Вәһһаби Мәзһәби


Peyğəmbərin məzarının ziyarət edilməsi



Yüklə 1,5 Mb.
səhifə12/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

Vəhhabilər övliyaların məzarı kənarında məscid tikməyi haram edərkən nəyə əsaslanırlar?


Vəhhabilər bir neçə hədisə əsaslanmaqla övliyaların qəbri kənarında məscid tikməyi haram etmişlər. Biz bu hədisləri bir-bir araşdırırıq: Buxari “Səhih” kitabında “Yukrəhu min ittixazul-məsacidi ələl-qübur” fəslində bu haqda iki hədis nəql edir:

1) “Həsən ibn Həsən ibn Əli vəfat etdikdən sonra həyat yoldaşı onun qəbri üzərində çadır qurdu. O, bir ildən sonra bu çadırı götürdü. Bir nəfər soruşdu: “İtirdiklərini tapıblar?” Başqa bir nəfər cavab verdi: “Yox, ümidsiz olub vəziyyətlərini dəyişdilər”.

2) “Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin qəbirlərini məscid etdiklərinə görə öz rəhmətindən uzaqlaşdırdı. Ayişə deyir: Əgər Peyğəmbərin qəbrinin məscid olmasının qorxusu olmasaydı, müsəlmanlar onun qəbrini açıq yerdə (hasara alınmamış) dəfn edərdilər. Lakin qorxuram, Peyğəmbərin qəbrini məscid etsinlər”.1

Müslüm ikinci hədisi “Səhih” kitabında qısa şəkildə nəql edir.

3) “Xəbərdar olun! Sizdən qabaqkılar peyğəmbərlərin və övliyaların qəbirlərini məscid etdilər. Siz heç vaxt qəbirləri məscid etməyin, mən sizi bu işdən çəkindirirəm”.2

4) “Ümmi Həbibə və Ümm Sələmə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda hicrət zamanı peyğəmbərin (Həzrət İsanın) təsvirini gördülər. Peyğəmbər (s) buyurdu: “Burada bir xeyirxah adam rəhmətə gedəndən sonra insanlar onun qəbri üzərində məscid tikib şəklini (rəsm əsərilə) çəkərdilər. Onlar Qiyamət günü ən pis adamlardır”.3

Nəsai “Sünən” kitabında “Ətəğlizü fi ittixazis-suruci ələl-quburi” fəslində İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbri məscid qərar verən şəxslərə və qəbir üzərində şam (çıraq) yandıranlara lənət göndərib”.

İbn Teymiyyə belə əqidələrin banisi olmuş və Məhəmməd ibn Əbdül Vəhhab həmişə onun əqidəsindən bəhrələnmişdir.

O həmişə hədisi belə təfsir edirdi: “Övliyaların məzarı kənarında məscid tikmək düzgün deyil”.

İbn Teymiyyə belə yazırdı:

“Bizim alimlərimiz qəbrin üzərində məscid tikməyə icazə vermirlər”.4

Gəlin hədisi araşdıraq.

İlk növbədə həqiqi mənanı və əsl mətləbi başa düşmək lazımdır. Bir ayə başqa bir ayə ilə təfsir olunduğu kimi, eləcə də bir hədisi başqa bir hədis vasitəsilə təfsir etməklə şübhəni aradan qaldırmaq olar.

Vəhhabilər yalnız bir hədisə əsaslanaraq qəbrin üzərində və kənarında məscid tikməyi haram bilirlər. Onlar bütün hədislərə diqqət yetirsəydilər, Peyğəmbərin hədisdə nə səbəbə lənət göndərdiyini anlayardılar. Bunlar öz üzlərinə “ictihad” qapısını bağladıqlarından bir çox hədislərin mənasında xətaya uğraışlar. Hədislərə əsaslanmaq o zaman düzgün olar ki, onları söyləyən, rəvayət edən ravilər düzgün, imanlı adam olsunlar.

Əks halda, belə hədislərə istinad etmək olmaz. Hədislərin sənədi haqqında bəhs etmək çox vaxt aparar. Buna görə də yalnız hədisin mövzusu haqqında bəhs etməli olacağıq.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin