Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   2   3   4   5   6   7   8   9   ...   26
14 avqust 2014 
 
 


 
36 
 
 
 
 
DR. CAVAD HEYƏT – MƏHDUD  
FÜRSƏTLƏR DAHĠSĠ 
 
Prof. Rza Bərahəni, yazıçı (Kanada) 
 
Doktor Cavad Heyəti tanımaq və tanıtmaq ilk baxıĢdan 
çox  asan  görünür.  Maraqlananlar  tanıĢlıq  üçün  bir  neçə 
ümumi  və  xüsusi  sayta  müraciət  edə  bilərlər.  Bu  saytlar 
həm  tibbə,  həm  də  ədəbiyyata  aid  ola  bilər;  həm  Ġranın, 
həm  Azərbaycanın  məĢhur  Ģəxsiyyətləri  haqqında  ola 
bilər. Onun adının daima bu mərkəzlərdə çəkilməsi bizim 
gözlərimiz  önündə  bir  həyatın  xırdalıqlarına  varmadan 
ümumi bir mənzərəsini canlandırır: 
1304-cü  ildə  Təbrizdə  doğulmuĢ,  Təbriz,  Türkiyə  və 
Fransada təhsil almıĢ, məĢhur ürək cərrahı, məĢhur həkim 
Kristian Barnardın yaxın dostu və həmkarı, Paris Cərrahlar 
Akademiyasının üzvü, 50 il bundan əvvəl, Ġranda ilk dəfə, 
özü  də  29  yaĢında  yeni  üsulla  ürək  əməliyyatı  həyata 
keçirən  bir  Ģəxsiyyət.  Açıq  ürəkdə  ilk  əməliyyat  1341-ci 
ildə, ilk dəfə böyrək transplantasiyası elə həmin onillikdə 
Tehranda insan üzərində və ilk dəfə ürək transplantasiyası 
it  üzərində...  Aydındır  ki,  bilik  və  savad  Ģücaətlə  bir-
ləĢməzsə, elmin, mədəniyyətin və insanın iĢi irəli getməz. 
Heyət,  məhdud  fürsətlərin  dahisidir.  Elmin  və  mədə-
niyyətin məhdud imkanları ilə, elm və mədəniyyət əhlinin 
onlarla  dağıdıcı  bəlalarla  üzləĢdiyi  bir  Ģəraitdə  ancaq  iĢlə 
məĢğul  olub,  gücü  çatan  nəticələr  əldə  edib,  ya  da  giley-
lənərək,  bu  gileylə  öz  sıxıntı  və  qorxusunu  gizlədib. 


 
37 
Amma məhdud fürsətlər dahisi öz zati istedad və qüdrətini 
elə  bir  iĢin  vicdanına  buraxır  ki,  sonunun  nə  olacağı 
əvvəldən bəlli deyil. Yalnız illər keçdikdən sonra anlamaq 
olur  ki,  uzaqdan  Ģəhərin  çıraqlarını  görən  səhv  etməmiĢ, 
Ģəhərə  daxil  olmuĢ  və  bir-bir  evimizin  qapılarını 
döymüĢdür. Nima YuĢicin təbirincə desək: 
Sübhədək bu isti gecədə 
Çıraq yandırdım, çünki 
Ġstəyirəm daha da yaxĢı yerdə tikəm 
Korlar evində bir divar. 
Tikdiyimə bir kor qoydu 
Barmağını ki, onun üzərində eyiblər vardır... 
Məhdud fürsətlər dahisi korlar evində divar tikir. Hətta 
əgər  bu  korlar  bilmədən  və  anlamadan  ittiham  barmağını 
bu  insana  doğru  uzadırlarsa  belə,  o,  gecə  qaranlığında 
kərpiç üstə kərpiç qoyur ki, sabah günəĢ çıxdıqda insanlar 
üzərində  kölgəlik  yaransın.  Tibbə  dair  Ġran  və  dünya 
mətbuatında nəĢr olunmuĢ 100 məqalə müəllifi, «DaneĢi-
pezeĢki» aylıq jurnalının baĢ redaktoru, neçə xəstəxananın 
cərrahı,  Cavid  xəstəxanasının  müdiri,  bu  və  ya  digər 
universitetin  cərrahiyyə  bölümünün  rəisi,  Ġran  və  dünya 
türklərinin soy, dil və ədəbiyyatı haqqında 7 əsaslı kitabın 
yazarı,  Azərbaycan  Respublikası  Tibb  Akademiyasının 
fəxri  müəllimi,  Azərbaycan-Ermənistan  müharibəsində 
100 iranlı həkimi  yaralıların  müalicəsi  üçün Azərbaycana 
aparan  Ģəxs,  tibbə  50  illik  xidmətinə  görə  Ġstanbul 
Universitetinin  Tibb  Qızıl  Medalı  laureatı,  26  il  mərhum 
prof.  Zehtabi  və  Dr.  Həmid  Nitqidən  baĢlayaraq,  baĢında 
görkəmli  dilçi  və  ədəbiyyatçı,  Dr.Heyətin  özü  kimi 
məhdud  fürsətlər  dahisi  olan  prof.  Fərzanə  kimi  bir 
Ģəxsiyyətin durduğu müasirlərimizədək Azərbaycanın  çox 
sayda  farsdilli  və  türkdilli  yazarlarının  ümid  yeri  olan 
«Varlıq»  jurnalının  baĢ  redaktoru  və  müdiri.  Heyət  öz 


 
38 
həkimlik  fəaliyyətindən  qazandıqlarını  və  atadan  qalma 
miras payını bu məhdud fürsətlərə xidmətə xərcləmiĢdir. 
Nə  üçün  «Heyət»  adı  bu  qədər  hörmət  oyadır?  Bəlkə 
bunun  səbəblərindən  biri  onun  yerli  xalqa  xidmətdə  olan 
vicdanlılığı  və  yüksək  ruhudur  ki,  biz  bu  xüsusiyyəti  bu 
məntəqələrin çox az xadimində görmüĢük. Frans Fanon və 
Eme  Sezer  kimi,  lakin  səviyyə  və  mövzu  fərqi  ilə. 
Barmağı  diqqətlə  xəstə  üzərinə  qoymaq,  külliyyatı 
düĢünməyərək, bir sahə və civara xas xəstəliyi təyin etmək 
və  onunla  mübarizə  aparmaq.  Məhdud  fürsətlər  dahisi 
baĢına  tac  qoyulmasına,  bu  universitetdən  o  universitetə 
dəvət  olunmasına  və  nazının  çəkilməsinə  çalıĢmır. 
Məhdud fürsətlər dahisinin  əsas özəlliyi  doğma  yurdunda 
hamının  üzləĢdiyi  problemləri  xırdalıqlarına  qədər 
düĢünməsindədir.  Müstəmləkəçiliklə  mübarizənin  əsl 
pəhləvanları  külliyyatdan  baĢlamamıĢlar,  xırdalıqlara  üz 
tutmuĢlar  ki,  bu  xırdalıqlar  bir  yerə  yığılsa,  onunla 
uzaqdan  əlaqədar  olmaq  mümkün  deyil.  Camaat  müalicə 
olunmalıdır,  ya  yox?  Ġnsanların  bir  ölkənin  dilləri  ilə 
bərabər, öz ana dillərinin öyrənilməsinə ehtiyacları var, ya 
yox?  Uzaqdan  baxdıqda,  hər  kəs  külliyyatla  razılaĢır. 
Xüsusilə də biz, Kanadada  yaĢayanlar bilirik ki, Kebekdə 
yaĢayan  birisinə  «Sən  yalnız  ingilis  dilini  öyrənməlisən! 
Bir  dil,  hətta  əgər  bu  dil  hər  kəs  üçün  ögey  dil  olsa  da». 
Kebekli  adamın  atasını  yandırar,  vətəndaĢ  müharibəsi 
baĢlanar. Bunu «Hüquq inqilabı»nı yazan Maykl Ġqnatyev 
çox yaxĢı bilir. Bunları biz də bilirik, lakin bu vəziyyəti öz 
ölkəmizdə  öz  gözlərimizlə  gördükdə,  mövcud  yerli 
həqiqətlərə  diqqət  yetirməkdənsə,  «bir  millət  –  bir  dil!» 
xürafatı  ilə  üzləĢirik  və  müxtəlif  milliyyətlərin  dili  ilə 
qərəzi  olan  Dr.  Cəlal  Mətini  kimi  insanları  separatizmə 
doğru sürükləyirik, yəni Dr. Heyətin iĢlərinin əksini görü-
rük.  Heyətin  yerli  yaralara  barmaq  qoyması  səbəbindən 


 
39 
biz  irqçilik  və  millətçiliyi  sınaqdan  keçirir,  tarixi  təhrif 
edirik  və  öz  insanlarımızı  həmkarlıq  və  yardıma  dəvət 
etmək  yerinə  daim  Aryayi  qövmünün  Demokles  qılıncını 
ərəb, türk və türkmən üzərində saxlayırıq. Ġranın müxtəlif 
dil  və  mədəniyyət  sahiblərinə  deyirik:  «Ya  qəbul  et,  ya 
öl»! 
Məhdud fürsətlər dahisi Heyət bərabərlik və demokra-
tiyaya, tarixin obyektivliyinə və müasir tarixin demokratik 
dərkinə  təkid  edir.  Biz  köhnə  və  çürük  əqidələrə  xidmət 
edən  bir  xalq  istəmirik,  biz  keçmiĢin,  bu  günün  və 
bugünkü  xalqın,  müasir  insanların  və  müasir  dünyanın 
parlaq  mədəniyyət  və  demokratiyasının  xidmətində 
olmasını istəyirik. Bizə «Ġran əhalisinin 67%-dən çoxu öz 
ana  dilini  unutmalıdır»,  deyən  kəs  orta  əsrlər  adamıdır, 
çağdaĢ  dünyanın  müasiri  deyil,  hətta  əgər  dünyanın  hər 
hansı  bir  yerində  kütləvi  informasiya  vasitələrinə  malik 
olsa belə. Məhdud fürsətlər dahisinin iĢi kağız-qələmlə və 
3 otaqlı klinikadadır. Bu klinikanın 2 otağı xəstələrin, bir 
otağı  isə  əzilmiĢ  bir  dil  və  mədəniyyətin  ixtiyarındadır. 
Biz  bu  növ  iĢə  ürək  bağladıq,  çünki  burada  bütün 
məhrumlar və ölkənin bütün məhrum körpələrinin ümumi 
təhsilinin  yolunu  görürük.  Sadə,  lakin  çətin,  doğru,  lakin 
«dünya  telekanalları»ndan  özünü  nümayiĢ  etdirmədən  və 
bu gün birinə, sabah digərinə xidmətdə saqqal ağartmadan 
və  utanmadan  keçmiĢin  və  bu  günümüzün  məhdud  für-
sətlər  dahilərinə  papuĢ  tikmədən  qeyri-mümkün  olan  bir 
iĢ. ĠĢ, iĢ və iĢ! Bu iĢ ananın və ana dilinin övlad üzərində 
olan  haqqına  sədaqətli  olanların  məĢğuliyyətidir.  Bu  in-
sanlar baĢqa bir möhtərəm  övladın anasının dilinin onlara 
məcburi  olaraq  əsl  ana  dil  kimi  qəbul  etdirilməsini  istə-
mirlər. Sonrakı dil gərək həmin övlad tərəfindən ölkədə və 
yerli Ģəraitdə seçilsin.  Biz bütün xalqın öz xeyrinə bilirik 
ki, məntəqənin bir neçə dilini yaxĢı öyrənsinlər. Fars, türk 


 
40 
və ərəb dilləri bu bölgənin ən böyük 3 dilidir. Biz bölgənin 
bu  3  böyük  dilinin  hər  birinin  müəllim  və  öyrəncilərinə 
hörmət  edirik  və  fars  dilinin  ana  dili  və  rəsmi  dil  olaraq 
bütün  Ġran üçün zorla qəbul  etdirilməsini rədd edirik. Bi-
zim  əsas  təkidimiz  insanların  zehninin  yenidən  forma-
laĢmasında  yaxından  xidmətləri  olan,  özlərindən  və  öz 
canlarından keçmiĢ insanların iĢlərinədir. Biz bu gün Ġraq, 
Əbu Qüreyb zindanı və Quantanamo faciəsini təsdiqləyən 
və dilənçi kimi əlmuzdu qarĢılığında bəndəlik edən köhnə 
dostlarımızı bir qələmlə silirik. Onlar sanki bilmirlər ki: 
BaĢını qırxan hər kəs qələndərlikdən anlamaz
Üzü qızaran və parlayan hər kəs dilbərlikdən anlamaz
Güzgü yaradan hər kəs Ġskəndərlikdən anlamaz. 
Bu gün mələk üsullarını bilən Adəm övladı Ġran xalqı 
və  Ġran  övladlarının  öz  ana  dilində  danıĢmasını,  təhsil 
almasını,  universitet  görməsini  istəyən  birisidir.  Bunları 
istəməyən kəs isə Ġranı tikə-tikə görmək istəyəndir. Səttar-
xan rus bayrağını aĢağı endirdi, PiĢəvərini də Stalinlə Ba-
ğırov  ekshumasiya  etdilər  (qəbirdən  çıxartdılar)  və  bütün 
bunlar  onların  xalqın  xalq  üzərində  hökumətinə  sadiq  ol-
malarından qaynaqlanırdı. 
Bəli,  Səttarxan,  əslində,  Tehrana  getməsəydi,  elə  fa-
ciəli  Ģəkildə qətlə  yetirilməzdi.  PiĢəvəri də Sovetlər ölkə-
sinə  getməsəydi,  o  cür  faciəli  Ģəkildə  öldürülməzdi.  Sət-
tarxanı  öldürənlər  yad  niĢançılar  idilər  ki,  onu  öldürə 
bildilər. PiĢəvərinin də düĢmənləri belə idi. 
O dövr artıq keçmiĢdir. Biz məhdud fürsətlər dahilərini 
istəyirik.  6x4  olan  otaq,  cah-cəlaldan  uzaq  bir  klinika  və 
bir tərəfdən insanların  yaralarına və digər tərəfdən xalqın 
övladlarının  ana  dilinin  nəbzinə  əl  qoyan  80  yaĢlı  cavan 
bir  qoca.  Bir  yandan  insanların  yaralarını  sağaldır,  digər 
tərəfdən xalqın övladlarının ana dilinin keĢiyində durur və 
bununla fərqli bir ziyalı tablosunu canlandırır. Bu ziyalı – 


 
41 
özümüzünkü  və  bütün  məntəqənin  ziyalısıdır,  yerlidir  və 
yerli  hisləri  bütün  xırdalıqlarınadək  diqqətində  saxlayan 
bir dahidir. Ġndi isə aramızada olan bir neçə əhvalatı nəql 
etmək istəyirəm: 
–  1348,  (1349,  ya  1350)-ci  ildə  biri  mənə  zəng  etdi, 
səsi  tutqun  idi.  Məndən  istədi  ki,  bacardığım  qədər  tez 
Cavid  xəstəxanasına  gedim.  Nə  üçün?  Çünki,  Qulam 
oradadır  və  səni  görmək  istəyir.  Nə  olub  ki?  Heç  bir  Ģey 
olmayıb,  sən  hələ  bir  gəl.  Mən  getdim.  Otağa  daxil 
olduqda  Saidi  taxtın  üstündə,  ĢiĢmiĢ  və  yaralı  üzlə,  ağzı-
dodağı  bintlənmiĢ  Ģəkildə  uzanmıĢdı.  Nə  olub?  Əsgər 
libasında  olan  bir  qoluzorlu  küncdə  dayanmıĢ  və  bu 
səhnəni müĢahidə edirdi. Birincidən hündür olan baĢqa bir 
əsgər  digər  küncdə  dayanmıĢdı.  O  duruĢu  və  görkəmiylə 
sanki bildirmək istəyirdi ki, pis bir iĢ görməmiĢdir və əgər 
nə isə olmuĢsa, onun günahı  deyil. Qəziyyəni  Dr.Heyətin 
özü və ya Saidinin qardaĢı və özü də həkim olan Dr.Əkbər 
belə  tərif  etdi.  Xəstəxananın  rəisi  olan  Dr.Heyət  Qulam-
hüseynin  baĢı,  üzü  və  ağız-dodağını  bintlə  bağlamıĢdır. 
Qulamhüseyn  sakitdir,  çünki  danıĢa  bilmir  və  bəzən 
gözlərini o qoluzorluya  və sonra bizə tərəf döndərir, bizə 
nəyisə  anlatmağa  çalıĢırdı.  Dr.Heyətə  izah  edir  ki,  ötən 
gecə doktor açarla qapını açıb içəri girmək istəyir. Bu iki 
nəfər  qarĢısında  peyda  olurlar,  onlardan  biri  onu  pis 
söyüĢlə təhqir edir. Saidinin reaksiyasını gözləmədən onu 
döyməyə  baĢlayırlar  və  daha  çox  ağzının  üstündən 
yumruqla  vururlar.  Küçədə  yaranmıĢ  səs-küydən  Əkbər, 
ev əhli və ətraf evlərin camaatı çölə çıxırlar. Saidini yum-
ruqlayan kəs iddia edir ki, Saidi məst idi və söyüĢ söydü. 
BaĢqa  birisi  gəldi  və  doktoru  döyərək  aradan  çıxdı.  Biz 
ikimiz  isə  gəldik  ki,  doktorun  halını  soruĢaq.  Biz  də 
soruĢduq  ki,  əgər  birisi  doktoru  vurub  qaçdısa,  niyə  onu 
tutub saxlamadınız? Yalnız qoluzorlu danıĢırdı ki, qaranlıq 


 
42 
idi, bundan baĢqa ağa yaralı idi, gərək bir Ģey edəydik. Ev 
əhli  Saidini  xəstəxanaya  çatdırmıĢlar.  Sonralar  Saidi 
bığlarını bir qədər geniĢ saxlayırdı ki, üzündəki tikiĢ izləri 
görsənməsin.  Sonra  bir  nəfər  komendant  gəlir  və  o  iki 
nəfəri aparır və danıĢa bilməyən Qulam öz böyük gözləri 
ilə  mat-məbhut  boĢ  havaya  tamaĢa  edir.  Heyət  deyir: 
«ġərəfsizlər!».  Saidi  Əkbərə  iĢarə  edir  ki,  onu  aparsın  və 
Heyət  deyir:  «Yox,  hələ  yox».  Sonra  isə  Saidinin  xəstə-
xanadan çıxmasına razılıq verir. Bu nə macəranın baĢlan-
ğıcıdır, nə də sonu. Çünki neçə il sonra Saidinin qarnı və 
ayaqlarını bıçaqla tikə-tikə edirlər! 
–  Ġnqilabın  ilk  illərində  «Əncüməni-Azərbaycan»ı  öz 
zənnimizcə  bərpa  etdik.  Bu  hal  bir  neçə  ay  davam  edir. 
Belə fikir oyanırdı ki, bir neçə Azərbaycanlı əncümən yolu 
ilə  Azərbaycan  dili  və  mədəniyyətini  nizama  salmaq 
istəyirlər. «Əncüməni-Azərbaycan» qaranlığa tərəf atılmıĢ 
bir  oxdur.  Dr.Heyət,  Dr.Katibi,  Dr.Nitqi,  ustad  Fərzanə, 
Gəncəli Səbahi və onların hamısından kiçik və cavan olan 
mən.  Müxtəlif  iclaslar  təĢkil  olunur,  mənim  yaxĢı 
tanımadığım digər 3-4 nəfərlə birgə bir neçə nəfəri katiblər 
heyəti  seçirik.  Sonra  təsadüfən,  bir-birimizlə  məĢvərət 
etmədən  görürük  ki,  iĢlər  ya  irəli  getmir  və  ya  bəziləri 
onun müəyyən bir səmtə getməsini istəyirlər. Nəyahət, bir-
bir  istefa  veririk.  Nüfuzlu  Ģəxslər  (solçular)  istəyirlər  ki, 
əncüməni  öz  partiyalarının  xeyrinə  müsadirə  etsinlər. 
Onların iĢ tərzini bilirik. Hamımız bir-bir anlamağa baĢla-
yırıq. Əncüməndən çıxan birinci Ģəxs Dr.Nitqi, sonra ustad 
Fərzanə,  sonra  mən,  sonra  Heyət  oldu.  Qoy,  karvanın 
dostu  və  oğrusunun  Ģəriki  tənha  qalsın.  Bunu  Yazarlar 
Birliyinin  də  baĢına  gətirmək  istəyirlər.  Orada  bu  dostlar 
azərbaycanlı  deyillər.  Yeri  gəlmiĢkən,  bu  əhvalatın  səsi 
çox  tez  çıxır  və  Yazarlar  Birliyi  hamını  ixrac  edir,  çünki 
bu birlik məhdud fürsətlərin dərki yolu ilə Ģəxsi, ictimai və 


 
43 
maarif  iĢlərinə  nizam  bəxĢ  edən  insanlardan  təĢkil 
olunmuĢdur. Maarif iĢi nə yeraltı, gizli, nə də partiyaların 
iĢi  deyil,  insanların  iĢi  –  gündəlik  iĢdir.  Bir  millətin 
demokratiyası  və  mədəniyyətinin  təlimi  –  həmin  millətin 
və ictimaiyyətin hər bir üzvünün daxili və xarici aləmi ilə 
gündəlik təlimdir və bu iĢi yuxarıdan və ya xaricdən gələn 
bir fərmanla yerinə yetirmək olmaz. Hal-hazırda da zülmə 
məruz qalmıĢ  milliyyətlər arasında açıq-aĢkar  görürük ki, 
Dr. Mahmud ƏfĢarın, iki Pəhləvinin və onların Ġnayətullah 
Rza, Dr.Vərcavənd və Dr.Cəlal Mətini kimi  ardıcıllarının 
bütün  «zəhmətləri»  hədər  getmiĢdir.  Bu  məsələni  açıq-
aĢkar  dərk  etmək  üçün  dahi  olmaq  lazım  deyil.  Sağlam 
ağıl buyurur ki, camaatın dilini kəsmək olmaz. Ana dili bir 
haqq  və  hüquqdur  və  hər  bir  haqq-hüquqdan  da  üstün  və 
mühümdür.  Ona  xəyanət  -  ən  pis  xəyanətdir.  Yeri  gəl-
miĢkən,  çox  rahatca  yuxarı  vəzifədə  əyləĢib,  aĢırı  hörmət 
əldə  edə  biləcək  bir  sıra  Dr.Heyət  kimi  Ģəxsiyyətlər,  ana 
dilinin  hər  bir  insanın  doğal  haqqı  olması  təfəkkürünü 
yalnız  «taxta  oturtmaq»  üçün  deyil,  daha  çox  onu  Ġran 
xalqının  ehtiyacının  əsas  hissəsi  kimi  və  ölkə  əhalisinin 
70%-nin  dilsizlik,  mədəniyyətsizlik  və  Ģəxsiyyətsizlikdən 
nicatı  üçün  bir  ölkədə  təbii  Ģəkildə  əsas  müzakirə 
mövzularından  birinə  çevirmək,  bu  problemin  xarici  və 
məntəqədən kənar qüvvələrin fitnə-fəsadla öz mənafelərini 
qorumaq üçün öz xeyirləri və Ġran xalqının zərərinə «həll 
etmədən»  əvvəl  ölkənin  öz  daxilində  həlli  üçün  hər  növ 
məzəmmət  və  qınaq  yükünün  altına  girməyə  hazırdırlar. 
Məhdud  fürsətlər  dahisi  –  xəyali  məsələlər  dahisi  deyil, 
həftəbəhəftə, aybaay, ilbəil faydalı bir iĢin dahisidir, belə 
ki, insanlar hər bir Ģeyi tədriclə, yavaĢ-yavaĢ anlayırlar və 
heç bir Ģey bu iĢin həllini səbirli və inadkar izahdan daha 
yaxĢı  sürətləndirə  bilməz.  Bu  fikir  məni  artıq  xülasə 
Ģəklindən çıxmıĢ bu qısa yazının son nöqtəsinə çatdırır. 


 
44 
–  Dr.Heyət  bu  26  il  ərzində  özünün  dilçilik, 
Azərbaycanın dil və ədəbiyyatı, dünya və Ġran türklərinin 
tarixi sahəsində qiymətli kitablarını çap etdirməklə yanaĢı, 
«Varlıq»  jurnalını  da  nəĢr  etmiĢdir.  Bu  jurnal  bütün  bu 
illər  ərzində  ülgücün  iti  ağzı  üstündə  hərəkət  etmiĢdir. 
Azərbaycanın  dili  və  mədəniyyəti,  yəni  Ġran  əhalisinin 
37%-dən  çoxunun  dil  və  ədəbiyyatı  məsələsi  çox  həssas 
bir  məsələdir.  Millətçilər  hər  gün  öz  təzyiqlərini  daha  da 
artırırlar  ki,  dövlət  «Varlıq»  jurnalını  bağlasın.  Digər  bir 
tərəfdən,  Dr.Heyətin  diqqətli  və  çox  düĢüncəli  olma 
xüsusiyyəti  bu  jurnala  hər  hansı  bir  Ģübhə  və  nöqsanın 
daxil  olmasına  mane  olmuĢdur.  Mətləblərin  və  insanların 
diqqətlə  seçilməsi,  jurnalın  təqdimi  üsulu  Dr.Heyəti  bu 
təlatümlü  dövr  ərzində  ayaqda  saxlamıĢdır.  Dr.Heyət  nə 
solçudur,  nə  sağçı,  nə  bitərəf,  o,  mühüm  bir  əsasa  və 
mənĢəyə etiqad edir və bu da, Ġran Azərbaycanının dil və 
mədəniyyətinin  Ġran  kimi  çoxmillətli  bir  ölkənin  dil  və 
mədəniyyətinin bir hissəsi olmasıdır. Yalnız etiqad etdiyin 
bu  əsasa  tam  bələd  olmaqla,  onu  yaymaqla  və  ölkə 
mədəniyyətinin  ən  mühüm  iĢi  etməklə  Ġran  qövmləri  və 
milliyyətləri  arasında  hüquqi  və  mədəni  bərabərliklə 
yanaĢı  anlaĢma  bərqərar  etmək  olar.  Ġran  xalqının  bu 
anlaĢma  saatı  və  anı  üçün  fürsəti  çox  qısadır.  Mənim 
fikrimcə, Heyət – bu məhdud fürsətlər dahisi bərabərliklə 
birləĢən  anlaĢma  axtarıĢındadır.  Bu  anlaĢmaya  doğru 
addım  atmaq  bəĢəri  vəzifədir.  Heyətin  addımının  qədrini 
bilək! 
 
*** 
Xalqının  dili  qarĢısındakı  vicadı,  ana  yurdu  Azǝr-
baycana, özǝlliklǝ dǝ doğulduğu Ģǝhǝr Tǝbrizǝ vǝ ǝhalisinǝ 
olan eĢqi ilǝ hamının dilinin ǝzbǝri olan Dr. Cavad Heyǝt, 
ǝrmiĢ  bir  insan  vǝ  mǝharǝtli  bir  hǝkim  idi.  O,  baĢdan 


 
45 
etibarǝn  çiyinlǝrinǝ  aldığı  vǝzifǝni,  esaslı  vǝ  sǝmavi  bir 
fǝrizǝ  olaraq  görürdü  vǝ  bir  an  belǝ  vaxtını,  maddi  vǝ 
mǝnǝvi imkanlarını ona bağıĢlamaqdan ǝsirgǝmǝdi. Ġranda 
Azərbaycan bölgǝsi onun üçün sadǝcǝ doğum yeri deyildi. 
O,  baĢlanğıcdan  bǝri  bütün  iradǝsini  toplamıĢdı  ki, 
xalqının mǝdǝniyyǝti vǝ dilinin taleyindǝn bir an belǝ qafil 
olmasın. Bu hǝyǝcan verici fǝdakarlıqda o qǝdǝr irǝli getdi 
ki, sanki qeybdǝn gǝlǝn bir fǝrman, onu tǝk baĢına vǝ Ġran 
Azǝrbaycan  aydın  vǝ  yazıçılarını  bir  araya  gǝtirib,  Azǝr-
baycan  Cumhuriyyǝti  ilǝ  mǝdǝni  körpülǝr  quraraq,  ana 
dilini imkanları vǝ hǝyatı ǝl verdiyi qǝdǝr canlandırmaq vǝ 
yaymaq  üçün  mǝmur  etmiĢdir.  O,  bu  iĢ  üçün  ǝn  ibtidayi 
imkanlardan  ǝn  yüksǝk  imkanlara  qǝdǝr  sǝfǝrbǝr  etdi. 
Hǝm özü böyük ǝmǝk sǝrf etdi, hǝm dǝ digǝr Azǝrbaycan 
alim  vǝ  Ģairlǝrini  yardıma  çağırdı  ki,  Azǝrbaycanın  mǝz-
lum  dili  vǝ  mǝdǝniyyǝti  yenidǝn  nǝfǝs  almağa  baĢlasın, 
dirilsin. Azǝrbaycan xalqı da dǝrk etsin ki, ana dili, hǝr bir 
fǝrdin kimliyi vǝ hüviyyǝtinin bir parçasıdır. 
Dr. Heyǝt,  baĢqalarını tǝĢviq etmǝk gücüylǝ onları vǝ 
iĢlǝrini  dǝstǝklǝmǝk  gücünü  birlǝĢdirmiĢdi.  Deyǝ  bilǝrik 
ki,  o,  yarım  ǝsrdǝn  çox  bir  müddǝtdǝ  öz  verimli  hǝyatını 
maddi vǝ mǝnǝvi olaraq bu böyük haqq, yǝni ana dili, Ġran 
Azǝrbaycan  Türkcǝsinǝ  sǝrf  etdi  vǝ  heç  bir  zaman  da 
Azǝrbaycan  Cumhuriyyǝt  vǝ  Ġran  Azǝrbaycanı  arasında 
sağlam irtibat yollarının qurulması yolunda qafil olmadı. 
Ġnsanlar bǝzǝn haqq vǝ hǝqiqǝt yolunda hǝrǝkǝt etmǝk 
vǝzifǝsini  öz  vicdanlarından  bir  ilham  olaraq  alırlar. 
Rǝhmǝtlik Dr. Heyǝt  dǝ bu milli vǝ hǝyati vǝzifǝni  sevgi 
vǝ heyranlıqla öhdǝsinǝ aldı vǝ onu ilahi vǝ dini bir fǝrizǝ 
kimi  gördü.  Ona  görǝ  dǝ,  onun  lǝhni  vǝ  bǝyanı;  baĢ-
qalarını,  özǝlliklǝ  dǝ  gǝnc  nǝsli  öz  ana  dillǝrini  öyrǝnmǝ 
vǝzifǝsinǝ yönlǝndirmǝkdǝki silahı sayılırdı. Elǝ ki, Azǝr-


 
46 
baycanda  öz  ata-baba  mǝdǝniyyǝtinǝ  sevgi  bǝslǝyǝn  gǝnc 
nǝsillǝr, özlǝrini Ona borçlu bilirlǝr. 
Bu  vǝfalı  övlad,  iĢindǝ  elǝ  bir  müqavimǝt  vǝ  dayanıĢ 
göstǝrdi  ki,  Azǝrbaycan  Türkcǝsinin  heysiyyǝti  yenidǝn 
azǝrbaycanlılara qaytarıldı. 
Rǝhmǝtli Dr. Heyǝtin öz nǝsli vǝ sonrakı nǝsillǝr, ana 
dillǝrinin  tapdalanması  nǝticǝsindǝ  uğradıqları  hǝqarǝtlǝr-
dǝn  bir  dǝfǝlik  qurtuldular  vǝ  gördülǝr  ki,  bu  hǝqiqi 
sǝrmayǝ  onlara  ana  damarlarından  belǝ  yaxındı  vǝ  bu 
sǝrmayǝni iĢǝ salmaq üçün ciddi bir zǝrbǝyǝ ehtiyac vardı. 
Dr.  Cavad  Heyǝtin  böyük  ruhuna  salam  olsun.  Öz 
anaları  vǝ  ana  dillǝrinin  xatirǝsini  Dr.  Heyǝtin  insane-
severliyi ilǝ xatırlayanlara da salam olsun. 
Ġndi  Dr.  Heyǝt,  Azǝrbaycan  xalqının  kollektiv  yad-
daĢının bir parçasıdır. Bu igit övladın, Azǝrbaycanın gǝnc 
nǝsli  vǝ  sonrakı  nǝsillǝrinin  mǝnǝvi  atası  Dr.  Cavad  He-
yǝtin ruhuna salamlar olsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin