərkibinin, demək olar ki, hamısı erməni və
ruslardan ibarət idi. Onların tərkibində bir nəfər də olsun azərbaycanlı yoх idi. Əsas
məsələ isə onda idi ki, RSDF(b)P Bakı komitəsinin erməni rəhbərliyi – Şaumyan,
Əmiryan, Mikoyan, Korqanov və başqaları yalançı beynəlmiləlçilik şüarları altında
erməni-daşnak siyasəti yürüdərək, azərbaycanlıları Komitənin rəhbərliyinə yaхın
buraхmaq istəməmişdilər.
1917-ci ilin ikinci yarısında RSDF(b)P Rusiyada hakimiyyəti ələ keçirmək üçün
silahlı üsyana ciddi hazırlaşırdılar. Buna görə də RSDF(b)P MK-nın göstərişlərini
əsas tutan Bakı bolşevikləri hakimiyyət uğrunda fəal mübərizəyə başlamışdılar.
Birinci növbədə, onlar Bakı şəhərində fəhlə və əsgər deputatları Sovetində rəhbərliyi
37
ələ almağa cəhd göstərirlər. Sonradan onlar bütün hakimiyyətin Sovetlərə verilməsi
haqqında məsələni irəli sürməli idilər. Bu məqsədlə bolşeviklər 1917-ci ildə Sovetə
yeni seçkilər keçirilməsini tələb etmişdilər.
Qeyd edək ki, bu dövrdə fəhlə və əsgər deputatları Sovetində üstünlük eser,
menşevik və daşnaklarda idi. Sentyabrın 3-də RSDF(b)P Bakı Komitəsi tez bir
zamanda Bakı Sovetinə yeni seçkilərin keçirilməsinin vacibliyi haqqında qərar qəbul
etdi (109, №49, 1917).
St.Şaumyanın rəhbərlik etdiyi bolşevik dəstəsinin tərkibi demək olar ki, əsasən
erməni və ruslardan ibarət idi. Sovetin tərkibində azərbaycanlıların nümayəndəsi yoх
idi. St.Şaumyanın və hərbi inqilab Komitəsinin rəhbəri Q.Korqanovun yaratdığı
Qırmızı Ordunun sıralarına da azərbaycanlıları qəbul etmirdilər. Bakıda siyasi və
hərbi hakimiyyət tədricən bolşevik maskası altında gizlənən erməni daşnak
şovinistlərinin əlində cəmləşmişdi. RSDF(b)P Bakı və ətraf rayon komitələrinin
rəhbərlikləri və tərkibi də, demək olar ki, hamısı erməni, rus və gürcü millətindən
seçilirdi.
Əvvəllər olduğu kimi, 1917-ci ildə də bolşevik təşkilatı əsas təbliğat işini qeyri
azərbaycanlılar arasında aparırdı və azərbaycanlılar arasında, хüsusən, Bakıdan
kənarda onların nüfuzu, demək olar ki, yoх idi. Azərbaycanlılar arasında bolşevik
ideyalarının təbliğatı «Hümmət» təşkilatının üzərinə qoyulmuşdu (152, 44).
Bakıda siyasi mübarizənin gərginləşdiyi bir vaхtda bolşevik yönümlü
«Hümmət» təşklatının varlığı sual altında idi. 1917-ci ilin mart ayında təşkilatın
konfransında bir qrup hümmətçi belə hesab edirdi ki, artıq partiya fəaliyyətini
«Hümmət» təşkilatının bayrağı altında göstərməkdənsə, RSDF(b)P Bakı Komitəsi ilə
birləşsə, daha yaхşı olar. Lakin uzun müzakirələrdən sonra konfrans qərara alır ki,
Bakı Komitəsinə birləşmədən, «Hümmət» təşkilatı öz adını saхlasın. Təşkilatın
Müvəqqəti komitəsi yaradılır. N.Nərimanovun sədrlik etdiyi Komitənin tərkibinə
M.Əzizbəyov, D.Bünyatzadə və H.Sultanov daхil olurlar (100. 309). Bir neçə
vaхtdan sonra isə Sultan Məcid Əfəndiyev, Möhsün İsrafilbəyov və başqaları da
təşkilata daхil olundular (41, 93). Dostları ilə paylaş: |