Şəkil 14.3. Məlum generator üsulu ilə işçi sönmənin ölçülməsi
Sxemə əsasən aiş – in ölçülməsi səviyyələr fərqini iki halda hesablama üsulu ilə təyin etməyə imkan verir. Birinci halda SM sönmə mağazasının xarakteristik müqaviməti ZM = Z1 götürülür.
aiş = p1 – p2 + 10 lg │Z2 / Z1│ ( 14.11 )
burada p1 – sönmə mağazasının çıxışındakı açarın aşağı vəziyyətində sönmə mağazasının sönməsinin sıfıra bərabər olduğu halda SG səviyyə göstəricisinın göstərişi, p2 – dördqütblünün çıxışında açarın yuxarı vəziyyətində alınan səviyyədir. 10 lg │Z2 / Z1│ hesablama yolu ilə tapılır. İkinci halda SM – in sönməsini tənzimləməklə p1 = p2 – yə nail olunur və
aiş = aM + 10 lg │Z2 / Z1│ ( 14.12 ) olacaqdır. aM kanalda p1 = p2 olduqda sönmənin qiymətidir.
Müqayisə üsulu ilə ölçmələr nisbətən dəqiq nəticələr verir, çünki SG – nin göstərişinə və SM – in dəqiqlik sinfinə görə hesabatda səhvlər istisna edilir.
Ekvivalent generator üsulunda generatorun tələb olunan Z1 müqaviməti istənilən mənbədə süni şəkildə, yəni mənbənin çıxışına ZM = Z1 xarakteristik müqavimətinə malik olan sönmə mağazası qoşmaqla və 20 dB və daha yüksək sönmə yaratmaqla əldə edilir. Bu vaxt sönmənin qiymətinin yüksək olması ilə SM – nin giriş müqavimətini xarakteristik müqavimətinə bərabər hesab etmək olar.
Şəkil 14.4 . Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi
Ekvivalent generatorun Z üsulu ilə alınma qaydası geniş yayılmışdır. Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi əsasən traktın ayrı – ayrı elementlərinin ölçülməsində istifadə olunur. Şəkil 14.4 – də göstərilən sxemə əsasən açarın aşağı vəziyyətində yüksək omlu göstərici qurğu SM – nın razılaşdırılmış yüklənmiş çıxışında U1 gərginliyini ( p1 səviyyəsini ) qeyd edir. Açarın yuxarı vəziyyətində U2 gərginliyinə dördqütblünün verilmiş Z2 işçi yükündə nəzarət edilir. am = 0 olduqda U1 = E / 2 və ( 14.13 )
Ölçmə müqayisə üsulu ilə aparıldıqda SM – nın sönməsini tənzimləməklə U1 = U2 ( p1 = p2 ) əldə edilir və (14.14)
Ümumi halda
aiş = p1 – p2 + am + 10 lg Z2 / Z1 ( 14.15)
İşçi güclənmə əks işarə ilə götürülmüş işçi sönməsinə bərabərdir. Şəkil 14.3 – dəki sxemdə dördqütblünün yerinə gücləndirici qoşduqda şəkil 14.5 – də göstərilən sxem alınar. Sxemə əsasən
Siş = p2 – p1 + am – 10 lg Z2 / Z1 ( 14.16 )
am kəmiyyəti generatorun çıxışındakı gərginliyə görə elə seçilməlidir ki, gücləndiricinin girişindəki səviyyə onun amplitud xarakteristikasının düzxəttli hissəsində olsun. P2 = P1 mümkünlüyü nəzərə alındıqda,
Siş = am – 10 lg Z2 / Z1 ( 14.17 ) olacaqdır.
Dostları ilə paylaş: |