Dördüncü vəsil Kitab və sünnə baxımından möminlərin məzarının ziyarət edilməsi
İslam biliciləri Quran ayələrinə və hədislərə əsaslanaraq övliyaların, peyğəmbərlərin qəbirlərini ziyarət etməyə icazə vermiş, üstəlik bu işin fəzilətli əməl olduğunu iddia etmişlər. Vəhhabilər məzarların əsl ziyarətini haram bilmirdilər, lakin qəbir ziyarəti üçün səfərə çıxmağı haram hesab edirlər. Biz ziyarətin mahiyyəti haqqında bəhs etdikdən sonra ziyarətə görə səfərə çıxmaq barədə də söhbət açacağıq.
Ziyarət
Qəbirləri ziyarət etməyin əxlaqi və tərbiyəvi əhəmiyyəti vardır, biz bunlardan bir neçəsinə diqqət yetiririk:
Bütün varlı və kasıbların, güclü və gücsüzlərin sükuta qərq olmuş üç parçadan ibarət ağ paltarla aram məkanda (yəni qəbirdə) yatanlarını müşahidə etməklə insan ürəyi lərzəyə gəlir, tamahı bu dünyadan azalır. Əgər insan bu aram məkanlara (qəbirlərə) ibrət gözü ilə baxsa, özündə çox dəyişikliklər edər və öz-özünə deyər: Altmış, yetmiş il müvəqqəti yaşayışın sonu torpaqlar altında çürüməklə nəticələnirsə, onda bu dünyada başqalarına və özünə zülm etməklə var-dövlət yığmağın heç bir faydası yoxdur.
Sükuta qərq olmuşların məkanını müşahidə etmək ən bərk ürəklərin belə yumşalmasına, qulaqların haqqı eşitməsinə, gözlərin ilahi nurunu görməsinə, insanın öz həyat tərzində dəyişikliklər etməklə Allah və onun bəndələri qarşısında ağır məsuliyyətlərini, fərdi və ictimai vəzifələri fikirləşib yerinə yetirməsinə səbəb olur.
Əziz Peyğəmbər hədisdə buna işarə edərək buyurur: “Qəbirləri ziyarət edin, çünki bu, sizlərə başqa aləmi (axirəti) xatırladar.”1
Qəbirləri ziyarət etməyin fəziləti çox aydın olduğuna görə sübuta ehtiyac yoxdur. Lakin inanmayan adamlar üçün bəzi sübutları dəlil gətiririk.
Dostları ilə paylaş: |