Şleyfin elektrik müqavimətinin ölçülməsi
Naqilli rabitə xəttləri vasitəsilə elektrik siqnalının ötürülməsi zamanı xəttin naqillərinin müqaviməti hesabına siqnalın gücü itkiyə məruz qalır. Naqillərin müqavimətinin normadan çox olması nəticəsində rabitə sisteminin qəbuledici qurğusunda qəbulun keyfiyyəti aşağı düşür. Rabitə dövrəsini təşkil edən naqillərin müqavimətlərinin cəbri cəmi dövrənin şleyf müqaviməti adlanır:
Rşl = Ra + Rb ( 13.1 )
Şleyf müqavimətinin ommetrlərlə ölçülməsi yüksək dəqiqliyi təmin etmədiyi üçün naqillərin ayrılıqda müqaviməti və dövrənin şleyf müqaviməti sabit cərəyan körpüsü vasitəsilə ölçülür. Dövrənin şleyf müqavimətini və iki naqilli dövrənin hər naqilinin ayrılıqda müqavimətini ölçmək üçün üç şleyf üsulu, torpaqlanmış şleyf üsullarından istifadə edilir. Qəza ölçmələrində Varley və Murrey körpü sxemlərindən istifadə olunur.
Ölçmə sxemi aşağıdakı kimidir ( şəkil 13.3 ):
Şəkil 13.3. Şleyf müqavimətinin ölçülməsi sxemi
Burada R1 və R2 nümunəvi çiyinlər, Rm müqavimətlər mağazasından yığılmış müqayisə çiynidir. Ölçmə vaxtı Rm vasitəsilə körpü tarazlaşdırılır və tarazlıq şərti aşağıdakı kimi yazılır:
R1 Rm = R2 ( Ra + Rb) ( 13.2 )
Hər iki tərəfi R2 – yə ixtisar etdikdə
(R1 / R2 ) Rm = ( Ra + Rb) ( 13.3 ) olur.
R1 / R2 =n qəbul edildikdə nRm = Rşl ( 13.4 ) alınacaqdır.
n – körpünün tarazlıq əmsalıdır.
n = 1 olduqda Rşl = Rm olacaqdır.
Hər bir ATS üçün şleyf müqavimətinə görə aşağıdakı normalar vardır:
ATSK üçün 1000 ÷ 1300 Om
EATS üçün 800 ÷ 1000 Om
Fiziki xəttlərlə işləyən kənd telefon şəbəkəsi üçün 2000 ÷ 2500 Om
Şleyf müqavimətinin vahid uzunluqda qiyməti kabelin markasından və naqilin diametrindən asılıdır. Kabelin markasından asılı olaraq TPP, TPV tipli simmetrik telefon kabelləri üçün kilometrik şleyf müqavimətinin norma qiymətləri cədvəl 1 - də göstərilmişdir:
Dostları ilə paylaş: |