Şəkil 14.6. Xüsusi sönmənin ölçülmə sxemi
Belə ki, rabitə xəttinə simmetrik dördqütblü kimi baxmaq və Zxüs1 = Zxüs2 = Zxüs götürmək olar . Bu zaman (14.19) və (14.20) düsturlarındakı loqarifmik toplanan sıfra bərabər olacaqdır. Sxemdə hər iki stansiyada yüksək omlu səviyyə göstəriciləri ( SG1 və SG2 ) vasitəsilə p1 səviyyəsinin qiymətinə girişdə, p2 səviyyəsinin qiymətinə isə çıxışda nəzarət olunur. Bu zaman axüs = p1 – p2 olacaqdır.
Dövrələr arası keçid sönməsinin ölçülməsi
Rabitə sistemlərində ölçmələr zamanı təkcə ötürülən siqnalların gücünün dəyişməsinə deyil, eyni zamanda maneələrin gücünə də nəzarət olunur. Dövrələr arasında qarşılıqlı əlaqə zamanı meydana çıxan keçid maneə cərəyanı, təsir edən və təsirə uğrayan dövrələr arasında keçid sönməsi ilə xarakterizə olunur. Əgər dövrələr hər iki tərəfdən razılaşdırılaraq yüklənərsə, təsir edən dövrənin girişindəki siqnalın P1 gücü və təsirə uğrayan dövrənin girişindəki keçid cərəyanının P2 gücü arasındakı münasibət 10 lg P1 / P2 kimi göstərilir. Bu kəmiyyət xəttin əvvəlində
( verici hissədə ) keçid sönməsi adlanır. Analoji olaraq xəttin sonunda keçid sönməsini də təyin etmək mümkündür. P1 və P2 kəmiyyətləri xəttin sonunda ( qəbuledici hissədə ) müvafiq olaraq təsir edən və təsirə uğrayan dövrənin giriş siqnalının güclərinin qiymətidir. Keçid sönməsinin qiyməti böyük olduqda maneə keçid cərəyanının qiyməti bir o qədər kiçik olacaqdır. Keçid sönməsinin ölçülmə sxemləri şəkil 14.7 – də göstərilmişdir:
Şəkil 14.7. Keçid sönməsinin ölçülmə sxemləri
Keçid sönməsinin norma qiyməti 50 ÷ 139 dB – dir. Bu səbəbdən təsirə uğrayan dövrədə keçid sönməsinin səviyyəsinə nəzarət etmək lazımdır. Təsir edən dövrədə giriş gərginliyinin qiymətinin yüksək olması yol verilməzdir. Çünki, bu gərginlik dövrənin normal iş rejiminə mənfi təsir edərək qonşu dövrələr üçün maneə yarada bilər. Keçid sönməsi şəkil 14.7 sxemində göstərilmiş müqayisə üsulu ilə ölçüldükdə, açarın hər iki vəziyyətində yüksək omlu göstərici qurğunun göstərişləri eyni olarsa, sönmə mağazalarının qiymətləri qeyd olunur.
Xəttin əvvəlində keçid sönməsi ( şəkil 14.7 a ) aşağıdakı kimi təyin edilir:
axə = ( 14.21 )
Xəttin sonunda keçid sönməsinin ( şəkil 14.7 b ) qiyməti
( 14.22 )
düsturu ilə hesablanır.
Zxüs1 – təsir edən dövrənin xarakteristik müqaviməti, Z xüs2 - təsirə uğrayan dövrənin xarakteristik müqaviməti, am - kanalda p1 = p2 olduqda sönmənin qiyməti, axüs1 – təsir edən dövrənin xarakteristik ( xüsusi ) sönməsidir.
Paralel dövrələrin bir – birinə təsirini azaltmaq üçün qorunmanı artırmaq lazımdır.
Dostları ilə paylaş: |