Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 7.3. Tezlik sintezatorlarının struktur sxemi



Yüklə 1,11 Mb.
səhifə18/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

Şəkil 7.3. Tezlik sintezatorlarının struktur sxemi

Tezlik sintezatorları kvars stabilizasiyalı dayaq generatorundan, dayaq tezlik blokundan və tezlik sintezi blokundan ibarətdir. Dayaq tezlik bloku tezlik bölücüsü, vurucusu və çeviricilərindən ibarətdir. Tezlik sintezi bloku bir sıra tezlik dekadları və onların qoşulması üçün kommutasiya dövrələrindən ibarətdir. Sintezatorların çıxış siqnalının spektri şəbəkəni qidalandıran alçaq tezliklərdən tutmuş yüksək harmonik tezliklərə qədərdir. Tezlik sintezatorları birbaşa və dolayı sintez üsulu ilə işləyir. Birbaşa sintez üsulunda 4 riyazi əməliyyatın aparılması ilə yüksək tezlikli siqnal süzgəclənir. Dolayı sintez üsulunda stabil tezlikli çıxış siqnalı yaradan avtogeneratorun tezliyi sinxronlaşdırılır.


Tezlik sintezatorları mürəkkəb elektron qurğu olub nəzarət – ölçmə əməliyyatlarının avtomatlaşdırıl­masında geniş tətbiq olunur. Rabitə xəttlərinin tikilməsi, montajı və istismarı zamanı geniş tezlik diapazonunda çoxsaylı yoxlama və dəqiqləşdirmə ölçmələri aparılır. Bu ölçmələr xətt və kanalların tezlik xarakteristikasını çıxarmaq üçün lazımdır.
OSSİLLOQRAFLAR

Ossilloqrafların təsnifatı və tətbiq sahələri
Rabitə müəssisələrində və eləcə də texnikada siqnalın para­metrlərini ölçmək və formasını müşahidə etmək üçün elektron ossilloqrafdan istifadə olunur.
Bu cihazın yaranma tarixi 1947 – ci ildən hesablanır. ABŞ – ın Tektronix firması katod şüa borusunun tətbiqi əsasında ilk dəfə Tektronix Model 511 analoq ossilloqrafının istehsalına başladı. XX əsrin 80 – cı illərində Le Croy Corporation Amerika firması artıq rəqəmli yaddaş ossilloqrafının istehsalı ilə yeni mərhələyə qədəm qoydu. Müasir rəqəmli texnologiyaların inkişafı sayəsində rəqəmli yaddaş ossilloqrafları texnikada bu gün geniş tətbiq olunur.
Ossilloqraf ( latın sözü osilium - rəqs etmək, yellən­mək və yunanca qrafo – yazıram sözlərinin birləşməsindən əmələ gəlmişdir ) zamana görə dəyişən elektrik pro­seslərini müşahidə və ya qeyd etmək üçün cihazdır. Os­silloqraf müxtəlif elektriki parametrləri (gərginlik, cərəyan şiddəti, fazalar fərqi, dəyişən cərəyan tezliyi, impulsların davam­etmə müddəti, təkrar olunma tezliyi və s.) ölçməyə imkan verir.
Ossilloqraflar elektromexaniki və elektron – şüa tipli olurlar. Elektromexaniki ossilloqraflar alçaq tezlikli siqnalları ( 6kHs – ə qədər ), elektron ossiloqraflar isə həm alçaq tezlikli və eyni zamanda yüksək tezlikli ( 10 QHs - ə qədər ) siqnalların parametrlərini ölçmək və formasını müşahidə etmək üçün istifadə edilir. Elektromexaniki ossilloqraflardan rabitə texnikasında az istifadə olunur. Belə ossilloqraflardan sənayedə və tibb texnikasında istifadə olunur. Stroboskopik ossilloqraflar çox sürətli prosesləri tədqiq etmək üçün istifadə edilir. Onun iş prinsipi periodik təkrarlanan siqnalların hər periodundan müəyyən bir nöqtəni qeyd etməklə siqnalın tam formasını yaratmağa əsaslanır. Bu ossilloq­rafların üstün cəhətləri 15 QHs tezlikli fasiləsiz siqnalları ekranda müşahidə etmək qabiliyyəti, çatışmayan cəhəti isə onun yalnız periodik təkrarlanan siqnalı ölçməsidir.
Rabitə texnikasında elektron - şüa ossilloqrafları geniş yayılmışdır. Müasir elektron - şüa ossilloqraflar yüksək həssaslığa, geniş açma diapazonuna malik olmaqla bərabər, siqnalın geniş hüdudda zamana və amplituda görə dəyişməsini müşahidə etməyə və siqnalın spektrini analiz etməyə imkan verir. Tədqiq olunan proses ekranda iki kəmiyyətin ( əsasən gərginlik və zaman ) funksional asılılığını ifadə edən ossilloqram şəklində əks olunur. Ekranda alınan qrafiklərə əsasən siqnalın gərginliyinin qiymətini təyin etmək, periodik siqnalın rəqs tezliyini hesablamaq, siqnalın sabit və dəyişən toplananlarını müşahidə etmək, siqnala təsir edən və kanalda olan küy və maneə siqnal­larının səviyyəsini müşahidə etmək mümkündür.
Ossilloqraflar bir, iki və çox şüalı olurlar, yəni eyni vaxtda bir və daha çox siqnalı müşahidə etmək mümkündür. Elektron ossilloqrafına giriş müqavimətinin stabilliyi ( giriş müqaviməti 0,5 - 10 MOm, giriş tutumu 10 – 50 pF ), cihazın həssaslığının yüksəkliyi, geniş diapazonda ölçmə aparma qabiliyyəti kimi təlabatlar qoyulur.
Ossilloqraf aşağıdakı funksiyaları yerinə yetirir:

Elektron ossilloqraf universal cihazdır. Elek­tron - şüa ossilloqrafların rəqəmli lüminofor, rəqəmli stroboskopik, virtual, portativ tipli növləri vardır.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin