Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 14.5. Məlum generator üsulu ilə işçi güclənmənin ölçülmə sxemi



Yüklə 1,11 Mb.
səhifə45/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

Şəkil 14.5. Məlum generator üsulu ilə işçi güclənmənin ölçülmə sxemi

Sönmə və güclənməni ölçmək üçün istehsalatda İQ – 200, MZ – 600, İRZU cihazlarından istifadə olunur.



Dördqütblünün xüsusi ( xarakteristik ) sönməsinin ölçülməsi
Dördqütblünün xüsusi və ya xarakteristik sönməsi dedikdə hər iki tərəfdən razılaşdırılmış müqavimətlərlə yüklənmiş dördqütblünün giriş və çıxış güclərinin nisbətinin loqarifması nəzərdə tutulur. Dördqütblünün xarakteristik müqavimətinin tezlikdən asılılığı məlum olmadığı üçün xüsusi sönmənin ölçülməsi zamanı əlavə ölçmələr tələb olunur. Razılaşdırılmış müqavimətlərin alınması çətin olduğundan xüsusi sönmənin təyin edilməsi çətinlik törədir. Rabitə avadanlıqlarının bloklarının xüsusi sönməsi istehsal şəraitində ölçülüb təyin edilir və nəticədə rabitə kompleksinin və xəttinin ümumi xüsusi sönməsi məlum olur. Dördqütblünün xüsusi sönməsinin qiyməti 2 – 3 – dB – dən çox olduqda səviyyələr fərqi, müqayisə, qısa qapanma üsulu ilə ölçülür. Xüsusi sönmə 2 dB - dən az olduqda ölçmənin nəticəsinə müxtəlif faktorların təsirindən xətalara yol verməmək üçün birbaşa ölçmə, xarakteristik və giriş müqavimətlərini ölçüb sönməni hesablamaq və voltmetr üsulu ilə ölçmə aparılır.
Dördqütblünün xüsusi sönməsi müvafiq olaraq Zxüs1 = Zgir və Zxüs2 = Zçıx üzərində ayrılmış Pgir və Pçıx gücləri əsasında hesablanır. Zxüs1 – dördqütblünün xarakteristik
( xüsusi ) müqavimətinin girişdəki, Zxüs2 – çıxışdakı qiymətidir. Xüsusi sönmə
axüs =  dB
axüs=  Np ( 14.18 )
Burada Pgir – dördqütblünün girişindəki gücü, Pçıx - onun çıxışına qoşulmuş razılaşdırılmış Zyük yük müqa­vimətində ayrılan çıxış gücüdür. Xüsusi sönməni Ugir və Uçıx gərginliyinə və ya pgir və pçıx gərginlik səviyyəsinə nəzarət etməklə aşağıdakı kimi təyin etmək olar:

axüs =  ( 14.19 )


axüs =  ( 14.20 )
Bir çox hallarda Zyük = Zxüs2 şərti sadələşdirilir. Bunun üçün │Zyük│=│Zxüs2│götürülür və Zyük yük müqaviməti xarakteristik müqavimətin modulunun orta qiymətinə Zxüs2 ( 600, 135, 75 Om ) bərabər qəbul edilir ( tezlikdən asılı olmayaraq ). Belə sadələşmə zamanı yaranan xətaları nəzərə almamaq olar. Həmin yükdə əvvəlcədən məlum olan axüs sönmənin qiymətini aydınlaşdırmaq üçün buna yol verilə bilər.
A və B stansiyaları arasında xüsusi sönmənin ölçülməsi üçün şəkil 14.6 sxemini misal göstərmək olar.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin