Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   2   3   4   5   6   7   8   9   10   ...   26
 
 
 
 
ĠSLAM MƏDƏNĠ BÖLGƏSĠNĠN  
TƏBĠB VƏ MÜTƏFƏKKĠRĠ 
 
Zümrüd Quluzadə
ictimai xadim, filosof (Azərbaycan) 
 
Dövrümüzün  ensiklopedist  alimi,  filosofu,  ictimai  si-
yasi  xadim,  XX-XXI  əsr    Ġslam  mədəni  bölgəsinin  Ġbn 
Sinası,  təbib  və  mütəfəkkiri  CAVAD  HEYƏT  bundan 
sonra çoxĢaxəli irsinin tədqiq və təbliği ilə və yaddaĢlarda 
qalan yüksək insanpərvərliyi ilə yaĢayacaq.. 
Azərbaycan xalqının bir xalq kimi kimliyini və yüksək 
mədəniyyətini  dünyaya  bəyan  edən  müasir  tarixə  bu 
xalqın azadlıq və ləyaqəti uğrunda mübariz kimi daxil olan 
Dr.  Cavad  Heyət,  məzarının  Bakı  və  ya  Təbrizdə,  yəni 
vətəni Azərbaycanda olmasını vəsiyyət etdi. 
Beynəlxalq  elmi  informasiya  məkanında  dünya  mə-
nəvi  mədəniyyəti tarixi kontekstində  Ġslam bölgəsi mədə-
niyyəti və onun ayrılmaz hissəsini təĢkil edən türk, o cüm-
lədən  azəri  türklərinin  mədəniyyətinin  lazımi  səviyyədə 
dəyərini  almadığını  görən  Cavad  bəy  ömrü  boyu  bölgə 
xalqının  ləyaqətini  yüksək  məharətlə  müdafiə  etmiĢdir. 
Alimin  çoxsaylı  əsərləri    XX  –  XXI  əsr  elmi  –  tibb,  fəl-
səfə,  dinĢünaslıq,  tarix,  dilçilik,  ədəbiyyat  və  digər  sahə-
lərdə  dəyərli  töhfələrdir.  Dövrümüzün  elmi  və  mənəvi 
inkiĢafında  özünəməxsus  yer  tutan  alimin  irsinin  tədqiqi 
və təbliği ilk növbədə həmvətənləri olan Azərbaycan türk-
lərinin  baĢucalığıdır.  Yüksək  mənəviyyat  sahibi,  söz  və 


 
50 
əməli  daima  vəhdət  təĢkil  edən,  ömrü  boyu  xeyriyyəçi, 
təmənnasız həkim Cavad bəy ġərq mənəvi mədəniyyətinin 
Kamil Ġnsan məqamına ucalaraq dövrümüzün tarixinə Ulu 
Ģəxsiyyət kimi daxil oldu. Mütəfəkkir alimin fəaliyyətində 
elm  və  maarifin  təbliği  xüsusi  yer  tutub.  O,  uzun  illər 
ərzində dəfələrlə müxtəlif adda elmi jurnalların təsisçisi və 
elmi  rəhbəri  kimi  oxucusuna  dünyanı  dərk  edərək  özünü 
dərk və təsdiq etməkdə kömək etmiĢdir. 
Adı  və  mahiyyəti  ilə  əbədiliyə  iddialı  olan  ―Varlıq‖ 
dərgisi Cavad bəyin yaratdığı ən dəyərli incilərdən biridir. 
Fəlsəfənin  əsas  mövzusu  olan  ―varlıq‖  adı  altında  dərc 
edilən bu jurnalda artıq 40 ilə yaxındır ki, varlığın demək 
olar ki,  bütün  sahələrini təmsil  edən tədqiqatlar çoxĢaxəli 
vəhdətdə  təqdim  olunur,  təbiət  elmlərinə  və  ilk  növbədə 
tibbə dair tədqiqatlar, humanitar elmləri təmsil edən yazı-
larla  tamamlanır.  Ensiklopedik  səciyyə  daĢıyan  həmin 
jurnalın məziyyətlərindən biri də odur ki, o, 30 milyondan 
artıq azəri türkünün məskunlaĢdığı Ġranda tolerantlıq rəmzi 
olaraq  həm  türk,  həm  fars  dillərində  oxucuya  təqdim 
edilir. Xüsusilə Dr.Cavad Heyətin ―Varlıq‖da dərc  edilən 
məqalələrində Azərbaycan xalqının  dili,  tarixi,  keçmiĢ və 
müasir mənəvi mədəniyyəti geniĢ əksini tapır. 
Minnətdarlıqla  qeyd  etməliyik  ki,  müxtəlif  ad  və 
məzmunda jurnallarn yaranmasında təsisçi və müəllif kimi 
iĢtirak  etmiĢ  Cavad  bəy  18  il  ərzində  Azərbaycanda  dərc 
edilən  ―ġərq fəlsəfi problemləri‖ beynəlxalq elmi – nəzəri 
jurnalının  Redaksiya  ġurasının  üzvü  və  və  jurnalda  dərc 
edilən  müəlliflərdən  biri  olmuĢdur.  Cavad  bəy  yazırdı: 
―Deməliyəm ki, uzun illər Qərb fəlsəfəsini, onun müxtəlif 
problemlərini araĢdırmıĢam. Bu sahədə xeyli tədqiqatlarım 
var.  ġərq  fəlsəfə  tarixini  isə  qədim  dövrdən  baĢlayaraq 
tədqiq etməyə cəhd edirəm‖. 


 
51 
ġərq  və  Azərbaycan  fəlsəfəsəinə  dair  qaldırılan  prob-
lemlər  dəfələrlə  Cavad  bəylə  müzakirə  edilmiĢ  və  ondan 
xeyir-dua alınmıĢdır. 
XX-XXI  əsrin  mütəfəkkir  alimi  Cavad  Heyətin  elmi 
irsinin  mübaliğəsiz  ensiklopedik  səciyyə  daĢımasını  onun 
Sizə təqdim etdiyimiz biblioqrafiyası bir daha təsdiq edir. 
Biblioqrafiyada  alimin  müxtəlif  və  çoxĢaxəli  istiqamət-
lərdə  tədqiq və təbliğini tələb edən əsərlərinin adları sada-
lanır. 
Elm  tarixi  baxımından  məqsədəuyğun  olardı  ki, 
müəllifin müxtəlif dövrlərdə çap edilmiĢ əsərləri çoxcildli 
külliyyat Ģəklində dərc edilsin və həmin çoxcildlik ġərq və 
Qərb  dillərində  geniĢ  annotasiya  və  tədqiqatlarla  təchiz 
edilsin.  Cavad  bəyin  müxtəlif  sahələrə  həsr  edilmiĢ  əsər-
lərinin  tədqiqi  kitab,  dissertasiya  və  s.formalarda  oxucu-
lara  təqdim  edilməsi  müasir  elmin  bir  çox  sahələrinin 
zənginləĢməsinə səbəb olardı. 
Mütəfəkkir  alimin  irsinin  XXI  əsr  Ġslam  mədəni  böl-
gəsi  və  o  cümlədən,  Azərbaycanın  elm  və  tədris  siste-
mində təbliği elmi və mənəvi cəhətdən dəyərli və məqsə-
dəuyğun olardı. 
Hər  iki  dünyada,  hazırda  Allah  dərgahında  azəri 
türklərinin hüquqlarının müdafiəçisi, fitri millət vəkili olan 
Cavad  Mirzəli  oğlu  Heyətə  Adil  Allahdan  rəhmət  dilə-
yirik! 
 
 


 
52 
 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin