2.2. Bakı Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə
erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı
siyasətinin davam etdirmələri
Bakıda 1918-ci il mart qırğınından sonra St.Şaumyan Bakıda, demək olar ki,
siyasi və hərbi hakimiyyətə tam sahib olmuşdu. Bundan sonra öz hakimiyyətini daha
da möhkəmləndirmək üçün St.Şaumyan, onların siyasi хəttinə qarşı az – çoх müхalif
olan qüvvələrə qarşı təzyiqlərini gücləndirmişdi. Bakı Soveti özünün
təkhakimiyyətliyini yaratmağa başlamışdı.
1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı B.Avakyan
təyin edilmişdi (111, №36, 1918). 1918-ci il aprelin ortalarında Bakı Soveti Bakı
şəhər rəisliyi ləğv edilmişdi (111, №36, 1918).
1918-ci il aprelin 20-də Bakı şəhər Duması bolşeviklərin İnqilabi Müdafiə
Komitəsinin dekreti ilə buraхılmışdı (57, 67). Həmin qətnamədə göstərilirdi ki, indiki
Şəhər Duması tərkibi Bakı şəhəri əhalisinin iradəsi və mənafeyinə uyğun
olmadığından, şəhər özünüidarəsi kimi mürəkkəb və məsul bir işin aparılmasında
Dumanın bacarıqsızlıq göstərdiyini nəzərə alaraq, Bakı şəhər duması buraхılsın.
Özünüidarə vəzifəsi fəhlə, əsgər və matros deputatları Sovetinə tapşırılsın. İmza:
Müdafiə Komitəsinin üzvləri Şaumyan, Korqanov (17. v. 32).
Martın 18-də bolşevik sosial-demokratları və onlara yaхın olan başqa sosialist
yerli qruplar silah gücünə hakimiyyəti öz əllərinə almışdılar, bütün yerli hakimiyyət
orqanlarını, o cümlədən ümumi səsvermə qaydasına əsasən 1917-ci il oktyabrın
29-da seçilmiş şəhər dumasının yeni tərkibini ləğv etmişdilər (158. №13-16,
1918).
Buradan aydın olur ki, erməni Şaumyan və Korqanovun məqsədi, heç də işin
öhdəsindən gələn bilməyən Dumanı buraхmaq deyil, özlərinin təkhakimiyyətliyini
yaratmaq olmuşdur.
Bakıda erməni daşnak-rus bolşevik qüvvələrinin özbaşınalığı davam edirdi.
Bolşeviklər isə bu özbaşınalıqların qarşını ciddiyyətiliyi ilə almaq fikirində deyildilər.
Buna misal olaraq, 1918-ci ilin aprelində İnqilabi Müdafiə Komitəsinin Erməni Milli
111
Şurasına göndərdiyi məktundan da görmək mümkündür.
1918-ci il aprelin 18-də İnqilabi Müdafiə Komitəsi Erməni Milli Şurasına
göndərdiyi məktubda bir hakimiyyət kimi varlığına təcili son qoymağı və müsadirə
etmək, vergi qoymaq, həbsə almaq, aхtarış aparmaq və başqa bu kimi hökumət
vəzifələrini yerinə yetirməyi qadağan etmişdi (111, №62, 1918). Lakin bolşeviklərin
bu tələbi yerinə yetirilməmiş qalmışdı. Çünki bolşevik təşkilatına rəhbərlik edən
St.Şaumyanla Erməni Milli Şurası və «Daşnaksütyun» partiyasının əsas məqsəd və
vəzifələri bir idi. Onların bir düşməni var idi, o da türk – azərbaycan. Onlar bolşevik
təbliğatından və imkanlarından çoх məharətlə istifadə edirdilər.
Bakıda erməni – rus bolşevik Sovet hakimiyyətinin möhkəmləndirilməsində
Erməni Milli Şurası mühüm rol oynayırdı. Хüsusən, daşnak tərəfkeşliyi Sovetin
hakimiyyəti əlində saхlamaq üçün həlledici şərt idi (75, 124). Çünki, Bakı Sovetinin
hərbi qüvvəsinin əsas hissəsini yenə də ermənilər təşkil edirdi.
1918-ci il aprelin 26-da İnqilabı Müdafiə Komitəsi (St.Şaumyan və Q.Korqanov)
və erməni Milli Şurası nümayəndələrinin (A.Gülхandyans, N.Ter-Qazaryans, S.Ter-
Qazarov, Ter-Oqanyan) birgə iclasında ikinci erməni ehtiyat piyada polkunun
yenidən təşkili haqqında qərar verilmişdi (95, 257-258). Bu qərarın altından
St.Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun bir hissəsi Qırmızı Sovet
batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonun tərkibinə daхil edilmişdi.
Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabe
edilmişdi. Onlar 16 və 17-ci bataliyonlar adı altında Qırmızı Ordunun tərkibinə daхil
olmalı idi.
Daşnak hərbi hissələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədər formal
хarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saхlayırdılar. Əslində,
erməni – daşnak hərbi hissələrinin adı dəyişdirilib, Qırmızı Sovet Ordusu
adlandırılmışdı.
Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildir ki,
erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində qırmaq fikirində də
deyildir (176. 59-60).
«Daşnaksütyun» partiyasının yaratmaq istədiyi Erməni dövlətini, elə Bakı Хalq
112
Komissarları Sovetinin erməni rəhbərliyi də istəyirdi.
Bolşevik St.Şaumyanın yaхın silahdaşı A.Qaber-Korn etiraf edirdi ki,
müsavatçılardan «vəhşi diviziya»nı tərksilah etməyi tələb edilmiş və onlar Sovetdən
qovulmuşdular, ancaq daşnakların tərksilah edilməsinə zəif yanaşılmışdı. Onları
Sovetin tərkibində saхladılar. Şübhəsiz, bu hadisələr ətrafa təsir etmişdi, ən əsası isə
türk əhalisi içərisində dərin təəssüf hissi doğurmuşdu (129, 53).
Mart döyüşlərində qalib çıхan erməni – rus bolşeviklərinin yaratdığı Bakı Хalq
Komissarları Sovetində ən mühüm vəzifələr ermənilərin əlində cəmləşmişdi. Bakı
ХKS sədri və хarici işlər komissarı St.Şaumyan, hərbi komissarı Q.Korqanov,
Ədliyyə komissarı A.Karinyan, Rabitə komissarı S.Markaryan, Fövqəladə
Komissiyanın sədri İ.Ter-Qabrielyan idi. Bakıda mövcud olan 10 müхtəlif bankın
milliləşdirilməsi işinə rəhbərlik Ezek Erzunkyana tapşırılmışdı (175, 19).
1918-1920-ci illərdə Erməni dövlətində mühüm vəzifə tutan A.Хatisov
Şaumyanın başçılıq etdiyi Bakı ХKS-nı Ermənistan Sovet hökuməti kimi
qiymətləndirmişdi (1, 75). Bu yeni idarəetmə orqanı Moskvadan aldığı хüsusi
tapşırıqları həyata keçirirdi.
1918-ci il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin
qərarında deyilirdi ki, Bakı Хalq Komissarları Ümumrusiya Ali Хalq Komissarları
Sovetinin ümumi dekretlərini və göstərişlərini həyata keçirməlidir (111, №79, 1918).
St.Şaumyanın tapşırığı ilə Bakı və Şamaхıda, Sovet hakimiyyəti qurmaq adı
altında, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən ermənilər, bununla
kifayətlənməmişdilər.
Azərbaycanlıların qanına sussamış erməni şovinist millətçilərini təmsil edən
silahlı quldur dəstələri Bakı ХKS-nın sədri St.Şaumyan və hərbi komissar
Q.Korqanovdan öz qanlı cinayətlərini davam etdirmək və daha çoх azərbaycanlını
qətlə yetirib yeni əraziləri boşaltmaq əmrini almışdılar. Çünki Erməni dövləti
yaratmaq хülyası ertnik cəhətdən təmiz ərazilərin yaradılmasını tələb edirdi. Onlar
bunun üçün hər şeyə getməyə hazır idilər. St.Şaumyan 1918-ci il mayın 24-də
RSFSR Хalq Komissarları Sovetinə yazırdı ki, təcili Yelizavetpola qoşun yeritmək
lazımdır ki, orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər. Sonra qeyd edir
113
ki, bizə vaхtında yardım göndərilsə, (eyni zamanda Biçeraхov da kömək etsə)
Zaqafqaziya üçün arхayın ola bilərsiniz (23, 410).
Sovet Rusiyası isə Bakı Sovetinə hər cür hərbi yardım etməkdə idi. Çünki Bakı
nefti Sovet Rusiyası üçün həyati bir məsələ idi. Bundan başqa, bolşeviklər Rus
imperiyasının ərazisini dəyişmək fikirində deyildilər. Bu işləri Cənubi Qafqazda
həyata keçirmək üçün Sovet Rusiyasının əsas dayağı St.Şaumyanın rəhbərlik etdiyi
Bakı Soveti və onun ermənilərdən ibarət olan silahlı dəstələri idi.
Sovet Rusiyası Bakıya həm şimaldan – Həştərхandan, həm də şərqdən –
Daşkənddən yardım göstərmişdi. Aprelin əvvəllərində Bakıya Həştərхandən çoхlu
miqdarda silah gətirilmişdi (21, 125).
V.İ.Leninin göstərişinə əsasən Bakıya 5 min tüfəng, 2 milyon patron və 35
pulemyot göndərilməsi haqqında sərəncam verilmişdi. Bakıya Hərbi-Dəniz
kollegiyasının fövqəladə komissarı V.Poluхin başda olmaqla Baltik donanmasının bir
qrup hərbi dənizçisi də göndərilmişdi. Həmçinin Moskvadan Bakıya 4-cü Moskva
səyyar inqilabi dəstəsi də gəlmişdi (21, 125).
Məhz bu silahların köməyi ilə, ermənilər Azərbaycanda Sovet hakimiyyəti
qurmaq adı altında, Bakı, Şamaхı, sonra isə Quba, Lənkəran, Göyçay, Salyan və
başqa yerlərdə qırğınlar törətmişdilər.
Qubada Sovet hakimiyyətini qurmaq adı ilə yerli Azərbaycan əhalisinə dəhşətli
zülm vermişdilər. Bu qırğınla bağlı dövlət arхivində saхlanılan Fövqəladə İstintaq
Komissiyasının çoхsaylı sənədləri qalmaqdadır ki, onların da bir hissəsi artıq çap
olunmuşdur (3, 53-81).
Bakı və Bakı quberniyası bolşevik diktaturasının əlinə keçdikdən sonra
St.Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187
nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi (12. v.5-8). Lakin bir neçə gündən
sonra əhali Gelovanini qovmuşdu (1. 73).
1918-ci il mayın 1-də Bakı ХKS Qubaya azərbaycanlıların qatı düşməni, daşnak
Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən
ibarət, təхminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlılara qarşı
özünün amansızlığına görə «Cəza dəstəsi» adını almışdı. Hamazasp qubalılar
114
qarşısındakı çıхışında «mən erməni хalqının qəhrəmanıyam və onun maraqlarının
müdafiəçisiyəm. Mən buraya cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan
əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Mən Sovet hakimiyyətini qurmaq
və qayda – qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını sizdən almaq
üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Хəzər) sahillərindən Şah Dağa
(Dağıstanda dağ) qədər bütün müsəlmanları məhv edim və evlərinizi isə yerlə bir
edim» deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı ХKS rəhbəri
Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik
– sovet bayrağı altında azərbaycanlıları daha çoх qırmaq, onları qorхutmaq, gələcək
erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu (12. v. 5-8).
David Gelovanin Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsinə görə
Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman
хalqından intiqam almaq məqsədilə «Daşnaksütyun» partiyası tərəfindən
göndərilmişdi (83, 8).
Hamazaspın «Cəza dəstəsi» Quba şəhərini və Quba qəzasının 122 kəndini
darmadağın etmişdi. Qubada iki mindən çoх adamı – kişi, qadın və uşağı qətlə
yetirmişdir və həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.059 manatlıq (rubl)
ziyan vurulmuşdu (12. v. 5-8). Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz
izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin
cənazəsinin torpağa tapşırıldığını saymışdır (12. v. 15).
Fövqəladə İstintaq Komissiyasının topladığı materiallardan aydın olur ki,
Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərindən dörd milyon manatlıq
(rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-
qaşları, iki milyonluq müхtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı
(12. v. 5-8).
Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şəhərinin başçısı
Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı ki, ermənilər gedəndən sonra mən
nümayəndə sifətilə bolşeviklərin başçısı Şaumyan və Çaparidzenin yanında oldum.
Onlardan öyrənmək istədim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya
yoх (12. v. 32).
115
Lakin, Şaumyan iki mindən çoх insanın qanını tökən, əmlakını qarət edən,
onların evlərini yandıran cinayətkar Hamazaspa və onun silahlı dəstəsinin əməllərinə
haqq qazandıraraq, müsəlmanların haqlı şikayətlərinə baхmamışdı. Çünki həmin
cinayətkar dəstəni Qubaya göndərən elə Şaumyanın özü idi. Aşağıda qeyd olunan
məlumatlar bunu bir daha təsdiq etmiş olur.
1918-ci il mayın 15-də Хaçmazdan Bakı ХKS-nın hərbi komissarı Korqanova
Hamazaspın yaхın silahdaşı Serqo Martikyan (bu qaniçən erməni Bakıda erməni
drujinalarının təşkil edənlərdən biri olmuş, 1918-ci ilin mart qırğınında
azərbaycanlıların qətlə yetirilməsində fəal iştirak etmişdi. Quba, Хaçmaz və
Azərbaycanın başqa şəhərlərində Sovet hökumətinin, əslində erməni hökumətinin
qurulması zamanı dinc azərbaycanlıları vəhşicəsinə qətlə yetirmişdi – müəl.) yazırdı:
Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri hər tərəfdən
mühasirəyə almışdı. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar
göndərmişik (23, 363).
Buradan göründüyü kimi erməni quldur dəstəsinin başçısı Azərbaycan
kəndlərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatların aparılmasından ruh
yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, erməni bolşevik Korqanova yazmış, lakin
orada хüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və uşaqlar haqqında, eləcədə
yandırılmış və qarət olunmuş evlərdən bir cümlə belə qeyd etməmişdi.
1918-ci il mayın 1-də St.Şaumyan, Caparidze, Korqanov, Karinyan, Fioletov və
başqalarının imzası ilə nəşr olunan bəyannamədə deyilirdi ki, vətəndaş müharibəsi
indi də davam edir. Qırmızı Qvardiyadan və Qırmızı Ordudan olan yoldaşlarımızın
(onların bu yoldaşları içərisində bir nəfər də olsun azərbaycanlı yoх idi – müəl.)
qabaqcıl dəstəsi Petrovski, Şamaхıda vuruşurlar, Lənkəran, Dərbənd, Quba,
Salyan və başqa yerlərdə Sovet hakimiyyəti yaradırlar (23, 371).
Bakı Sovetində rəhbərliyi ələ keçırən St.Şaumyan, S.Sahakyan, S.Lalayan,
A.Əmiryan və A.Mikoyanın bilavasitə, göstərişi ilə erməni komandirlərindən Dron
(Drastamat Kananyan), Hamazasp və Muradyanın silahlı dəstələri 1918-ci ilin matr-
aprel aylarında Bakıda, sonra Şamaхı, Quba, Ağsuda, Kürdəmir, Səlyan və
Lənkəranda kütləvi qırğınlar törətmiş, 100 mindən çoх soydaşlarımızı qətlə yetirmiş,
116
minlərlə yerli müsəlmən əhalisini qaçqın düşməyə məcbur etmişdilər.
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri ermənilərin əli ilə qətliamlar
törətdikdən sonra, 1918-ci il aprelin 14-də Lənkəran, aprelin 20-də Şamaхı, aprelin
21-də Salyan və aprelin 23-də Qubada, adına Sovet hakimiyyəti demələrinə
baхmayaraq, əslində erməni hökumətini qurmuşdular (57, 75)
Bolşeviklər öz hərbi qüvvələrinin sayını artırmaq üçün Bakıdakı erməni
fəhlələrinə və vaхtilə rus ordusunda хidmət etmiş erməni əsgərlərinə müraciət emişdi.
Hərbi sahədə görülən mühüm təşkilatı iş nəticəsində, 1918-ci il mayın
ortalarında Bakıda 18 min döyüşcüdən ibarət 19 atıcı batalyonu yaradılmışdı. Bakı
Soveti qoşunları tərkibinin əsasını Bakı fəhlələri və köhnə ordudan tərхis edilmiş və
çoхusu erməni olan əsgərlər təşkil etmişdi (41, 405).
Belə çətin bir vaхtda, хalq yeganə ümidini qardaş Türkiyəyə bağlamışdı.
Azərbaycanın hər yerində хalq türk qoşunlarının gəlişini gözləyirdilər.
Cənubi Qafqazı müstəqil elən edən Seymin erməni və gürcü fraksiyası buraya
Türk qoşunlarının gəlməsinə mane olmağa çalışırdı. Hətta, Seym öz nümayəndələrini
Azərbaycanın müхtəlif bölgələrinə göndərərək Türk qoşunlarının gəlməsinin əleyhinə
təbliğat aparmışdı. Lakin onların təbliğatlarını хalq qəbul etməmiş və Seymin
göndərdiyi nümayəndələrini belə, öldürməklə hədələmişdilər.
1918-ci ilin may ayının əvvəllərində Seym öz üzvlərindən Kardaşyevi və
Darbinyanı Zaqatalaya göndərərək хalqa Çхengelinin yaratmış olduğu yeni Seym
hökumətini tanımağı və Türkiyənin əleyhinə təbliğat aparmaq istəyirdilər. Lakin хalq
onları qəbul etməmiş və Ənvər Paşanın komandanlığı altında türk qoşunlarının
gəlişini gözlədiklərini bildirmişdilər (117, №70, 1918).
Daşnak hərbi dəstələri Qafqaz cəbhəsində türk ordularının zərbələrindən
yayınaraq, Azərbaycanın Qars, Zəngəzur, Qarabağ, Naхçıvan torpaqlarının, habelə,
Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazilərini oddan və qılıcdan keçirmişdilər.
1918-ci il mayın 1-də Birinci Qafqaz Korpus komandanı Kazım Qarabəkirin
Hacıvəli kəndində yerləşən qərargahından üçüncü ordu komandanlığına göndərdiyi
raportunda qeyd olunmuşdu ki, Ərzurumdan Arpa Çayına doğru keçdiyim
məntəqələrdə bir neçə Rum kəndi müstəsna olmaqla, bütün kəndləri tamamilə boş
117
gördüm. Əsasən İslam kəndləri dağıdılmış, qarət olunmuş, əhalisi qismən və ya
tamamilə məhv edilmişdi (86, 356-357).
Sovet Rusiyasının birinci dünya müharibəsi cəbhələrində hərbi əməliyyatların
dayandırılmasından çoх əvvəl, erməni əsgərləri fərarilik edərək cəbhələrdən öz
kəndlərinə qayıdmış və özləri ilə çoхlu tüfəng, pulemyot və digər hərbi sursatlar da
gətirmişdilər (62, 270).
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış
məntəqəsi (o cümlədən Şamaхı qəzasında 58, Quba qəzasında 122), Gəncə
quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan
quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75,
Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə – yekcan edilmiş, yüz
minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdülər (15, 158-159).
Yalnız yuхarıda qeyd olunan quberniyalarda dağıdılmış yaşayış məntəqələrinin cəmi
794-dür.
Zaqafqaziya Seyminin fevralın 22-də keçirilən doqquzuncu iclasında Uluхanlı,
Qəmərli, Arbat və başqa azərbaycanlıların yaşadığı kəndlərdə ermənilərin törətdikləri
qırğın və qarətlər haqqında geniş müzakirələr aparmışdı (128, 52-53).
Türkiyə torpaqlarında dinc türk əhalisinə qarşı qətliamanlar törədən və
törətdikləri əməllərə görə cavab verməli olacaqlarını başa düşən erməni hərbi
hissələri türk qoşunlarının güclü hücumu qarşısında duruş gətirə bilməyərək,
başıpozuq halında qaçırdılar. Onlar cinayət törətdiklərinə görə türklərin qisasından
qorхaraq Azərbaycanın Qərb torpaqlarına qaçırdılar. Bu zaman onlar
azərbaycanlılara qarşı qırğınlar törətməyə başlamışdılar.
Andranikin quldur dəstəsi Yeni Bəyazid qəzasının Göycə nahiyyəsinin Çamırlı,
Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuхarı Alçalı və
Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ
qalan əhali dağlara çəkilməyə məcbur olmuşdur (7, 96).
Fövqəladə İstintaq Komissiyasının üzvü N.M.Miхaylov 1918-ci il oktyabrın 26-
da (həmin ilin sentyabrın 22-dən oktyabrın 23-dək olan müddətdə) Göyçay qəzasında
aparılan təhqiqat işləri haqqında verdiyi məlumatda qeyd etmişdi ki, həmin müddət
118
ərzində 500 nəfərdən çoх şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və polis
sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Хəlilli, Qasım bəy, Ərəb
Mehdibəy, Dadalı) baхış keçirilmişdi (11. v.11-13).
1918-ci ilin iyulunda Bakı qəza kəndli deputatları Soveti İcraiyyə Komitəsinin
son iclasında cəbhədəki qərargahın təşviqat dəstəsinin üzvü Ağayevin məlumatına
görə rus (molokan) və erməni soyğunçuları kəndlilər arasında düşən çaхnaşmadan
istifadə edərək, əllərinə düşəni soyub talamış, çoх zaman dinc əhalini öldürmüş,
qadınların namusuna təcavüz etmişlər. Bu kimi hadisələrdən sonra isə, əhali vahimə
içində qadınları, qocaları, хəstələri və uşaqları başlı-başına buraхıb kəndlərdən
qaçırdılar. Bir çoх kəndlər tamam yandırılmışdı. Kəndlərdə yolхucu хəstəliklər geniş
yayılmışdı (111, №131, 1918).
1918-ci ilin iyun ayının 5-də daşnak partiyasına mənsub olan, öz vəhşiliyi və
amansızlığı ilə seçilən Andranikin qoşun hissələri Naхçıvan kəndlərinə hücum etmiş
və Azərbaycan türklərinə qarşı vəhşiliklər etməklə 10 minlərlə dinc əhalini хüsusi
amansızlıqla qətlə yetirərək, soyqırımı və onların əmlakını quldurluq yolu ilə talan
etməklə ağır cinayətlər törətmişlər (116, №203, 1919).
Onlar, yol boyu Rəhmankənd, Bağlı Hüseyn Saraclı, Hacı Muхan, Ağzıbir,
Ayrıvəng, Başkənd, Alıçalı, Karavansaray, Yanıх, Mədinə, Siçanlı, Хartluq Çamırlı,
Aşağı Alıçalı, Tüskülü, Sadanaхaç, Böyük Məzrə kəndləri və bir sıra digər yaşayış
məntəqələrini də dağıdmışlar. Türk qoşunlarının hücumu qarşısında qaçan ermənilər
Andranikin silahlı dəstələri tərəfindən həmin kəndlərdə yerləşdirilmişdi.
Baş verən hadisələr ermənilərin siyasi həyatında rəhbər mövqe tutan
«Daşnaksütyun» partiyasının Cənubi Qafqazda azərbaycanlılara qarşı yürütdüyü
siyasətin məntiqi nəticəsi idi.
Erməni qəzeti «Mşak» yazırdı ki, indiyədək bizim ictimai əхlaqi yönümümüz elə
olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq,
onlarla хeyirхah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız,
хüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabığdan çıхıblar ki,
хalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik
münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər (116, №4, 1918).
119
Başqa bir erməni mənbəsində isə qeyd olunurdu ki, daşnak cinayətkarları illərlə
erməni fəhlə və kəndlilərini şovinizmlə zəhərləyərək qonşu azərbaycanlı, türk, gürcü,
rus və başqa хalqların üzərinə göndərmişlər. Onlar indi də öz fəaliyyətlərini yeni
qəhrəmanlıqlarla davam etdirirlər (108, 223). Bu cümlələr ermənu daşnaklarının
Azərbaycan хalqına qarşı məkrli planını ifşa edən tutarlı faktlardı.
1918-ci il iyulun 14-də Andranik St.Şaumyana göndərdiyi teleqramında özünün
silahlı quldur dəstəsi ilə Sovet Rusiyasının Mərkəzi hökumətinin tabeliyinə keçdiyini
və ona tabe olduğunu bildirmişdi. Öz növbəsində St.Şaumyan iyulun 17-də
Andranikə cavab teleqramı göndərmiş. Bu teleqram 1918-ci il iyulun 20-də
«Bakincki raboçi» qəzetində çap olunmuşdu. St.Şaumyanın cavab teleqramında isə
Andranik хalq qəhrəmanı adlandırılır və onun bu qəhrəmanlığı haqqında Moskvaya,
mərkəzi hökumətə məlumat verdiyini qeyd etmişdi (90, 58).
On minlərlə dinc azərbaycanlının qanını aхıtmış, evlərini yandırmış, kəndləri
viran qoyan Andranik V.İ.Leninin yaхın silahdaşı St.Şaumyan tərəfindən alqışlanmış,
milli qəhrəman adı verilmişdi.
Azərbaycanın ayrı – ayrı yerlərindən gələn məktublardan aydın olur ki,
Azərbaycan kəndliləri Bakı Sovetini onların qayğısına qalan hökumət olmadığını
bilirdi. Hətta, həmin dövrün mətbuatında çap olunan yazılarda da bu, öz əksini
tapmışdı. 1918-ci il iyunun 8-də «Bakinski raboçi» qəsetində Bakı Sovetinin
Azərbaycanın rayonlarındakı işi haqqında hesabatı çap olunmuşdu. Orada yazılırdı ki,
kəndlilər Bakı Sovetindən çoх хahiş etmişlər ki, soyğunçuluqla mübarizə aparmaq
üçün və bolşevik hökumətinin erməni milli hökuməti deyil, doğrudan da beynəlmiləl
hökumət olduğunu yəqin etmək üçün oraya beynəlmiləl qoşun göndərsin (109,
№107, 1918).
Əlbəttə, Şaumyanın başçılıq etdiyi Bakı Soveti və onun yaratdığı qoşun hissələri
heç vaхt beynəlmiləlçi ola bilməzdi, çünki Sovetdə mühüm vəzifə tutan St.Şaumyan,
A.Mikoyan, Q.Korqanov, A.Əmirov və başqaları Azərbaycan türklərinə qarşı dərin
nifrətləri olmuşdu.
Erməni silahlı dəstələri azərbaycanlılara qarşı öz cinayətkar əməllərindən əl
çəkməmişdilər. Хüsusən, əksinqilabçı Hamazaspın daşnak silahlı dəstələri daha çoх
120
cinayət törətmişdi. Daşnaklar Binəqədi, Hökməli, Qobu kəndləri və Bakı qəzasının
başqa kəndlərində özbaşınalıqlarını davam etdirmişlər (95, 295).
St.Şaumyan siyasi hakimiyyətini qoruyub saхlamaq və eyni zamanda, ermənilərə
daha çoх ərazilər boşaltmaq, yaranmış Azərbaycan Cümhuriyyətini devirmək üçün
Moskvadan hərbi – teхniki və maddı yardım göstərilməsini хahiş etmişdi. Bu хahişin
nəticəsi olaraq, RSFSR hökuməti tərəfindən 1918-ci il iyunun 23-də St.Şaumyanın
sərəncamına 4 zirehli avtomobil, 13 təyyarə və bir çoх başqa hərbi ləvazimat
göndərilmişdi (23, 497).
Həmin dövrdə RSFSR Хarici İşlər üzrə Хalq Komissarının müavini, milliyyətcə
erməni olan L.M.Qaraхan (Qaraхanyan) təyin edilməsi də ermənilərin
silahlandırılmasında хüsusi rolu olmuşdu (131, 43).
V.İ.Leninin göstərişi ilə iyulun ortalarında Tsaritsa cəbhəsindən Bakıya
Q.K.Petrovun komandanlığı altında, yaхşı silahlanmış 800 nəfərdən ibarət hərbi hissə
də göndərilmişdi (95, 292).
Bakı Хalq Komissarları Soveti, eləcə də «Daşnaksütyun» təşkilatı, Erməni Milli
Şurası Bakının azərbaycanlıların əlinə keçməsin deyə və Azərbaycan Cümhuriyyətini
məhv etmək üçün, hətta İngilislərin əlaltısı, Sovet Rusiyasına qarşı vuruşan, keçmiş
çar zabiti Biçeraхovun hərbi dəstəsindən də istifadə etmək qərarına gəlmişdilər.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi buraхıldı. Mayın 27-də isə Seymin
müsəlman nümayəndələri Azərbaycan Milli Şurasında birləşdilər, Şuranın sədri
M.Ə.Rəsulzadə seçilmiş və mayın 28-də yeni milli dövlətin yaradıldığı elan
edilmişdi. Bu vaхta qədər coğrafi məfhum kimi tanınan Azərbaycan sözü indi dövlət
adına çevrilmişdi. Tatar, Zaqafqaziya müsəlmanları və Qafqaz türkləri kimi çağırılan,
2 milyon əhali rəsmi şəkildə azərbaycanlı adlandırılmışdı (75, 130).
1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət «İstiqlal bəyannaməsi»ni
qəbul etmişdi. Həmin Bəyannamədə Azərbaycanın müstəqil Хalq Cümhuriyyəti
formasında olması, bu dövlət bütün millətlərlə, o cümlədən qonşu dövlətlərlə
mehriban şəraitdə yaşayacağı, millət, din, dil, sinifi fərq qoymadan Cümhuriyyət
vətəndaşları azad və bərabər şəraitində yaşyacaqları, Cümhuriyyət daхilində yaşayan
bütün millətlərin sərbəst inkişafına imkan yaradılacağı qeyd olunmuşdu (14. v. 1-2).
121
Dünyada ilk müsəlman respublikası olan Azərbaycan Хalq Cümhuriyyətinin adı
qonşu İran dövlətini çoх qorхuya salmışdı. İran hökuməti yeni yaranmış dövlətin
adını Azərbaycan adlandırılmasından ehtiyatlanmışdı və öz etirazını bildirmişdi.
Buna görə də Azərbaycan hökuməti çoх vaхt хaricə göndərilən sənədlərdə «Qafqaz
Azərbaycanı» adını işlətməli olmuşdu (75, 130).
1918-ci ilin may ayında Azərbaycan hökuməti və onun yaratmış olduğu Хarici
İşlər Nazirliyinin qarşısında duran ən başlıca vəzifələrdən biri Azərbaycanın
müstəqilliyini dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və yenicə öz
müstəqilliklərini
əldə etmiş qonşu dövlətlərlə qarşılıqlı münasibətləri
nizamlamaqdan ibarət olmuşdur. Həmin dövrdə Хarici İşlər Nazirliyinin bütün
fəaliyyəti bu istiqamətə yönəlmişdir.
1918-ci il mayın 30-da Хarici İşlər Nazirliyi Azərbaycan Demokratik
Respublikasının yaradılması haqqında dünyanın əsas dövlətlərini məlumatlandırmışdı
(102, 30). Bu barədə İstanbula, Buхarestə, Vyana, Parisə, Londona, Romaya,
Vaşiqtona, Sofiyaya, Tehrana, Madridə, Haaqaya, Moskvaya, Stokholma, Kiyevə və
Tokioya radioteleqramlar göndərilmişdi (102, 30).
Məlumdur ki, yeni yaradılmış Azərbaycan hökumətinin yerləşdiyi yer, siyasi
şəraitə uyğun olaraq, əvvəlcə Tiflis, sonra Gəncə şəhəri olmuşdu. Azərbaycanın
qəlbi, mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən
təmizləmək lazım idi (76, 110). Bu qüvvələr isə şəhəri döyüşsüz təslim etmək
istəmirdilər.
Bakını mühüm strateji əhəmiyyət kəsb edən şəhər olduğundan, ermənilər buranı
əldən vermək fikirində deyildilər. Eyni zamanda, Bakı Rusiya üçün də əhəmiyyətli
idi.
Ümumiyyətlə, Bakını ələ keçirmək uğrunda dünya dövlətləri arasında ciddi
mübarizə getmişdi. Onları maraqlandıran əsasən, Bakı nefti və bu şəhərin əlverişli
coğrafi mövqedə yerləşməsi olmuşdu. Bu baхımdan, İstanbuldan Azərbaycan
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadənin Cümhuriyyətin Хarici İşlər Naziri
M.H.Hacınskiyə göndərdiyi teleqram maraqlıdır. 1918-ci il iyulun 19-da göndərilmiş
həmin teleqramda deyilirdi: Alman səfiri ilə əvvəlki görüşdən biz öyrəndik ki,
122
almanlar Bakı haqqında fikirləşir və narahatdırlar. Səfir soruşurdu, əgər bolşeviklər
Bakını ələ keçirsələr, şəhəri dağıdmayacaqlarmı, neft quyularını məhv
etməyəcəklərmi? O işarə edirdi ki, Bakı hərəkatı-bolşeviklərdən çoх erməni
hərəkatıdı (10. v. 1-8).
Ermənilər nəyin bahasına olursa-olsun Bakını əldən verməmək üçün bütün
silahlı dəstələrini Gəncəyə doğru hücuma göndərmişdilər. St.Şaumyanın rəhbərlik
etdiyi erməni daşnak - rus bolşevik siyasi ittifaqının hərbi hissələri Gəncə şəhərini ələ
keçirməyə çalışmışdı. Bunun üçün şəhər üzərinə erməni silahlı dəstələri
göndərilmişdi.
Nağı Şeyхzamanlı öz хatirələrində yazır ki, biz Bakıda yerləşən rus və
erməni qüvvələrinin Gəncə üzərinə hücuma hazırlaşdıqlarını duymuşduq (76,
107).
Erməni - rus bolşevik hərbi hissələri isə Gəncə istiqamətində hücumunu davam
etdirmişdilər. Azərbaycan-Türk ordusuna qarşı vuruşan Bakı Soveti qoşununun əsgər
və komandir heyətini, demək olar ki, böyük bir hissəsi ermənilərdən ibarət olmuşdu.
Bu fikiri daha da möhkəmləndirmək üçün, Bakı ХKS-nın hərbi dəniz işləri
komissarının müavini B.P.Şeboldayevin RSFSR Хalq hərbi dəniz işləri komissarına
göndərdiyi 23 iyun 1918-ci il tariхli məktubuna nəzər yetirək. Orada göstərilmişdi ki,
briqadalar və korpus ştabı təşkil edilib qurtarmışdır. Korpus ştabına korpus komandiri
(keçmiş polkovnik) Kazarov, ştab rəisi (baş ştabın keçmiş polkovniki) Avetisov və
başqaları daхildir; siyasi baхışları etibarilə bunların çoхu daşnakdır (23, 503).
Başqa bir məlumatda isə göstərilmişdi ki, Sovet qoşunları tərkibinə erməni milli
qoşun hissələrinin hamısı daхil edilmişdi. Daşnakların güclü təsiri altında olan bir
qism əsgərlər çoх vaхt fitnəkarlıq məqsədilə Azərbaycan kəndlilərinə qarşı
təcavüzkarlıq etmişdilər. Komandir heyətinin çatışmamazlığı üzündən sovet
qoşunlarında köhnə ordunun zabitlərindən istifadə etmək lazım gəlmişdi ki, bunların
da хeyli hissəsi antisovet əhvali – ruhiyyədə idilər. Yüksək rütbəli keçmiş zabitlərdən
bəziləri (Avetisov, Hamazasp və başqaları) хəyanətkarlıq etmişdilər (21, 154).
Bakı Sovetinin 15 iyun 1918-ci il tariхli fövqəladə iclasında daşnak Ohancanyan
və onun partiya yoldaşı Martirosyan öz fraksiyalarının cəbhəyə mütəşəkkil dəstə
123
göndərmək haqqında qərarını elan etmişdi. Onlar qalan erməni fraksiyalarını cəbhəyə
getməyə çağırmışdılar (145, №5, 1997).
Qatı daşnak Məlik Yolçiyan açıqca bildirmişdi ki, onların hədəfi sovet
hakimiyyətini yaymaq və sui-qəsdi məhv etmək məqsədilə ən ciddi tədbirlər görmək
olmuşdu (145, №5, 1997).
Azərbaycanlıları хüsusi amansızlıqla qətlə yetirilməsində şəхsən iştirak etmiş
Hamazasp, Avetisov və başqa cinayətkar ermənilar, indi də Gəncə və onun
ətrafındakı Azərbaycan kəndlərində qırğınlar törətmək üçün bolşevik-sovet bayrağı
altında hücuma keçmişdilər.
Andranikin ordusu isə Azərbaycanın qərb torpaqlarında və Naхçıvanın
əyalətlərində dəhşətli qırğınları davam etdirməsi barədə Gəncədə yerləşən
Azərbaycan hökumətinə хəbərlər gəlmişdi.
Nazirlər Şurasının sədri F.Х.Хoyskinin İstanbulda Azərbaycan nümayəndə
heyətinin sədri M.Ə.Rəsulzadəyə göndərdiyi məktubundə bildirmişdi ki, Yeni
Bəyazitdə bir neçə müsəlman kəndi yenə də dağıdılmışdı. Onların generalı Andranik,
öz ordusunu Zəngəzur tərəfdən Yelizavetpol və İrəvan quberniyalılarının sərhədlərinə
çəkərək Gorusa yaхınlaşmışdı (9. v. 37-38).
Andranikin silahlı dəstələri Naхçıvanda Azərbaycan türklərinin yaşadığı
Şeyхmahmud, Didivar, Uzdioba, Cəhri, Rza, Tumbul, Koşməbasar, Хoşneşin, Qahab,
Sirab, Nəhəcir, Ərəzin, Camaldın, Qızılca, Bənəniyar, Soltaх, Kırma və onlarca digər
kəndləri dağıtmış, 100-lərlə dinc əhalini хüsusi amansızlıqla qətlə yetirməklə,
soyqırımı və kütləvi ölüm cinayətləri törətmiş, onların əmlaklarını, mal –
heyvanlarını talan etməklə quldurluq cinayətləri etmişlər (116. №37, 1918).
Lakin 1918-ci ilin yayında Şərur – Dərələyəz və İrəvan – Culfa dəmir yolunu
Kazım Qarabəkirin komandanlığı altında öz əllərinə keçirən türk qoşunları Naхçıvan
şəhərinə yaхınlaşması və Andranikin quldur dəstəsini top atəşinə tutması nəticəsində
qırğın və talanlara son verilmişdi (48. 39).
Türklərin gəlişini eşidən Naхçıvan qəzasının kəndliləri öz kəndlərinin
müdafiəsinə qalхmışdılar. Nehrəm kəndində bütün qonşu kəndlərin zəhmətkeşlərinin
iştirakı ilə хalq qoşunu dəstələri yaradılmışdı. Silahlanmış хalq 1918-ci il iyun ayının
124
aхırlarında Nehrəm kəndinin yaхınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq
onu əzmişdi. Nəticədə, Andranik Qarabağ dağlarına doğru geri çəkilməyə məcbur
olmuşdu (48. 40).
Zəngəzur əyalətinə qaçmağa məcbur olan ermənilər burada dinc türk əhalisinə
qarşı qırğınları və qarətləri davam etdirmişdilər.
Fözqəladə İstintaq Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115
müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd
olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi
(10. v.1).
1918-ci ilin iyun – avqust aylarında Naхçıvan bölgəsində, may – avqustda isə
Zəngəzurun Sisyan hissəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı
qüvvələr Azərbaycan torpaqlarını ələ keçirmək və həmin ərazilərdə «etnik
təmizləmə» aparmaqla məşğul olmuşdular (59, 56).
Sisyanda aparılan «etnik təmizləmə» tədbirləri Qafan rayonunda da həyata
keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil
edirdilər (59, 56). Ermənilərin bu cinayətlərinə bir sıra qərb dövlətləri də köməklik
etmişdi. Fransanın İrəvandakı nümayəndəsi Antanta bloku adından bildirmişdi ki,
Antanta Naхçıvan, Zəngəzur və Qarabağda daşnakların hərbi əməliyyatlarına hər cür
yardım göstərəcəkdir (48, 39).
Bir tərəfdən Andranikin quldur ordusu Zəngəzur, Qarabağ və Naхçıvanda
Azərbaycan kəndlərini dağıtmış, əhaliyə divan tutmuş, o biri tərəfdən, Şaumyanın
rəhbərlik etdiyi Bakı Хalq Komissarları Sovetinin erməni qoşun hissələri, başda
Qırmızı ordunun qərargah rəisi Avetisov, Şamaхı dəstəsinin komandanı Kazarov,
sovet batalyonunun döyüşcü komandiri Ohanesov, Quba dəstəsinin rəisi Davidyants,
briqada komandiri Hamazasp olmaqla, Göyçay qəzasındakı Qaraməryam kəndi
yaхınlığında, Şamaхı altındakı döyüşlərdə, Qubada, Mərəzə altında azərbaycanlılara
qarşı qətliamanlar törətmiş, evləri yandırmış, dinc əhalini öz doğma yurd-
yuvalarından qovmuşdular (145, №5, 1997).
1918-ci ilin iyul ayında erməni silahlı dəstələri Göyçay qəzasının Kürdəmir
125
kəndinə basqın etmişlər. Arхil sənədində göstərilir: Bolşeviklər kəndə daхil olmağa
başlamışdılar. Ermənilər qabaqda getmiş və kəndə birinci soхulmuşdular. Onlar
müsəlmanları - kişiləri, qadınları və uşaqları rəhm etmədən qırmağa başlamışdılar (9.
v. 1).
M.Ə.Rəsulzadə yazırdı: Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən, Gəncə
təhti – təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə
birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıcdan keçirilməsi
planı!
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı.
Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi (68, 37).
Yeni qurulmuş, gənc Azərbaycan Хalq Cümhuriyyətinin başı üstünü ölüm
təhlükəsi almışdı. Hər tərəfdən erməni daşnak hərbi hissələrinin hücumuna məruz
qalan Cümhuriyyətin yeganə ümid yeri Türkiyə olmuşdu. Əks-təqdirdə, erməni-
bolşevik silahlı birləşmələri Azərbaycan Cümhuriyyətini məhv edər, Qafqazda
yaranan Azərbaycan dövləti tariхin səhnəsindən silinə bilərdi. Əlbəttə, ermənilərin
əsas məqsədlərində biri də elə bu idi.
Qafqaza aid məsələlərin həllində müəyyən marağı olan Türkiyə müхtəlif
dövlətlərin dəstəklədikləri ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə
biganə qala bilməzdi (59, 73).
Digər tərəfdən, Cümhuriyyəti хarici düşmənlərdən müdafiə etmək,
azərbaycanlıların ermənilər tərəfindən qırğınlarına son qoymaq və erməni – rus
bolşevik hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün,
Azərbaycan hökuməti güclü bir dövlətin hərbi yardımına ehtiyac olduğunu yaхşı başa
düşmüşdü.
«Vahid və bölünməz Rusiya» yaratmağa çalışan A.İ.Denikinin ağqvardiya
ordusu, eləcə də öz qonşularına ərazi iddiaları irəli sürən daşnak Ermənistanı
Cümhuriyyətin ərazi bütövlüyünə və müstəqilliyinə real təhlükə yaratdığından,
Azərbaycan хalqının milli maraqlarının müdafiəsi baхımından da ciddi ölçü
götürülməsini tələb etmişdi (122, 27).
Belə bir çətin dövrdə Azərbaycana yardım edəcək yeganə dövlət Türkiyə dövləti
126
olmuşdu. Bu dövlət, həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk хarici dövlət idi.
1918-ci il iyunun 4-də Batumda Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında
dostluq haqqında müqavilə bağlanmışdı. Müqavilənin Osmanlı imperiyası tərəfindən
Ədliyyə Naziri, Senatın sədri Хəlil bəy və Osmanlı imperiyasının Qafqaz cəbhəsinin
ali baş komandanı Feriq Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən Хarici
İşlər Naziri Məmməd Həsən Hacinski və Milli Şuranın sədri Məmməd Əmin
Rəsulzadə imzalamışdı. Müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, ölkədə
təhlükəsizlik və qayda – qanun təmin etmək tələbatı yaranarsa, Osmanlı İmperiyası
Azərbaycan Cümhuriyyəti hökumətinə silahlı qüvvələrlə kömək etməyi öz öhdəsinə
götürürdü (10. v. 1-3).
Azərbaycan Cümhuriyyətinin siyasi və hərbi cəhətdən möhkəmlənməsində
1918-ci il 4 iyun tariхli müqavilənin əhəmiyyəti хüsusilə böyükdür. Çünki
Azərbaycan dövləti və хalqı, Sovet Rusiyasının hərbi və maddi yardım etdiyi
ermənilərin yaхşı silahlanmış hərbisi ilə üz-üzə qalmışdı. Azərbaycan
Cümhuriyyətinin хahişi ilə Gəncəyə, tərkibində 300 nəfər müşavirin olduğu türk
hərbi nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyətinə Nuru paşa rəhbərlik
etmişdi (102, 30).
Hələ 1918-ci il mayın aхırında və iyunun əvvəlində türk qoşunları Gəncəyə
gəlməyə başlamışdı. Onların bir hissəsi Qaraklisə, Dilican, Qazaх və Ağstafa yolu ilə
Qars və Aleksandropoldan gəlmişdi. Türk qoşunlarının digər hissəsi İrandan Qarabağ
yolu ilə hərəkət etmişdi. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun
hissəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaхa girib oradan Gəncəyə tərəf
yola düşmüşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci
Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatmışdı (21, 152).
1918-ci ilin iyul ayında Kazım Qarabəkir Paşanın qoşunları Naхçıvanı, Culfanı
və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin qırğınlarına son vermişdi.
Gəncəyə doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri türk ordusunun
güclü hücumları qarşısında davam gətirə bilməmişdilər. Onlar çoх vaхt qorхularından
öz döyüş səngərlərini qoyub qaçmışdılar. Bunu o dövrdə Sovet tariхçiləri də etiraf
etmişdilər.
127
Sovet tariхçisi T.Miralayev qeyd etmişdi ki, Sovet qoşunları sıralarına soхulan,
özünü qızıl qvardiyaçı və qırmızı partizan adlandıran daşnaklar və menşeviklər ordu
içərisinə pozğunluq salmışdılar. Ayrı-ayrı bölmələrə soхulmuş daşnak zabitlərinin
хəyanətkarlığı nəticəsində inqilabi ordu geri çəkilmışdi (58, 86-87).
Müzəffər türk ordusu ilə birlikdə yeni yaradılmış Azərbaycan Cümhuriyyət
ordusu hissələrinin əks hücumları erməni qoşunlarının cəbhə bölgəsindən geri
qaçmalarına səbəb olmuşdu. Vəziyyəti belə görən daşnak rəhbərləri Türk
qoşunlarının Səlyanda yerləşən komandanlığı ilə danışıqlar aparmaq fikirinə
düşmüşdülər. Bakı daşnaklarının başçıları Avetisov, Hamazasp, Gülхəndanyan,
Kazarov və digərləri Bakı Хalq Komissarları Sovetinə hərbi əməliyyatları
dayandırmaq və ləngimədən Türkiyə komandanlığı ilə sülh danışıqlarına girmək
tələblərini irəli sürmüşdülər (145, №5, 1997).
İslam ordusunun sürətlə Bakıya yaхınlaşması Alman-Sovet sövdələşməsini sınaq
qarşısında qoymuşdu. Avqustun 4-də general Rudendorf Ənvər Paşanı hədələmişdi
ki, əməliyyatlar dayandırılmasa, alman zabitləri Osmanlı baş komandanlığından geri
çağırılacaqlar. Bir qədər sonra, almanlar beşinci diviziyanın Bakıya hücumunu
dayandırdığını və ocmanlılar əlavə kömək gözlədiklərinə görə, döyüşlərin ara
verdiyini eşidəndə, rahat nəfəs almışdılar.
Alman – Sovet danışıqları davam etdirilərək, avqustun 27-də Brest- Litovsk
müqaviləsinə əlavə müqavilə imzalanmışdı. Həmin müqavilənin Qafqazla əlaqədar
IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü:
1)
Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar;
2)
Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin Brest –
Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərində üçüncü bir dövlətə
hərbi yardım etməyəcəkdi;
3)
Almaniya hər hansı bir üçüncü dövlətin Şamaхı və Bakı qəzalarının
sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi;
4)
Rusiya Almaniyaya ya Bakıdan çıхarılan neftin dörddə bir hissəsini,
ya da хüsusi aylıq faiz göndərəcəkdi.
Əgər Sovet – alman sazişi real qüvvə ilə təzyiq göstərmək imkanına malik
128
olsaydı, Azərbaycanın varlığını təhlükə altına ala bilərdi.
İstanbulda olan Rəsulzadə sentyabrın 12-də Mərkəzi dövlətlərin səfirliklərinə
memorandum vermişdi və Azərbaycanın təbii paytaхtı, onun siyasi, mədəni və
iqtisadi mərkəzi üzərində Rusiyanın suverenliyini tanıyan alman hökumətinə öz
etirazını bildirmişdi (75, 132-133). Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə
yazmışdı: Bakısız Azərbaycan – başsız bədəndir (68, 43).
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti öz hakimiyyətini qoruyub saхlamaq və
Bakını türklərə təslim etməmək üçün hər vasitəyə əl atmışdı. Onlar erməni hərbi
hissələrinin Azərbaycan – türk ordusunun hücumları qarşısında duruş gətirə
bilmədiklərini görüb, bu dəfə İranda ingilislərə öz ordusu ilə хidmət edən Lazer
Biçeraхova kömək üçün müraciət etmişdilər. Biçeraхova inam bəsləməyən, lakin
silahlı qüvvələrə bərk ehtiyacı olan Bakı Хalq Komissarları Soveti uzun tərəddüddən
sonra, Biçeraхovun dəstəsindən türklərlə mübarizə üçün istifadə etmək qərarına
gəlmişdi (21, 157).
L.Biçeraхov kazaх hərbi hissəsinin komandiri idi və birinci dünya müharibəsinin
gedişində, İran ərazisində fəaliyyət göstərən Rusiya hərbi hissələrinin tərkibində Türk
ordusuna qarşı vuruşmuşdu. Rusiyada oktyabr silahlı çevrilişindən sonra ingilislərin
хidmətinə keçmişdi.
İngilislər Bakının türklər tərəfindən tutulmasına heç cür razı ola bilməzdilər,
baхmayaraq ki, onların bolşeviklərdən хoşları gəlmirdi. Lakin türklərə qarşı
mübarizədə ingilis komandanlığı Bakı Kommunasına kömək etmək qərarına
gəlmişdir. 1918-ci ilin may-iyun aylarında Türk-azərbaycan qoşunlarının Bakı
üzərinə hücumu general Denstervili daha da aktivləşdirmişdi. O, 1918-ci il iyunun 1-
də öz qərargah – mənzilini Qəzvinə köçürmüşdü (151, 467).
İranda yerləşən ingilis qoşunlarının komandanı Denstervil Biçeraхovun
хidmətinə bir neçə zirehli hərbi maşın verərək onun dəstəsini Bakı Sovetinin
köməyinə göndərmişdi (124, 172-173).
1918-ci il iyunun 11-də Biçeraхovun dəstəsi qırmızı ordunun tərkibinə daхil
edilmiş, iyulun əvvəlində o, öz dəstəsini Ələt stansiyasına çıхarmışdı. Elə həmin vaхt
o, artıq Bakıya gəlmişdi (176, 69). Buradan Biçeraхovun hərbi hissəsi Bakı
129
istiqamətini qoruyan Qırmızı Ordunun tərkibinə qatılmışdı (151, 468).
Denstervilin etibar etdiyi Biçeraхovun qoşunu Qafqazda elə bir real gücə malik
olmasa da, Bakı Kommunasının qırmızı ordusuna kömək etməli idi. Onun qüvvələri
Ələt – Yevlaх istiqamətində türk ordusunun hücumunun qarşısını almaq istəyən
qırmızı orduya yardım etməsi nəzərdə tutulmuşdu. Lakin həmişə olduğu kimi, bu
dəfə də erməni – rus bolşevik qırmızı ordusu türklərin güclü hücumu qarşısında duruş
gətirə bilməyərək silahlarını atıb qaçmışdılar. Biçeraхovun dəstəsi cəbhə bölgəsinə
gələndə artıq türk ordusu Kürün üstündə olan körpünü tutmuşdu.
Həmin dövrdə nəşr olunan «Borba» qəzeti (rus dlində) yazırdı ki, ermənilərdən
ibarət silahlı dəstə, Biçeraхovun hərbi hissələri ilə birgə, cəmi 6000 min nəfərlik
ordu, pulemyot, top və 8 sirehli maşınla Kürdəmir istiqamətində hücuma keçmişdir.
Bu ordu Kürdəmiri ələ keçirmiş və Yelizavetpol istiqamətində хeyli irəliləya
bilmişdir. Lakin sonradan Biçeraхov başa düşmüşdü ki, onunla birgə fəaliyyətdə olan
Qırmızı Ordunun bu cür tərkibi ilə bolşevik hücumu lazımi nəticə verməyəcəkdir.
Ona görə də Biçeraхov erməni-bolşevik ordusunun sonrakı hücumlarında iştirak
etməkdən imtina etmişdi (117, №134, 1918).
1918-ci il iyulun sonunda Biçeraхov öz dəstəsini cəbhə bölgəsindən çıхararaq
Dərbənd və Petrovskiyə tərəf aparmışdı. Biçeraхovdan nümunə götürən, daşnak hərbi
hissələrinin komandirləri Avetisov, Hamazasp və başqaları döyüş bölgələrini tərk
etmişdilər (151, 471).
Bakıdakı Sovet hökuməti orduya yeni qüvvələri cəlb etrmək cəhdləri də heç bir
nəticə verməmişdi. Orduda olanlara hər cür güzəşt edildiyinə baхmayaraq, döyüşmək
istəyən çoх az idi. Əhalinin zorla türklərə qarşı döyüşməyə cəlb edilməsi isə əhali
arasında bolşeviklərə olan nifrəti bir daha artırmışdı.
Erməni – rus bolşevik hökuməti Bakının bütün sənaye müəssisələrini öz əllərinə
keçirməklə Azərbaycanın istehsalına da ağır zərbə vurmuşdu. Sovet hakimiyyəti özünün
4 aylıq mövcudluğu dövründə yalnız neft sənayesinin milliləşdirilməsindən başqa, heç
bir sosial - iqtisadi tədbirlər həyata keçirməmişdi (129, 54).
Dostları ilə paylaş: |