RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN DƏYİŞƏN CƏRƏYANLA ÖLÇÜLMƏSİ
Dördqütblülərdə ölçülən sönmələr
Rabitə zamanı siqnalın parametrləri xəttin parametrlərindən asılı olaraq dəyişir, yəni siqnal zəifləyir. Rabitədə bu zəifləməyə sönmə deyilir. Başqa sözlə sönmə ötürülən hormonik siqnalın dördqütblüdən keçdikdə energetik ölçüsünü xarakterizə edən loqarifmik kəmiyyət olub dördqütblünün çıxışındakı gücün girişindəki gücə nisbətən azalmasıdır. Sönmənin vahidi siqnalın səviyyəsinin ölçü vahidi kimi onluq loqarifma ilə ölçüldükdə desibel, natural loqarifma ilə ölçüldükdə Neper ilə ifadə olunur. Bu vahid ilk dəfə natural loqarifmanı kəşf etmiş ingilis alimi Con Neperin şərəfinə adlandırılmışdır. Sönmə Neper və desibellə ifadə edildikdə aşağıdakı kimi təyin olunur:
(14.7 )
Burada P1 - dördqütblünün giriş gücü, P2 – dördqütblünün çıxışında əmələ gələn gücdür.
Rabitə texnikasında informasiya ötürən dördqütblüləri xarakterizə edən aşağıdakı sönmə növləri ölçülür:
Təsir sönməsi;
İşçi sönmə;
Xüsusi ( xarakteristik ) sönmə.
Lakin sönmə anlayışı dördqütblülərdə təsadüfi və parazit müqavimətlər nəticəsində əmələ gəlib maneə yaradaraq rabitənin keyfiyyətinə pis təsir edən bəzi parametrləri də xarakterizə edir. Bu zaman sönmə termini maneə siqnalının mənbəyini xarakterizə edir. Rabitə texnikasında işçi sönmə və güclənmə, xüsusi sönmə, təsir sönməsi, keçid sönməsi, qalıq sönməsi, əks olunma, balans sönməsi, asimmetriya sönməsi və s. ölçülür.
Sönmənin əksi güclənmədir. Sönmə və güclənmə kanalda normada olmalıdır və istismar vaxtı buna nəzarət edilir. Güclənmə normadan az olduqda maneə siqnalının təsiri çoxalır.
Təsir sönməsinin ölçülməsi
Təsir sönməsi xəttin girişinə verilən gücün onun çıxışına qoşulmuş yükdə ayrılan gücə nisbətinin loqarifmidir:
( 14.8 )
Təsir sönməsini ölçmək üçün dördqütblünün Zyük yük müqavimətini generatorun çıxışına qoşub onun üzərində ayrılan P1 gücü ölçülür və sonra generatoru dördqütblünün girişinə, yük müqavimətini isə dördqütblünün çıxışına qoşub, üzərində ayrılan P2 gücü ölçülərsə, onların nisbətinin loqarifmindən alınan kəmiyyət hesablanır ( şəkil 14.1 ).
Dostları ilə paylaş: |