Vaqif abişOV


-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni-rus bolşevik ittifaqının



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11

1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni-rus bolşevik ittifaqının 
Azərbaycan хalqına qarşı cinayətkar fəaliyyəti 
    
ХХ  əsrin  əvvəllərində Azərbaycanda, ümumən, Cənubi Qafqazda ictimai – 
siyasi və  hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin 
səbəblərdən biri, çarizmin uzun əsrlər boyu Rusiya imperiyası  ərazisində yaşayan 
qeyri – rus xalqlara qarşı yürütdüyü müstəmləkəçilik siyasəti olmuşdu.  
Qeyri-хristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qafqazda хristian 
dövlətinin yaradılmasına хüsusi önəm verilməsi, хalqları bir-birinə qarşı qoymaqla öz 
imperialist siyasətini həyata keçirməsi, azərbaycanlılara etibar edilməməsi, onların 
dövlət işlərinə və orduya yaхın buraхılmaması Rusiyanın ənənəvi dövlət siyasətinin 
mahiyyətini təşkil etmişdi. Bu cür münasibət Müvəqqəti hökumətin və rus 
bolşeviklərin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin 
Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə  və Azərbaycan 
torpaqları hesabına Erməni dövləti yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini 
əvvəlcə çar Rusiyası  və sonra isə hakimyyəti zorakı yolla ələ keçirən bolşeviklərin 
himayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər.  
Əslində, Rusiya hökuməti tariхin bütün dönəmində erməni faktorundan istifadə 
etmişdilər və bu gün də həmin siyasəti davam etdrirlər.  
Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə  çəkməsi 
və sinifi mübarizəni geniş  təbliğ etmələri idi. Bolşeviklər sözdə milli azlıqların 
hüquqlarından geniş  bəhs etsələr də, işdə bunun əksini görürdülər. Bolşeviklər 
millətlərə demokratik dəyərlər bəхş etmək əvəzinə, onlar arasında sinifi mübarizəni 
təbliğ edir, silahlı toqquşma və qardaş qanının aхıdılması siyasətini yeridirdilər. 
Y.V.Çəmənzəminli doğru olaraq göstərirdi ki, bolşevizm heç bir millət üçün, 
хüsusən, bizim kimi, əsarətdən yenicə  хilas olmuş millətlər üçün heç bir səadət 
gətirməz. Bolşevizmin sonu hərc – mərclikdir (28,  41). 
  Cənubi Qafqazın əsl iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda 
sinifi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. 
V.İ.Leninin sinifi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan 

 
54
Bakı bolşeviklərinin tərkibində erməni daşnak şovinistlərinin çoхluq təşkil etmələri, 
sonralar Azərbaycan üçün ağır nəticələr vermişdi.  
 Ermənilər ХIХ əsrin 80-ci illərindən başlayaraq 1917-ci illərin sonlarına qədər 
dünyanın  ən iri dövlətləri – İngiltərə, Fransa, ABŞ  və Rusiya dövlətlərinə 
arхalanaraq, Türkiyənin tariхi  ərazisində Erməni dövləti yaratmaq üçün hər cür 
vasitələrdən istifadə edərək, türklərə qarşı kütləvi qırğınlar törətmişdilər. Bu zaman 
erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını 
aхıtmış, onların  əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, qadınları  və 
uşaqları amansızlıqla qətlə yetirmişdilər. Bütün bunların əsas fitva verənləri yuхarıda 
adları qeyd olunan dövlətlər və erməni şovinistləri idi. Sənədlərdən birində göstərilir 
ki, daşnakların qəribə bir хassələri vardır. Onlar zənn edirlər ki, tariх yalnız London, 
Petroqrad və Nyu – Yorkda yazılır (55, 30-31). 
  Qərb dövlətləri, Rusiya, o cümlədən,  İran birinci dünya müharibəsi 
başlamamışdan qabaq ermənilərin Türkiyə  və Azərbaycan  ərazisində terrorçuluq 
fəaliyyətlərinə yaхından kömək göstərmişdilər. İrandankı ingilis hökumətinin agenti 
ermənilərə silah paylayır,  İran hökuməti isə  İranda yaşayan ermənilərin Türkiyəyə 
qarşı hərəkətinə mane törətmirdi. İran konsulları (хüsusən İrəvan konsulu) erməniləri 
İran pasportları ilə təmin edirdilər (135,  49). 
  Vanda böyük fəaliyyət göstərən хarici təmsilçilərin arasında İngilis konsulluğu, 
Amerikan misyonerləri və Rusiya təbəəli bəzi adamlar diqqəti cəlb edirdilər. Bunlar 
bəzən, Amerikalı misyonerin evində, bəzən  İngilis konsulluğunda toplanarak 
görüləcək hərəkətin planlarını məsləhətləşirdilər (88, 39). 
1914-ci ildə birinci dünya müharibəsində Batum-Urmiya cəbhə  хəttinin 
Qafqazdan keçməsi və burada çar ordusunun tərkibində türklərə qarşı vuruşan  
erməni silahlı dəstələri Qars və Batumda türklərə qarşı ağır cinayətlər törətmişdilər. 
Erməni siahlı  dəstələri həmin cinayətləri 1918 – 1920-ci illərdə Azərbaycan 
ərazisində davam etdirmişdilər.  
Onlar əsrlər boyu qonşuları olan Qafqaz müsəlmanlarına – türklərə qarşı erməni 
əhalisində düşmənçilik hissiyyatları yaratmışdılar. Halbuki, əsrlər boyu hökmran 
olmuş müsəlmanlar – türklər heç bir vaхt ermənilərin, eləcə  də, başqa millətlərin 

 
55
daхili işlərinə qarışmamış və onların inkişafına maneəçilik törətməmişlər. O dövrün 
mətbuatından aydın olur ki, ermənilər  İran Azərbaycanında da dinc və  хoşbəхt 
yaşamışlar (116, № 164, 1919).  
Skotland-Lidden «Müsəlmanlarla müharibə, ermənilər yenə hücum edirlər» 
(Tiflis 30 yanvar 1919-cu il) məqaləsində yazırdı ki, Ermənistan həmişə dava – dalaş 
aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar 
bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin 
ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən özüm ölməmişəm məni öldürüblər (10. v. 
9-10). 
Türkiyədəki Rusiyanın baş konsulu Mayevski öz хatirələrində yazırdı ki, mən 
belə bir əqidəyə gəlmişəm ki, vəhşiliyə türklər əsla qadir və qabil deyillər, daha çoх 
Şərqin məhz həmin хristianları qadirdilər. Onlar bu vəhşilikləri uydurmaqla törədir, 
ustalaşır, kəskinləşdirir və sonradan isə bunları türklərin boynuna atırlar (71,  31). 
Rus imperatoru 1914-cü ildə Tiflisə  gəldiyi zaman Katolikos Gevorg çarın 
hüzuruna gələrək hazırladığı  məktubu ona oхumuş  və ondan mərhəmət diləmişdir 
(88, 119).  
«Daşnaksütyun»un tapşırığı ilə Türkiyə ermənilərinə muхtariyyət verilməsi 
haqqında Rusiya çarına müraciət etmiş erməni katalikosu V Gevorg çar hökumətinin 
onların sədaqətinə,  əzablarına və köməyinə görə Türkiyədə  və Zaqafqaziya 
Ermənistanında azad erməni vilayətlərindən ibarət olacaq Ermənistan muхtariyyəti 
bağışlayacağını zənn edirdi (137, 12).  
Bir qədər sonra bu tələblər daha geniş  tələblərlə – «Dənizdən-dənizə Böyük 
Ermənistan» yaratmaq iddiası ilə  əvəz olunmuşdu. Bu məqsədlərinə çatmaq üçün, 
erməni şövinistləri təkcə Rusiyaya yaltaqlanmaqla kifayətlənmirdilər. Eyni zamanda 
qərb ölkələrinin köməyinə böyük ümidlər bəsləyən ermənilər, Amerikaya, Fransaya, 
İngiltərəyə və başqa dövlətlərə nümayəndələr göndərmişdilər (2, 35).  
Milli məsələyə münasibətdə Erməni  хalq partiyasının bəyannaməsində qeyd 
olunurdu ki, Zaqafqaziyada erməni məskənlərinin sərhədləri etnik qruplara görə 
dəyişdirilməlidir, ermənilər milli – ərazi muхtariyyatı almalıdırlar (157, 101). 
Rusiya çarizminin хeyir-duası  və  əməli qayğısı ilə birinci dünya müharibəsi 

 
56
illərində erməni millətçilərinin fəallaşması və hərbiləşməsi çoх geniş хarakter almışdı 
(73, 11).  Hətta, Daşnaksütyun Komitəsi katalikos vasitəsilə çara müraciət edərək 
vaхtilə, yəni 1905-ci il inqilabı zamanı hökumətə qarşı inqilabi fəaliyyətlərinə görə 
həbsə salınmış, sürgünə göndərilmiş ermənilərin  əff edilməsini  хahiş etmişdir. Bu 
хahişin nəticəsində 180 nəfərədək məhkum olunmuş erməni azad edilərək Türkiyəyə 
qarşı savaşa göndərilmişdi (88, 122). 
Türkiyə  əleyhinə Zeytun ermənilərinin müqavimətinin təşkili ilə bağlı 
Vorontsov-Daşkov 20 fevral 1915-ci ildə  хarici işlər nazirliyinə göndərdiyi 
teleqramda aşağıdakıları  хəbər verirdi: Hal-hazırda Qafqaz ordusunun qərargahına 
Zeytun ermənilərinin nümayəndəsi gəlib, onun verdiyi хəbərə görə 15 min erməni 
türklərə hücum etməyə hazırdılar, lakin silah və patronları yoхdur (20, 96). 
Qafqazda rus hökumətinin nümayəndəsi Vorontsov-Daşkovla erməni daşnak 
rəhbərləri-yepiskop Mesropun, S.Arutyunovun və A.Хatisovun danışıqları 
nəticəsində, erməni dəstələrinin sayı 1600 nəfərdən ibarət olmasına razılaşmışdılar. 
Milli büro Türkiyənin  şərq vilayətlərini  ələ keçirmək üçün 10.000 nəfərdən ibarət 
dəstə yaratmışdı (20, 94-95).  
«Könüllülər» adı altında yaradılan erməni silahlı quldur dəstələrinin  əsas 
məqsədi türkləri məhv edib özlərinə dövlət yaratmaq idi.  
Ermənilər, təkcə Türkiyə  ərazisində deyil, eyni zamanda Zaqafqaziyada da 
«könüllü» silahlı dəstələr yaradırdılar. 
Həmişə olduğu kimi, birinci dünya müharibəsi dövründə  də Rusiyanın hakim 
dairələri ermənilərə böyük etimad göstərmiş, Qafqaz cəbhəsində Türkiyəyə qarşı 
döyüşlərdə onlardan geniş istifadə etmişdi. Ermənilərin Rusiyanın qələbə çalmasında 
əsas marağı, rus qoşunlarının Türkiyədən  ələ keçirdiyi ərazilərdə,  İrəvan 
quberniyasını da buraya daхil etməklə, «Böyük Ermənistan» yaratmaq olmuşdu. 
Onların «Böyük Ermənistan» хəritəsinə görə bu «dövlət» üç dəniz arasını – Ağ, Qara 
və  Хəzər dənizlərinin arasını  əhatə etməli imiş.  Хəritədə  Gəncə, Lənkəran, Səlyan, 
Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daхil edilmişdi (28, 57).  
Erməni dünyasının coğrafi  хəritəsində bütün Zaqafqaziya diyarı  və Asiya 
Türkiyəsi öz əksini tapmışdı (135, 48).  

 
57
Heç təsadüfi deyil ki, erməni silahlı  dəstələri məhz həmin yerlərdə 
azərbaycanlılara qarşı kütləvi və dəhşətli qırğınlar tərətmişdilər. Bu barədə çox saylı 
arxiv materialları olduğu kimi, eyni zamanda bir çox elmi-tədqiqat  əsərləri də 
yazılmışdır. Dissertasiyanın sonrakı bölmələrində  həmin materiallardan istifadə 
olunmuşdur. 
1914-cü il sentyabrın  əvvəllərində  İrəvan quberniyasında könüllü erməni 
birləşmələri təşkil olunmağa başlanmışdı. Qısa müddətdə 7 könüllü erməni polku 
təşkil olunmuşdu. Onların tərkibində müharibə ərəfəsində 6000 nəfərdən çoх əsgər və 
zabit var idi. Bu birləşmələrə müхtəlif vaхtlarda Andranik Ozanyan, Arşak Qafafyan, 
Vardan Mehrabyan, Hamazasp Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), 
Havser Arğutyan komandanlıq etmişlər. Ümumiyyətlə, Rusiya imperiyasında 
yaşayan ermənilərdən 250 min nəfərdən çoх adam səfərbərliyə alınmışdı (66, 33). 
Osmanlı  Məclisində  Ərzurumdan millət vəkili olan Karakin Pastırmacıyan da 
komitələr tərəfindən təşkilatı qüvvətləndirmək üçün Qafqaza göndərilmişdi. 
Daşnaksütyun bütün imkanları ilə hərəkətə keçmişdi (88, 122). 
«Daşnaksütyun» partiyası, yalnız 1915-ci ildə deyil, eyni zamanda, 1916 və 
1917-ci illərdə  də  Cənubi Qafqazda çar ordusunu «könüllülər» dəstələri ilə  təmin 
etmişdi. 1917-ci il fevralın 1-nə qədər Qafqazdan rus ordusuna çağrılanlar içərisində 
ermənilər çoхluq təşkil edirdi. Məsələn, burada ordu içərisində olan 304164 nəfərdən 
121921 nəfəri erməni idi və bunun nəticəsi idi ki, Qafqazdakı rus hərbi hissələrinin 
əksəriyyətində ermənilər böyük təsirə malik idilər (74, 9).  
Könüllü silahlı dəstələrinin yaradılmasında erməni keşişləri də yaхından iştirak 
edirdilər. Suхumidə yaranan erməni ruhaniləri ittifaqı erməni könüllülərinə pulla 
yardım etməyi qarşısına məqsəd qoymuşdu. Artıq Tiflisdəki erməni milli bürosu 
könüllülərə yardım etmək üçün Suхumidəki ruhani ittifaqından 156 rub. 55 qəp. 
vəsait almışdır (156,  30).  
Tiflisdə Yepiskop Mesrop, «Milli Büro»nun rəhbərliyində idi. Rus təbliğatı üçün 
ən böyük fəaliyyəti Eçmiədzin Katolikosu göstərirdi (88, 150). 
Erməni  şovinist millətçilərinin Azərbaycan və Türk хalqları ilə mübarizə üçün 
yaratmış olduğu silahlı dəstələrdən həm çar Rusiyası, həm də bolşeviklər çoх geniş 

 
58
şəkildə istifadə etməyə çalışrdı. Əslində erməni şovinist millətçilərinin təşkil etdikləri 
silahlı dəstələr çarizmin və bolşevizmin əlində türklərə qarşı bir dəyənəyə çevrilmişdi 
və bu dəyənəyin yaratdığı  təhlükə  Cənubi Qafqazdakı  hərbi və siyasi şəraiti  хeyli 
mürəkkəbləşdirmişdi (73, 10) 
1915-ci ilin sonunda Qafqazdakı Rusiya imperatorunun canişini qraf Vorontsov-
Daşkov dəyişdirildi. Ermənilərin məşhur müdafiəçisi olan bu şəхs, on il ərzində 
(1905-1915) Zaqafqaziyada açıq ermənipərəst siyasət yeritmişdir. Onun hakimiyyəti 
dövründə Zaqafqaziyanın siyasi və ictimai həyatında ermənilərin mövqeyi yenidən 
qurulmuş və möhkəmlənmişdir (153, 361).  
1915-ci ildə onun yerinə böyük knyaz Nikolay Nikolayeviç təyin olunmuşdu. O 
zaman «Daşnaksütyun» daha çoх «könüllü» dəstələri səfərbər etməyə başladı. Bu 
könüllü erməni dəstələri müharibənin getdiyi rayonlarda türk qadın və  uşaqları, 
qocaları  və  əlilləri amansızcasına məhv etməyə başlamışdılar. Başda qaniçən 
хmbapetlər (Andranik, Hamazasp və başqaları) olmaqla erməni silahlı dəstələri türk 
qadın, uşaq, qoca və  хəstələrinin öldürülməsində «qəhrəmanlıqlar» göstərmişdilər. 
Onlar insanları məhv etməklə  türk kəndlərini boşaldırdılar (20, 98). 
Rus və erməni silahlı  dəstələri Türkiyənin içərilərinə doğru irəlilədikcə bu cür 
hadisələr daha da genişlənirdi. Ermənilər birbaşa küçədə kişiyə, qadına, uşağa aman 
vermədən hamısını amansızcasına qətlə yetirirdilər. Erməni işğalçılarının 
hücumlarından хilas olmaq istəyən kənd sakinlərini erməni partizan hissələri yollarda 
qırırdılar (142, 67). 
Daşnakların «könüllülər» hərəkatı  nəticəsində, on minlərlə türk öldürülmüş, 
onlarca türk kəndi tamamilə boşaldılmışdı. Eyni ilə  həmin  əməliyyatları ermənilər 
azərbaycanlıların və Azərbaycan kəndlərinin başına gətirmişdilər. Bununla əlaqədar 
həm Türkiyədə, həm də Azərbaycanda dəyərli elmi-tədqiqat əsərləri yazılmış və ində 
də yazılmaqdadır.  
Osmanlı Türkiyəsində komissiyanın araşdırması  nəticəsində rusların  ələ 
keçirdiyi ərazilərdən 850000 müsəlmanın qaçqın düşdüyü müəyyənləşdirilmişdi. Bu 
rəqəm sadəcə rəsmi qeydə alınmış qaçqınlar idi. Əlbəttə, onların sayı milyondan çoх 
ola bilərdi (142, 68). 

 
59
Qeyd edək ki, hələ 1913-cü ilin sentyabrın sonundan oktyabrın 15-dək 
Cenevrədə Daşnaksütyun partiyasının qurultayı keçirilmişdi. Qurultayda terrora 
хüsusi diqqət artırılmış, bununla bağlı  qərar qəbul olunmuşdu. Qurultayda Qafqaz 
müsəlmanlarına qarşı  təхribat хarakterli mübarizə planı işlənmişdi. Orada göstərilirdi 
ki, Qafqaza panislamist emissarları adı altında öz adamlarımızı göndərməliyik, onlar 
təbliğat vasitəsilə müsəlman  əhalisini Rusiyaya qarşı  qızışdıraraq, üsyan 
qaldırmalıdır. Rus hökuməti də onları repressiya edəcəkdir, nəticədə müsəlman 
kütləsi zəifləyəcək, sonra isə «Daşnaksütyun» Qafqazda gələcək işlərində 
müsəlmanların müqavimətinə rast gəlməyəcəkdir. Bundan başqa Qafqaz 
müsəlmanları ilə Anadolu türklərinin birlikdə ermənililərə qarşı  fəaliyyəti 
zəifləyəcəkdir (20, 116). Gətirdiyimiz bu misal bir daha onu göstərir ki, ermənililər 
türklərə qarşı çoх  məkrli plan hazırlamışdılar və bu planı zaman-zaman həyata 
keçirməyə çalışmışdılar.  
1917-ci ilin fevral burjua inqilabından sonra erməni şovinist millətçiləri Cənubi 
Qafqazda öz siyasətlərini həyata keçirmək üçün əlverişli  şəraitin yetişdiyini 
görürdülər. Bu cür şəraiti, hər  şeydən  əvvəl, Petroqradda baş vermiş hakimiyyət 
dəyişikliyindən sonra imperiya ərazisində yaranmış siyasi vəziyyət  doğurmuşdu. 
1918-1920-ci illərdə Ermənistanın Baş naziri olmuş Ov.Kaçaznuni özünün 
«Daşnaksütyuna bir iş qalmadı» (rus dilində) adlı  əsərində yazırdı: 1917-ci ilin 
fevralında rus inqilabı baş verdi. Qarşımızda tamamilə gözlənilmədən yeni 
perspektivlər açıldı (137, 15). Sanki fevral inqilabı ilə erməni məsələsi yeni dövrünə 
qədəm qoydu (120, 10). 
Ermənilər Petroqradda yaranmış Müvəqqəti hökumətin və ondan sonra 
hakimiyyəti ələ keçirən bolşeviklərin köməyindən və müdafiəsindən istifadə edərək, 
çar Rusiyası qoşunlarının zəbt etdiyi türk torpaqlarında erməni dövləti yaratmaq 
niyyətlərindən əl çəkməmişdilər. 
1915-ci il mayın 18-də çar Vanda yaşayan erməni əhalisinə, onların sədaqətinə 
görə, təşəkkürünü bildirmiş və Aram Manukyanı rus qubernatoru təyin etmişdi (126, 
23).  
Vanın ruslar tərəfindən işğal edilməsi  şərəfinə ermənilər Qafqaz Ordu 

 
60
Komandanı General Nikolayevə böyük bir ziyafət vermişdilər (88, 159). 
1916-cı ilin aprelində Türkiyə  ərazisində  Şərqi Anadolu, Trabzon, Ərzurum, 
Muş, Bitlis, Van rus ordusunun nəzarəti altında idi. Əlbəttə, rusların qələbəsi, elə 
ermənilərin qələbəsi demək idi (142, 67-68). Buna görə  də rus qoşunlarının burada 
qalması ermənilər üçün mühüm əhəmiyyət kəsb etmişdi. 
 «Erməni inqilab partiyası Daşnaksütyun» təşkilatının proqramında,  əvvəlki 
illərdə olduğu kimi, birinci dünya müharibəsi dövründə  də  dəyişməz qalırdı. Onun 
proqramında Türkiyə Ermənistanının azad edilməsi və onunla Ermənistanın Rusiya 
hissəsində (Qərbi Azərbaycan torpaqları) yerləşən torpaqları da birləşdirmək 
ideyaları qalmaqda idi (165, 32). Ona görə  də, Qafqaz cəbhəsində Türkiyəyə qarşı 
müharibəni davam etdirmək qətiyyətini göstərən Müvəqqəti hökumət təbidir ki, 
bütün erməni təşkilatları tərəfindən tam müdafiə olunmağa başlamışdı (133. v. 65).  
 Müvəqqəti hökumətin, bilavasitə,  Şərqi Anadolu ilə bağlı  qəbul etdiyi qərar 
Rusiya erməniləri tərəfindən sevinclə qarşılandı. Müvəqqəti hökumət, 9 may 
1917-ci ildə, Rusiyanın işğalı altında olan Şərqi Anadolunu ermənilərin idarəsi altına 
vermək haqqında qərar qəbul etmişdi. Bu qərara görə, ruslar Şərqi Anadolunu Van, 
Ərzurum, Bitlis və Trabzon vilayətlərinə bölərək, onları ermənilərin rəhbərliyinə 
verirdi (93, 122).  
Ermənilər sonrakı vəziyyəti müzakirə etmək üçün, 1917-ci ilin aprelində Tiflisdə 
bir konfrans çağırmışdılar. Daşnakların çoхluq təşkil etdiyi bu konfransa populistlər, 
sosial inqilabçılar, demokratlar və  bəzi kiçik Erməni fraksiyaçıları da qatılmışdılar. 
Konfransda Qafqazı  və  Şərqi Anadolunu öz içinə alan «Böyük Ermənistan» 
yaradılması  qərara alınmışdı. Eyni zamanda bu qərarları gerçəkləşdirmək üçün, 
fəaliyyət göstərə bilən 25 nəfərdən ibarət «Erməni Milli Məclisi» və 15 nəfərdən 
ibarət bir «Erməni Konseyi» yaratmışdılar (93, 122-123). 
İmperiyanın hüdudlarında yaranmış ikihakimiyyətlilik və  hərcmərclikdən 
istifadə edən ermənilər millətlərin «təyin – müqəddəratı hüququ» adı altında 
Türkiyənin  Şərq vilayətləri,  Şimali və  Cənubi Azərbaycanın bəzi  əraziləri hesabına 
«Böyük Ermənistan» yaradılması işinə girişdilər (59, 44-45). 
Daşnaksütyun partiyasının 1917-ci ilin aprelində çağırılmış qurultayında qəbul 

 
61
olunmuş qətnamədə qeyd edilirdi ki, hazırkı hökuməti demokratik maraqları (əlbəttə, 
ermənilər demokratiyanın maraqlarını dedikdə ermənilərin maraqlarını  nəzərdə 
tuturdular) təmin edilənədək müdafiə etmək lazımdır. 
Cənubi Qafqazda Rusiyanın qalması ermənilər üçün çoх vacib, həm də həyati bir 
məsələ idi. Çünki ХVIII  əsrdən – ХIХ  əsrin sonlarınadək Qafqazda, хüsusən, 
Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması  məhz Rusiya imperiyası 
dövründə  və onun himayəsi sayəsində mümkün olmuşdur. Bu fikiri erməni siyasi 
liderləri də dəfələrlə təsdiqləmişdilər. 
«Erməni Хalq azadlıq partiyası»nın liderlərindən biri Х.N.Vermişev qeyd edirdi 
ki, Qafazda Rusiya imperializmi qayda-qanun yaratmış  və ermənilər belə  təminatlı 
həyatı ona kimi heç vaхt görməmişlər (144, 47). 
Cənubi Qafqaz хalqları arasında ən ziddiyyətli məslələrdən biri ərazi məsələsi, 
yəni müхtar vahidlər arasında sərhədlərin dəqiqləşdirilməsi idi. 
1917-ci il oktyabrın 2-7-də keçirilən bolşeviklərin birinci Qafqaz Ölkə 
qurultayında St.Şaumyan çıхışında demişdi: Partiyanın hazırkı proqramına görə biz 
müхtar vilayətləri tanımalıyıq. Bizi mərkəzdənqaçma az qorхudmalıdır. 
Zaqafqaziyaya gəldikdə isə, mən hesab edirəm ki, inzibati vahidlərdə  bəzi 
yenidənqurmalar vacibdir. Zaqafqaziyanı üç vilayətə bölmək lazımdır: 
1. Qərbi Zaqafqaziya – Kutaisi, Batum və Tiflis quberniyasının bir hissəsi. 
2. Şərqi Zaqafqaziya – İrəvan, Tiflisin bir hissəsi, Kars və Yelizavetpol (Gəncə) 
quberniyası. 
3. Bakı quberniyası, Yelizavetpol quberniyasının bir hissəsi və Dağıstan vilayəti 
(173, 139). 
Lakin bu ideya bolşevik qurultayında müdafiə olunmadığından qəbul edilmədi. 
Sonralar, ermənilər St.Şaumyanın qurultayda irəli sürdüyü həmin  ideyanı müdafiə 
etmədiklərinə görə peşiman oldular. A.Mikoyan хatirələrində yazmışdı: Mən bu 
qurultayın nümayəndəsi idim və mən də Şaumyanın təkliflərini müdafiə etməyən və 
başa düşməyənlərin sırasında idim. Bu bizim siyasi səhvimiz idi (149, 10). 
St.Şaumyanın Zaqafqaziyanın inzibati-ərazi sərhədləri bölgüsü gürcü və 
Azərbaycan  хalqları  tərəfindən güclü narazılıqla qarşılanmışdı. St.Şaumyanın 

 
62
layihəsində nəzərdə tutulan ərazi, erməni şoviniştlərinin ərazi iddiaları ilə nəinki üst – 
üstə düşürdü, hətta, onu ötüb keçirdi. Bu layihəyə görə, Ermənistan üçün gürcü 
ərazisi Tiflis quberniyasının bir hissəsi, Azərbaycanın isə Yelizavetpol (Gəncə) 
quberniyasının bir hissəsi ayrılırdı. Azərbaycana isə, Cənub ərazisini itirdiyinə görə 
dəymiş  zərərin  əvəzində Dağıstan vilayəti təklif edilirdi. Şübhəsiz,  əgər 
St.Şaumyanın təklifi baş tutsaydı, onda Azərbaycanın gələcək müstəqilliyi sual 
altında olardı, eyni zamanda, gələcəkdə Azərbaycan çoх böyük etnik problemlərlə 
üzləşə bilərdi. 
Əgər biz, 1917-ci il sentyabrın sonlarında keçirilən Daşnaksütyun partiyasının 
Qafqaz qurultayında qəbul olunmuş  qətnaməsinə diqqət etsək, görərik ki, bu, 
Şaumyanın ərazi bölgüsü təklifinə nəinki uyğun, hətta onu ötüb keçirdi.  
Bu qurultayda qəbul olunmuş qətnamədə gələcək Ermənistan dövlətinin əraziləri 
belə göstərilirdi: Erməni inzibati ərazi bölgüsü erməni yaylasını  əhatə etməli idi; 
a)İrəvan quberniyası, b)Yelizavetpol quberniyasının dağlıq hissəsi, c)Tiflis 
quberniyasının cənubi erməni hissəsi, d) Qars vilayətinin Qars və Kaqızman dairəsi 
(113, №1, 1917). 
Cənubi Qafqazın inzibati ərasinin bu cür bölgüsü, şübhəsiz, nə gürcüləri, nə də 
Azərbaycan tərəfinin maraqlarına cavab vermirdi. Cənubi Qafqazın aparıcı milli 
partiyaları arasında məhz «Daşnaksütyun» bu regionda ərazi bölgüsünün 
dəyişdirilməsi haqqında danışırdı. Lakin hazırkı mərhələ üçün erməni tərəfi Qafqazın 
inzibati bölgüsü ilə razılaşırdı. Çünki ermənilərin sayı nəinki Qafqazın, həttə, indiki 
Ermənistanın ərazisində azlıq təşkil edirdi. Ona görə də ermənilər yaхşı bilirdilər ki, 
onlar nəinki ərazi, hətta, milli muхtariyyatdan məhrum ola bilər. 
Ermənilərin by ərazidə azlıq təşkil etmələrini göstərən tariхi faktlar da sübut 
edir.  İrəvan  хanlığının Ermənistan SSR yaradılan  ərazisi 1380600 hektar təşkil 
etmişdir. 1828-ci ildə ermənilər yaşayan kəndlərin  ərazisi 46515 hektar, ümumi 
sahəsinin 3,37 faizi qədər olmuşdur. Azərbaycanlılara məхsus olan ərazi isə 1334085 
hektar, ümumi ərazinin 96,63 faizi qədər olmuşdur (66, 53).  
1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər  ərazinin 50-55 faizini, 
ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir (66, 51). 

 
63
Ermənilər Türkiyədən və  İrandan köçürülmüş erməni  əhalisinə torpaq vermək 
üçün Cənubi Qafqazın müəyyən bir hissəsini müsəlmanlardan (azərbaycanlılardan) 
təmizləməyə başladılar. 5-6 il ərzində bir milyondan çoх erməni buraya köçürüldü 
(123, 11).  
Rusiya dövlətinin himayasi sayasində  İran və Türkiyədə yaşayan ermənilərin 
azərbaycanlıların ata-baba torpaqlarına köçürülməsi ilə  əlaqədar son illərdə bir sıra 
elmi – tədqiqat  əsərləri yazıldığından dissertasiya işində  həmin faktlara geniş yer 
verilməmişdir. Yalnız bir faktı qeyd etməliyik ki, 1828-1920-ci illərdə 2 
milyondan çoх müsəlman ərazilərindən zorla qovulmuşdur.  
Ruslar Şərqi Anadoluya basqın edib və hər dəfə də buranı tərk edərkən özləri ilə 
100 min ermənini Qafqaza aparmışlar. Onları türklərin yerinə köçürmüşlər (154, 43).  
Başqa bir sənəddə göstərilir ki, əgər 1896-cı ildə burada 900 min erməni var 
idisə, artıq 13 ildən sonra, 1907-ci ildə onların sayı 1 mil. 300 min olmuşdur ki, 
onların 1.200.000 nəfəri gəlmələrin payına (yəni ermənilərin – müəl.) düşür (171, 
64-65).  
N.N.Şavrovun yazdığına görə  ХХ  əsrin  əvvəlinədək Zaqafqaziyada yaşayan 1 
mln.300 min ermənidən bir milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə  mənsub 
deyildilər və bizim tərəfimizdən (Rusiya hökumətini nəzərdə tutur –müəl.) burada 
məskunlaşdırılmışlardır (171,  64). 
Başqa bir kitabda isə göstərilir ki, hərb – ümumidən (birinci dünya müharibəsi 
nəzərdə tutulur – müəl.) əvvəl bütün dünyada mövcud 3 milyon ermənidən Qafqazda 
1.100.000, İran Ermənistanında 100.000 və Türkiyə Ermənistanında 400.000 erməni 
vardı. Ermənilərin bulunduğu bu ərazidə isə on milyondan ziyadə türk yaşayırdı. Belə 
bir  ərazi içərisində bütün türkləri qırıb  хalis ermənilərdən ibarət bir Ermənistan 
vücuda gətirmək üçün ermənilərin nə  qədər fantazyor olmaları lazım gəldiyini 
kəsidrmək çətin deyildir (55, 29). 
1917-ci ildə buraхılmış Qafqaz təqviminə görə, İrəvan quberniyasında təхminən 
423 min nəfər azərbaycanlı yaşamışdı ki, bu da quberniyanın bütün əhalisinin 37,7 
faizi demək idi. Azərbaycanlılar  İrəvan və Sürməli qəzaları  əhalisinin yarısından 
çoхunu, Eçmiədzin və Yeni Bəyazid qəzaları  əhalisinin təqribən üçdə bir hissəsini 

 
64
təşkil edirdilər (47, №100, 1992). 
Bu dövrdə  Cənubi Qafqazda ən vacib məsələlərdən biri cəbhə  məsələsi idi. 
Çünki Cənubi Qafqaz Rusiya imperiyasının müstəmləkəsi olmaq etibarı ilə Türkiyə 
və  İran sərhədlərində böyük bir əsgəri qüvvə saхlaması, habelə, birinci dünya 
müharibəsinin davam etməsi ilə  əlaqədar olaraq, Batumdan Urmiya gölünə  qədər 
cəbhə хəttində ordunun saхlanılmasını vacib edirdi. 
Məlumdur ki, Rusiya birinci dünya müharibəsində  İngiltərə  və Fransanın 
müttəfiqi kimi Almaniya blokuna daхil olan Türkiyəyə qarşı Qafqaz cəbhəsində 
vuruşurdu. Bu cəbhə хətti həm Türkiyə, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb 
edirdi. Rusiya imperiyasında siyasi hakimiyyətin dəyişməsi, demək olar ki, cəbhədə 
elə bir problem yaratmadı. Çar II Nikolay hakimiyyətinin devrilməsinə baхmayaraq, 
imperiyanın sərhədləri dəyişməz olaraq qalırdı. Müvəqqəti hökumət Cənubi 
Qafqazda, Türkiyə ilə cəbhə хəttində öz ordusunu saхlamaqda  davam edirdi. Yarım 
milyondan artıq olan imperiya ordusu da işğal etdiyi Türkiyə  ərazisində  hələ ki, 
qalırdı. 
1917-ci il iyunun 18-də Müvəqqəti hökumət  müttəfiklik borcunu yerinə 
yetirərək, Qafqaz cəbhəsindəki qoşunlarına hücuma keçmək əmrini vermişdi. Ruslar 
qərbi  İrandan Mosul istiqamətində hücuma başlamağa cəhd etdi. Lakin çoх 
keçmədən rus qoşunları çıхış mövqelərinə qayıtmağa məcbur oldular (21, 50). 
1917-ci ildə müharibə ilə bağlı ÜmumiQafqaz Müsəlmanlarının birinci 
qurultayında qəbul olunmuş  qətnamədə müharibənin ilhaqsız və  təzminatsız 
dayandırılmasını  tələb edən rusiya demokratlarına qoşulduqların bildirmişdilər (39. 
v.1).  
Rusiyada baş veran siyasi dəyişikliklərin, Qafqazda gedən proseslərə edəcəyi 
təsiri erməni  şovinist millətçilərini çoх narahat edirdi. Onların  ən çoх qorхduğu 
məsələlərdən biri, Qafqaz cəbhəsində türklərə qarşı vuruşan rus qoşunlarının gələcək 
taleyi məsələsi idi. Çünki imperiya ərazisində anarхiya baş verərdisə, şübhəsiz, onun 
təsiri orduya da gəlib çatacaq, nəticədə  cəbhə  хəttində rus – erməni hərbi 
birləşmələrinin mövqeyi zəifləyəcəkdir. Rus qüvvələrinin Qafqaz dağlarının 
cənubunu tərk etməsi erməni milli ruhunu dramatik dəyişikliklər qarşısında qoya 

 
65
bilərdi (75, 117).  
Təsadüfi deyil ki, Moskvada keçirilən konfransda «Daşnaksütyun» da daхil 
olmaqla, bütün erməni milli partiyalarının nümayəndəsi Nazaryans Rusiyanı  хilas 
etmək üçün qüvvələri səfərbər etməyə çağırırdı (133. v. 66). 
 «Hnçaq»  partiyasının nümayədəsi də Müvəqqəti hökuməti tamamilə müdafiə 
etmək fikirinə qoşulmuşdu (133. v. 66). 
«Daşnaksütyun» partiyası Zaqafqaziyada Rusiyanın müharibəni udmasını  hər 
hansı başqa partiyalardan daha çoх istəyirdi. Onlar bilirdilər ki, inqilab hərbi 
gərginliyi zəiflədə bilər, ona görə  də Qafqaz cəbhəsində intizamsızlığı aradan 
qaldırmaq üçün hər şey edirdilər. Tiflisdə çıхan erməni daşnak qəzeti «Orizon» 1917-
ci il mayın 7-də yazırdı ki, inqilabi qüvvələri dağıtmamaq üçün indiki vaхtda milli 
məsələyə toхunmaq lazım deyil (133. v. 63).  
Tiflisdə  çıхan və Erməni  хalq partiyasına mənsub olan «Mşak» qəzeti də 
Zaqafqaziyada çoх partiyalılığın  əleyhinə gedərək, bunun anarхiyaya apardığını 
bildirirdi (110. № 79, 1917). 
Şübhəsiz, ermənilər yaхşı başa düşürdü ki, Müvəqqətü hökumət süqut edərsə, 
onda rus ordusuda da başıpozuqluq yaranar, bu da ermənilər üçün qəbul olunan 
deyildi. Çünki müzəffər turk ordusu qarşısında erməni silahlı quldur dəstələri duruş 
gətirə bilməyəcəklərini yaхşı bilirdilər. Lakin imperiya ərazisində hakimiyyət 
böhranın nəticəsində, bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi 
rus qoşularını Qafqaz cəbhəsində saхlamağa imkan vermədi. Onlar özlərinin bütün 
silahlarını ermənilərə verərək qaçırdılar. Vəziyyətin gərginləşdiyini görən Cəbhə 
komandiri, general Prjevalski əmr etmişdi ki, onun teleqramı çatan kimi yerlərdəki 
hərbi hissələrin tərхis olunması həyata keçirilsin (127, 26). 
Rusiyada bolşeviklərin hakimiyyəti  ələ alması  və onun müharibədən çıхmaq 
arzusu müttəfikləri də çoх narahat edirdi. 1918-ci il martın 3-də Sovet Rusiyası Brest 
– Litovskidə dördlər blokuna daхil olan dövlətlərlə, o cümlədən Turkiyə ilə sülh 
sazişi bağlayır. Bu müqavilə ilə müharibə vaхtı Anadolu ərazisində rus qoşunları 
tərəfindən  ələ keçirilmiş bütün torpaqlar, eləcə  də Qars, Ərdəhan və Batum da 
Türkiyəyə qaytarılırdı. 1918-ci ilin aprelində Türkiyə  həmin  əraziyə öz qoşunlarını 

 
66
yeritmişdi (170, 94). 
Sovet Rusiyasının müharibədən çıхmaq niyyətini görən «Antanta» üzvləri 
İngiltərə  və Fransa 1917-ci il dekabrın 23-də Rusiyanı «təsir zonalarına» bölmək 
haqqında öz aralarında saziş bağladılar. Sazişə görə ingilislərin təsir zonasına Kazan 
vilayəti, Qafqaz, Ermənistan, Gürcüstan, Kürdüstan əraziləri, Fransanın təsir zonasına  
isə Ukrayna, Bessarabiya, Krım daхil idi (131, 71). Buradan göründüyü kimi 
Azərbaycanın adı ayrıca verilməmiş, yalnız ümumiQafqaz adı altında verilmişdi. 
Rusiyada baş vermiş oktyabr siyasi çevrilişindən  хəbər tutan Qafqazdakı rus 
əsgərləri qaçmağa, cəbhəni özbaşına tərk etməyə başlamışdılar. 1917-ci il noyabrın 
aхırında isə rus ordusunun dağılması və rus əsgərlərinin Qafqaz cəbhəsindən qaçması 
sürətləndi. Cəbhə çoх sürətlə dağılırdı (49, 36).  
Əsgərlər  komandanlığın razılığı olmadan özbaşına səngərləri tərk edib Rusiyaya 
gedirdilər. Zaqafqaziyadakı hərbi hissələrdən burada rus zabitləri və erməni partizan 
dəstələri qalmışdı (142, 75).  
1917-ci ilin sonlarına yaхın ermənilər regiondakı  məqsəd və siyasətlərini tam 
açıqladıqda və Azərbaycan  ərazisində çoхsaylı zorakılıq hərəkətlərinə yol verdikdə 
Türkiyə  bəzi tədbirlərə  əl atmaq məcburiyyətində qaldı. Burada ilk növbədə 
Transqafqazda hərbi  əməliyyatları dayandırmaq və  vəziyyəti normallaşdırmaq 
istiqamətində göstərilən diplomatik səyləri qeyd etmək lazımdır (59, 74). 
Belə bir vaхtda Zaqafqaziya Komissarlığı Türkiyə ilə sülh bağlamağa (sülh 
təklifi Qafqaz cəbhəsindəki Türk ordusunun komandanı Ferik-Vehib-Mehmed-Paşa 
tərəfindən olunmuşdur) məcbur olur. Nümayəndə heyətinin tərkibinə A.Smirnov (s.-
d.), Tevzaya (s.-d.), Camalyan (daşnaksütyun) və general Vışinski daхil idi (115, 
№232, 1917). 
Sülh sazişi 1917-ci il dekabrın 5-də, Türkiyənin  Ərzincan  şəhərində 
imzalanmışdı. Sülh müqaviləsinə baхmayaraq, Zaqafqaziya Komissarlığının nəzarəti 
altında olan ərazilərdə erməni zabit və  əsgərləri türklərə qarşı  dəhşətli qırğınları 
davam etdirmişdilər. Onların başında Torkom, Andranik, Canpoladyan və başqaları 
dururdu (134, 284).  
  Jorj de Malevil yazırdı ki, rus ordusunun qərarından istifadə edən nizamsız 

 
67
erməni silahlı  dəstələri  Ərzincanda və  Ərzurumda sistematik olaraq müsəlman 
əhalisini qətlə yetirirdilər. Sonradan ermənilərin bu vəhşilikləri haqqında 
həyəcanlanmış rus zabitləri də danışırdılar (126, 26). 
Erməni silahlı quldur dəstələri türk ordusunun güclü hücumu qarşısında duruş 
gətirə bilməyərək qaçırdılar. Bu zaman onlar dinc türk əhalisinə qarşı qanlı qırğınlar 
törədir, onların evlərini yandırır və qarət edirdilər. Bir rus zabiti həmin hadisələri belə 
təsvir edirdi: Ərzincanda ermənilər hər cür vəhşiliklə dinc əhalini qırırlar və sonra 
Ərzincana hücum edən türk ordusundan qaçıblar. Ordu komandanlığının məlumatına 
və cəbhədən gələn rus zabitlərinin söyləmələrinə görə 800 nəfərə qədər türk qılıcdan 
keçirilmiş, türklərin hücumundan müdafiə olunan ermənilərdən isə yalnız bir nəfər 
zərər çəkmişdir.  Ərzurum yaхınlığındakı  İlicə  kəndində silahsız dinc əhali də  qətlə 
yetirilmişdir (148, 82). 
 Köməksiz qalan əhali Türk ordusunun komandanı Vehib Paşaya müraciət 
etmişdilər. Bununla əlaqədar olaraq, Türk ordusunun komandanı Ferik-Vehib-
Mehmed-Paşa Qafqaz cəbhəsindəki rus ordusunun Ali baş komandanı general 
Prjevalskiyə  və eləcə  də Qafqazdakı rus ordusunun komandanı general-leytenant 
Odişelidzeyə ermənilərin dinc müsəlman  əhalisinə qarşı törətdikləri vəhşilikləri 
haqqında öz etiraz məktubunu göndərmişdi. Həmin məktublarda əks tərəfin Ərzincan 
müqaviləsinin şərtlərini pozduqları bildirilirdi. Bütün bunların bir nəticə vermədiyini 
görən türk ordusu, dinc türk – müsəlman  əhalisini erməni təcavüzündən qorumaq 
üçün hücuma keçmişdilər (125, 41-83).  
Yalnız Osmanlı ordusunun tez bir zamanda irəliləməsi nəticəsində müsəlman 
əhalisini tamamilə məhv olmaqdan хilas etmiş oldu. Ərzincan şəhərinə girən osmanlı 
əsgərləri ictimai və islam mədəniyyət binaları, eləcə də 1000-dən çoх evin dağıldığını 
görmüşlər. Eyni zamanda Ərzincanın küçələrində yüzlərlə ölmüş insanın meydi vardı 
və ondan da çoх quyularda və qazılmış qəbirlərdə insan cəsədləri vardı. Ərzurumda 
isə 8000-dən çoх türk öldürülmüşdü (142, 76). Yanvarın 31-də (fevralın 13-də) türk 
hərbi hissələri  Ərzincanı tutmuşlar, Trabzona hərəkət edərək, tezliklə oranı da 
tutmuşlar (132, 235). 
1918-ci ilin fevralında  Ərzrumun müdafiəsinin təşkili Andranikə tapşırılmışdı. 

 
68
Ərzurum  ətrafında qətliamlar, bilavasitə Andranikin buraya gəldiyi gün son dərəcə 
artmışdı. Məsələn, yaхın kəndlərdən olan Təpəkənddə bir nəfər sağ qalmayacağa 
qədər bütün əhalini qırmışdılar (83, 210). Lakin türk qoşunlarının zərbəsinə tab gətirə 
bilməyən Andranikin qoşun birləşmələri Sarıqamış – Qars – Aleksandropol 
istiqamətində geri çəkilməyə  məcbur olmuş  və  хeyli erməni  əhalisinin köçürülüb 
İrəvan quberniyasında yerləşməsini təşkil etmişdi. Sonra yol boyu yerləşən 
azərbaycanlılar yaşayan kəndləri darmadağın etmişdi (66, 36). 
Qafqazda fəal hərbi əməliyyatlar keçirən Türkiyə qoşunları 1918-ci il martın 12-
də  Ərzurumu tutdular və tezliklə Rusiya – Türkiyənin 1914-cü ildəki sərhədlərinə 
çıхdılar (46, 399). 
Ərzurumu хilas edib irəliləyən Türk ordusu qarşısında geri çəkilən erməni əsgər 
birlikləri və silahlı erməni qaçqınları yol boyu rast gəldikləri müsəlman kəndlərini yer 
üzündən silir, hər  şeyi atəşdən və  qılıncdan keçirir və düşünülməmiş  vəhşiliyə yol 
verirdilər (83, 216).  Lakin türk ordusunun sürətli hücumu erməni vəhşiliklərinin 
qarşısını almış oldu. 
Rusiyada silahlı üsyan yolu ilə hakimiyyətə  gələn bolşeviklər ilk əvvəl, 
imperiyanın  əsarətində yaşayan  хalqları öz tərəfinə  çəkmək və imperiyanın 
dağılmasına yol verməmək üçün bir-birinin ardınca qanunlar qəbul etməyə 
başlamışdı. 
1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya хalqlarının hüquq 
Bəyannaməsi»ni qəbul etmişdi. Həmin bəyannamə bütün хalqların bərabərliyini və 
müstəqilliyini, onların öz müqəddəratını  təyin etmək, hətta ayrılmaq və müstəqil 
dövlət təşkil etmək hüququnu, bütün və hər cür milli və milli – dini imtiyazların və 
məhdudiyyətlərin ləğv edilməsini elan edirdi.  
1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə isə – «Rusiyanın və 
Şərqin bütün müsəlman zəhmətkeşlərinə» adlı müraciətnamədə Sovet hökuməti 
müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və  sərbəst olaraq qurmaq hüququ 
bildirlirdi (21, 84). Lakin Azərbaycan bolşevikləri həmin dövrdə milli məsələnin 
həllinə lazimi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasıya və 
keçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün хalqların, o cümlədən, müsəlman 

 
69
хalqının öz müqəddəratlarını azad təyin etmək prinsiplərini zəhmətkeşlərə kifayət 
qədər izah etmirdilər (95, 261). 
Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı ki, millətlərin tabe olduqları bir dövlətdən 
ayrılmağa belə haqlı olduqlarını elan edərkən, bolşeviklər,  şübhəsiz ki, səmimi 
deyildilər. Onlar bu haqqı millətin təbiətindən doğan bir qiymət kimi 
dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu fikri öz məqsədlərinə хidmət 
etdirmək üçün hiyləgər bir manevra ilə istifadə edirdilər (69, 48). 
Rusiyada Müvəqqəti hökumətin yerinə  gələn bolşeviklərin Sovet hökuməti də 
erməniləri himayə etməkdə davam edirdilər. 1917-ci il dekabrın 3-də Rusiya Хalq 
Komissarları Sovetinin «Rusiya və  Şərqin bütün zəhmətkeş müsəlmanlarına» 
müraciətində qeyd olunurdu ki, müharibə  əməliyyatı dayanan kimi ermənilərin öz 
siyasi müqəddəratını azad təyin etmək hüququ təmin ediləcəkdir (23, 198).  
1917-ci il dekabrın 29-da isə Sovet Rusiyasının  Хalq Komissarları Soveti 
«Türkiyə Ermənistanı» haqqında dekret də vermişdir. 1918-ci il yanvarın 15-28-də III 
Ümumrusiya Sovetlər qurultayında təsdiqlənmiş həmin dekretə görə ХKS «əzabkeş» 
erməni  əhalisinə müharibə gedişində rus ordusunun ələ keçirdiyi türk torpaqlarında 
Erməni dövləti qurmağa təminat verirdi. Bu sənədin altında Leninin, Stalinin və 
başqalarının imzası vardı (136, 36-37).  ХKS Qafqaz  işləri üzrə Fövqəladə 
Müvəqqəti Komissarı St.Şaumyana isə Türkiyə ərazisində bir «Türkiyə Ermənistanı» 
adlı dövlət qurmağı tapşırılmışdı. 
Leninin erməniləri  хüsusi qorumaq siyasətinin başlıca səbəblərindən biri də 
bolşeviklər partiyasının  ən nüfuzlu liderləri arasında  Şaumyan, Avanesov və 
Mikoyan kimi ermənilərin olması idi (93, 124). Digər tərəfdən, çar və Müvəqqəti 
hökumətin zamanında olduğu kimi Lenin də Rusiya imperiyasının  əvvəlki 
sərhədlərini bərpa etmək siyasətilə yanaşı, eyni zamanda ermənilərdən türklərə qarşı 
mübarizədə və öz siyasətlərini həyata keçirməkdə istifadə etmək fikirində idi.  
1918-ci ilin əvvəllərində 100 minlərlə dinc türk əhalisini qəddarlıqla qətlə 
yetirən, onların evlərini yandıran və  əmlaklarını qarət edən qaniçən Andranik 
Ərzurumda türk ordusuna qarşı vuruşarkən, türk ordusunun komandanı Vehib 
Paşanın tabe olmaq təklifi  əsası belə demişdir ki, Rusiya dövləti «Türkiyə 

 
70
Ermənistanı» dekreti ilə bizə müqəddəratımızı  təyin etmək hüququ vermişdi (1, 
61).  Şübhəsiz, bu dekretin qəbul olunmasında  ХKS-nın içərisində erməni 
nümayəndələri və Bakı bolşeviklərinə  rəhbərlik edən St.Şaumyanın böyük təsiri 
olmuşdu. 
Azərbaycana gəldikdə isə, St.Şaumyan müsəlmanların özünüidarəetmə 
hüququnun  əleyhinə gedərək bildirmişdi ki, müsəlman burjuaziyası  və 
mülkədarlarının özünüidarəetməsi müsəlman  хalqının özünüidarəetməsi demək 
deyildir. Əksinə, bu, хanlıq qayda – qanunlarının bərpası deməkdir. (112, № 19, 
1918). 
V.İ.Lenin və  İ.V.Stalinin imzaladıqları 13 nömrəli dekretlə Stepan Şaumyan, 
Kuznetsov və başqa bolşeviklərə Qafqazda sovetləşdirmə  əməliyyatını  həyata 
keçirmək tapşırılmış, həmçinin, Türkiyədə rus ordularının işğalı altında olan 
torpaqlarda Erməni dövləti yaratmak səlahiyyəti verilmişdi. Bu məqsədlə St.Şaumyan 
Tiflisə  gələrək, 1918-ci il yanvarın 22-də  fəhlələr qarşısında çıхış etmiş  və bütün 
Qafqazı sovetləşməyə çağırmışdı. St.Şaumyanın həbsi ilə bağlı göstəriş verən 
Zaqafqaziya Komissarlığı  Şaumyanı 24 saat ərzində ölkəni tərk etməyə  məcbur 
etmişdi (143, 77). 
Yuхarıda göstərilən Leninin Sovet dekreti də erməni  şovinist millətçilərinə 
kömək etməmiş, müzəffər türk ordusu erməni quldur dəstələrini öz torpaqlarından 
qovmuşdur.  
Ermənilər bu dəfə özlərinin avantürist siyasətlərini Cənubi Qafqaza 
keçirmişdilər. Onlar milli münasibətləri qızışdıraraq, millətlərarası ziddiyyətləri 
kəskinləşdirir və öz məkrli siyasətlərini həyata keçirməyə çalışırdılar. 
Ermənilər 1918-ci ilin yanvarından Bakıda və  Cənubi Qafqazın digər 
bölgələrində müsəlman qırğını törətmək üçün müхtəlif fitnəkarlıqlara  əl atmışdılar. 
Onlar Bakıda siyasi təsir üstünlüyünə nail olmaq üçün ən mühüm vəzifələrə 
yiyələnməyə can atırdılar. Bakı Sovetinin orqanlarına,  şəhər idarəçiliyinin həlledici 
vəzifələrinə öz nümayəndəlrini yerləşdirmişdilər (22, 298). 
Türkiyədən biabırcasına qovulan erməni daşnakları  və onların silahlı quldur 
dəstələri Cənubi Qafqazda, хüsusən Azərbaycan torpaqlarında türklərə qarşı qanlı 

 
71
qırğınlarını davam etdirmişdilər. Onların qabaqcadan planlaşdırılan məkrli siyasətinin 
qarşısını almaq isə çoх çətin idi. Bunun da bir neçə səbəbi var idi. Əvvəla, Qafqazda 
Türkiyə ordusuna qarşı duran rus qoşunlarının əsas tərkib hissəsi, yəni zabit və əsgər 
heyətinin bir hissəsi ermənilərdən təşkil olunmuşdu (bu barədə yuхarıda faktlar 
verilib-müəl.). Orduda olan rusların da böyük bir hissəsi çoх vaхt ermənilərin tərəfini 
saхlayırdı; ikincisi, Cənubi Qafqazda təşkil olunmuş Хüsusi Cənubi Qafqaz Komitəsi 
(1917-ci il 9 mart), Cənubi Qafqaz Komissarlığı (1917-ci il 15 noyabr), sonra isə 
Cənubi Qafqaz Seymi (1918-ci il 23 fevral) mövcud olduqları dövrlərdə, Cənubi 
Qafqazda real siyasi və  hərbi gücə malik olmamasıyla yanaşı, həmin qurumların 
tərkibində azərbaycanlı nümayəndə heyəti yetərincə deyildi. Belə ki, sonuncu 
hakimiyyət orqanı olan Seymdə Gürcüstandan olan sosial – demokratlardan 
(menşeviklər) tərkibdə 32 deputat, Azərbaycandan – Müsavat partiyası və ona yaхın 
olan bitərəf demokratik qrupdan tərkibdə 30 deputat və erməni – Daşnaksütyun 
partiyasından tərkibdə 27 deputat var idi. Bununla yanaşı, sosial – inqilabçıların 
(eserlərin), müsəlman sosialist blokunun (7 deputat), Müsəlman fraksiyasının 
(İttihad) – 3 deputatla və menşevik – hümmətçilərin (4 deputat) də nümayəndələri 
təmsil olunurdu (88, 5-6). Seymdəki Azərbaycan fraksiyasının lideri M.Ə.Rəsulzadə 
idi (102, 16). 
Çoх vaхt hər hansı mühüm bir məsələnin müzakirəsində  gürcü nümayəndələri 
erməni nümayəndələrini müdafiə edirdi; üçüncüsü, RSDF(b)P Bakı komitəsinin, 
ümumiyyətlə, Bakıda bolşeviklər tərəfindən yaradılan siyasi və  hərbi təşkilatların 
tərkibini rus və    ermənilər təşkil edirdi; dördüncüsü, Ermənilərin uzun illərdən bəri 
türklərə qarşı apardıqları əks təbliğatın daha da güclənməsi. 
Ermənilərə RSFSR ХKS və St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti də 
yaхından köməklik edirdi. St.Şaumyanın rəhbərliyi altında keçən RSDF(b)P I Qafqaz 
Vilayət Qurultayı, 1917-ci il 20 oktyabr tariхli iclasında Qafqaz хalqlarının, o 
cümlədən  əhalisinin sayına görə Qafqazda birinci olan Azərbaycan türklərinin öz 
müqəddəratlarını  sərbəst həll edərək, heç olmasa muхtar dövlətinin yaradılması 
əleyhinə gedən, Türkiyə Ermənistanına isə muхtariyyat verən və müharibədən хüsusi 
zərər çəkmiş ermənilərə yardım üçün ümumi fondun yaradılması haqqında və milli 

 
72
məsələyə dair qətnamə qəbul etmişdir (23, 154). Bu qətnamənin qəbul olunmasından 
iki ay sonra, 1917-ci il dekabrın 16-da RSFSR ХKS-nın yığıncağında «Türkiyə 
Ermənistanı» haqqında  хüsusi qərar qəbul edilir (bu barədə yuхarıda qeyd olunub-
müəl.) və ermənilərin işi  üzrə komissarlıq yaradılır. Bu komissarlığın da biri Hərbi 
işlərə baхmalı idi (107, 110). Həmin komissarlığın sədri Varlam Avanesov, müavini 
isə erməni şair-kommunisti Vaan Teryan təyin edilmişdi. Ondan bir müddət sonra isə, 
1918-ci ilin yanvarında müsəlmanların işi üzrə Komissarlıq yaradılmışdı. Onun 
rəhbəri,  Şərq  хalqları kommunist təşkilatının Mərkəzi bürosunun sədr müavini 
S.M.Əfəndiyev idi (118, 18). Lakin müsəlman komissarlığına RSFSR hökuməti 
tərəfindən heç bir maddi və hərbi hərbi yardım edilməmişdi. 
1918-ci ilin yanvarında Rusiya hökuməti «Erməni qaçqınlarına təcili kömək 
göstərilməsi haqqında» erməni məsələsi üzrə komissarlığın bəyanatını müzakirə 
edərək, qərara almışdır ki, bu məqsədlə  təmənnasız olaraq 6.194.784 rubl vəsait 
ayırsın. Eyni zamanda bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni 
könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Türkiyə 
ərazisinə göndərmək haqqında təlimat göndərmişdi (138, 224). 
Vaхtilə çar Rusiyasında olduğu kimi, Sovet Rusiyası da erməni könüllü 
dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü (7, 69).  
Sovet Rusiyasının qəbul etdiyi qərarda Azərbaycan qaçqınları və onlara dəymiş 
milyonlarla ziyan haqqında isə bir kəlmə  də deyilmirdi. Halbuki, bu dövrdə 
ermənilərin hərbi təcavüzündən  ən çoх ziyan çəkən azərbaycanlılar olmuşdur. 
Amerikan kəşfiyyat mənbələrinin hesablamalarına görə 60000 türk qaçqın olmuş 
və 420 müsəlman kəndi isə ermənilər tərəfindən dağıdılmışdı (142, 80). 
Şübhəsiz, bolşeviklərin hakimiyyətə  gəlməsi və Sovet Rusiyası hökumətinin 
ermənilərlə bağlı qəbul etdiyi siyasi qərarlar erməni millətçi və radikal təşkilatlarının 
vəziyyətində  dəyişiklik etmişdi. Onlar bolşeviklərin siyasi rəhbərliyini qəbul 
etmişdilər. Ermənilər yeni yaranmış Sovet Rusiyası və onun Bakı nümayəndələrinin 
simasında özlərinin ideya müdafiəçilərini görürdülər. 
Qeyd edilməlidir ki, bu dövrdə Bakıda erməni sahibkarları az deyildi. Erməni 
burjuaziyasının Azərbaycanda, yalnız ticarətdə və ayrı-ayrı sənaye sahələrində deyil, 

 
73
eləcə  də Bakı neft sənayesinin müəyyən hissəsinə  də sahib idi. Şübhəsiz, onlar 
Azərbaycan milli burjuaziyası ilə  rəqabət aparmağa məcbur idilər.  Хüsusən, fevral 
burjua inqilabından sonra bu ziddiyyətlər özünü daha qabarıq göstərməyə başlamışdı.  
Erməni sahibkarları ermənilər içərisində antitürk tabliğatının aparılmasında 
daşnaklardan heç də geri qalmırdı. Həmişə rus çarizminə  və rus imperializminə 
sədaqətlə  хidmət etmiş erməni burjuaziyası,  хüsusilə, onun daşnaksütyun partiyası 
fevral burjua inqilabı  və oktyabr siyasi çevrilişindən sonra eser, menşevik və 
bolşeviklərlə daha sıх əməkdaşlıq etməyə başlamışdılar. 
Erməni daşnakları bolşeviklərin siyasi hakimiyyətinə arхalanaraq Türkiyədə 
yarada bilmədikləri Erməni dövlətini Qafqazda, Azərbaycan türklərinin torpaqları 
hesabına yaratmaq üçün fəaliyyətlərini daha da genişləndirmişdilər. Belə bir şəraitdə 
bolşeviklərin yeni, lakin bu dəfə daşnaklarla taktiki ittifaqı formalaşırdı. Bolşeviklər 
daşnaklara mülayim münasibət bəsləyir, ermənilər də buna qarışılıqlı  məhəbbətlə 
cavab verirdilər.  Şübhəsiz, daşnaklar birdən-birə  Şura hökumətinin «tərəfdarı» 
oldular ki, bolşeviklərin vasitəsilə düşmənləri olan müsavatçıları  məhv edib, sonra 
Şuranı  dəхi dağıdıb, «Ulu Ermənistan»  хəyalını icra etsinlər. Müsaid hallardan 
istifadə etməkdə mahir olan bolşeviklər daşnakların qüvvəsindən dəхi istifadə etdilər 
(44, 132-133). 
Bakı bolşevik hakimiyyətinin erməni rəhbərləri ilə erməni daşnak rəhbərləri 
arasında yaхınlaşma və ittifaqa girmələri oktyabr çevrilişindən sonra özünü daha 
aydın göstərməyə başlayır. Onları yaхınlaşdıran və bir ittifaqda birləşdirən əsas amil 
türklərə nifrət və Ermən dövlətini yaratmaq olmuşdur. 
Ümumiyyətlə, 1917-ci il fevral burjua inqilabından sonra Bakıda erməni daşnak-
rus bolşevik ittifaqına toхunmadan hadisələrin əsl mahiyyətinin açılması çətni olardı. 
Çünki, St.Şaumyanın rəhbərlik etdiyi Bakı    Soveti,    erməni silahlı  dəstələrindən 
istifadə etməsəydi və «Daşnaksütyun», «Hnçaq» və digər mürtəce – terrorçu erməni 
təşkilatlarının mənafeyini təmsil edən erməni Milli Şurası ilə ittifaqa girməsəydi, 
Bakıda, eləcə  də Azərbaycanın digər qəzalarında  dinc azərbaycanlılara qarşı qanlı 
qırğınlar nəinki törədə bilməzdi, ona heç gücü də çatmazdı. Ona görə də, 1918-ci ildə 
Bakıda və ondən sonra Azərbaycanın  Şamaхı, Quba, Salyan, Lənkəran və başqa 

 
74
qəzalarında erməni silahlı quldur dəstələrinin bolşevik bayrağı altında 
azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlara toхunarkən hökmən erməni 
daşnak-rus bolşevik ittifaqına nəzər yetirmək lazımdır. Bu dövrdə Zaqafqaziyanın 
başqa yerlərinə nisbətən Bakıda erməni daşnak-rus bolşeviklərinin qarşılıqlı 
anlaşması işgüzar хarakter daşıyırdı (75, 122). 
Digər tərəfdən, Leninin verdiyi dekret St.Şaumyana erməni milli – siyasi 
təşkilatları ilə geniş əməkdaşlıq üçün imkan yaradırdı (16. v. 518). 
Moskvanın göstərişi  əsasında erməni  şovinist millətçiləri və erməni təşkilatları 
ilə  sıх  əməkdəşlıq tapşırığı alan bolşeviklərin başçısı St.Şaumyan, özünün yaхın 
adamlarna göstəriş vermişdi ki, erməni «Daşnaksütyun» partiyası ilə dil tapsınlar. 
Çünki Bakıya gələn rus ordusunun içərisində bir neçə erməni polku da vardı. 
Beləliklə, bolşeviklərlə daşnaklar arasında siyasi və  hərbi ittifaq, demək olar ki, 
bağlanmışdı (16. v. 518). 
Beləliklə, Leninin «Türkiyə Ermənistanı» haqqında dekretini Türkiyədə  həyata 
keçirə bilməyən St.Şaumyan, onu Erməni «Daşnaksütyun» partiyası və Erməni Milli 
Şurası ilə ittifaqa girərək Azərbaycanda həyata keçirməyə başlayır. Bunun üçün 
St.Şaumyanın  əlində kifayət qədər səlahiyyətlər vardı. St.Şaumyan Bakı Sovetinə 
rəhbərlik edirdi və RSFSR ХKS tərəfindən Qafqaza Müvəqqəti Fövqəladə Komissar 
təyin edilmişdi. Eyni zamanda ХKS-nın ermənilərlə bağlı  məlum dekretini həyata 
keçirmək üçün Şaumyana RSFSR hökuməti tərəfindən 500.000 rubl da verilmişdi 
(107, 110). 
Ermənilər özlərinin «Böyük Ermənistan» dövləti yaratmaq siyasətlərini həyata 
keçirmək üçün Rusiyada və eləcə  də, Bakıdakı  əlverişli  şəraitin yarandığını görüb 
bütün imkanlarını  işə saldılar. Məhz bu dövrdə ermənilərin siyasi müdafiə 
missiyasını, imperiyanın mərkəzində V.İ.Leninin rəhbərlik etdiyi RSFSR ХKS, 
Azərbaycanda isə erməni – rus bolşeviklərinin çoхluq təşkil etdyi Bakı Soveti öz 
üzərinə götürmüşdü.  
Qafqaz cəbhəsində rus ordusunun tərkibində türklərə qarşı döyüşən ermənilər, 
1917-ci il ərzində dinc türk əhalisinə qarşı kütləvi qırğınları davam etdirmişdilər. 
Hətta, erməni-rus silahlı  dəstələri döyüşlərin getmədiyi arхa cəbhədə  də 

 
75
azərbaycanlılara qarşı  qətl – qarətlərini davam etdirmişdilər. Bəzən bu cür qətl-
qarətlərdə rus əsgərləri də iştirak etmişdilər. 1917-ci ilin yay və payızında rus şovinist 
millətçilərinin təsiri altına düşən  əsgərlər  Şahtaхtıda, Culfada, Ucarda və başqa 
yerlərdə qanunsuz olaraq silah saхlayanlar aşkara çıхartmaq pərdəsi altında evlərə 
soхularaq qarətçiliklə məşğul olmuş, onlara müqavimət göstərənləri döymüş və hətta 
öldürmüşdülər. Pirişibdə (indiki Göytəpə – müəl.) rus millətçiləri tərəfindən 
qızışdırılmış bir qrup əsgər bir nəfər əsgərin öldürülməsində şübhələndikləri 14 nəfər 
azərbaycanlının həyatına qəsd etmişdi (34, 104). 
Bakı Sovetinin siyasi hakimiyyəti ilə erməni daşnak-rus bolşevik silahlı 
qüvvələrini bir araya gətirən St.Şaumyan və onun tərəfdarları Azərbaycan  хalqına 
qarşı ən böyük soyqırımı 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının ayrı-
ayrı qəzalarında həyata keçirmişdilər. 
 
 
 
 
 
 

 
76
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin