Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   2   3   4   5   6   7   8   9   ...   26
 


 
47 
 
 
CAVAD HEYƏT HƏQĠQƏTƏN UNĠKAL 
ġƏXSĠYYƏT ĠDĠ 
                                
Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri, 
yazıçı (Azərbaycan) 
 
Abbas  Səhhət  deyirdi  ki,  Sabirin  Ģeirləri  Ġran  inqi-
labına bir ordudan ziyadə xidmət göstərib. Cavad Heyət də 
Ġranda  Azərbaycan  dilinin  yaĢaması  üçün,  Quzeydə 
yaranan ədəbiyyatımızın Güneydə təbliği üçün, tariximizi 
təhrif edənlərə tutarlı, məntiqli  elmi  cavablar verməkdən 
ötrü  bəlkə də, yüz kiĢinin görə bilməyəcəyi iĢi təkbaĢına 
görürdü.  Bir  vaxtlar  o  da  böyük  alim  və  Ģair  olan  Həmid 
Nitqi  onunla  bərabər  bu  çətinliklərə  sinə  gərir,  bu  ağır 
yükü çiyinlərində birgə daĢıyırdılar. 
Cavad  bəy:  "Həmid  Nitqi  Ġranda  olmayanda  özümü 
tənha, kimsəsiz hiss edirəm‖- deyərdi. Nitqinin vəfatından 
sonra Cavad  bəy  bu fəaliyyətində   demək olar ki, yalnız 
qaldı,  amma  yolundan  dönmədi,  amalından  çəkinmədi, 
həmiĢəki Ģövqlə, enerjiylə, həvəslə və əzmlə mübarək dö-
yüĢünü davam etdirdi. 
Bu  doğrudan  da  əsl  döyüĢ  idi.  Millətin  tarixini azdır-
mağa,  dilini  unutdurmağa,  sıradan  çıxarıb  ancaq  küçədə, 
bazarda  saxlamağa  rüsxət  verənlərə,  ümumiyyətlə,  xalqın 
varlığını  danmaq  istəyənlərə  Cavad  bəy  varlığıyla  cavab 
verirdi.  Həm    böyük    mənada,  yəni  özünün  bu  dünyada 
varlığıyla,  həm  də  nəĢr  etdiyi  "Varlıq"  dərgisinin  böyük 
hərflə  yazılan  adıyla.  "Varlıq"  –  varlığımızın  sübutu, 
özlüyümüzün təsdiqiydi. 


 
48 
Cavad  Heyət  həqiqətən  unikal  Ģəxsiyyət  idi.  Dünyaca 
məĢhur  həkim,  həkimliyiylə  ən  yüksək  məqamlara  çata 
bilən, beynəlxalq miqyasda tanınan cərrah, bu qədər uğur 
qazandığı  peĢəsiylə  kifayətlənmədi,  insanların  tək  bir 
fiziki  sağlamlığının  keĢiyində  durmaqla  yetinmədi, 
xalqının  mənəvi  səhhətinin  də  qayğısını  çəkdi.  Ensiklo-
pedik  biliklərə  malik  olan  poliqlot  –  Avropa  və  ġərq 
dillərində  yüzlərlə mənbəyə istinad edərək millətinin Ģərə-
finə,    ləyaqətinə    sahib  çıxdı,  milli  heysiyyətimizi    növ-
növ qarayaxmalardan qorudu. 
Cavad  Heyət  hər  yerdə  nüfuzu,  yeri  bilinən  Ģəxsiyyət 
idi.  Avropa  ölkələrində  elmi-tibbi  konfranslarda  da,  Ġstan-
bulda  türkoloji toplantılarda da, Tehranda, Təbrizdə yorul-
maz maarifçilik fəaliyyətində də, son illər Bakıda xəstələrə 
Ģəfa verəndə də o  böyük ürəyinin səsiylə  hərəkət edirdi. 
Cavad  bəy  haqqında, onunla səmimi görüĢlərim, söh-
bətlərim barədə çox Ģeylər  yaza  bilərdim və  yazacağam... 
Ġndi bu qısa vida sözləriylə kifayətlənirəm. 
Cavad Heyətin yoxluğunu, onun elmi, ədəbi, mənəvi hə-
yatımızda nə qədər  önəmli  yer tutduğunu bundan sonra da-
ha dəqiq və dərindən dərk edəcəyik. Yeri həmiĢə görünəcək. 
Son  illər  səhhətində  yaranan  narahatlıqlar  bu  böyük 
insanın fəaliyyətinə nisbətən təsir etmiĢdi, amma bu yaĢda 
belə  soydaĢlarımızla  bağlı  olan  tədbirlərdən  qalmamağa 
çalıĢırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və 
bu  münasibətlər  hər  zaman  vaxtında,  məqamında  olması, 
gərəkliliyi,  barıĢdırıcılığı  ilə  seçilirdi.  Həm  də  dostlarına, 
xüsusilə  səhhəti  ilə  qayğılanan  arxadaĢlarına  son  mənzi-
linin Bakıda olması arzusunu dilə gətirirdi. 
Böyük azərbaycanlının müstəqil Azərbaycanın baĢkən-
dində  dəfn  olunması  onun  halal  haqqıdır.Cavad  Heyətin 
yeri  hər  zaman  görünəcək  və  o,  hər  bir  azərbaycanlının 
ürəyində, oxucularının qəlbində yaĢayacaq 


 
49 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin