Varliğimiz


UNUDULMAZ “BĠLGƏ VARLIĞI”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   2   3   4   5   6   7   8   9   ...   26
CAVAD HEYƏTĠN ÖPDÜYÜ ƏLLƏR 
 
Rafael HÜSEYNOV 
Milli Məclisin deputatı, akademik (Azərbaycan) 
 
Həyatının  90-cı  ilində  böyük  azərbaycanlı  Cavad  He-
yətin Vətən və millət məhəbbəti ilə dolu ürəyi dayandı. 
Ömrü  boyu  onun  iĢi  ürəklə  olmuĢdu.  Nə  iĢ  görmüĢ-
düsə, ürəklə görmüĢdü və təməl peĢəsi olan həkimlikdə də 
əsas sahəsi ürək idi. 
Hələ  cavan  yaĢlarından  misilsiz  bir  ürək  cərrahı  kimi 
dünyada məĢhurlaĢmıĢdı. Lakin tale ona daha ali bir mis-
siyanı  –  millətinin  ürəyinin  və  xalqının  ruhunun  müalici 
olmaq vəzifəsini də həvalə edibmiĢ. 
Belə insanların isə ürəyi heç vaxt dayana bilməz. 
Sənəti ürəklərə Ģəfa vermək olan doktor Cavad Heyət, 
əslində,  öz  ürəyinin  salamatlığının  da  çarəsini  irəlicədən 
həll edibmiĢ. 
O  öz  könlünü  tükənməz  bir  enerji  qaynağına  –  bütöv 
millətinin  və  qövmünün  qəlbinə  bənd  etmiĢdi:  ora  güc 
verirdi, oradan güc alırdı. 
Azərbaycan, türk dünyası naminə yaratdığı dəyəri sözə 
sığmaz  əsərləri  və  əməllərində  Cavad  Heyətin  qəlbi, 
əlbəttə ki, hələ bundan sonrakı çox zamanlar boyu çırpın-
maqda davam edəcək. 
Həssas  vətənpərvər  Bəxtiyar  Vahabzadə  dostu  Cavad 
bəyin timsalında bir məslək, əqidə qardaĢını görür, Heyə-
tin ucalığına belə heyrətlənirdi: 


 
10 
 
...Gecə də, gündüz də hey döyüĢdəsən, 
Mənəvi, cismani ağrılarla sən. 
Həkim nüsxələri yazdın həmiĢə, 
Xəstə Ģəfa tapıb sağaldı... fəqət, 
Ədib qələmiylə yazdığın nüsxə 
Bir xalqın dərdinə Ģəfadır, əlbət! 
 
Dünya  boyu  səpələnmiĢ,  sayı  50  milyonu  aĢan  azər-
baycanlılar arasında bu gün böyük Ģəxsiyyətlər, Azərbay-
canın adını yüksəldən müstəsnalar az deyil. 
Lakin  müasirimiz,  bizimlə  eyni  günlərin  içərisində 
yaĢamıĢ  canlı  klassik,  ömrünün  axırınadək  mütəfəkkir 
zəkasının  aydınlığını,  Ģəfqət  və  sərrastlığını  saxlayaraq 
xalqı  üçün  faydalı  iĢlərini  yerinə  yetirməkdə  davam  edən 
Cavad  Heyəti  heç  kəslə  müqayisə  etmək  mümkün  deyil. 
O, birincilərin birincisi idi. 
Çünki  bir  var  hər  hansı  elm,  ictimai-siyasi  fəaliyyət 
sahəsində  dünyada  məĢhur  olasan  və  çox  zaman  sənin 
azərbaycanlılığın  yalnız  elə  mənĢəcə  bu  xalqa  mənsub 
olduğunla  bitsin,  bir  də  var  öz  sahəndə  ali  səviyyəli  pe-
Ģəkar ola-ola həm  də atəĢin  vətənpərvər, millətsevər kimi 
misilsiz  əməklər  sərf  edəsən,  bu  səyləri  həyatının  baĢlıca 
mənasına çevirəsən. 
Bu  tərəzidə  lap  dünyadakı  ən  üstün  soydaĢımız  Lütfi 
Zadədən  tutmuĢ  tanıdığınız  ən  məĢhur,  ən  qüdrətli  azər-
baycanlılaradək kimi Cavad Heyətlə yanaĢı qoymaq olar? 
O,  yalnız Vətəni  Azərbaycanın,  ata  yurdu  Ġranın, min  
bir tellərlə bağlı olduğu Türkiyənin deyil, bütün dünyanın 
vətəndaĢı olan nadir insanlardan idi. Çünki böyük yolunun 
baĢlanğıcında həkimlik sənətini seçmiĢdi və bu peĢə sahi-
binin də ali vəzifəsi insana xidmət, insan həyatını hifz et-
məkdən  ibarətdir.  Lakin  ömrü  uzunu  beynəlmiləlçi,  in-


 
11 
sançı qala-qala doktor Cavad Heyət təpədən-dırnağa qədər 
vətənpərvər,  millətsevər  olmağı  da  bacardı,  xalqının  mə-
nəviyyatı  ilə  bağlı  dəyərləri  qorumaq,  yaĢatmaq  amalına 
hər  an  sədaqət  göstərdi  və  həm  də  bu  etibarlılığını  bir-
birindən qiymətli əsərləri, yorulmaz fəaliyyətləri ilə sübut 
etdi. 
Belə  Vətən  və  millət  aĢiqi  olan,  həm  də  bu  təhər 
nəhəng iĢlər görməyi bacaran, bu sayaq tükənməz bilik və 
qabiliyyətlərə  sahib,  bunca  qüdrətli,  epoxal  Ģəxsiyyət  bir 
də nə zaman yaranacaq? 
Ümumən bundan belə ikinci belə bir Ģəxsiyyətin yeti-
Ģəcəyi ağlasığmazdır. 
Fərdi  keyfiyyətlərdən  savayı,  içərisindən  adlanmıĢ 
mürəkkəbdən-mürəkkəb,  dünya  tarixinin  ən  təlatümlü,  ən 
tərəqqili,  ən  eniĢli-yoxuĢlu,  nəsilləri  fərqli  olan  bir  əsrə 
yaxın zaman parçası da var axı! 
ġəxsiyyətləri,  hadisələri,  mühiti,  koloriti  ilə  həmin 
dövr bir daha təkrarlanmayacaq! 
 
* * * 
Əsl  yurdsevərin,  həqiqi  millətpərvərin  kimliyi  Vətən 
və  xalq  taleyinin  qəliz  sınaqları  müstəvisində,  tarixi 
darmacallarda ortaya çıxır. 
Qaldırın yaxın keçmiĢimizi, arayın ki, 1990-cı ilin əv-
vəllərində bir sıra xarici qüvvələrin dəstəyi və yönəltməsi 
nəticəsində  Ermənistanın  əli  ilə  Azərbaycan  torpaqları 
qəsb olunanda, yüz minlərlə soydaĢımız müsibətlərə ürcah 
ediləndə  dünyada  məĢhur  olan  azərbaycanlılardan  hansı 
biri Cavad Heyət kimi mərd-mərdanə köksünü irəli verdi, 
bizi onun kimi canıyananlıqla, milli təəssübkeĢliklə müda-
fiə etdi, dünyanı və qardaĢ ölkələri qətiyyətlə Azərbaycana 
arxa durmağa, yardım etməyə çağırdı?! 


 
12 
Bu,  Cavad  Heyətin  həmin  cəhdlərindən  bircəsidir. 
Doktor  1993-cü  il  noyabrın  21-də  qəlbi  qanaya-qanaya 
Türkiyə  Cümhuriyyətinin  Prezidenti,  50  ildən  bəri  tanı-
dığı, yaxın münasibətlərdə olduğu cümhur baĢqanı Süley-
man  Dəmirələ  açıq  məktubunda  belə  yazırdı:  ―Bu  gün 
Arazın  quzeyindəki  dindaĢ  və  soydaĢlarımız,  yəni  azəri 
qardaĢlarımız  tarixdə  az  rastlaĢdığımız  bir  faciə  və  soy-
qırımına məruz qalmıĢlar, həm  də böyük bir millət  və  ya 
güclü  bir  dövlət  tərəfindən  deyil,  bütün  tarix  boyu  hima-
yəmiz  altında  yaĢayan  və  ədalətimiz  sayəsində  bütün 
insani haqlardan faydalanan ermənilər tərəfindən! Təbiidir 
ki,  onların  belə  azğınlıq  və  cinayətə  təĢəbbüs  və  cəsarət 
göstərmələrinə səbəb bütün müsəlmanların, ələlxüsus türk-
lərin  düĢməni  olan  bugünkü  böyük  dövlətlərin  dəstəkləri 
və yardımları olmuĢdur. 
Belə bir durum qarĢısında müsəlman dünyasının, Tür-
kiyə  və  Ġran  Ġslam  Cümhuriyyətinin  və  uluslarımızın  və-
zifə və məsuliyyətləri nə ola bilər? 
Bu  məzlum,  silahsız,  ordusuz  və  əsarətdən  yenicə 
çıxmıĢ qardaĢlarımızı yalqızmı buraxmalıyıq? 
Bu  sətirləri  göz  yaĢlarımın  qabağını  ala  bilmədən 
yazıram. Və bu anda Allah-taaladan xalqımıza qurtuluĢ, ya 
da  özümə  ölüm  diləyirəm.  "Əl-mövt  xeyrun  min  rüku 
billari",  yəni  ―Ölüm  zillət  çəkməkdən  yaxĢıdır‖  (Ġmam 
Hüseynin  AĢura  günü  Kərbəla  meydanında  Ģəhid  olmaz-
dan qabaq söylədiyi sözlərdir – R.H.). 
Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsim-
dən baĢqa bir Ģeyim yoxdur, onları da məzlum xalqımızın 
yolunda  sevə-sevə  verməyə  razıyam.  Bilirəm  ki,  bu  gün 
xalqımın qələmdən çox süngüyə ehtiyacı vardır. 
Ciddi  ölüm  təhlükəsində  qalan  məzlum  azəri  qardaĢ-
larımızın yardımına qalxın!" 


 
13 
Bu gün bu sözləri demək, bəlkə də, asandır. Amma o 
vaxt  üzdəki  heç  bir  siyasətçi,  ictimai  Ģəxs  bu  cür  kəskin 
tonda  danıĢmırdı.  Bu  məktub-bəyanat  həm  də  o  qəbil 
baĢqa  çağırıĢların  yaranmasına  meydan  açırdı,  yatmıĢları 
oyadan həyəcan təbili idi. 
Adətən,  siyasi  mövzularda  həmiĢə  ehtiyatla  yazıb-
danıĢan  Cavad  Heyət  bu  müraciətində  ona  dəyə  biləcək 
istənilən zərbəyə rəğmən sinəsini irəli vermiĢdi. 
Bunca fədakarlığı unutmaq olarmı! 
Belə bir  VƏTƏNDAġla ayrılığın  acısı bu gün hər bir 
qaçqınımızın,  köçkünümüzün,  yurddaĢımızın  evində  ən 
içdən gələn məhəbbətlə yaĢanmasa, biz nankor olardıq! 
 
* * * 
Çoxcəhətli,  çoxistiqamətli  biliklər  yiyəsi  Cavad  He-
yətin səriĢtə ilə bildiyi elm sahələrindən biri də ilahiyyat, 
islamĢünaslıq  idi  və  o,  bu  sahədə  müqayisəsiz  üstünlüyə 
malik idi. Təbii ki, bunca püxtə islamĢünasdan ötrü Məkkə 
də, Mədinə də ən müqəddəs Ģəhərlər idi. Lakin dünyanı və 
özünü  dərk  etdiyi  çağlardan  ailəsinin  ona  aĢıladığı  və 
özünün  dərk  etdiyi  baĢlıca  meyarlardan  biri  bu  olmuĢdu 
ki, Təbrizlə Bakı onun Məkkəsi ilə Mədinəsidir. 
1925-ci  il  mayın  23-də  Təbrizdə  doğuldu,  2014-cü  il 
avqustun 12-də Bakıda əbədiyyətə qovuĢdu. 
Cavad  Heyət  Azərbaycan  Respublikasının  vətəndaĢı 
deyildi. 
Lakin  o,  dünyasını  dəyiĢəndə  dövlət  səviyyəsində  ilk 
vida sözləri Bakıda yayıldı və həmin ehtiram dolu mətnin 
altındakı  əvvəlinci  imza  da  dövlətin  birinci  Ģəxsinin  adı, 
ölkə Prezidentinin imzası idi. 
Bircə  bunun  özü  Cavad  Heyətin  nə  qədər  fövqəladə, 
Azərbaycandan  ötrü  nə  qədər  mühüm  Ģəxsiyyət  olma-
sından deyir. 


 
14 
* * * 
Cavad Heyət elə bir ailədə doğulmuĢdu, elə nəsillərin 
və elə ocağın yavrusu idi ki, onun biliklə, kitabla, yüksək 
əxlaqi dəyərlərlə bağlı olması labüd idi. 
Bir  dəfə  ondan  soruĢmuĢdum  ki,  Siz  artıq  ustadlar 
ustadısınız,  ömrünüzdən  də  çox  müəllimlər  keçib.  Bu 
qədər  dərin  biliklər  əldə  edəndən  sonra  həyatınızdakı 
müəllimlərdən hansını göz önünə gətirərkən yenə özünüzü 
Ģagird məqamında təsəvvür edirsiniz? 
Cavab vermiĢdi ki, sözün bütün mənalarında mənim ən 
birinci  müəllimim  atam  olub.  Həm  əvvəlinci,  həm  də  ən 
baĢ mənasında. 
Cavad  Heyətin  atası,  1879-cu  ildə  dünyaya  gəlmiĢ 
Mirzə  Əli  Heyət  gənc  yaĢlarında  Nəcəfə  yollanaraq  7  il 
mükəmməl  ali  ilahiyyat  təhsili  almıĢdı,  fiqhdən  –  dini 
hüquqdan  tutmuĢ  üsul,  hikmət,  kəlam,  riyaziyyat,  yüksək 
astronomiya,  köhnə  və  yeni  fəlsəfəyədək  bir  çox  elm 
sahələrinə dərindən vaqif olmuĢdu. Biliklərlə ləbələb, öy-
rənməkdən usanmayan Mirzə Əli hələ bundan sonra Ġstan-
bul  və  Qahirəyə  gedərək  oralarda  da  1  il  elmi  araĢdır-
malarla məĢğul olmuĢ, bir qədər də dərinləĢmiĢdi. 
Paklıq, düzlük və bilginliyin timsalı Mirzə Əli 1967-ci 
ildə dünyasını dəyiĢənədək  Ġranın  dövlətçilik,  düĢüncə və 
mənəviyyat  həyatındakı  seçkin  simalardan  olmuĢ,  Təbriz 
məhkəməsinin  ilk  sədri,  Ġranın  BaĢ  prokuroru  və  daha 
sonra ədliyyə naziri iĢləmiĢdi. 
Təsəvvür  edin  Mirzə  Əli  Heyət  hansı  savada  və 
səviyyəyə  malik  imiĢ  ki,  dünyanın  hər  üzünü,  alim  və 
müəllimlərin  hər  cürünü  görmüĢ  Cavad  Heyət  lap  ixtiyar 
çağlarında  da  atasını  ömrü  boyu  tanımıĢ  olduğu  müəllim 
və  alimlərin  ən  kamili  hesab  edirdi.  Onun  adını  çəkəndə 
kövrəlirdi,  boynuna  alırdı  ki,  atasını  hər  insandan,  öz 


 
15 
övladlarından, hətta doğmaca anası Məsumə Sultandan da 
artıq sevmiĢdir. 
―10  bacı-qardaĢ  idik.  Amma  anam  məni  bütün 
uĢaqlardan  çox  istəyirdi.  Bir  gün  mənə  Ģikayətləndi  ki, 
oğul, sən özün Ģahidsən ki, mənim sənə məhəbbətim o biri 
uĢaqlara  olan  sevgimdən  qat-qat  çoxdur.  Bəs  sən  niyə 
atanı məndən çox istəyirsən? Dedim ki, ay ana, axı bunun 
ixtiyarı mənim əlimdə deyil...‖ 
Bir dəfə Cavad Heyətdən bunu da xəbər aldım ki, bəs 
ən  böyük  müəllim  saydığınız  atanızın  hansı  nəsihətini  ən 
vacib bilir, ömrünüzün əsas düsturu sayırsınız? Söylədi ki, 
atam  həmiĢə  məsləhət  edərdi,  nə  iĢ  görsən,  ehsasatın 
(duyğuların – R.H.) səninlə olsun, amma ağlı da unutma. 
Doktor  bütün  yolu  boyunca  bu  düsturdan  kənara 
çıxmadı. Nə etdisə sevərək, ürəkdən, eĢqlə etdi, ancaq heç 
vaxt  da  emosiyaların  tam  əsirinə  çevrilmədi,  soyuq  dər-
rakəsi,  hər  xırdalığı  nəzərə  alan  fəhmi  həmiĢə  sərvaxt 
dayandı. Ona görə də mürəkkəb siyasi və ictimai dövrlərin 
burulğanlarından keçib  irəlilədiyi  uzun onillərdə heç vaxt 
yıxılmadı, bürdəmədi, yanılmadı. 
Bəs  doktorun  da  daĢıdığı  ―Heyət‖  soyadının  kökü 
haradan gəlir? 
Mirzə  Əli  artıq  cavanlığından  el-oba  arasında  da,  ali 
dövlət  dairələrində  də  savadına,  dünyagörüĢünə,  ədalətli-
liyinə,  doğruculluğuna  görə  sözü  keçən,  sayğı  bəslənən 
ziyalı idi. O qədər mötəbər ki, Ġranda – ölkədaxili və xarici 
vacib  səfərlər  üçün  təĢkil  olunan  mühüm  nümayəndə 
heyətlərinə  mütəmadi  baĢçı  təyin  edilərmiĢ.  Bunlardan 
birincisi vaqe olubmuĢ 1906-cı ildə. 
Məhəmmədəli  Ģahın  dövlət  çevriliĢindən  sonra  Nə-
cəfdə  ilahiyyat  tələbələrindən  ibarət  bir  heyət  qurulur. 
Əvvəlcə  Bəsrəyə, sonra  Ġrana MəĢrutiyyət  fərmanını apa-
ran  üç  böyük  din  böyüyü  –  Ayətullah  Tehrani,  Ayətullah 


 
16 
Mazandarani  və  Axund  Molla  Kazım  Xorasani,  eləcə  də 
digər  nüfuzlu,  biĢkin  Ģəxsiyyətlərin  daxil  edildiyi  heyətə 
onlardan xeyli gənc Mirzə Əli rəhbər seçilmiĢdi. 
Gedir,  danıĢıqlar  aparır  və  MəĢrutiyyətin  bərpasına 
nail olur. 
1919-cu  ildə  ermənilər  Naxçıvanda  zavallı  insanları 
olmazın zülmlərə məruz qoyanda, Ģiddətli təzyiqləri ilə bu 
bölgəni  Azərbaycan  Xalq  Cümhuriyyətindən  qopararaq 
Ermənistana qatmaqçün canfəĢanlıqlar edəndə naçar qalan 
əhali  Qacar  vəliəhdi  Məhəmmədhəsən  Mirzədən  kömək 
diləmiĢdi və o da Tehranın ―hə‖sini alaraq Mirzə Əlini bir 
yardım  heyəti  və  rəsmi  məktubla  Naxçıvana  yola  sal-
mıĢdı... 
Bu minvalla hələ cavankən ağsaqqal  ehtiramına sahib 
olan  Mirzə  Əli  "Heyət"  təxəllüsünü  qazanıbmıĢ  və  sonra 
həmin kəlmə çevrilir ailənin soyadına. 
Mirzə  Əli  Heyət  on  övladının  onuna  da  yaxĢı  tərbiyə 
və  təhsil  verməyə  səy  etmiĢdi,  amma  nədirsə,  elə  yeni-
yetməlik çağlarından Cavada bəslədiyi ümidlər daha məx-
susi imiĢ. 
Tehranda  ali  tibb  təhsili  alan  Cavadı  atası  üçüncü 
kursdan sonra oxumağını davam etdirmək üçün Türkiyəyə 
göndərməyi qət edir. O zaman Ġranla Türkiyə arasında 100 
tələbə mübadiləsi haqda bir anlaĢma imzalanıbmıĢ. Lakin 
müəyyən səbəblərdən bu layihənin gerçəkləĢməsi ləngiyir-
miĢ və Cavad atasına müraciət edir ki, tələbə dostlarımdan 
təhsili davam etdirmək üçün Beyruta gedənlər var, bəlkə, 
icazə  verəsiniz,  mən  də  gözləməyim,  elə  onlara  qoĢulub 
gedim. 
Atası etiraz edir ki, oğlum, gün gələcək, sən Parisə də 
gedəcəksən, Amerikaya da. Mənim imkanım olsaydı, səni 
Türkiyəyə  yox,  Bakıya  göndərərdim.  Amma  arada  dəmir 
pərdə  var.  Türkiyəyə  getməyini  ona  görə  arzulayıram  ki, 


 
17 
yalnız  tibb  təhsili  almayasan,  həm  də  gedib  öz  dilini, 
mədəniyyətini, tarixini bir az da dərindən öyrənəsən. 
Ömrün  ixtiyar  mərhələsində  bütün  nail  olduqlarına 
vaxtın  hündürlüyündən  baxan  Cavad  Heyət  atasının  bu 
strateji  məqsədli  addımına  görə  ona  sonsuz  dərəcədə 
borclu  olduğunu  rəhmətlərlə  dilə  gətirirdi.  ġükranlıqla 
anırdı  ki,  məhz  Türkiyədəki  təhsil  dövründə  axarında  ol-
duğu  elmi  ab-hava,  oxuduğu  kitablar,  oturub-durduğu 
alimlər, təmas bağladığı ziyalılar təbib olduğu halda onun 
həm  də  bir  türkoloqa,  azərbaycanĢünasa  çevrilməsinə 
möhkəm, sağlam özül yaratdı. 
"Atam  davranıĢlarında,  danıĢığında,  insanlara  müna-
sibətlərində,  əməllərində  istisnasız  olaraq  həmiĢə  səbirli, 
nəzakətli, düzlüksevər, ölçü gözləyən, səliqəli bir kiĢi idi. 
Yalnız camaat arasında olanda deyil, lap evdə, otaqda tək 
qalanda da belə idi. Bu onun təbiəti idi". 
Gecə saatlarında doktor Cavad Heyətin artıq  yadigara 
çevrilmiĢ, 2008-ci ildə lentə aldığım söhbətini dinləyirəm, 
aramla  ömür  hekayətini  söyləyir,  məni  ayrı  bir  aləmə 
aparır  və  dinləyə-dinləyə  fikirləĢirəm  ki,  axı  o  da  bu 
baxımdan atası ilə eyni idi. 
Kübarlığın,  alicənablığın,  nazikliyin  qüsursuz  nümu-
nəsi  idi.  Haçağ  evinə  görüĢünə  getdimsə,  lap  sağlığının 
son  aylarınacan  –    hərdən  xəstə,  üzgün,  yorğun  olduğu 
vaxtda  da  məni  səliqə  ilə  geyinmiĢ  halda,  kostyumda, 
qalstukda, beretdə, sifətinin mehriban ifadəsi ilə qarĢıladı. 
Məni və hər kəsi. 
Cavad  bəy  yüksək  daxili  mədəniyyətə  malik  idi,  əsl 
centlmen idi. 
2010-cu ildə yoldaĢım Tehranda əməliyyat olunmuĢdu. 
Cavad  bəy  mütəmadi  olaraq  gündə  bir  neçə  dəfə  bizimlə, 
həkimlərlə  telefon  əlaqəsi  saxlayırdı.  Xəstəxanadan 
buraxılandan sonra isə Ģəhərin o baĢından durub gəlmiĢdi 


 
18 
mehmanxanada  yoluxmağa.  Qınadım  ki,  axı  niyə  əziyyət 
çəkmisiniz! 
Çünki o günlərdə doktorun özü də bir qədər nasaz idi, 
sağ ayağının barmaqlarında yara əmələ gəlmiĢdi, müxtəlif 
məlhəmlər yaxırdı və hərəkət etməsi də çətin idi. 
Həmin  gəliĢi  vaxtı  çəkilmiĢ  fotolarımız  da  qalır: 
ayaqqabılarının tayları fərqlidir. Yaralı, sarıqlı,  buna görə 
çəkməyə girməyən sağ ayağına dabansız, burunsuz yüngül 
baĢmaq keçirib, sol ayağında isə qara çəkmə... 
Cavad  Heyət  böyük  alim  olmaqla  bərabər,  böyük  də 
insan  idi,  tərbiyəliliyin,  əsilzadəliyin  ibrət  alınası  örnəyi 
idi.  Elə  bir  örnək  ki,  ona  oxĢamağa  çalıĢmaq  olur,  lakin 
tam  o  cür  olmağa  heç  də  həmiĢə,  ən  azı,  səbrin  çatmır. 
Tam  o  cür  ola  bilməkçün  gərək  həmin  keyfiyyətləri, 
yerinə  yetirməli olduğun Ģərtləri sadəcə qəbul etməyəsən, 
onları  doktor  kimi,  onun  atası  sayaq  məhz  öz  təbiətinə 
çevirəsən. 
"Atam müasir düĢünən, açıq fikirli bir Ģəxs idi. Amma 
eyni zamanda etiqadlı, imanlı bir insan idi, əxlaqən ruhani 
idi,  namaz  qılardı,  içki  içməzdi.  Hər  kəs  də  bunu  bilirdi. 
Bir  dəfə  Ġranın  BaĢ  naziri  doktor  Əli  Əmini  bizə  qonaq 
gəlmiĢdi.  Atam  da,  qardaĢlarım  da  bizdə  idilər.  Süfrə 
açılmıĢdı.  Bilirdik  ki,  Əli  Əmini  içkiyə  biganə  deyil. 
YaxınlaĢıb  qulağına  pıçıldadım  ki,  atamızın  yanında  sizə 
içki  təklif  edə  bilmərik.  Amma  qonĢu  otaqda  viski  ha-
zırlamıĢıq, istəyirsinizsə, buyurub keçin, orada nuĢ edin. O 
da  qayıtdı  ki,  yox,  mən  də  ağa-yi  Heyətin  yanında  iç-
mərəm. 
Atamın bu qədər hörmətini saxlardılar". 
Bunlar  da  doktor  Cavad  Heyətin  xatirələrindəndir  və 
onun  hansı  ailə  məktəbindən  keçərək  yetiĢməsinin  daha 
bir cizgisidir. 


 
19 
Orta  məktəbdən  sonra  Cavad  bəy  hərbi  liseyə  daxil 
olubmuĢ və öz hekayətincə, orada da birinciymiĢ. Di gəl, 
hiss  edir  ki,  hərb  onun  tutub  gedəcəyi  yol  deyil,  səmtini 
təbabətə dəyiĢir. 
Lakin ailə tərbiyəsindən və həmin ilk hərbi təhsilindən 
gələn sərt daxili intizam sonacan Cavad Heyətlə qaldı. 
Axır  illəri  əsasən  Bakıda  yaĢayırdı,  arada  Tehrana 
gedib-gəlirdi. 
Hər  gedəndə  mütləq  zəng  vururdu  ki,  filan  gün  yola 
düĢürəm,  hər  qayıdanda  mütləq  telefon  açırdı  ki,  geri 
dönmüĢəm. Bunlar elə xüsusiyyətlərdir ki, onları öyrətmək 
olmur, gərək belə bir intizam,  dəqiqlik,  sahman, davranıĢ 
səliqəsi canında ola. Daxilində belə bir dəqiqlik və intizam 
nəbz kimi vurduğundandır ki, Cavad Heyət bu qədər çox, 
bu  qədər  xeyirli  və  bir-birinə  bənzəməyən  ciddi  iĢlər 
görməyə müvəffəq olub. 
 
* * * 
1946-cı  ildə  Ġstanbulda  tibb  təhsilini  baĢa  vurduqdan 
sonra  üç  il  cərrahlıq  üzrə  təcrübə,  daha  sonra  isə  Parisdə 
daha  üç  il  bu  yöndə  təkmilləĢmə  keçmiĢdi.  Ġrana  qayıdıb 
iĢə  baĢlamıĢdı,  amma  daha  çox  öyrənmək,  bir  az  da 
kamilləĢmək istəyi onu yeni yolçuluqlara səfərbər etmiĢdi. 
Amerikada müxtəlif klinikalarda çalıĢmıĢdı, Danimarkada, 
Kopenhagendə iĢləmiĢdi. 
Ġranda  bir  sıra  iri  xəstəxanaları  quran,  böyrək  dəyiĢ-
dirilməsi,  açıq  ürək  əməliyyatları  və  sair  möcüzə  kimi 
görünən bir çox baĢqa təbabət hünərlərini ilk dəfə göstərən 
Cavad Heyət olub. 
Onun  ―Tromboflebit  və  müalicəsi‖  (1957),  "Ümumi 
cərrahlıq"  (1965),  "Cərrahiyyə  dərslikləri"  (1997)  kitab-
ları,  təbabətin  müxtəlif  çətin  məsələlərinə  aid  bolluca 
təcrübə və təhlillər əsasında qələmə alınmıĢ 100-dək araĢ-


 
20 
dırma-məqaləsi  sərrast  müĢahidələriylə,  elmdə  yeni  söz 
olan tapıntılarıyla seçilir. 
Naturasında  naĢirliyə,  elmi  kütləviləĢdirməyə  meyil 
olduğundan  elə  həmin  çağlarda  ―DaneĢ-e  pezeĢki‖  (―Tə-
babət elmi‖) adlı dərgi buraxmağa baĢlamıĢ və həmin jur-
nal  1964-1976-cı  illərdə  iĢıq üzü görmüĢdür. Bir  çox tibb 
araĢdırmaçısı  üçün  münasib  elmi  laboratoriyaya,  özünü-
ifadə  meydanına  dönən  həmin  dərgidə  Cavad  Heyətin 
özünün 60-dan artıq dəyərli məqaləsi dərc edilmiĢdir. 
 
* * * 
Ensiklopediklik,  universallıq  orta  əsr  alimlərinə  xas 
keyfiyyətlərdən  imiĢ.  Həm  ġərqdə,  həm  Qərbdə.  Bizim 
dövrdə  isə  nəinki  müxtəlif  elm  sahələrində,  hətta  bir  elm 
sahəsinin  daxilində  belə  onun  müxtəlif  istiqamətlərinə 
hərtərəfli bələd olan mütəxəssislərə seyrək rast gəlinir. 
Cavad  Heyətsə  həm  də  bir  tarixçi,  ədəbiyyatĢünas, 
folklorçu, dilçi, filosof, mədəniyyətĢünas, ilahiyyatçı idi. 
Bu  istiqamətlərin  də  hər  birinə  aid  köhnəlməz, 
masaüstü olmağa yaraĢan əsərlərin müəllifidir. 
O həmin elm sahələrinin heç birində peĢəkar deyildi və 
ona görə də araĢdırmaları akademik biçim daĢımır. Lakin 
biliklərinin  geniĢ  çevrəsi,  problemləri  çox  üstdən,  pano-
ramda  seyr  edə  bilməsi  və  güzəĢtsiz  milli  mövqeyi  ona 
imkan  verib  ki,  dilimiz,  ədəbiyyatımız,  mədəniyyətimiz 
haqqında  ən  peĢəkar  araĢdırıcıların  ən  akademik  tədqiq-
lərindən geri qalmayan faydalı əsərlər doğursun. Həm də o 
əsərlərin hər birində qəlib, model olmaq siqləti var. Yəni 
məhz  o  dəst-xətlə,  o  yanaĢma  ilə,  o  qeyrətlə  yazmağı 
təlqin və təĢviq edən ülgü! 
 


 
21 
* * * 
Cavad  Heyətin  bir  üstünlüyü  də  onun  nəyi  necə 
deməyin  üsullarına  məharətlə  yiyələnməsi,  mətləbləri  hər 
kəsin  qavraya  bilməsindən  ötrü  hansı  sadəlikdə  yazmağın 
gizlinclərinə  bələd  olması,  bir  də,  ən  lazımlısı,  fikirlərini 
siyasi  incəlik  və    nazik  sərhədləri  nəzərdə  tutaraq,  xəfif 
pərdəni  aradan  itirməyərək,  heç  bir  tərəfi  incitmədən 
ustalıqla ifadə etməsi idi. 
―Varlıq‖ın nübar sayında, birinci buraxılıĢında Həmid 
Nütqinin  ―Ana  dili  –  sevgili  dil‖  adlı  uzun  Ģeirini  dərc 
etmiĢdi.  Həmin  mənzumənin  misralarında    tamam  tarixi-
miz, yolumuz, dərdlərimiz, qayğılarımız, ümidlərimiz əks 
olunub.  Həm  də  bütün  bunların  yanında  bir  redaktor 
məharəti  sezilir  (söz  yox,  Cavad  bəy  əski  dostu  ilə  bu 
proqram  xarakterli  Ģeirin  nə  təhər  olmasını,  hansı  nöqtə-
lərə  vurmasını  da  dönə-dönə  müzakirə  etmiĢdi),  mühiti, 
ətrafı,  münasibətləri  nəzərdə  saxlamaq,  həddi  aĢmamaq 
taktı da duyulur: 
 
Ġranı abad, bizləri Ģad istəməyənlər, 
Öz nəfi üçün hər zadı bərbad eləyənlər
Bu ölkədə əqvam ara hər haqqı dananlar 
Öz niyyətini eylədilər beyləcə izhar: 
―Bu irqin o bir irqlərə üstünlüyü varmıĢ, 
―Arya‖dan olan olmayana fəxr satarmıĢ. 
―Türki‖ deyə bir dil nə gəzər, ―azəri‖ varmıĢ, 
Milyonla o dildə danıĢansa xatakarmıĢ‖. 
Lakin bu qaranlıq da, nəhayət, sona ərdi
Buzlar əridi, yel də bahar müjdəsi verdi. 
Gəl, qardaĢım, ey fars danıĢan yar ü bəradər, 
Qoy mazidə qalsın qara günlər, ağır illər. 
...Qoy bədxahımız bizdəki birlikdən üzülsün, 
Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün. 


 
22 
XV  yüzildə  ƏliĢir  Nəvai  bütün  türk  dünyasında  son-
rakı  əsrlər  ərzində  həmiĢə  qələm  Ģücaəti  kimi  dəyərlən-
diriləcək  ―Mühakimət  ül-lüğəteyn‖  risaləsini  yazdı.  XX 
əsrdə  isə  Cavad  Heyət  fars  dilində  ―Müqayisət  ül-lüğə-
teyn‖  kitabını  doğuraraq  (1991)  ulu  sələfin  türkcənin 
üstünlüklərini nümayiĢ etdirən əsərindən geri qalmayan bir 
hünərə imza atdı. 
TutuĢdurun – Nəvai öz risaləsində fars dilində qarĢılığı 
olmayan  100  türk  kəlməsini  gətirərək  təhlillərini  apar-
mıĢdı.  Cavad  Heyət  isə  ―Müqayisət  ül-lüğəteyn‖də  1700 
belə  sözü  tədqiqata  cəlb  edir,  kitabın  yaranmasının  ümdə 
səbəblərindən  birini  isə  belə  niĢan  verirdi:  ―Kitabı  farsca 
yazdım ki, onu bütün iranlılar oxuya bilsin. Türk olub öz 
dilini  və  onun  əhəmiyyətini  yaxĢı  bilməyənlər,  ya  da 
asimilə olunmuĢlar gerçəkləri öyrənib təqdir etsinlər‖. 
Orta  əsr  ġərq  Ģairinə,  aliminə  çoxdillilik  də  xas  olub. 
ġairlərimizin,  filosoflarımızın  əksəri  orta  əsrlərdə  üçdilli 
olub, farsca, ərəbcə, türkcə yazıb-yaradıb. Cavad Heyət bu 
baxımdan  da  klassik  babaların  müasir  zamana  uyğun 
davamçısı idi. Azərbaycan dilini, Türkiyə türkcəsini, fars-
canı, ərəbcəni ana dili kimi bilirdi, eyni zamanda, fransız-
cası,  ingiliscəsi  sərbəst  idi.  Və  danıĢdığı  dillərin  hər  bi-
rində də əsərləri var. 
Beləcə,  bir  yığın  ġərq  və  Qərb  dilləri  ilə  aĢinalığı 
Cavad  Heyətə  ana  dilinin,  bütövlükdə  türkcənin  üstün-
lüklərini bariz Ģəkildə əyan etməyə imkan yaradırdı. 
Cəsarətlə, əminliklə  yazırdı ki,  feil sisteminin zəngin-
liyinə  və  çevikliyinə,  yeni  sözyaratma  keyfiyyətinin  hü-
dudsuzluğuna görə türkcə istənilən dillə yarıĢa çıxıb qalib 
gələr. Verdiyi bircə nümunə bu həqiqəti anındaca danıĢıq-
sız  isbat  edirdi:  ―Oxumaq‖  feilindən  görün  cüzi  dəyiĢik-
liklə nə qədər yeni feillər törəyə bilir: oxutmaq, oxunmaq, 
oxutdurmaq.  Amma  bircə  bu  sonuncu  feili  farsca  ifadə 


 
23 
etmək  üçün  iri  bir  cümlə  yazmaq  lazımdır:  ―QozaĢtən-e 
kəsi  be  mədrəse  ta  be  u  xandən  yad  bedəhənd‖  (Bir  kəsi 
ona oxumağı öyrətməkdən ötrü məktəbə qoymaq – R.H.). 
Eynən rusca, ingiliscə və sair br çox dillərdə də həmin 
təhərdir. 
Cavad  Heyət  insan  bədənini,  insan  ürəyini,  böyrəyini 
yarıb  içərisində  əlləĢə,  çarələr  qıla  bildiyi  kimi,  elə  bir 
cərrah  kimi  cümlələrin,  sözlərin  də  adi  gözlərə  görün-
məyən  diblərinə,  dərinlərinə  daxil  olaraq  naməlumları 
aĢkara çıxarmaq iqtidarında idi. 
 
* * * 
...Onun  necə  qabil  bir  cərrah  olması  haqqında  çoxları 
yazıb, söyləyib. Lakin həmin rəylər arasında ikisi mənim-
çün  ən  mötəbəridir.  Onlardan  biri  məĢhur  amerikan  cər-
rahı,  1967-ci  ildə  dünyada  ilk  ürəkdəyiĢmə  əməliyyatını 
aparmıĢ  Kristian  Barnarda,  digəri  isə  müasir  Ġranın 
Amerika  və  Avropada  da  yetərincə  məĢhur,  oralarda  da 
çox iĢləmiĢ cərrahlarından biri Məhəmmədhüseyn Mande-
qara məxsusdur. 
Birincini  professor  Barnardın  əlyazmasından  oxumu-
Ģam,  ikincini  Ģəxsən  professor  Mandeqarın  özündən  eĢit-
miĢəm. 
K.Barnard  Keyptaunda  onun  yanında  təcrübə  keçmiĢ 
Cavad  Heyətə  vətənə  yola  düĢməyə  hazırlaĢarkən  Ġranda 
gələcəkdə  ürək  cərrahiyyəsi  iĢinin  daha  yaxĢı  qurulması 
üçün  köməkliklər  göstərməsindən  ötrü  Ģaha  bir  məktub 
göndərmək istəyir. Cavad Heyətə deyir ki, özün haqqında 
mənim adımdan bir zəmanət məktubu yaz, imzalayım. 
Cavad Heyət  xəsis cümlələrlə çox təvazökar bir  mətn 
yazır. K.Barnard alıb baxır, baĢını bulayır, bəyənmir. Qə-
ləmi  götürüb  özü  təzədən  yazır.  Məktubun  surəti  doktor 
Heyətdə qalmıĢdı: "Ġran iftixar edə bilər ki, onun belə iste-


 
24 
dadlı,  qeyri-adi  intuisiyalı,  əsl  qızıl  əlli,  dünya  səviyyəli 
cərrahı var". 
M.Mandeqar isə Tehranda öz iĢ otağında Cavad Heyə-
tin rəfdəki fotosunu göstərərək gülümsündü: ―Doktor Ġran-
dakı  ürək  cərrahlığının  atası  olmaqdan  daha  artıq  bizim 
mürĢidimizdir,  daimi  ustadımızdır.  Bəlkə,  mindən  çox 
ürək  əməliyyatı  etmiĢəm,  yenə,  yeri  gələndə,  onun  məs-
ləhətinə ehtiyacımız var". 
Cavad  Heyətin  mahir  cərrah  barmaqları  çox  ürəklərə 
çox  tikiĢlər  vurdu.  Bununla  ayrı-ayrı  insanların  ömrü 
uzandı,  ayrı-ayrı  Ģəxslər  nicat  tapdı.  Ancaq  o,  bir  millət-
Ģünas  kimi  xalqının  yaralarına  tikiĢ  vururdu,  onun  mədə-
niyyətinin,  ədəbiyyatının,  dilinin,  tarixinin  dünənindəki 
cüda düĢmüĢ tikələri, parçaları bərpa edir, bir-birinə cala-
yır,  tikiĢlər  vurur  və  bu  yolla  bütöv  millətin  mərəzlərini 
sağaltmağa çalıĢırdı. 
2011-ci  ildə  Cavad  Heyət  seçmə  əsərlərindən  ibarət 
növbəti  kitabını  nəĢrə  hazırlayırdı.  Əlyazmanı  verdi  ki, 
gözdən  keçirim  və  kitabın  adı  barədə  düĢünməyimi  də 
təvəqqe  etdi.  Müxtəlif  illərin  məhsulu  olan  bir-birindən 
qiymətli  həmin  məqalələri  oxuyandan  sonra  təklif  etdim 
ki,  kitabın  ünvanı  "Dilimiz,  ədəbiyyatımız  və  kimliyimiz 
uğrunda" olsun. Doktor razılaĢdı. 
Əslində,  həmin  sərlövhə  tək  o  kitabın  yox,  Cavad 
Heyətin  bütün  yaradıcı  və  ictimai  fəaliyyətlərinin  devizi 
sayıla bilərdi. 
(Cavad  Heyətin  çoxyönlü  araĢdırmalarının  ümumi 
səmtini niĢan verən bu baĢlığın onun özünə də çox ləzzət 
verməsini mənə doktorun həyatının  son 15 ilində ona lap 
yaxın  olmuĢ,  bir  növ,  Ģəxsi  katibi  vəzifəsini  yerinə  yetir-
miĢ,  ustadın  son  günlərində  də  xüsusi  sədaqəti,  fədakar-
lıqları  ilə  seçilmiĢ  BaxĢəli  Zülfi  söylədi.  Mən  həmin 


 
25 
baĢlığı  təklif  edəndə  Cavad  Heyətin  mənzilində  üçümüz 
birgəydik. Mən dedim, doktor dəftərinə qeyd etdi. 
B.  Zülfi  danıĢır  ki,  doktorgilə  az  sonra  növbəti  gəli-
Ģimdə,  görünür,  mənim  də  o  adın  təklif  edilməsi  söh-
bətində iĢtirakımı unudaraq sevincək söylədi: ―Bax gör nə 
gözəl addır! Ömrüm boyu ürəyimdən nə keçib, hamısı var 
bu adda‖. 
* * * 
...Doktorun bir dəfə mənə gənclik illəri ilə bağlı nağıl 
etdiyi  xatirəsi  təsdiqləyir  ki,  ondakı  coĢqun  milli  qeyrət 
duyğusu  təfəkkürünün  Ģəkilləndiyi,  biliklərinin  artdığı, 
millətçi qayəsinin baĢlıca istiqamətlərinin müəyyənləĢdiyi 
yetkinlik  çağlarından  xeyli  əvvəl  də  varmıĢ,  bu  elə  onun 
iliyinədək hopmuĢ bir məziyyətmiĢ. 
Hadisə vaqe olanda Cavad bəy 19 yaĢındaymıĢ. 
Əslən  Qafqaz  türklərindən  olan,  sonralar  MəĢhəddə 
yaĢayaraq xeyli dəyiĢmiĢ,  neçə illər də Tehranda məskun 
olaraq təhsil aldıqdan sonra öz gerçək milli kökündən lap 
aralanmıĢ  bir  cavan  türklərin  ünvanına  həqarətli  sözlər 
danıĢıbmıĢ.  Cavad  bəy  bunu  eĢidincə  tapır  həmin  oğlanı, 
"filan qələti eləmisən" deyir. 
Tanınan  idmançı,  güləĢçi  olan  həmin  Ģəxs  bir  az  da 
gücünə  qürrələnərək  bu  ucaboy,  arıq  oğlanın  qarĢısından 
qaçmır,  "demiĢəm,  əcəb  eləmiĢəm"  söyləyir.  Cavad  bəy 
söz  elə  oğlanın  ağzından  çıxan  kimi  onu  götürüb  çırpır 
yerə, çökür sinəsinə, baĢlayır döyməyə. 
Ətrafdakılar adi bir adamın kəlləmayallaq elədiyi pəh-
ləvanı,  hamının  gözü  qarĢısında  biabır  olmuĢ  çempionu 
Cavadın əlindən zorla alıb ayırırlar onları. 
YaĢı  səksəni  ötmüĢ  Cavad  Heyət  yada  salır  və  təəc-
cüblənirdi:  "Gəncliyimdə  güclü  olmağına  güclü  idim. 
Amma o, peĢəkar idmançı idi, fənd, yol bilirdi, məndən də 
canlı idi, bilmirəm necə oldu onun öhdəsindən gəldim". 


 
26 
Necə  yəni necə! Bu həmin vulkan kimi püskürə bilən 
millət eĢqidir ki, lazım gələndə insanı yalın əllə tankın da 
üstünə Ģığıda bilir! 
Və o təpər, o qırım, o sevda ömrü boyu Cavad Heyəti 
tərk etmədi. 
 
* * * 
XX əsrdə o taylı-bu taylı Azərbaycanın 4 dərgisi olub 
ki,  onlar  milli  düĢüncənin  formalaĢmasında,  bütövlükdə 
millət quruculuğunda möhtəĢəm izlər buraxmıĢdır. 
XX  əsrin  əvvəllərində  Mirzə  Cəlillə  Ömər  Faiq  Ne-
manzadənin  "Molla  Nəsrəddin"i,  Əli  bəy  Hüseynzadənin 
―Füyuzat"ı, XX yüzilin yetmiĢ-səksəninci illərində Anarın 
―Qobustan"ı  və  Cavad  Heyətin  1979-cu  ilin  aprelindən 
üzü bu yana sıralanan ―Varlıq‖ı. 
Məhəmmədhüseyn ġəhriyar elə "Varlıq" dərgisinin ilk 
sayları oxucuyla görüĢəndə riqqətə gələrək ―Azadlıq quĢu  
―Varlıq‖ Ģeirini yazıb: 
Artıq 36 ildir ki, "Varlıq" Ġranda ana dilində nəĢr edi-
lir.  Orada  dərc  edilən  yazıların  məzmunu,  elmi  səviyyəsi 
hələ  bir  kənara  qoyularsa,  yalnız  məcmuənin  belə  uzun 
müddətdə milyonlarla insan arasında apardığı dil tərbiyəsi, 
əyani  məktəb  olmaq  qüdrəti  oxĢarı  olmayan  qəhrəmanlıq 
kimi dəyərləndirilməyə layiqdir və bütün baĢqa xidmətləri 
olmasa  belə,  elə  bircə  bu  dərginin  36  illik  yoluna  görə 
Cavad Heyətə millətin könlündə və tarixin bağrında əbədi 
abidə yapılması haqqı halaldır. 
Həm  də  bu  dərginin  fasilələr  vermədən,  yarı  yolda 
qalmadan  belə  sürəkli  zaman  məsafəsində  ayaq  üstə 
olması,  təbii  ki,  ən  əvvəl  batılmaz  Cavad  Heyət  zirehi, 
onun  qeyri-adi  dərəcədə  güclü  nüfuzu,  sözükeçərliyi  ilə 
əlaqədardır. 
Necə bəsirətli, necə uzaqgörənmiĢ ustad! 


 
27 
Ġran  Ġslam  inqilabı  baĢ  verəndən  sonra  açılan  azadlıq 
pəncərəsi,  ölkəni  bürüyən  yenilik  havasının  dalğasında 
ayrı-ayrı təĢəbbüskarlar ana dilində yeni-yeni qəzet-jurnal 
buraxmağa baĢladılar. 
Ömrü bir neçə həftə olanı  da oldu, bir neçə ay sürəni 
də, bir neçə il çəkəni də. Ahəstə-ahəstə hamısı susdu, itib-
batdı. 
Meydanda  sabit  əzəməti  ilə  dikələn  yeganə  "Varlıq" 
oldu.  Çünki  tədbirli  Cavad  Heyət  əvvəldən  iĢini  düzgün 
qurmuĢdu. Yolunu baĢlayanda  ətrafına ən sabitqədəm,  ən 
qabaqcıl  yazarları,  sözü  və  qələmi  bütöv  milli  düĢüncə 
daĢıyıcılarını  toplamıĢdı  –  Həmid  Nütqini,  Savalanı,  Sə-
həndi, Sönməzi (Kərim MəĢrutəçi), Fərzanəni... 
Geridəki 36 il boyunca doktor dərgini sadiq köməkçi-
lərinin,  dəstəyə  yeni  qoĢulan  silahdaĢlarının  dəstəyi  ilə 
buraxdı.  Lakin  bir  baĢ  redaktor  və  dəmir  intizam  sahibi 
kimi sonacan da özü jurnalın hər sayını əvvəldən-axıracan 
mütaliə edərək redaktələrini apardı. 
Çünki  Cavad  Heyət  bu  iĢə  sadəcə  naĢirlik,  jurnal 
buraxmaq kimi baxmırdı. 
Bunu  öz  həyat  amalının,  millət  quruculuğuna,  türk-
lüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri 
kimi qavrayırdı. 
Lakin  o  həm  də  müəlliflərdən  biri  idi.  Yeri  düĢdükcə 
xalq  üçün  taleyüklü  məna  kəsb  edən  və  qələmə  alınması 
özəl  qətiyyət  tələb  edən  məsələlərlə  bağlı    ―Varlıq‖a 
yazırdı. 
36 illik silsilədə belə yazılar onlarcadır, səciyyəvi olan 
bircəsinə diqqət yönəltsək yetər. 
―Varlıq‖ın  1998-ci  il  qıĢ  buraxılıĢında  Cavad  Heyət 
qərəzli,  yanlıĢ  mülahizələr  irəli  sürən  Məhəmmədhüseyn 
Füruğinin ―Ġttilaat‖ qəzetinin bəhmən ayının 2-də (yəni 22 
yanvarda. Bəhmən Ġran və Əfqanıstanın rəsmi təqvimində 


 
28 
on birinci aydır.  QıĢın ikincı ayı olan bəhmən 21 yanvar-
da baĢlayıb 19 fevralda bitir) çıxmıĢ sayındakı ―Fars dilini 
qoruyaq‖  adlı  məqaləsinə  cavab  olaraq  dərhal  ötkəm  bir 
məqalə  ortaya  qoydu:  ―Fars  dilini  qoruyaq,  lakin  Ġranın 
türk və ərəblərinin də ana dilini əzməyək!‖ 
Doktor həmin müəllifin bütün yersiz iddialarını tutarlı 
elmi  dəlillərlə  rədd  edəndən  sonra  ittihamlı  məqaləsini 
belə  yekunlaĢdırırdı: ―Ġran, islam  və insaniyyət  adına siz-
dən xahiĢ  edirəm.  Özünüz dediyinizə  görə, ―vətənin hifzi 
və  müdafiəsində  müqəddəs  niyyət  və  məqsədiniz  var‖. 
ÇalıĢın  öz  milli  fikir  və  əqidələrinizi  bir  daha  nəzərdən 
keçirin  ki,  islami  vətənimizin  bütün  insanlarını  yekdil 
(birdilli yox) və həmrəy edəsiniz. Vəssalam!‖ 
Doktor  Cavad  Heyət  doğulub  boya-baĢa  çatdığı  Ġranı 
sevirdi, bu ölkəni  güclü  görmək istəyirdi, hər dürlü bölü-
cülüyün əleyhdarı idi: ―Biz Ġranda otuz neçə faizik, həmiĢə 
də  ikinci  yox,  birinci  dərəcəli  vətəndaĢlar  olmuĢuq‖,  – 
deyirdi. 
Ona  görə  də  öz  dürüst  vətəndaĢ  və  alim  qənaətlərinə 
güvənən,  sabahabaxan  (və  həm  də  sabahıgörən)  Cavad 
Heyət  kimin  onun  mövqeyinə  necə  reaksiya  verəcəyinə 
bənd  olmadan  saxta  millətçilərin,  dayaz  siyasətçilərin  ayı 
xidməti göstərərək Ġranın bütövlüyünə, birlik gücünə xələl 
gətirə  biləcək  bu  qəbil  sayıqlamalarına  soyuqqanlı  ayıq 
cavabını heç vaxt gecikdirmirdi. 
ġəhriyar  milli  düĢüncədə  zəlzələ  qoparan,  fırtınalar 
yaradan ―Heydərbabaya salam"ı doğurdu. 
Həm fars, həm türkdilli ədəbiyyatın tarixini ayrıntıları 
ilə bilən Cavad Heyət  haqlı olaraq təsdiqləyirdi  ki,  bizim 
iki  və  üçdilli  Ģairlərimiz  az  olmayıb.  Tutalım,  Nəsimi, 
yaxud  Füzuli,  ya  Seyid  Əzim  hər  üç  dildə  yazmıĢlar. 
Onların  farsca  və  ərəbcədə  yazdıqları  yaxĢıdır,  lakin 


 
29 
türkcədə olan yadigarları Ģah əsərlərdir. ġəhriyarın isə həm 
ana dilində, həm farsca qələmə aldıqları Ģah əsərlərdir. 
ġəhriyarla  ilk  gənclik  illərindən,  hələ  1941-ci  ildə 
Tehranda  birlikdə  ali  tibb  təhsili  aldığı  vaxtlardan  rəfiq 
olan və bu simsarlığı Ģair dünyadan köçənədək kəsməyən 
Cavad Heyət ona yalnız bənzərsiz söz ustası kimi baxmır-
dı. ġəhriyar Cavad Heyətdən ötrü həm də doktorun ömrü-
nün mənası olan azərbaycançılıq axınının, türkçülük cərə-
yanının gurlaĢmasına qida verəcək güclü nəhrlərdən idi. 
ġəhriyarsa  "Heydərbaba"nı  doğurandan  sonra  səngi-
miĢdi,  Təbrizdə  yaĢayırdı,  elə  ara-sıra  farsca  yazıb-yara-
dırdı. 
Bir  dəfə  Cavad  bəy  bu  nisgili  barədə  o  dövrdə  Ġrana 
tez-tez  gedib-gələn  görkəmli  ĢərqĢünas  Rüstəm  Əliyevə 
gileylənir. 
Doktor  etiraf  edirdi:  ―Rüstəm  dedi  ki,  bunun  təqsiri 
sizdədir. 
ġəhriyar qalıb orada tək, ətrafında sizin  kimi  aydınlar 
yoxdur  ki,  onu  coĢdursun,  istiqamətləndirsin.  Gətirin  onu 
Tehrana,  qoy  sizin,  dostlarınızın  əhatəsində  olsun,  təsi-
rinizlə  yenə  baĢlayacaq  ana  dilində  təzə  Ģeirlərini  yaz-
mağa. 
Ağlıma batdı bu fikir. Getdim Təbrizə, ġəhriyarı ailə-
silə  birgə  gətirdim  Tehrana.  Mənim  üçmərtəbəli  evim 
vardı,  bir  mərtəbəsini  verdim  ona,  elə  onun  təĢrifiylə 
evimizdə öz-özünə bir ədəbi məhfil əmələ gəldi. Asta-asta 
ġəhriyarın anadilli qələminin də pası açıldı, Ģirin dilimizdə 
yeni-yeni Ģeirləri doğuldu". 
(ġəhriyarın  həmin  Ģeirlərini  oxuyanda  müdam  səbəb-
karı, nəcib Cavad Heyəti də anın!). 
Cavad  Heyət  bunu  da  xatırlayırdı  ki,  bir  gün  Ģahın 
həyat yoldaĢı Fərəh xanım xəbər yollayır ki, ġəhriyar izin 
versin, Tehranda ona bir ev alaq, rahat yaĢasın. 


 
30 
ġəhriyarın  müdrik  cavabını  doktor  mənə  illər  fasilə-
siylə  müxtəlif  məqamlarda  bir  neçə  dəfə  ərz  edib  və  hər 
dəfə  də  qəhərlənib:  "ġəhriyar  qayıtdı  ki,  çox  təĢəkkür 
edirəm  diqqətinizə  görə.  Mənim  hələ  burada  yerim  çox 
rahatdır.  Amma  mənə  nəsə  yaxĢılıq  etmək  istəyirsinizsə, 
türkcə  Ģeirlərimi  ayrıca  kitab  halında  buraxın,  elə  özüm 
onun puluna ev də alaram". 
...ġahlıq zamanı idi və təbii ki, həmin arzulanan kitab 
buraxılmadı. 
 
* * * 
Cavad  Heyətin  insanlara,  Ģəxsiyyətlərə  münasibətinin 
əsas  məhək  daĢı,  baĢlıca  ülgüsü  Azərbaycana,  onun  tari-
xinə,  dilinə,  ədəbiyyatına,  mədəniyyətinə,  mənəviyyatına 
sevginin dərəcəsi idi. 
Unudulmaz Heydər Əliyevi çox sevirdi və ulu öndərin 
də ona xüsusi ehtiramı vardı. 
Onillər  ərzində  neçə-neçə  dövlət  baĢçısı  tərəfindən 
dəfələrlə səmimi qəbul edilmiĢ, müsahib olmuĢ doktor yeri 
düĢdükcə  dilə  gətirirdi  ki,  ədəbiyyata,  mədəniyyətə,  mə-
nəvi  sərvətlərə  həssas,  xeyirxah  münasibətdə  və  bütün 
bunları  peĢəkarcasına  bilməkdə  Heydər  Əliyevə  tay  ola 
biləcək ikinci dövlət rəhbəri ilə rastlaĢmayıb. 
―Hər  görüĢəndə  onun  zəkasından,  mütəfəkkirliyindən, 
nitqindən  zövq  alırdım,  onun  Azərbaycan  eĢqinə  heyran 
olurdum, ayrılmaq istəmirdim və hiss eləyirdim ki, Heydər 
Əliyev  də  bu  görüĢlərin  tez  baĢa  çatmasını  istəmir.  Elə 
oğlu  da  əsl  ona  layiq,  eynən  onun  xəttinin,  yolunun  yol-
çusudu. 
Bir  neçə  dəfə  mən  Heydər  Əliyevlə  görüĢəndə  Ġlham 
Əliyev  də  yanımızda  olmuĢdu.  Amma  sakitcə  dinləyir, 
kəlmə kəsmirdi. Üstündən xeyli müddət keçdi. 


 
31 
Ġlham Əliyev Prezident oldu, onun bir-birindən çəkici, 
elə  atasınınkı  kimi  cazibədar  nitqlərini  eĢidəndə  mat  qal-
dım ki, bu qabiliyyətlər harada gizlənibmiĢ. Növbəti dəfə 
görüĢəndə  özündən  xəbər  aldım  ki,  Ġlham  bəy,  atanızın 
yanında  Sizi  həmiĢə  dinləyən  gördüm,  nədən  bir  dəfə  də 
səsinizi  eĢitmirdim? Cavab verdi ki,  bizdə adətdir, böyük 
danıĢanda söhbətə müdaxilə etməzlər, qulaq asarlar, yadda 
saxlayarlar, öyrənərlər". 
Bu  davranıĢ  tərzi,  belə  cavab  özü  də  klassik  kübar 
tərbiyəsi ənənələri olan ailədə böyümüĢ Cavad Heyəti son 
dərəcə məmnun qoymuĢdu. 
Məni  isə  dövlət  baĢçımızın  Cavad  Heyəti  daha  çox 
bakılı etməsi, buralara hərdən qonaq kimi deyil, elə gələ-
rək  uzun  müddət  də  qalması,  insanlarımızla,  ziyalıları-
mızla daha çox ünsiyyətdə olması üçün ona paytaxtımızın 
mərkəzi  hissəsində  qəĢəng  mənzil  hədiyyə  etməsi  çox 
məmnun qoymuĢdu. 
Amma Prezident Ġlham Əliyevlə doktor Cavad Heyətin 
təmaslarının bir millətəxeyir saxlancı da var. 
Doktor  ölkə  baĢçısına  farsca  yazdığı,  Ġranda  1986-cı 
ildə nəĢr edilmiĢ fundamental "Türk dilləri və ləhcələrinin 
tarixi" əsərindən bəhs etmiĢdi, Prezident Ġlham Əliyev də 
dərhal  əsərin  milli  çəkisini,  faydalılığını  tutmuĢ  və  bir 
iradını  da  bildirmiĢdi:  ―Farsca  yazıb  nəĢr  etmisiniz,  çox 
yaxĢı.  Amma türk dillərinin müqayisəli təhlili  haqda belə 
sanballı kitab gərək Azərbaycan dilində də buraxılsın". 
Cavad  Heyət  dəqiqləĢdirirdi:  ―Ġlham  bəyin  bir  töv-
siyəsi  də  oldu.  Kitab  çox  qalın  idi.  Cənab  Prezident  söy-
lədi  ki,  bu,  dərslik  kimi  bir  mənbədir.  YaxĢı  olardı  ki, 
rahat  oxunsun deyə siz onu çox qalın bir kitab kimi  yox, 
iki cilddə buraxasınız". 


 
32 
Bu arzu da nəzərə alındı, kitab çıxdı, Azərbaycanın və 
türk dünyasının elmi  ictimaiyyəti  arasında  geniĢ  əks-səda 
da doğurdu. 
(Həmin  əsərin  ölçüyəsığmaz  qiymətliliyini  anlamaq-
çün  dünyaca  məĢhur  bir  dilçinin  Ģəhadəti  yetər.  Türk 
dillərinin  görkəmli  tədqiqatçısı,  Göttingen  Universitetinin 
―Türkologiya və altayĢünaslıq kafedrası‖nın  müdiri olmuĢ 
professor  Gerhard  Dörfer  (1920-2003)  1987-ci  ilin  21 
noyabrında Cavad Heyətə məktubunda yazırdı: ―Ankarada 
möhtərəm  yoldaĢım  Həsən  Ərən  Sizin  son  dərəcə  böyük 
əhəmiyyətə  malik  ―Tarix-e  zəban  o  ləhceha-ye  torki‖ 
kitabınızı  mənə  göstərdi.  Bu  kitab  mənə  çox  xoĢ  gəldi. 
Əzəmətli bir əsərdir‖). 
Və  Prezident  Ġlham  Əliyevin  xeyir-duası  ilə  böyük 
alim  Cavad  Heyətin  ana  dilində  iki  cilddə  nəfis  Ģəkildə 
iĢıq  üzü  görmüĢ  həmin  Ģah  əsərinin  ilk  səhifəsində  bir 
ithaf  da  var:  ―Bu  əsəri  türk  olmadığına  baxmayaraq, 
saatlarca  yalnızlığa  dözən  və  mənim  rahatlıqla  bu  kitabı 
ərsəyə gətirməyimə imkan yaradan sevgili həyat yoldaĢım 
Fəridə xanıma ithaf edirəm". 
Əziz  ustad,  vəfalı  ömür  yoldaĢınız,  fars  qızı  Fəridə 
xanımın  da,  5  qızınızın  da,  Sizi  sevən,  çox  əziz  bilən 
dostlarınızın  da,  millətimizin  də  Sizsizliyin  yalnızlığına 
daha saatlarla deyil, əbədi dözmək növbəsi gəlib çatdı. 
Nə qısa imiĢ 90 il! 
Ġndi  ilğım  kimi  əlçatmaz,  ünyetməz  vaxt  uzaqlarında 
qalan  1936-cı  ildə,  baĢlanğıc  məktəbi  bitirərkən  Ġran 
Azərbaycanındakı  yaĢıdlarınız  arasında  Sizi  üç  ən  güclü 
öyrəncidən  biri  kimi  qiymətləndirmiĢdilər  və  mükafat 
olaraq Sizə dahi Hafizin ―Divan‖ını hədiyyə etmiĢdilər. 
O  kitabdakı  Ģeirlər  əzbərinizdə  və  həmin  kitab  onil-
lərcə yanınızda oldu. 


 
33 
Və o Ģeirlər, o kitab kimi qata-qatar göyçək qoĢqular, 
sıra-sıra  həmiĢədiri  cildlər  daimi  hayanınıza,  həmsöhbə-
tinizə, məhrəminizə çevrildi. 
2009-cu ildə təmir və yenidənqurmadan sonra yenidən 
açılmıĢ  Nizami  Gəncəvi  adına  Milli  Azərbaycan  Ədəbiy-
yatı  Muzeyinə,  mənim  iĢ  yerimə  qonaq  gəlmiĢdiniz. 
TamaĢa etdiniz  və axırda YaddaĢlar kitabında unudulmaz 
cümlələr yazdınız: ―Bura tamaĢa etmək yox, burada yaĢa-
maq lazımdır‖. 
Siz  elə    bütün  həyatınızı  o  söz  nəhəngləri  ilə  birgə 
yaĢamadınızmı? 
Sizin üçün əsl cənnət gözəl sözlərin əsrarəngiz, füsun-
kar aləmi, Sizdən ötrü gerçək behiĢt xalqın qəlbi idi. 
HəmiĢə həm orada, həm buradasınız. 
Sağlığınızda  da  belə  idi,  cismən  Sizsiz  qalacağımız 
illərin hamısında da belə olacaq. 
...Bir  neçə  gün  öncə  xəstəxanada  yanınızdaydım.  Ġlk 
dəfə kostyumsuz, qalstuksuz, beretsiz görürdüm Sizi. Ya-
taqdaydınız. 
Ömür  tükənirdi.  Damarlarınıza  tibb  qurğuları  qoĢul-
muĢdu. 
Əllərinizi  sığallayırdım,  danıĢırdım  Sizinlə.  EĢidirdi-
niz,  həyəcanınızı  hiss  edirdim.  Nəsə  deyirdiniz,  amma 
səsiniz çox dərində idi, zəif idi, eĢidilmirdi. 
Cavad Heyət həqiqəti isə baĢqadır axı! 
Millət  iftixarının  ucadan-uca  səsi  eĢidilməyə  bilərmi 
heç! 
Sizin  doğma  səsiniz  həmiĢə  bizimlə  olacaq.  Bizə  və 
bizdən sonra gələn çox-çox nəsillərə eĢidiləcək! 
...YaĢı  70-i,  lap 80-i  aĢandan sonra belə Cavad  Heyət 
hərdən  əllərini  yuxarı  qaldırıb  irəli  uzadaraq  10,  20,  30 
dəqiqə  heykəl  kimi  hərəkətsiz  saxlaya  bilirdi  və  vurğu-
layırdı: ―Gərək cərrahın əlləri titrəməsin‖. 


 
34 
Ömrü boyu doktor Cavad Heyət qorxmaz oldu, məğrur 
oldu, mərd oldu, mübariz oldu və heç vaxt əlləri titrəmədi. 
Nə  o  əllər  cərrah  bıçağı  tutanda,  nə  də  alim,  yazıçı 
qələmindən yapıĢanda. 
Heç vaxt heç kimə əyilmədi, həmiĢə düz sözünü, haqq 
sözünü deməyi bacardı. 
Amma bir cüt əl vardı ki, hərdən loğman Cavad Heyət 
sayğıyla, məhəbbətlə, minnətdarlıqla onları öpdü. 
―Hərdən uğurlu cərrahiyyə əməliyyatı aparıb bir insa-
nın  həyatını  xilas  edəndə,  bəzən  yüksək  əhəmiyyətinə 
inandığım bir yaxĢı yazı yazanda öz əllərimdən öpmüĢəm. 
Axı onların da Ģəfqətə, nəvaziĢə, təĢəkkürə ehiyacı var‖. 
Bu, doktor Cavad Heyətin sözləridir. 
Vətən və millət yolunda can qoymuĢ qüdrətli övladlara 
da, əlbəttə ki, daim minnətdarlıq ifadə etməli, onlara yur-
dun  borcunu  qaytarmaq  haqqında  hər  zaman  düĢün-
məliyik. 
Cavad  Heyətlə  bağlı  ilk  belə  etibar,  vəfa  məqamı 
2014-cü ilin qızmar avqust günlərində yarandı. 
...Azərbaycanın Məkkəsi və Mədinəsi bildiyimiz Təb-
rizdə və Bakıda and yeri sayılası müqəddəs məkanlarımız 
var: Təbrizdə "Məqbərət üĢ-Ģüəra", Bakıda Fəxri xiyaban. 
Bu  ziyarətgahlarda  bəxtinə  əbədi  sönməzlik  düĢmüĢ 
Azərbaycan ulduzları uyuyur. 
"Heyət" sözünün də daha bir anlamı "nücum", "ulduz-
lar elmi"dir. 
Yurdumuzun  ən  elmli  ulduzlarından  olan  böyük 
azərbaycanlı Cavad Heyətin əsl yeri həmin kəhkəĢanlardır. 
Elə  özünün  də  son  arzusu  bunlardan  birində  rahatlıq 
tapmaq  idi.  Neyləyək  ki,  umduğu  sonacan  alınmadı.  Üç 
nigaran  gün  yaĢadıq.  Təbrizi  ona  qıymadılar.  Bakı  Cavad 
Heyətə ağuĢunu açdı... 


 
35 
Amma  sevimli  doktor,  haçan  Sizə  çox  layiq  olan 
Birinci  Fəxri  xiyabana  getsəm,  nə  vaxt  "Məqbərət  üĢ-
Ģüəra"ya yolum düĢsə, mehriban surətinizi onların ikisində 
də ruh qardaĢlarınızın arasında görəcəyəm. 
Və  bir  də,  sevimli  millətimizin  indikindən  də  qat-qat 
məsud olacağı daha parlaq gələcəklərin qoynunda. 
Əsərləriniz,  əməlləriniz  yaĢayacaq,  daim  yurddaĢ-
larımıza  vətənçilik  dərsləri,  millətçilik  öyüdləri  verəcək, 
həmiĢə qanı təzələyəcək, ruhu duruldacaq, Sizi də bitməz 
sevgilərə ünvan edəcək. 
VARLIĞınız  yenilməz  milli  ruhun  rəmzlərindən  biri, 
VARLIĞınızın  qovuĢduğu  yaĢarı  əsərlərinizin  hamısı 
birbaĢa xalqın qan damarına qoĢulu. 
Azərbaycanla  birgə  sonsuzadək  diri  qalmaqçün  baĢqa 
nə lazımdır ki?! 
...Sizi  torpağa  tapĢıracağımız  15  avqustdan  əvvəlki 
gecə mənə bağıĢladığınız kitablarınızı yenə vərəqləyirdim, 
hansısa səhifələrdə xeyli dayanmalı olurdum, oxuyurdum, 
düĢünürdüm, yenə fəxr edirdim, yenə heyran qalırdım. 
Və bu ölməz səhifələri yaratmıĢ, daha heç vaxt toxuna 
bilməyəcəyim əlləri xiffətlə xəyalən öpürdüm. 
Əziz ustad, bir vaxtlar Sizin də öpdüyünüz əlləri. 
Doktor Cavad Heyətin qadir əllərini!.. 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin