Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 12.2. Psofometrin qoşulma sxemləri



Yüklə 1,11 Mb.
səhifə35/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

Şəkil 12.2. Psofometrin qoşulma sxemləri
Şəkil 12.2 a – da birbaşa yük müqavimətinə qoşulan sxem üzrə ölçmə son stansiyada aparılır. Bu halda cihazın daxili müqaviməti yüksək olduğu üçün kanalın yük müqaviməti 600 Om götürülür. Bu sxemin çatışmayan cəhəti onun yalnız kiçik məsafələrdə istifadə oluna bilməsidir. Rabitə xətti uzun olduqda ölçmə razılaşdırılmış transforma­tor sxemi üzrə həyata keçirilir ( şəkil 12.2 b ). Bu sxemdə kanalın yük müqaviməti 600 Omdan fərqli götürülür. Psofometr 600 Omluq giriş müqavimətinə malik olmaqla kanalın çıxışına transformator vasitəsilə qoşulur. Kanal transformatorun daxili müqavimətinə bərabər olan yük müqavimətinə malikdir.
Kanalda maneənin səviyyəsi maneə mənbələrinin iş rejimindən asılı olaraq dəyişir. Bu səbəbdən kanalda küyün səviyyəsi mütəmadi olaraq ölçülməli və küy əmsalı təyin olunmalıdır. Çünki, kanalda maneə siqnallarının səviyyəsi normadan artıq olduqda kanalın qorunması azalır və nəticədə rabitənin keyfiyyəti aşağı düşür.

RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN SABİT CƏRƏYANLA ÖLÇÜLMƏSİ

Rabitə dövrələrinin ilkin parametrlərinin normaya uyğun olub – olmadığını təyin etmək və buna nəzarət etmək məqsədilə onların elektriki parametrləri sabit cərəyanla ölçülür. Sabit cərəyanla aşağıdakı parametrlər ölçülür: dövrənin şleyf müqaviməti; naqillərin izolyasiya müqavimətləri; dövrənin omik asimmetriyası; dövrənin elektrik tutumu; naqillərin izolyasiyasının möhkəmliyi.


Şəkil 13.1 a – da simmetrik kabellərdən, şəkil 13.2 a – da koaksial kabellərdən istifadə olunan rabitə dövrəsinin ekvivalent sxemi göstərilmişdir:

Şəkil 13.1. Simmetrik rabitə dövrəsinin ekvivalent sxemi

Şəkil 13.2. Koaksial rabitə dövrəsinin ekvivalent sxemi

Rabitə xətti aşağıdakı parametrlərdən ibarətdir:



  • Hər bir damarın ayrılıqda müqaviməti Ra ; Rb;

  • Rabitə dövrəsinin şleyf müqaviməti Rşl ;

  • Damarlar arasında izolyasiya müqaviməti Riz ;

  • Damarla torpaq arasında izolyasiya müqaviməti Rizat ; Rizbt ;

  • Rabitə dövrəsinin omik asimmetriyası Ras ;

  • Damarlar arasında elektrik tutumu Cab ;

  • Damarla torpaq arasında tutum Cat ; Cbt .

Ölçmə sxemlərində rabitə dövrəsinin simvolik şərti işarələrindən ( şəkil 13.1 b simmetrik dövrələr üçün, şəkil 13.2 b koaksial dövrələr üçün ) istifadə olunur.
İstehsalatda bu parametrləri ölçmək üçün səyyar kabel cihazı olan PKP – 5 cihazından istifadə olunur. PKP – 5 cihazı kabel rabitə xəttində elektrik parametrlərinin ölçülməsində və zədələnmə yerinə qədər olan məsafənin təyin edilməsində istifadə olunur. PKP – 5 səyyar kabel cihazı vasitəsilə dövrənin aşağıdakı parametrləri ölçülür:

  • 10-1 Om ÷ 106 Om diapazonunda xəttin şleyf müqaviməti. Ölçmə xətası 0,2%;

  • 10-2 Om ÷ 103 Om diapazonunda damarların omik asimmetriyası ( asimmetriya müqavimətini );

  • 10-5 Om ÷ 2 · 1010 Om diapazonunda izolyasiya müqaviməti;

  • 3 ÷ 3000 nF diapazonunda damarların elektrik tutumu;

  • İzolyasiya zədələnməsinin yerinə qədər olan məsafə. Ölçmə xətası 0,5%;

  • Xəttin qırıq yerinə qədər olan məsafə. Ölçmə xətası 0,6%.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin